Məhkəmə qərarları › İş №2(006)-7061/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-7061/2021

16.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-7061/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olduğu köhnə qaydalara əsasən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, məhəllə 667, ev 118, 118A, 118B, 118C mənzil 19-dan Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyyətində olduğu köhnə qaydalara əsasən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, məhəllə 667, ev 118, 118A, 118B, 118C mənzil 19, yeni qaydalara əsasən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 118, M8, m3 mənzilə texniki səbəblərə görə Cavabdeh qeydiyyata alınmışdır. Məlumat üçün bildirmək istəyir ki, Cavabdeh köhnə qaydalara əsasən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, məhəllə 667, ev 118, 118A, 118B, 118C mənzil 19 (köhnə qaydalara əsasən qeydiyyatları eyni ünvanadır) yeni qaydalara əsasən ünvan 1nvanında qeydiyyatdadır. Texniki səhv barədə qarşı tərəf məlumatlandırılmış və sonuncu onun mülkiyyətində olan evin qeydiyyatından çıxmaqla bağlı lazımı olan addımlar atacağını bildirmişdir. Bir mülkiyyətçi kimi öz mülkiyyəti barəsində sərəncam vermək hüququ məhdudlaşıb. Belə ki, mənzil üzərində sahiblik və istifadə hüququnun həyata keçirilməsi zamanı cavabdeh tərəfindən hər hansı maneçilik olmasa da, cavabdehin qeydiyyatı əmlakın özgəninkiləşdirilməsi zamanı ciddi maneə törədir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, məhəllə 667, ev 118, 118A, 118B, 118C, mənzil 19 - Yeni qaydalarla: AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 118, M8, m3 saylı mənzil xüsusi mülkiyyət kimi İddiaçı məxsusdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, məhəllə 667, ev 118, 118A, 118B, 118C, mənzil 19 - Yeni qaydalarla: AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 118C, M7, m1 saylı mənzil xüsusi mülkiyyət kimi X1 məxsusdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, məhəllə 667, ev 118, 118A, 118B, 118C, mənzil 19 - Yeni qaydalarla: AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 118, M8, m3 saylı mənzilə texniki səhvin nəticəsi olaraq Cavabdeh qeydiyyata alınmışdır. Hazırda İddiaçı cavabdehin yanlışlıqla da olsa mülkiyyətində olan mənzilinə qeydiyyata alınması nəticəsində ona məxsus əmlakdan sərbəst istifadə edə bilməməsini (öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, ona dair sərəncam vermək və s.) əsas gətirərək, cavabdehin ona məxsus mənzildən istifadə hüququna xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktik sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, Cavabdeh yuxarıda qeyd edilən mənzildən istifadə hüququnun əmələ gəlməsinə və həyata keçirilməsinə dair onunla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Cavabdeh sadəcə texniki səhvin nəticəsi olaraq həmin mənzilə qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, cavabdehin yanlışlıqla iddiaçıya məxsus mənzilə qeydiyyata alınması Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun qeydiyyata alınması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, cavabdehin yuxarıda qeyd olunan mənzildən istifadə hüququ yoxdur. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, məhəllə 667, ev 118, 118A, 118B, 118C, mənzil 19 - Yeni qaydalarla: AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 118, M8, m3 saylı mənzildən istifadə hüququna xitam verilməlidir. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, məhəllə 667, ev 118, 118A, 118B, 118C, mənzil 19 - Yeni qaydalarla: AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 118, M8, m3 saylı mənzildən istifadə hüququna xitam verilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar