Məhkəmə qərarları › İş №2(006)-678/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-678/2021

20.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-678/2021 20.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Birinci iddia üzrə iddiaçının, ikinci iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, İkinci iddia üzrə iddiaçı, birinci iddia üzrə Cavabdeh, onun vəkili Vəkil2 iştirakı ilə İddiaçı MTK-nın Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası; İddiaçı Cavabdehlər İddiaçı MTK-ya və X8 qarşı «mənzilin sənədləşdirilməsi üçün zəruri sənədlərin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Ceyhun Səlimov küçəsi 16 mənzil 38 (köhnə nömrəsi 279) ünvanda yerləşən 116 m2 sahəsi olan 3 otaqlı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MTK iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MTK arasında bağlanan 13 mart 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanda inşa edilən çoxmənzilli binada, sahəsi 116 m2 olan 3 otaqlı mənzil 69.634 manata (o dövrdə mövcud olan valyuta kursu ilə 80.040 ABŞ dollarına) Cavabdeh satılıb. Müqavilə üzrə ödəməli olduğu pul ödənilmədiyi üçün İddiaçı MTK tərəfindən cavabdehə borcu olmadığına dair maliyyə arayışı verilməyib. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanan 13 mart 2007-ci il tarixli müqavilənin 8-ci bəndinə əsasən payçı pay haqqını ödəmədikdə və ya gecikdirdikdə kooperativin haqqı var ki, müqaviləni birtərəfli qaydada ləğv etsin. Bunu nəzərə alaraq, Cavabdeh ilə müqavilə İddiaçı MTK tərəfindən ləğv edilib. Bu barədə ona dəfələrlə məlumat verilsə də, Cavabdeh həm müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən, həm də mənzili boşaltmaqdan imtina edir. Bununla əlaqədar, cavabdeh Bakı şəhəri, Ceyhun Səlimov küçəsi 16 mənzil 38 (köhnə nömrəsi 279) ünvanda yerləşən 116 m2 sahəsi olan 3 otaqlı mənzildən çıxarılmalıdır. Qanunvericiliyə əsasən, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının ödənilməməsi onun həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarını, yəni sahiblik, istifadə və sərəncam hüquqlarını yaratmır və həmin əmlaka sahiblik və istifadə etmək hüququnu da istisna edir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442-ci maddələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə cavabdehin sözügedən mənzildən çıxarılması barədə məhkəmə qətnaməsi qəbul edilməlidir. İddiaçı Cavabdehlər İddiaçı MTK-ya və X8 qarşı «mənzilin sənədləşdirilməsi üçün zəruri sənədlərin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh İddiaçı MTK arasında 13.03.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 80.000 ABŞ dolları dəyəri tam ödənilməklə ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 16 ünvanda inşa edilmiş çoxmənzilli binanın 11-ci mərtəbəsində, ümumi sahəsi 116 m2 olan 3 otaqlı 38 nömrəli mənzilin Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə təqdim edilməsi məqsədi ilə həmin mənzilə dair 13 mart 2007-ci il tarixli müqavilənin, maliyyə arayışının, həmin mənzilin ona məxsus olmasına dair İddiaçı MTK-nın ümumi iclasının protokolundan çıxarış; mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin ona verilməsinin cavabdeh İddiaçı MTK-nın öhdəsinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2006-cı il noyabr ayında qayını X15 İddiaçı MTK-nın sədri Akif Mustafayevdən çox mərtəbəli binadan 3 otaqlı mənzil almışdır (həmin mənzilin dəyəri 65.000 ABŞ dolları təşkil etmişdir). Onlar həmin zaman Rusiya Federasiyası Moskva şəhərində yaşayırdılar. Qaynı Adil 37 saylı mənzili aldığı zaman onlar öyrənmişlər ki, həmin binada eyni blok, eyni mərtəbədə satılmayan 3 otaqlı, 116 m2 olan mənzil var (yəni 38 saylı mənzil, tamamilə təmirsiz, yəni «pod mayak»). Buna çox sevinmişlər ki, uşaqları qonşu olar, bir-birinə hayan olar fikri ilə həmin mənzili almaq qərarına gəlmişlər. Qayını Adil ilə 37 saylı mənzilə müqavilə hansı qaydada bağlanıbsa, onlarla da eyni qaydada bağlanmışdır. Lakin onlar öz mənzillərini alanda cavabdeh, yəni kooperativin sədri Akif Mustafayev demişdir ki, 3 ay ərzində mənzillər bahalaşıb və bu səbəbdən, qayınının mənzili ilə qonşu olan 38 saylı mənzilin dəyəri artıq 80.000 ABŞ dollarıdır. Onlar qayınıgillə qonşu olsunlar deyə, razılaşmışlar. Beləliklə, ünvan 4 ünvanda yerləşən çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, 116 m2-dən ibarət olan 38 saylı mənzili almışlar. 13 mart 2007-ci il tarixdə onunla İddiaçı MTK arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən ünvan 4 ünvanda yerləşən çoxmərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, 116 m2-dən ibarət olan 38 saylı mənzili almışdır. Müqaviləyə özü imza etmiş, qarşı tərəfdən isə İddiaçı MTKnın direktoru Akif müəllim imzalayıb, möhürləmişdir. Aldıqları mənzilin dəyərinin ilkin ödənişi olaraq 45.000 ABŞ dolları ödəmişlər, qalan 35.000 ABŞ dolları vəsaiti hissə-hissə olaraq, daha konkret aralarında olan şifahi razılaşmaya əsasən 7 ay ərzində, hər ay 5.000 ABŞ dolları olmaqla ödəmişlər. Həmin zaman onlar Moskva şəhərində yaşadıqlarına görə sonrakı 7 ayın ödənişini onun xalası oğlu olan Akif Kərimovun vasitəsi ilə göndərmişlər. Xalası oğlu Akif Kərimov İddiaçı MTK-ya yaxınlaşaraq oranın mühasibi Firuz adlı şəxsə və ya direktor Akif Mustafayevin özünə ödənişi edirdi, hər etdiyi ödənişə görə maliyyə arayışı verilirdi (MTK qəbz vermirdi). Mənzilin ödənişi tam qurtardıqdan sonra heç bir borc qalmadığına dair yekun maliyyə arayışı verilmişdir. Onlar Bakıya gəldiklərində xalası oğlu həmin arayışları onlara vermişdir. Onu da qeyd edir ki, onlar mənzilin dəyərini tam ödədikdən sonra MTK-nın nəzdində satışda olan qaraj da almışlar. Yenə İddiaçı MTK-nın direktoru Akif Mustafayevdən. Qarajı onlara 20.000 ABŞ dollarına satmışdır (ödənişi iki aya ödəmişlər, hər ay 10.000 ABŞ dolları olmaqla). Beləliklə, 2007-ci ilin mart ayından (müqavilə bağlanan andan) 2008-ci ilədək onların İddiaçı MTK-dan aldıqları mənzilə görə heç bir borc ödənişləri qalmamışdır. 2009-cu il tarixdə ilk öncə qayını Adilin evi, daha sonra isə onların evi təmir olunmuşdur. Onların evini də elə qayınının evində işləyən ustalar təmir edirdi. Ustaların üzərində nəzarətçi kimi elə yuxarıda qeyd etdiyi xalası oğlu dayanırdı, çünki onlar Moskvada olurdular. Mənzillərinin təmiri 2010-cu ildə bitmişdir. Təmirdən sonra evdə özləri ailəliklə yaşamışlar. Daha sonralar, təqribən 2011-ci ildən onlar mənzillərini kirayəyə vermişlər. Onların binasının qaz sistemi olmadığı üçün bu illər ərzində mənzillərə çıxarış verilmirdi. 2017-ci ildə binaya nəhayət ki, qaz verilmişdir. Onunla da, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında AKT- 5345310 saylı aktla sakin Cavabdeh, yəni onunla müqavilə bağlanmışdır. 2020-ci ilin lap əvvəllərində qayını demişdir ki, mənzillərin çıxarışları verilir, onlar da sənədləri gətirsinlər, birlikdə versinlər. Onlar sənədləri vermək istəyərkən tapa bilməmişlər (ehtimal edirlər ki, təmir zamanı atılıb). Mənzilin müqaviləsini və maliyyə arayışlarını tapa bilmədikləri üçün 15 mart 2020-ci il tarixdə MTK-nın ofisinə müraciət etmişlər. Sənədlərini itirdiklərindən onlara sənədlərin surətlərini versinlər deyə. Həyat yoldaşı Sakit cavabdeh direktoru Akif Mustafayevlə görüşmüş, sənədlərin itdiyini demişdir. A.Mustafayev öz növbəsində demişdir ki, işçilərə deyər, yəni surətlərini onlara versinlər deyə. Həmin bu ərəfədə COVİD- 19 virusu ilə əlaqədar karantin elan olunmuşdur. Sonra pandemiya düşmüşdür. Nə qədər zəng etsələr də, A.Mustafayev demişdir ki, heç bir yer işləmir, işçi qızlar yoxdur işdə, narahat olmasınlar, işlər açılan kimi özü sənədlərin surətlərini çıxarıb onları yığacaq. Bu söhbətdən 2 ay da keçmişdir. Onlar yenə zəng etmişlər, bu dəfə A.Mustafayev demişdir ki, evi yaxşı axtarsınlar. İndi məlum olur ki, bilmək istəyirmiş sənədlərin dəqiq itməsini. Sənədlərin itməsindən əmin olandan sonra, MTK-nın direktoru Akif Mustafayev onlara demişdir ki, sənədlər yoxdursa onlar da sakin deyillər və burada evləri yoxdur. Yuxarıda qeyd etdiyi kimi, işin faktiki halları bundan ibarətdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 16 ünvanda inşa edilən çoxmənzilli binanın 11-ci mərtəbəsində ümumi sahəsi 116 m2 olan 3 otaqlı 38 nömrəli mənzilini cavabdeh İddiaçı MTK ilə onun arasında bağlanmış 13.03.2007-ci il tarixli müqaviləyə əsasən şəxsən özü almışdır. Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 16 ünvanda inşa edilən çoxmənzilli binanın 11-ci mərtəbəsində ümumi sahəsi 116 m2 olan 3 otaqlı 38 nömrəli mənzilin dəyərini tam ödəmişdir. Mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışları verilmişdir. Belə ki, o, mənzilin dəyərini hissə-hissə, yəni ilk dəfə 45.000 ABŞ dolları, sonra 7 ay ərzində hər ay 5.000 ABŞ dolları olmaqla 35.000 ABŞ dolları. Ümumi, cəmi 80.000 ABŞ dolları pulu İddiaçı MTK-ya ödəmişdir. MTK-nın sədri X11 pulu alarkən, maliyyə arayışlarına şəxsən özü imza etmişdir. Nəticədə ona verilmiş maliyyə arayışlarından bəllidir ki, o, mübahisəli mənzilin 80.000 ABŞ dolları dəyərini tam ödəmiş və onun MTK-ya hər hansı borcu yoxdur. O, mənzildə təmir işlərini 2009-2010-cu illərdə aparmış və bitirmişdir. Hal-hazırda da orada yaşayır. İşıq, qaz, su, internet, kabel TV və sayğacları quraşdırmışdır və o, sayğac üzrə kommunal xidmət haqlarını ödəyir. O, mənzilin özəlləşdirilməsi məqsədi ilə lazımi sənədlərin ona təqdim edilməsi üçün İddiaçı MTK-ya rəsmi qaydada müraciət etmiş, lakin MTK-nın rəhbəri onu bir neçə ay dolandırıb nəticədə heç bir sənəd verməmişdir. İddiaçı MTK ilə onun arasında bağlanmış 13 mart 2007-ci il tarixli müqavilənin 8-ci bəndinə əsasən (payçı ilk ödəməni gecikdirərsə kooperativin ixtiyarı var ki, müqaviləyə əsasən öhdəlikdən pay üzvünü azad etsin) ilk ödəmədən sonrakı haqların 30 gündən artıq gecikdirilməsi halında kooperativin ixtiyarı var ki, müqaviləni birtərəfli qaydada ləğv etsin. Bu halda ödənmiş pulun miqdarı kooperativ tərəfindən yalnız həmin mənzil başqa şəxsə verildikdən sonra payçıya qaytarılır. Müqavilənin bu bəndini nəzərə aldıqda, İddiaçı MTK çoxdan, hələ 2007-ci ildən bu müqaviləni birtərəfli qaydada ləğv etməli idi. Göründüyü kimi, o, 13.03.2007-ci il tarixli müqaviləyə əsasən mənzili almış, dəyərini tam ödəmiş, təmir etmiş, mənzil alınan gündən bu günədək faktiki sahiblik edir (13 il), cavabdeh İddiaçı MTK isə binanı başa çatdıraraq, sifarişçiyə təhvil verilməsinə baxmayaraq, öz üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmir. O, mənzilinə dair çıxarışın alınması üçün müqaviləsini və maliyyə arayışını təmir zamanı itirmişdir. O, bu sənədləri itirsə belə, bu sənədlərin kötüyü MTK-da mövcuddur. Həmçinin, həmin mənzilə dair «mənzilə hüququ olan şəxslərin və mənzilin kommunal-məişət vəziyyəti barədə 2 nömrəli forma arayış», həmin mənzilin ona məxsus olmasına dair İddiaçı MTK-nın ümumi iclasının protokolundan çıxarış; mənzilin yerləşdiyi binanın istismara təhvil verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə təqdim edilməlidir. O isə həmin sənədlərin alınmasında çətinlik çəkir. MTK-nın rəhbərliyi isə ona maneələr yaradır. Onun mənzilini təmir etməsi və 13 il müddətində orada davamlı və etirazsız yaşaması bir daha təsdiq edir ki, onun MTK-ya borcu yoxdur. Çünki, MTK-nın rəhbəri hal-hazıradək ona qarşı mənzilin dəyərinin ödənilməsinə dair hər hansı tələb irəli sürməmiş və etiraz bildirməmişdir (o özü şirkətə müraciət edənədək). O, mənzilin dəyərini tam ödəməsə idi, ona mənzildə təmir işləri aparmağa icazə verilməzdi. 13 ildir ki, kommunal xidmətlərin mənzilə ötürülməsinin qarşısı alınardı (qaz, işıq, su, internet və s). Göründüyü kimi, işin bütün faktiki halları, həmçinin onun İddiaçı MTK ilə bağladığı 13 mart 2007-ci il tarixli müqavilədən təsdiq edilir ki, ünvan 5 ünvanda inşa edilən çoxmənzilli binanın 11-ci mərtəbəsində ümumi sahəsi 116 m2 olan 3 otaqlı 38 nömrəli mənzili ona məxsusdur, onun qanuni sahibliyində və istifadəsindədir. 13 mart 2007-ci il tarixdə bağlanmış müqavilənin və 13 il ərzində həmin müqavilə əsasında yaranan hüquqların mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Çünki, onun mübahisəli mənzildə təmir edilməsi faktı, onun orada 13 il müddət sahibliyi və yaşaması, onun özünün MTK-ya (2020-ci il) müraciətinədək, cavabdehin ona mənzillə bağlı hər hansı bir tələb irəli sürülməməsi və mənzilə dair etiraz bildirməməsi bir daha təsdiq edir ki, o, həmin mənzilin 80.000 ABŞ dolları dəyərini tam ödəmiş və heç bir borcu yoxdur. İddiaçı MTK-nın rəhbərliyi heç bir hüquqi əsas olmadan ona məxsus olan mənzilin onun adına özəlləşdirilməsi üçün tələb olunan sənədləri təqdim etməkdən imtina etmiş, bununla da müqavilə öhdəliyini yerinə yetirməmiş və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəbdən, onun həmin mənzil üzərindəki hüquqları pozulmaqdan müdafiə edilməlidir. Həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Odur ki, onun MTK-ya qarşı iddiası təmin edilməlidir. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(006)- 1968/2021 saylı qərardadına əsasən hər iki iddia üzrə mülki işlər bir icraatda birləşdirilmişdir. Birinci iddia üzrə iddiaçının, ikinci iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, digər iddianı qəbul etmədi, MTKnın iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi, digər iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bundan başqa, o, Cavabdeh iddiasına etiraz təqdim edərək göstərmişdir ki, sonuncu tərəfindən sözügedən mənzilə dair heç bir ödəniş edilməmiş və bu səbəbdən də, ona hər hansı bir sənəd verilməmişdir. Onun guya ki, sənədləri evi təmir etdiyi vaxt itirməsi həqiqətə uyğun deyil və sırf olaraq yalan vasitəsi ilə hədəfə çatmaq məqsədi daşıyır. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, Cavabdeh qeyd etmişdir ki, onlar tərəfindən 20.000 ABŞ dolları ödənilərək həmin binadan qaraj alınmışdır, lakin evə dair bütün sənədlər itsə də, qaraja dair sənədlər itməmişdir. Bundan başqa, Cavabdeh öz iddia ərizəsində yazmışdır ki, müqavilə və maliyyə arayışı təmir zamanı itmişdir və İddiaçı MTKnın rəhbərliyindən tələb edilən zaman həmin müqavilənin onlara verilməsindən imtina edilmişdir. Lakin müqavilə itdikdə və İddiaçı MTK tərəfindən onlara təqdim edilmədikdə müqavilənin surətini hardan almalarını qeyd etməmişlər. Bu isə öz növbəsində onu sübut edir ki, müqavilənin və mənzilə dair sənədlərin itməsi qarşı tərəfin məhkəməyə öz məqsədlərinə çatması üçün verdikləri yalan məlumatdır. Belə ki, məhkəmə baxışı zamanı cavabdehdən 2008-ci il tarixdə itirdikləri müqavilənin surətini haradan almasını soruşanda cavabdeh və onun əri həmin müqavilənin surətini mübahisə gedən mənzilə internet şəbəkəsi verən şirkətdən aldıqlarını bildirmişlər. Bunun həqiqətə uyğun olduğunu müəyyən etmək məqsədi ilə mübahisə predmeti olan mənzilə internet şəbəkəsi çəkən «KATV1» şirkətinə müraciət edərkən həmin təşkilatdan şifahi olaraq onlara cavabdehlərlə müqavilənin 2017-ci il tarixdə bağlandığı bildirilmişdir. Beləliklə, göründüyü kimi, cavabdehlər evə aid sənədləri 2010-cu ildə itirdiklərini iddia etsə də, 2017-ci il tarixdə evin müqaviləsinin surətini «KATV1» şirkətinə təqdim edərək, müqavilə bağlamışlar. Bu fakt onu sübut edir ki, cavabdehlərin evə aid sənədləri itirməsini iddia etməsi yalandır və məhkəməni aldadaraq öz xeyirlərinə qərar çıxarmaq məqsədi daşıyır. Bundan başqa, cavabdehin məhkəməyə şahid kimi dəvət etdiyi Cavabdeh xalası oğlu Akif məhkəməyə verdiyi izahatda pulların İddiaçı MTK-ya onun vasitəsi ilə ödənildiyini bildirmişdir. Onun tərəfindən şahiddən İddiaçı MTK-ya indiyə qədər nə qədər pul ödənildiyi soruşulanda, indiyə qədər şəxsən 80.000 ABŞ dolları ödədiyini bildirmişdir. Halbuki, cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsində ilkin ödəniş kimi 45.000 ABŞ dolları, daha sonra isə 7 ay ərzində hər ay 5.000 ABŞ dolları ödədiklərini bildirmişlər. Beləliklə, göründüyü kimi cavabdeh tərəfindən məhkəmə iclasına dəvət edilən şahid Cavabdeh xalası oğlu Akifin məhkəməyə verdiyi izahatında qeyd etdiyi məlumat cavabdehin iddia ərizəsində qeyd etdiyi məlumatla ziddiyyət təşkil edir və bu bir daha cavabdehin yalan vasitəsi ilə əmlaka sahiblənmək məqsədini güddüyünü ortaya çıxarır. Həmçinin, cavabdeh iddia ərizəsində 2007-ci ilin mart ayında 45.000 ABŞ dolları, daha sonra 7 ay ərzində hər ay 5.000 ABŞ dollarını ödədiklərini bildirsələr də, şahid Cavabdeh xalası oğlu Akif məhkəməyə verdiyi izahatında İddiaçı MTK-ya sonuncu ödənişi 2008-ci ilin yanvar ayında ödədiyini bildirmişdir. Yəni, iddia ərizəsində mənzilə görə pulun 2007-ci ilin oktyabr ayına qədər bağlandığı qeyd edilsə də, şahid axırıncı dəfə pulu 2008-ci ilin yanvar ayında ödədiyini bildirmiş və bununla da bir daha məhkəməyə yalan məlumatların verilməsi öz təsdiqini tapmışdır. Bundan başqa, cavabdeh məhkəmə baxışı zamanı qeyd etmişdir ki, mübahisə predmeti olan mənzilə görə borcu olmamasını təsdiq edən İddiaçı MTK tərəfindən təqdim edilən maliyyə arayışına əsasən «Azəriqaz» İB ilə abunə müqaviləsi bağlamışdır. Bu faktın həqiqətə uyğun olub-olmamasını yoxlamaq məqsədi ilə «Azəriqaz» İB-yə məktubla müraciət edərkən məlum olmuşdur ki, «Azəriqaz» İB ilə Cavabdeh arasında müqavilə bağlanarkən yalnız cavabdehin şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. Bu fakt bir daha cavabdehin məhkəməyə yalan məlumatlar verməsini və onun məqsədlərini aşkara çıxarır. Şahid ifadələri ilə bağlı qeyd etmək istəyir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqları olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə cavab vermək üçün ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdırmı (sübutetmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyinə imkan verib-verməməsi və bü sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirilməsidir. Şahidlərdən biri isə MTK-nın keçmiş mühasibi Feyruzun məhkəməyə təqdim etdiyi məlumatlar yalandır. Belə ki, həmin şahid artıq uzun müddətdir ki, MTK-da çalışmır, onun işdən çıxmaq səbəbləri isə şirkətdə işləyərkən şirkətə zərər vurması olmuşdur. Beləliklə, yuxarıda göstərilənlərdən göründüyü kimi, cavabdeh süni şəkildə sənədlərini gizlədərək itirdiyini bildirir və bununla da, ödənişi ödəmədiyi mənzilə əsassız olaraq sahiblik etmək məqsədi daşıyır. Hesab edir ki, şahid qismində dindirilmiş hazırkı iş üzrə şahidlərin iddiaçılar ilə dostluq və tanışlıq münasibətində olmasının onların işin nəticəsində maraqlı olması ilə yanaşı onların ifadələrinin işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmaması həmin şahid ifadələrinin sübut əhəmiyyətli olmaması qənaətinə gəlməsinə kifayət qədər hüquqi əsas verir. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin keçməsinin tətbiq edilməsinə dair ərizəyə münasibətdə bildirmək istəyir ki, qeyd olunan münasibətlərə iddia müddəti şamil edilmir, ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində qeyd edildiyi kimi, əmlakın sahibi hüququnun pozuntularının aradan qaldırılması haqqında tələblə bağlıdır. Xatırladır ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrum etmə ilə birləşdirilmiş olmasa belə, iddia müddətinin şamil edilmədiyi tələbdir. Bu səbəbdən, Cavabdeh iddiasının rədd edilməsi, İddiaçı MTK-nın iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İkinci iddia üzrə iddiaçı, birinci iddia üzrə Cavabdeh məhkəmə iclasında verdikləri iddianı müdafiə edərək, digər iddianı qəbul etmədi, öz iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən onun iddiasının təmin, MTK-nın iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bundan başqa, o, iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, MTK-nın iddiasının əsassız olmaqla yanaşı, MTK tərəfindən ümumi iddia müddətinin üzürsüz səbəbdən ötürüldüyünü bildirdi və məhkəmədən iddianın əsassız olduğundan, həmçinin iddia müddəti ötürüldüyündən rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İkinci iddia üzrə cavabdeh X11 iştirak etdiyi əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, 2007-ci ildə Sakitlə tanış olmuşdur. 2006-cı ildə Sakitin qardaşına (adını dəqiq bilmir) şirkət tərəfindən ev satılmışdır. O, 2007-ci ildən həmin şirkətin sədridir. Sakit ona yaxınlaşaraq ev almaq niyyətində olduğunu bildirmişdir. Onun da, əlində 5-6 ev var idi. Onlar öz aralarında razılaşmış və o, evin birini Sakitə satmışdır. Pulu hissə-hissə ödəyəcəkdir. Sonradan, Sakitlə aralarında münasibət yaranmışdır. Sakit Moskva şəhərində yaşayırdı. Onun oğlu Moskva şəhərində təhsil alan zaman Sakitlə görüşürdü. Hələ bir dəfə oğlu ilə əlaqə saxlaya bilməmişdir. Sakitə zəng vuraraq oğlu ilə əlaqə saxlaya bilmədiyini bildirərək, onunla maraqlanmasını xahiş etmişdir. O, da oğlunu tapmış və ona məlumat vermişdir. Daha sonra o, Moskva şəhərində olan zaman Sakitlə görüşmüş, ondan pul istəmiş və ödənişlərin vaxtı çatdığını bildirmişdir. Sakit isə ona hələ vədləşdikləri vaxtın tamam olmadığını qeyd edərək, vaxtı gələndə ödənişlər edəcəyini bildirmişdir. Bundan əlavə məhkəmə iclasında hakim tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun məqsədi evi satmaq olmuşdur. Düşünmüşdür ki, ödənişlər edəcək. Şirkətə yalnız Sakitin qardaşının evinə dair ödənişlər edilmişdir. Həmçinin həmin məhkəmə iclasında ikinci iddia üzrə iddiaçı, birinci iddia üzrə Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, müqaviləni MTK-nın adından bağlasa da, həmin ev onun payına düşən evdir. Ondan öncə Ədalət adlı şəxs şirkətin sədri olmuşdur. O, Coşqun, Alim, Babək, Nizami və Əbülfəz şirkətin təsisçiləri olmuşlar. Şirkətin 35 faizi ona məxsus olmuşdur. İkinci iddia üzrə cavabdeh X8 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, həmçinin X7 birinci iddia üzrə iddiaçının, ikinci iddia üzrə cavabdeh İddiaçı MTK-nın sədri olduğunu və İddiaçı MTK-nın nümayəndəsi və vəkilinin məhkəmə iclasında iştirak etməsi səbəbilə hazırki işə ikinci iddia üzrə cavabdeh X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci iddia üzrə iddiaçının, ikinci iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, ikinci iddia üzrə iddiaçı, birinci iddia üzrə Cavabdeh və onun vəkili Vəkil2 izahatlarını, şahid ifadələrini dinləyib, onların izahatlarını, ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, İddiaçı MTK-nın Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası rədd edilməli; iddiaçı Cavabdehlər İddiaçı MTK-ya və X8 qarşı «mənzilin sənədləşdirilməsi üçün zəruri sənədlərin verilməsi» tələbinə dair iddiası təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 05.12.2004-cü il tarixli şəhadətnaməsinə əsasən vergi ödəyicisi (VÖEN **********) İddiaçı MTK-nın ünvanı AZ1000 ünvan 6ublikasının Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsinin X3 Reyestrindən çıxarışdan görünür ki, İddiaçı MTK-nın təsisçilərindən biri olan X7 pay haqqı 300 manat 40%-dir və o ümumi yığıncağın 18.01.2007-ci il tarixli qərarı ilə sədr seçilmişdir. (qanuni nümayəndə) - 13.03.2007-ci il tarixli İddiaçı MTK-nın üzvlərinin binada mənzil tikintisi haqqında müqaviləsinin kserosurətindən görünür ki, bir tərəfdən MTK-nin sədri X11, digər tərəfdən Bakı şəhəri, M.Əlizadə küçəsi, ev 20, mənzil 38-də yaşayan, «Payçı» adlandırılan Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 3004-cü məhəllədə yerləşən İddiaçı MTK-nın tikilməkdə olan binasında 38 №li (279) mənzili payçıya verməyə, payçının isə həmin mənzili qəbul etməyə və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyə öhdəsinə götürür. (bənd 1) Mənzil 3 otaqdan ibarətdir, ümumi sahəsi 116 kv.m-dir. (bənd 2) Mənzilin ümumi dəyəri 69634 manat (80040) ABŞ dolları məbləğində müəyyən olunmuşdur. (bənd 3) Mənzilin 3-cü bəndində göstərilmiş ümumi qiyməti baş müqaviləyə uyğun olaraq tikinti işləri başa çatdırılanadək dəyişməz qalır. (bənd 4) Müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi qiymətinin ilk haqq ödənilməsi məbləği müqavilədə göstərilməmişdir. Müqaviləyə əsasən payçı öhdəsinə götürür ki, pulun qalan hissəsini Kooperativə, ümümi qalıq dəyərini 10%-i məbləğində hər ayın (01.11.2007-ci il) arasında ödəyəcəkdir. (bənd 5) Ödəniş nağd pulla həyata keçirilir. (bənd 7) Payçı ilk ödəməni gecikdirərsə kooperativin ixtiyarı var ki, müqaviləyə əsasən öhdəlikdən pay üzvünü azad etsin. İlk ödəmədən sonrakı haqların 30 gündən artıq gecikdirilməsi halında kooperativin ixtiyarı var ki, müqaviləni birtərəfli qaydada ləğv etsin. Bu halda ödənilmiş pulun miqdarı kooperativ tərəfindən yalnız həmin mənzil başqa şəxsə verildikdən sonra payçıya qaytarılır.(bənd 8) Müqavilənin tərəflər arasındakı bütün mübahisəli məsələləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun şəkildə həll olunur. (bənd 9) müqavilə tərəflər tərəfindən imzalanaraq MTK-nın möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MTK-nın üzvlüyünə qəbulu və mənzillərin payçılar arasında razılığı ilə bölüşdürülməsi barədə 13.03.2007-ci il tarixli 299№li protokoldan çıxarışın kserosurətindən görünür ki, payçıların sayı 280, iştirak edirlər 270, iclasın sədri Ə.Daşdəmirov, iclasın katibi A.N.Mustafayev. Gündəlikdə olan məsələ MTK üzvlüyünə qəbul, mənzillərin sahəsinin payçıların razılığı ilə bölüşdürülməsi. Qərara alınmışdır ki, Cavabdeh İddiaçı MTK-nın üzvlüynə qəbul edilsin. Onun razılıq yolu ilə İddiaçı MTK-nın binasında C.Səlimov küç. 3004-cü məhəllə, ümumi sahəsi 116 kv.m olan «D» girişlə 11 mərtəbə 3 otaqlı 279№li mənzilə düşməsi təsdiq edilsin. Çıxarış iclasın sədri və katibi tərəfindən imzalanaraq İddiaçı MTK-nın möhürü ilə təsdiqlənmişdir. - Cavabdeh adına olan seriya AZE 17373879 saylı şəxsiyyət vəsiqəsindən və AR DİN-in BPQMİ-nin MAPS şöbəsinin verdiyi arayışdan görünür ki, onun yaşayış yeri (qeydiyyat ünvanı) Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 20, mənzil 38-dir. - X5 adına olan əmək kitabçasının surətindən görünür ki, o 01.03.2005-ci il tarixdə İddiaçı MTK-ya ştat cədvəlinə əsasən baş mühasib vəzifəsinə təyin edilmiş, 23.09.2011-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. - «Azəriqaz» İB (paylayıcı) ilə Cavabdeh (istehlakçı) arasında 15.01.2018-ci il tarixdə bağlanmış № AK-1/21419 saylı və 20.07.2020-ci il tarixdə bağlanmış № AKX- 0231275/07-2020 saylı «Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə»lərdən görünür ki, Paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin etməyi, sonuncu isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşlər. - "xxxx" ASC-nin C.Səlimov küç. ev 16 m. 38 ünvanı ilə bağlı Cavabdeh arasında bağlanmış 19.09.2012-ci il tarixli «Su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə»dən görünür ki, bu müqavilə ASC-nin su təhcizatı sistemindən tələbatına uyğun lazımi miqdarda tərkib və keyfiyyətinə görə DÜİST 2874-82№li dövlət standartlarına tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulunu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin 21.07.2020-ci il tarixli 039-10975-1220 saylı məktubundan görünür ki, Cavabdeh məxsus olan ünvan 8 ünvanına İddiaçı MTK tərəfindən verilmiş Müqavilə və maliyyə arayışının tapılması barədə Bakı şəhər baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır. Şahid Qədiməliyev Firuz Məcid oğlu ifadəsində bildirdi ki, o, 2004-2011-ci illərdə İddiaçı MTK-da mühasib işləmişdir. Həmin dövrdə kooperativin sədri X11 olmuşdur. Bu işlə əlaqədar onu deyə bilər ki, Aytən xanımın adına olan mənzilin ödənişləri ilə bağlı Akif adlı şəxs gəlirdi və ödənişləri edirdi. Ödənişləri kooperativin rəhbəri Akif müəllim qəbul edirdi, çünki möhür Akif müəllimdə idi. Ödənişlərin qəbul edilməsi ilə bağlı mənzilin sahibinə maliyyə arayışı verilirdi. O da ödənişlərlə bağlı qeydiyyat aparırdı. Akif ödənişləri davamlı ödəyirdi, sonra bir müddət ödənişlərdə gecikmələr oldu, kooperativin sədri Akif müəllim ona demişdir ödənişlərin ödənilməsi ilə bağlı məlumat versin, gəlib ödəsinlər. O, həmin şirkətdə 2005-ci ilin mart ayının 1-dən 2011-ci il may ayına qədər mühasib vəzifəsində işləmişdir. Aytən xanıma məxsus mənzillə bağlı ödənişləri Aytən xanımın xalası oğlu kimi tanıdıqları Akif adlı şəxs edirdi. Ödəniş etdikdən sonra sonuncuya qəbz verilirdi. Həmin dövrdə kooperativin sədri X11 idi. Ödənişləri Akif müəllim qəbul edirdi, çünki möhür onda idi. İşlədiyi şirkətdə audit yoxlaması olmuşdur. Aytən xanımın adına olan mənzilin köhnə nömrəsi 279, təzə nömrə ilə isə 38-dir. Ödənişlərdə son vaxtlar gecikmələr olmuşdu. O, Aytən xanıma məxsus mənzilin ödənişlərinin bitməsinin şahidi olmuşdur. Qeyd etdiyi kimi, pul Akif müəllimə ödənilib, gətirilən pulu sədr sayırdı, ona rəqəm deyirdi, o isə qəbzi yazıb ödəniş edən şəxsə təqdim edirdi. Həmçinin, həmin şirkətdə qeyri-rəsmi kitab var idi, ödənişlər barədə ora qeydiyyat aparırdı. Ödənişlər barədə qeydiyyatı bütün 4 blok üzrə o aparırdı. O, işdən çıxandan sonra həmin kitabı 13-cü mərtəbədə yaşayan Akif müəllimin dostu İlham adlı şəxsin oğlu Rəşada təhvil vermişdir. Akif ödənişləri dollarla edirdi. Akif, ayrı-ayrı vaxtlarda 5 min, 10 min və 4 min dollar ödəniş etmişdir. Pulun Rusiyadan necə göndərildiyini bilmir. X2 ifadəsində bildirdi ki, Aytən xanım onun xalası qızıdır. Xalasıqızıgil ona aldığı mənzil üçün ödənişlər etməyə görə Rusiyadan pul göndərirdilər, o isə gedib həmin pulu İddiaçı MTK-da Akif müəllimə şəxsən ödəyirdi. O, ödəniş etdikdən sonra, hər dəfə ayrıayrılıqda şirkətin mühasibi olan Firuz adlı şəxs tərəfindən ona ödəniş etməsinə görə arayış verilirdi. Ödəniş etdikdən sonra ona bu barədə arayış verilirdi. İlkin ödənişdən onun xəbəri olmamışdır. Dəqiq bilmir, yadında qalmayıb, təxminən 5 ya 6 dəfə ödəniş etmişdir. O, ödənişi Şirkətin sədri Akif müəllimə edirdi. Akif müəllimə pulu Şirkətin ofisində, onun otağında verirdi. Ödənişləri etdikdən sonra ödəniş etməyi ilə bağlı arayışları şirkətin mühasibi Firuz yazırdı. Arayışlara möhürü Akif müəllim vururdu. Ödənişləri sona qədər o etmişdir. Şirkət ona yekun arayış verdi ki, borcun hamısı ödənilmişdir. Qarajın ödənişlərini də o etmişdir, iki dəfə ayrı-ayrılıqda 10 min dollar ödəniş etmişdir. Qarajın da ödənişlərinin bitməsi barədə arayış vermişlər. O, arayışları həyat yoldaşına vermiş, o da hamısını bir qovluqda Aytən xanıma vermişdir. Mənzilin təmirinə o nəzarət etmişdir və mənzil 6 ay ərzində təmir edilmişdir. Təmir materillarını yuxarı mərtəbəyə lift olmadığından, «podyomnik»dən, qaldırıcıdan istifadə etməklə qaldırmışlar və hər dəfə yuxarı mərtəbəyə material qaldıranda 3 manat ödəniş edirdi. Ona borca görə şirkətin sədri tərəfindən təmiri dayandırmaq barədə iradı olmayıb. Təmir zamanı elektriki ümumi dəhlizdə olan «şit»dən götürürdülər. Mənzil hazır olandan sonra o, şirkətlə sağollaşmışdır. Sakit müəllimin qardaşının ödənişlərini o etməmişdir. Akif müəllimə nə qədər ödəniş etdiyi dəqiq yadında deyil, təxminən 35 min dollar ödəniş etmişdir. O, Akif müəllimi gördüyü 12 il olar. Həmin vaxtda Akif müəllimin təxminən 45-50 yaşı olardı. Akif müəllimi tanıyır. Sonuncu ödənişi nə vaxt etdiyi dəqiq yadına deyil. O, 38 saylı mənzilə görə ödənişlər edirdi. Qaraja görə qeyd etdiyi kimi, 2 dəfə ayrı-ayrılıqda 10 min dollar ödəniş etmişdir. Ödəniş etmək üçün pulu ona bankla və ya depoyla göndərirdilər. Akif müəllimlə Aytən xanımın yoldaşı Sakitin münasibətləri olub-olmamasından məlumatı yoxdur. Ödənişlərdə iki ay gecikmə olmuşdur. Mənzili necə almaları barədə məlumatı yoxdur. X6 ifadəsində bildirdi ki, 2006-cı il noyabr ayının əvvəli Bakıya gəlmişdir, ev almaq fikri olmuşdur. Şirkətə yaxınlaşıb müraciət etmişdir ki, ev almaq istəyir. Akif müəllim ona bir ev təklif etmiş, qiymətini 80 min dollara razılaşmışlar. Həmin mənzil qardaşının mənzili ilə qonşu idi. Razılaşdıqdan sonra o, 45 min dollar ilkin ödəniş etmiş, qalan məbləği də aylar üzrə bölmüşlər və o da həmin məbləği hissə-hissə xalaoğlu Akifə göndərmiş, Akif isə öz növbəsində aparıb pulu şirkətə ödəmişdir. 2020-ci ildə şirkətə evin sənədləri ilə bağlı getmiş, ona demişlər ki, 350 manat borcları var. O, soruşmuşdur ki, borc nə ilə bağlıdır, ona bildirmişlər ki, istilik sistemi çəkilib onunla bağlı yaranıb borcları. Daha sonra Akif müəllimə müraciət etmiş, sonuncu ona demişdir ki səndləri gətirsinlər, düzəltsinlər. O, Akif müəllimə demişdir ki, evin sənədləri itmişdir. Akif müəllimdən soruşmuşdur ki, mənzilin ödənişləri ilə bağlı onlara borcu qalmışdırmı. Akif müəllim ona bildirmişdir ki, xeyr, onların mənzilin ödənişləri ilə bağlı borcları yoxdur. O, Akif müəllimdən itmiş sənədlərin ona yenidən verilməsini xahiş etmişdir. Ona bildirmişlər ki, sənədlər arxivdədir. Daha sonra o, sənədlərlə bağlı arxivə müraciət etmiş, ona bildirmişlər ki, sənədlər şirkətin özündədir. Daha sonra ona komendant zəng vurmuşdur ki, sənədləri tapıblar, gedib ofisdən götürün. Ofisə yaxınlaşmış, sonuncular onun qarşısına yeni müqavilə qoymuşlar ki, «imzalayın bu müqaviləni, yenidən ödəniş etməlisiz». O, buna etiraz etmiş və müqaviləni imzalamamışdır. Daha sonra bu barədə polisə müraciət etmişdir. Ona bildirilmişdir ki, mülki xarakterli iş olduğuna görə məhkəməyə müraciət etsinlər. Ödənişlər aylar üzrə fərqli olurdu. İlkin olaraq 45 min dollar, sonra isə 35 min dollar ödəniş etmişdir. Ödənişləri ya bankla, ya da depo ilə göndərirdi. Akif müəllimi Moskvada görməmişdir. Akif müəllimin oğlu Elnur müəllim Moskvada oxuyanda ona köməklik etməmişdir. Müqavilənin surəti mənzilə internet çəkiləndə verilmişdir. X4 ifadəsində bildirdi ki, o, Sakit müəllim ilə birlikdə əsgərlikdə xidmət etmişdir. Sonradan ailəvi dost olmuşlar. Akif bir gün ona demişdir ki, kiçik qardaşı Adil sözügedən şirkətdən ev almışdır, o da həmin şirkətdən ev almaq istəyir. Akif müəllimin maşını ilə getmişlər evə baxmağa, həmin zaman maşının bardaçokunda 5 paçka dollar idi, götürüb saymışdır, 45 min dollar idi. Binanın altında şüşəli ofis var idi. O, Aytən xanım və Sakit getmişlər ofisə. Sakitlə Aytən xanım pulu sayıb Akif müəllimə verdilər. Bildiyi qədəri ilə evi 80 min dollara razılaşdılar, onun 45 min dolları ilkin olaraq ödənildi, qalan məbləğ isə sonra hissə-hissə ödənilməli idi. Sakit pulu ödədikdən sonra müqavilə bağlanmış və maliyyə arayışı verilmişdir. Müştəriyə hər hansı güzəşt olunmamışdır. Əvvəl 85 min dollara danışmış, amma sonra 80 min dollara razılaşmışlar. Akif müəllimlə Sakitin başqa vaxt görüşüb-görüşmədiklərindən xəbəri yoxdur. Məhkəmə hesab edir ki, hər iki iddia üzrə iddia predmeti mübahisəli mənzillə bağlı olaraq eyni olmaqla onlara ümumilikdə hüquqi qiymət verilməlidir. Belə ki, İddiaçı MTK Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinin əsası kimi aralarında bağlanan 13 mart 2007-ci il tarixli müqaviləyə əsasən sonuncuya ünvan 2 ünvanında inşa edilən çoxmənzilli binada, sahəsi 116 m2 olan 3 otaqlı mənzil 38–in (köhnə nömrəsi 279) 69.634 manata (o dövrdə mövcud olan valyuta kursu ilə 80.040 ABŞ dollarına) satılmasına baxmayaraq ödəməli olduğu pul ödənilmədiyi üçün MTK tərəfindən cavabdehə borcu olmadığına dair maliyyə arayışı verilməməsinə, eləcə də Cavabdeh ilə müqavilənin MTK tərəfindən ləğv edilməsinə istinad edir. Başqa sözlə, iddia tələbinin əsası cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin 25.10.2010-cu il tarixli qərarında göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Lakin məhkəmə baxışı zamanı İddiaçı MTK-nın Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda mübahisəli mənzilin ona yaşayış üçün təhvil verilməsinə və hazırki vaxta kimi (iddia qaldırılana qədər) orada daimi yaşamasına etiraz etməməsinin səbəblərini izah edə bilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndini nəzərə aldıqda, İddiaçı MTK çoxdan, hələ 2007-ci ildən bu müqaviləni birtərəfli qaydada ləğv etməli və mənzildə qanunsuz yaşayanlar olduğu təqdirdə isə onun boşaldılması barədə iddia tələbi ilə müraciət etmək hüququndan istifadə edə bilərdi. Lakin məhkəmə baxışı zamanı İddiaçı MTK tərəflər arasında 13 mart 2007-ci il tarixdə bağlanmış müqaviləni ləğv etdiyi halda 13 il ərzində MTK tərəfindən cavabdehə qarşı hər hansı iddia qaldırılmamasının səbəbini də izah edə bilməmişdir. Məhkəmə İddiaçı MTK-nın iddia ərizəsində qeyd etdiyi kimi özünün ləğv etdiyi müqavilə üzrə cavabdehin öhdəlikləri yerinə yetirməmək adı ilə 13 ildən sonra inşa etdiyi binanın mənzilindən çıxarılmasını iddia etməsi ilə bağlı həmçinin bu qənaətə gəlir ki, iddia ərizəsinin məzmunundan aydın görünür ki, İddiaçı MTK Cavabdeh ilə mübahisəli mənzilə dair aralarında həqiqətən də 13 mart 2007-ci il tarixdə müqavilə bağlanmasını inkar etmir və bu müqavilənin özü tərəfindən müqavilənin 8-ci bəndinə əsasən ləğv edilməsini bildirir. İşin bu halı Cavabdeh İddiaçı MTK-nın iddiasına etirazının əsası kimi istinad etdiyi halın, yəni, həqiqətən də mübahisəli mənzilə dair aralarında müqavilə bağlanaraq hər nüsxəsinin tərəflərdə olması faktının təsdiqidir. İddiaçı MTK-nın tələblərindən daha sonra görünür ki, müqavilənin MTK tərəfindən ləğv edilməsi barədə Cavabdeh dəfələrlə məlumat verilsə də, sonuncu həm müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən, həm də mənzili boşaltmaqdan imtina etmişdir. Lakin məhkəmə baxışı zamanı İddiaçı MTK müqavilənin MTK tərəfindən ləğv edilməsi barədə Cavabdeh dəfələrlə məlumat verilməsinin, eləcə də, sonuncuya həm müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, həm də mənzili boşaltmaq kimi tələblərini yazılı və ya şifahi formada bildirməsini təsdiq edən heç bir sübut növü (ləğv edilmiş müqavilənin MTK-da olan nüsxəsi, teleqram, məktub və s.) təqdim etməmişdir. Tərəflərin izahatlarından və iş materiallarından (habelə məhkəməyə təqdim edilmiş mənzilin hazırki vəziyyətini əks etdirən fotoşəkillərdən) da görünür ki, mübahisəli mənzil təmir edilmiş vəziyyətdə yaşayış üçün tam yararlı olmaqla Cavabdeh uzun müddətdir ki, istifadəsindədir (bir müddət özü, daha sonra isə kirayənişinlər yaşamaqla). Həmin mənzil su, qaz, işıq və rabitə (telefon, internet) xətləri ilə təhciz edilmiş, onların istifadəsi və istismarı ilə bağlı onunla müvafiq müqavilələr bağlanmışdır. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilin dəyərinin kifayət qədər yüksək məbləğ olduğu, eləcə də, İddiaçı MTK-nın rəhbərliyi ilə cavabdeh arasında ciddi qohumluq, dostluq əlaqələri mövcud olmadığı halda mənzilin müqavilədə göstərilən məbləğinin MTK tərəfindən cavabdehdən uzun müddət tələb edilməməsi üçün hər hansı məntiqi və ağlabatan səbəb və ya səbəblər müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə mübahisəli mənzillə bağlanmış müqavilə ləğv edildiyi halda cavabdehin həmin mənzildə yuxarıda göstərildiyi kimi təmir edilməsinə və hazırki vaxta kimi daimi yaşamasından MTK rəhbərliyinin məlumatsız olması da inandırıcı deyildir. İşin bu halı Cavabdeh MTK tərəfindən yaşadığı müddət ərzində ondan aybaay kommunal xərclərlə bağlı ödənişlərin alınmasına dair izahatları ilə təsdiq edilir. Belə olan halda məhkəmə İddiaçı MTK-nın cavabdehin 2007-ci ildə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi əsası ilə hazırda mübahisəli mənzildən çıxarılmasına dair iddia tələblərini əsaslı saymır və hesab edir ki, bu tələblər əsaslı olmuş olsa idi belə (halbuki buna dair heç bir mötəbər subutlar işdə yoxdur) İddiaçı MTK tərəfindən mülki qanunvericilikdə nəzərdə tutulmuş 10 illik ümumi iddia müddəti üzürsüz səbəbdən ötürülmüşdür. Belə ki, 2000-ci ilin sentyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası MMnin 373.1-ci maddəsinə əsasən ümumi müddəti 10 il təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarında iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin tətbiq edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etməsini də nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı MTK-nın iddiası rədd edilməlidir. Məhkəmə İddiaçı MTK-nın iddia müddətinin hazırki mübahisəyə tətbiq edilməməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə istinad etməsini əsassız sayır və bu qənaətini onunla əsaslandırır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsi ilə iddia müddətinin şamil edilmədiyi tələblərin dairəsi müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə iddia müddəti şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə, əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərə, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə və bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblərə şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. MM-in 384.0.4-cü maddəsi mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir. Qeyd edilən normaya əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrum etmə ilə birləşdirilmiş olmasa belə, iddia müddətinin şamil edilmədiyi tələbdir. Normanın da məzmunundan aydın olur ki, iddia müddətinin şamil olunmayan halı mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərlə bağlıdır. Hazırki işdə isə İddiaçı MTK özünü mübahisəli mənzilin mülkiyyətçisi (sahibi) kimi qələmə versə də, işin faktiki və araşdırılmış halları ilə tam təsdiq edilmişdir ki, mübahisəli mənzil 2007-ci ildən Cavabdeh sahibliyindədir. Belə olan halda isə İddiaçı MTK-nın iddia müddətinin keçməsinin tətbiq edilməsinə dair ərizənin təmin olunmamasına dair dəlilləri əsassızdır. Məhkəmə İddiaçı MTK-nın iddiasının göstərilən əsaslara görə rədd edilməsi nəticəsinə gələrkən həmçinin iddiaçı Cavabdehlər İddiaçı MTK-ya və X8 qarşı iddia tələblərinin əsası kimi istinad edilən halların da hazırki birləşdirilmiş iş üzrə məhkəmə baxışı zamanı öz təsdiqini tapmasını mütləq şəkildə nəzərə alır. Belə ki, iş üzrə araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, 13 ildir ki, Cavabdeh mübahisəli mənzildə yaşamasına heç bir formada etiraz etməyən İddiaçı MTK və onun rəhbəri X11 ilə hazırki mübahisə sözügedən mənzilin özəlləşdirilməsi ilə bağlı MTK-ya müraciət edilməsi və bununla əlaqədar da zəruri sənədlərin (müqavilənin və maliyyə arayışının əsilləri) itməsinin aşkara çıxması ilə yaranmışdır. Başqa sözlə, məhkəmənin qənaətinə görə hadisələrin gedişatı onu deməyə tam əsas verir ki, Cavabdeh yaşadığı mənzilin özəlləşdirilməsi ilə bağlı müraciət etmədiyi təqdirdə MTK ilə hazırki mübahisəsi yaranmazdı. İş materiallarından görünür ki, Cavabdeh həyat yoldaşı X13 2020-ci ilin iyul ayında Bakı şəhər BPİ-yə müraciət edərək, müqavilə və arayışın itdiyini bildirmişdir. Bakı şəhər BPİ-nin 21 iyul 2020-ci il tarixli məktubundan görünür ki, BPİ Sakit Məmmədovun müraciətinə cavab olaraq qeyd olunan müqavilə və maliyyə arayışının tapılması barədə Tapıntılar bürosuna məlumat daxil olmadığını bildirmişdir. MTK isə məhkəməyə 15 sentyabr 2020-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə MTK-nın yuxarıda qeyd edildiyi kimi məhz özəlləşdirmə ilə əlaqədar tələb edilən sənədlərin itməsinin aşkara çıxmasından sonra Cavabdeh qarşı iddia ilə müraciət etməsini hüquqdan sui-istifadə kimi qiymətləndirir. İddiaçı MTK-nın və onun rəhbərinin hüquqdan sui-istifadəyə yol verməsi həm Cavabdeh iddia tələblərinin əsası kimi istinad etdiyi halların və təqdim etdiyi sübutların mötəbərliyi, həm də şahid ifadələrinin məzmunu ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında verilən şahid ifadələrindən birmənalı şəkildə görünür ki, mənzilin müqavilə üzrə dəyəri payçı tərəfindən MTK-ya tam şəkildə ödənilmişdir. İddiaçı MTK-nın şahid ifadələrinin mötəbərliyini şübhə altına almasına dair dəlillərinə məhkəmə qiymət verərək qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sübut vasitələrindən biri də şahid ifadələri olmuşdur ki, həmin şahid ifadələrini məhkəmə mötəbər sübutlar kimi qiymətləndirir. Belə ki, şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmuş, onlar Cavabdeh ilə MTK və onun rəhbərliyi arasında olan münasibətləri, baş vermiş hadisələri aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Göstərilən hallar həm Cavabdeh izahatının, həm də şahid ifadələrinin mötəbər olmasına dəlalət edir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikası MPM-nin: - 76.1-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə görə yazılı və maddi sübutlar ekspertiza rəyləri, yerində müayinə keçirmə, səs və video yazıları, şahidlərin ifadələri, işdə iştirak edən tərəflərin izahatları sübut növləridir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzili təmir edilməsi faktı, onun orada 13 il müddət sahibliyi və yaşaması, özünün MTK-ya (2020-ci il) müraciətinədək, cavabdehin ona mənzillə bağlı hər hansı bir tələb irəli sürülməməsi və mənzilə dair etiraz bildirməməsi bir daha bu qənaətə gəlməyə əsas verir ki, o, həmin mənzilin müqavilədə qeyd edilmiş 80.000 ABŞ dolları dəyərini tam ödəmiş və heç bir borcu qalmamışdır. İddiaçı MTK-nın rəhbərliyi heç bir hüquqi əsas olmadan ona məxsus olan mənzilin onun adına özəlləşdirilməsi üçün tələb olunan sənədləri təqdim etməkdən imtina etməklə isə müqavilə öhdəliyini yerinə yetirməmiş və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Halbuki, Cavabdeh mənzillə bağlı itirdiyi sənədlərin digər nüsxələrinin sözügedən cavabdeh MTK– da olmalı olmasına dair iddiaçının dəlillərini məhkəmə inandırıcı sayır və bu səbəbdən də onun həmin mənzil üzərindəki hüquqlarının pozulmaqdan müdafiə edilməli olunmaqla iddiasının tam həcmdə təmin edilməsi nəticəsinə gəlir. Tərəflər arasında hüquq münsibətləri yaranan dövrdə qüvvədə olmuş 178.8-ci maddəsinə əsasən (15 dekabr 2017-ci il tarixli qanunla yeni redaksiyada verilmişdir) mənzil, bağ, qaraj və ya başqa kooperativ üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25.10.2010-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci, 178.2-ci maddələrinin və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativ üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə etmələri qərara alınmışdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Lakin Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Normanın məzmunundan göründüyü kimi mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüququ cəhətdən təmin edilmiş imkanıdır. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyənlləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə hərəkətlər edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya 3-cü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mükiyyətçi olmasa da, bu məcəllə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə mənsubdur. Beləliklə də, işin faktiki hallarından aşkar görünür ki, Cavabdeh mübahisə edilən mənzilin dəyərini qarajın dəyərini ödədiyi kimi, tam şəkildə MTK-ya ödəmişdir, Cavabdeh adına həm mənzilə, həmçinin qaraja dair maliyyə arayışları verilmişdir, naməlum şəraitdə sənədlərin bir qismi – mənzilə dair tərəflər arasında bağlanmış müqavilə və maliyyə arayışları itmiş, Cavabdeh mənzili bütün sakinlər adlarına rəsmiləşdirdikləri vaxt sənədləri axtararkən tapmayaraq MTK-ya sənədlərin surətlərinin, yaxud dublikatının verilməsi ilə bağlı müraciət etmiş, MTK isə yaranmış bu vəziyyətdən sui-istifadə edərək, sənədlərin verilməsindən imtina etmiş, mənzilin ödənilmiş dəyərini etiraf etməmiş, yenidən pul ödənilməsini tələb etmiş, Cavabdeh və ailəsi bununla razı olmadıqlarından tərəflər arasında hazırki mübahisə yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MTK-nın mübahisəli mənzillə bağlı Cavabdeh tələb etdiyi sənədlərin verməməsi ilə MTK-nın mülki hüquq münasibətinin subyekti kimi öz hüquq və vəzifələrini vicdanla həyata keçirməməsini bir daha təsdiq edir. Məhkəmə hesab edir ki, Cavabdeh məhkəməyə öz məqsədlərinə çatması üçün müqavilənin və mənzilə dair sənədlərin itməsi barədə verdikləri məlumatların yalan olmasına dair İddiaçı MTK-nın etirazının əsas dəlili işin faktiki araşdırılmış halları və toplanmış sübutlarla tam təkzib edilir. Məhkəmə İddiaçı MTK-nın Cavabdeh iddiasına etirazının əsası kimi istinad etdiyi dəlillərə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, etirazda göstərilənlər MTK-nın Cavabdeh sənədlərin itirilməsi ilə bağlı düşdüyü vəziyyətdən sui-istifadə etməklə bu yolla onun qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmasına hesablanmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Müılki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mılki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X14 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Məhkəmə göstərilən nəticələrə gələrkən qeyd etməyi zəruri hesab edir ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə birinci iddia ərizəsinin təqdim edilməsi üçün 20 manat; ikinci iddia ərizəsinin təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» 27.12.2002-ci il taixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; “X19rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MTK-nın Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası əsassız olduğundan, həmçinin iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə rədd edilməli; iddiaçı Cavabdehlər İddiaçı MTK-ya və X8 qarşı «mənzilin sənədləşdirilməsi üçün zəruri sənədlərin verilməsi» tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməli; iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı MTK arasında 13.03.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 80.000 ABŞ dolları dəyəri (manat ekvivalentində) tam ödənilməklə Cavabdeh məxsus olan ünvan 5 ünvanında inşa edilmiş çoxmənzilli binanın 11-ci mərtəbəsində, ümumi sahəsi 116 m2 olan 3 otaqlı 38 nömrəli mənzilin Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə təqdim edilməsi məqsədi ilə həmin mənzilə dair 13 mart 2007-ci il tarixli müqavilənin, maliyyə arayışının, həmin mənzilin Cavabdeh məxsus olmasına dair İddiaçı MTK-nın ümumi iclasının protokolundan çıxarış; mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin Cavabdeh verilməsi cavabdeh İddiaçı MTK-nın öhdəsinə qoyulmalıdır. Birinci iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu birinci iddia üzrə iddiaçıya; ikinci iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ikinci iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MTK-nın Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası əsassız olduğundan, həmçinin iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə rədd edilsin. İddiaçı Cavabdehlər İddiaçı MTK-ya və X8 qarşı «mənzilin sənədləşdirilməsi üçün zəruri sənədlərin verilməsi» tələbinə dair iddiası əsaslı olduğundan təmin edilsin. İddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı MTK arasında 13.03.2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 80.000 ABŞ dolları dəyəri tam ödənilməklə Cavabdeh məxsus olan ünvan 5 ünvanında inşa edilmiş çoxmənzilli binanın 11-ci mərtəbəsində, ümumi sahəsi 116 m2 olan 3 otaqlı 38 nömrəli mənzilin Azərbaycan Respublikası ƏMDKnın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə təqdim edilməsi məqsədi ilə həmin mənzilə dair 13 mart 2007-ci il tarixli müqavilənin, maliyyə arayışının, həmin mənzilin Cavabdeh məxsus olmasına dair İddiaçı MTK-nın ümumi iclasının protokolundan çıxarışın, mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin Cavabdeh verilməsi cavabdeh İddiaçı MTK-nın öhdəsinə qoyulsun. Birinci iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu birinci iddia üzrə iddiaçıya; ikinci iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ikinci iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar