Məhkəmə qərarları › İş №2(006)-6945/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6945/2021

15.12.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6945/2021 15.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qarşı «əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh sahibkar fiziki şəxs Cavabdeh1 (VÖEN: **********) arasında bağlanmış 24.12.2014-cü il tarixli xxxxxxx000100 saylı əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X5 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2009-cıı ildən tanıdığı Cavabdeh1 (VÖEN: **********) sahibkar fiziki şəxs kimi fəaliyyət göstərirdi. 2014-cü ildə ona yeni açılmış şirniyyat yerində şirniyyatçı kimi işləməyi təklif etdi və 2014-cü ilin noyabr ayından orada işləməyə başladı. Bu barədə 24.12.2014-cü il tarixdə əmək müqaviləsinin bağlanması barədə bildiriş mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmişdir. 2015-ci ilin avqust ayının 9-da işdən ayrıldı. O zamandan heç xəbəri yox idi ki, onun əmək müqaviləsinə dair bildiriş elektron məlumat sisteminə daxil edilib. İlk dəfə bu barədə 2020ci ildə pandemiya şəraitində işsizlərə ödənilən 190.0 azn müavinəti almaq üçün elektron portalda qeydiyyatdan keçən zaman məlum oldu. Həmin vaxtdan dəfələrlə cavabdehlə əlaqə saxladı və əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin dərhal elektron informasiya sistemində daxil edilməsini tələb etdi, lakin, bu günə kimi cavabdeh gah səhhətini, gah da hansısa texniki problemləri bəhanə edərək bundan yayınır. Sonuncu dəfə isə artıq telefonlarına cavab vermədiyini görüb, aidiyyəti qurumlara müraciət etmək qərarına gəldi. Bundan sonra tərəfimdən işəgötürənin bu qanunsuz hərəkətləri barədə X4 şikayətlər verilmiş və sonuncunun 17.07.2020-ci il tarixli **********4 saylı, 11.12.2020-ci il tarixli və 13.08.2021-ci il tarixli **********5 saylı cavab məktubları ilə ona izah edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün ilk olaraq işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun icra edilməsi mümkün deyildirsə, bu barədə rayon məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə, X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X4 həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə zəruri olduğundan əlavə cavabdeh kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı həmçinin iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin Cavabdeh1a həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 Xidmətinin nümayəndəsi X3 iddianın Cavabdeh1 münasibətdə təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia Cavabdeh1 münasibətdə təmin, X5 Xidmətinə münasibətdə isə rədd edilməlidir. Mərkəzləşdirilmiş elektron informasiya sistemi iş yerinə dair arayışdan görünür ki, Hümbətova X2 Fəridə Kamal qızı tərəfindən 24.12.2014-cü il tarixli əmək müqaviləsi üzrə bufetçi, satıcı-kassir məşğulluq təsnifatı üzrə işə götürülmüşdür. Bildiriş 24.12.2014-cü il tarixdə daxil edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 17.07.2020-ci il tarixli, **********4 nömrəli məktubdan görünür ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı cavabdeh şəxsin ünvanına rəsmi məktub göndərilmiş, lakin cavabdeh tərəf bu günədək məktuba cavab verməmişdir. Qeyd olunanlar nəzərə alınaraq bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə və ya etibarsız olunması üçün məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 13.08.2021-ci il tarixli, **********5 nömrəli məktubdan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X5 Xidmətinin səlahiyyətləri xaricindədir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X5 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi İddiaçı 24.12.2014-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh1 yanında bufetçi, satıcı-kassir məşğulluq təsnifatı üzrə vəzifəyə işə qəbul edilmişdir. İddiaçının tərəf olduğu əmək müqaviləsinə faktiki xitam verilmiş olduğu da işin mübahisələndirilməyən hallarına aiddir. Hazırda iddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin işəgötürən tərəfindən icra edilməsini xahiş edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5 və 5-1-ci bəndlərinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 9-cu maddəsinin “o” bəndinə görə elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək işçinin hüququdur. Bu Məcəllənin 12 maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələblərinə görə bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin yuxarıda sadalanan normalarından göründüyü kimi əmək müqaviləsi bildirişininin (əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi) elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi işəgötürənin vəzifələrinə aid edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki iddia işəgötürən Cavabdeh1 münasibətdə təmin edilməli, İddiaçı tərəf olduğu əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi onun üzərinə qoyulmalıdır. Cavabdeh1 iddiaya verdiyi etirazda iddianı qəbul etdiyini, xxxxxxx000100 saylı əmək müqaviləsinə faktiki olaraq xitam verildiyini, lakin ondan asılı olmayan texniki səbəblərdən əmək müqaviləsini elektron informasiya resurslarına daxil etməsi mümkün olmadığını bildirsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə münasibətdə iddianın rədd edilməsi qənaətinə gəlmiş, gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, məsuliyyətin yaranmasının vacib şərti cavabdehin təqsirli olması halının müəyyən edilməsidir. Beləliklə X5 Xidmətinin hazırki iddia üzrə cavabdehlik daşıdığı müəyyən edilmədiyindən, ona qarşı irəli sürülən iddia təmin edilə bilməz. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia Cavabdeh1 münasibətdə təmin edilməli, iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi onun üzərinə qoyulmalıdır. İddia cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə münasibətdə isə rədd edilməlidir. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçı dövlət rüsumu ödəməkdən azaddır. Beləliklə iddia Cavabdeh1 münasibətdə təmin edildiyindən, dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 119.2, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia Cavabdeh1 münasibətdə təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 24.12.2014-cü il tarixli xxxxxxx000100 saylı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Cavabdeh1 üzərinə qoyulsun. 50 manat dövlət rüsumu Cavabdeh1 tutulub dövlət gəlirinə alınsın. İddia cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə münasibətdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar