Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-697/2025 10.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Bethlehem Co” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respulikasındakı Filialına qarşı "əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi və sair tələbinə dair" mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "Bethlehem Co” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respulikasındakı Filialına qarşı "əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi və sair tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o, İddiaçı "xxxx" MMCnin Azərbaycan Respublikasındakı filialı ilə hal-hazırda mövcud olan əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq altsistemi”nə daxil edilməsi hüququnun X4 Xidmətinə həvalə edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən "xxxx" X5 Cəmiyyəti arasında 27 oktyabr 2018-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. O, həmin müəssisədə satıcı vəsifəsində çalışmışdır. Daha sonra isə həmin müəssisə ilə arasında olan razılaşmaya əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən özünün müraciəti əsasında işəgötürən "xxxx" X5 Cəmiyyəti ilə 23 noyabr 2019-cu il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin müəssisə ilə əmək müqaviləsinin xitam edilməsi barəsində onun əmək kitabçasında qeyd edilmişdir. Daha sonra isə hal-hazırda çalışdığı yerdə işəgötürən sahibkar X3 ilə əmək müqaviləsi bağlayaraq onun mağazasında satıcı kimi yarım ştat işləməyə başlamışdır. Bu yaxınlarda işlədiyi müəssisə ona bildirmişdir ki, əvvəlki işlədiyi müəssisə "xxxx" X5 Cəmiyyəti ilə əmək müqaviləsinə xitam verilsə də, onun ilə həmin müəssisə arasında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin bağlanmasına dair bildiriş qüvvədədir. Həmin bildiriş qüvvədə olduğu üçün o analıq məzuniyyətinə çıxdığı zaman ona buna görə ödəniş edilməmişdir. Çünkü əmək və məşğulluq altsistemində onun hal-hazırda "xxxx" X5 Cəmiyyətində çalışdığı məlumatı var. Bu məlumatı aldıqdan sonra problemin həll edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmişdir. Həmin idarədən 04 iyun 2024-cü il tarixində ona ünvanlanmış olan № 3-17-5/2-Ə-35059/2024 cavab məktubuna əsasən müraciətinə idarə tərəfindən baxıldığı bildirilmişdir. Ona qeydiyyatda olduğu ünvana xx.xx.2024-cü il tarixli məktubun göndərildiyi və müvafiq formada izahatının araşdırılmaya təqdim edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin ona ünvanlamış olduğu 04 iyun 2024-cü il tarixində olan № 3-17-5/2-Ə-35059/2024 cavab məktubunda “müraciətimlə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının ünvan 3 ünvanına (SS897977155 AZ) 3-17-5/2-27546/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub döndərilmiş və araşdrımaya dair sənədlərin “Vətəndaşların müraciətləri” haqqında Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Lakin göndərilən məktub poçt xidmətinə məxsus F-20 formasında ünvanda yoxdur qeyd edilərək məktublar geri qaytarılmışdır. Bu səbəbdən də müraciətinizin araşdırılmasını başa çatdırmaq tərəfinizdən mümkün olmamışdır”qeyd edilmişdir. X4 Xidməti Bakı şəhər İdarəsinin verdiyi cavabdan məlum olur ki, "xxxx" X5 Cəmiyyəti qeyd edilmiş ünvanda mövcud deyildir. O, öz təşəbbüsü ilə həmin müəssisənin keçmiş mühasibi ilə əlaqə saxlamışdır. Oda ona bildirmişdir ki, firmanın rəhbərliyi bütünlüklə ölkə ərazisini tərk edərək getmişdir. Mühasibdə olan sonuncu məlumat bundan ibarətdir. X4 Xidməti Bakı şəhər İdarəsinin məktubunda “sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında 2015ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikası qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır” sözləri qeyd edilmişdir. Həmin məktubda X4 Xidməti Bakı şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Rüfət Əliyev bildirmişdir ki, “qeyd olunanlara əsasən, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin Əmək və məşğulluq alt sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onu işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların Əmək və məşğulluq altsisteminə daxil edilməsi hüququ X4 Xidmətinə həvalə edilməlidir” qaydasında həyata keçirilməlidir. Həmin məktuba əsasən məhkəmədə “əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi, əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların əmək və məşğulluq atsisteminə daxil edilməsi hüququnun X6 Xidmətinə həvalə edilməsi” tələbi ilə bağlı iddia qaldırmamışdan əvvəl mübahisənin məhkəməyə qədər həll edilməsi məqsədilə “əmək müqaviləsinə xitam tələbi” barədə Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya Şurasının Bakı 3 saylı Mediasiya Təşkilatında onun müraciəti əsasında əmək mübahisəsi üzrə mediator X1 rəhbərliyi ilə 25 iyun 2024-cü il tarixinə ilkin mediasiya sessiyası təyin edilmişdir. Lakin həmin tarixdə müraciət edən tərəf kimi o İddiaçı iştirak etsədə, mediasiyaya dəvət olunan tərəf "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı filialından heç kim ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bununla bağlı Mediasiya Şurasının Bakı 3 saylı Mediasiya Təşkilatının mediatoru X2 ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barəsində MŞB/3/2024-00425 nömrəli xx.xx.2024-cü il tarixli arayış vermişdir. Yuxarıda qeyd etmiş olduğu faktlara və işin hallarına əsasən bir daha nəzərə çatdırır ki, onun keçmiş çalışdığı "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı filialı ilə əmək müqaviləsinə öz təşəbbüsü ilə xx.xx.2019-cu il tarixində xitam verilmişdir. Mən hal-hazırda başqa bir müsəssisədə çalışır. "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı filialı ilə hal- hazırda heç bir əmək münasibəti yoxdur və onlar ona hər hansı bir məvacib ödənişi etmirlər. Əmək və məşğulluq altsistemində həmin müəssisə ilə əmək müqaviləsinin mövcud olması ona analıq məzuniyyətinə çıxdığı zaman böyük problemlər yaratmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "Bethlehem Co” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respulikasındakı Filialına və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Belə ki, iş materiallarına əlavə olunmuş İT-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixində "xxxx" MMC-yə satıcı vəzifəsinə işə qəbul eilib, xx.xx.2019-cu il tarixində isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarında olan İddiaçı ilə sahibkar X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı mağazada əlavə satıcı vəzifəsinə işə götürülmüşdür. Bu əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən qüvvəyə minir və xx.xx.2024cü il tarixə qədər qüvvədədir. İşəgötürən işçiyə işlədiyi hər ay üçün 350 manat əmək haqqı ödəyəcək. (bənd 4.1). İş materiallarında olan Bakı şəhəri 03 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/3/2024-00425 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 10:30-11:00 radələrində keçirilən ilkin mediasiya sessiyasında "Bethlehem Co” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respulikasındakı Filialı iştirak etməmişdir. İlkin mediasiya xərci olan 60 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin 04 iyun 2024-cü il tarixli məktubundan görünür ki, tərəfllər arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin bağlanmasına dair bildiriş qüvvədədir. İddiaçı, əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürənə müraciət etməli, müraciəti təmin edilmədiyi təqdirdə, məhkəməyə müraciət etməlidir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair məlumat mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməmişdir. Bu səbəbdən, iddiaçı digər işəgötürənlərlə əmək müqaviləsi bağlaya bilmir. İddiaçı yaranmış vəziyyətlə bağlı öncə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət etmiş və ona bildirmişlər ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Xidmətin səlahiyyəti xaricindədir. İddiaçıya həmçinin bildirilmişdir ki, o, əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürənə müraciət etməli, müraciəti təmin edilmədiyi təqdirdə, məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar» təsdiq edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçün isə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır. E-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəni saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. E-imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək, məsuliyyətdən yayınmanın qarşısını alır. Bu sistem işçilərin əmək hüquqlarının pozulmamasına, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirməklə, inkişaf edən və ya inkişafdan qalan fəaliyyət sahələrin ayırd edilməsinin asanlaşmasına, iqtisadi inkişafın tənzimlənməsi üzərində işlərin keyfiyyətinin artmasına, dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir. Göründüyü kimi, qeyd olunan sistemdə əmək müqaviləsi barədə məlumatın olması iddiaçının hüquqlarını pozur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə "Bethlehem Co” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respulikasındakı Filialı arasında bağlanmış 27 oktyabr 2018-ci il tarixli əmək müqaviləsinə xx.xx.2019-cu il tarixindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilməldir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə "Bethlehem Co” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respulikasındakı Filialı arasında bağlanmış 27 oktyabr 2018-ci il tarixli əmək müqaviləsinə xx.xx.2019-cu il tarixindən xitam verilmiş hesab edilsin. 27 oktyabr 2018-ci il tarixli əmək müqaviləsinə xx.xx.2019-cu il tarixindən xitam verilməsi ilə əlaqədar olaraq əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-697/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-697/2025
10.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver