Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-713/2025 07.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının oğludur. İçki aludəçisidir, pis vərdişləri olduğu üçün özünü idarə edə bilmir. Belə bir oğlu olduğu üçün valideyn kimi xəcalət çəkir. O, dəfələrlər iddiaçı və atasını döyərək xəsarət yetirmişdir. Bu barədə dəfələrlə polis idarəsinə ərizə və müraciətləri olmuşdur. Hətta cavabdeh ona qarşı ləyaqətsiz hərəkətlər edir ki, onu ərizəsinə yazmaqdan belə utanır. Belə bir övlad valideynin əmlakına və mülkinə yiyə durması və qanunla vərəsə kimi tanınması haqsızlıq və ədalətsizlik olardı. Zərurət yarandığı üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Odur ki, Cavabdeh ləyaqətsiz vərəsə olması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, hazırki iddia tələbi Mülki Məcəllənin 1137-ci maddəsi çərçivəsində ləyaqətsiz hesab olunmağı üçün qanuni səbəb təşkil etmir. Hazırda miras sahibi valideynləri sağdır və hər hansı vəsiyyətnamədən və mirasa sahiblikdən söhbət belə getmir. Həmçinin, qanunvericilik ləyaqətsiz vərəsə tələbi ilə hansı şəxslərin və hansı hallarda iddia vermək hüququnu aşkar göstərmişdir. Belə bir əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət olunması isə tamamilə qanunsuzdur. Həmçinin, bu yaşına kimi heç vaxt valideynlərinə qarşı ərizədə yalandan yazılan qeyri-etik hərəkətləri göstərməmişdir, qeyd olunanlar isə iddiaçının subyektiv fikirləridir və iddiaçının bununla bağlı heç bir sübuta yoxdur. Əksinə, iş üzrə İddiaçı o, xx.xx.2023-cü il tarixdə nişanlandıqdan sonra onu miras əmlakından məhrum etmək üçün bu böhtanları uydurmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixindən etibarən evdə mülk üstündə mübahisələr başlamış, anası, bacısı və qardaşı arasında davalar olmuşdur, bununla bağlı əlində səs yazısı da var. Hətta anası xx.xx.2024-cü il tarixdə onunla birgə yaşayan atasına onun guya işgəncə verdiyini və zirzəmidə saxlayaraq onu döydüyünü yalandan iddia edərək ARB kanalında çıxış etmiş, lakin həmin gün bu çıxışdan təxminən 10 dəq sonra evinə veriliş əməkdaşları daxil olaraq evi və atasını yoxlayaraq barəsindəki bütün iddiaların yalan olduğunun özləri şahidi olmuşlar və məsələ öz real sübutunu tapmışdır. Bu barədə video görüntü də var. Səhəri gün xx.xx.2024-cü il tarixdə o, atası ilə birlikdə həmin kanalda iştirak edərək əslində anası və iş üzrə iddiaçı, qardaşı Anar, bacısı Elnarə, bacısının yoldaşı İbrahim tərəfindən bütün bu oyunların mülkə görə qurulduğunu və onların bütün milləti, dövlət məmurlarını aldatdığını sübut etmişlər. Bundan sonra anası yenə də onun barəsində dəfələrlə polis orqanlarına əsassız şikayətlər vermiş, dövlət orqanlarının boş yerə vaxtını almış, bu şikayətlərə görə atası ilə birgə yaşadığı zamanda daim evlərinə polis işçiləri və həkimlər gəlmiş, lakin hər dəfə anası Dursunun verdiyi şikayətlərin əsassız olduğu məlum olmuş, o, öz böhtanlarını heç vaxt sübuta yetirə bilməmişdir. Göründüyü kimi anasının məqsədi onu gələcəkdə yaranacaq hansısa miras hüququndan məhru etmək imiş. Odur ki, qeyd olunanları nəzərə alaraq iddiaçı tərəfindən irəli sürülən əsassız iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı oğludur. Cavabdeh ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. Hazırda İddiaçı Cavabdeh ləyaqətsiz vərəsə hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan AR DİN tərəfindən verilən Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışdan görünür ki, ünvan 1 ünvanında X5, Cavabdeh, X3 qeydiyyatdadır. 9.Mülki işin materiallarında olan Nizami rayon MKTB-nin 88 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 332 nömrəli Arayışdan görünür ki, İddiaçı Q.Qarayev küçəsi, 59 saylı evin 47 nömrəli mənzilində qeydiyyatdadır. 10.Mülki işin materiallarında olan Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilən 18 sentyabr 2024-cü il tarixli vəsiyyətnamədən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda X3 ölən günədək ona məxsus olan bütün daşınan və daşınmaz əmlaklarını ünvan 3 ünvanında qeydiyyatda olan arvadı İddiaçı vəsiyyət edir. 11.Mülki işin materiallarında olan AR Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Kama küçəsindəki 215 nömrəli yaşayış evinin 10 nömrəli mənzili X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir (qeydiyyat tarixi xx.xx.1997). 12.Mülki işin materiallarında olan AZ-İ seriyalı, 291213 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X3 və X6 arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. 13.Müki işin materiallarında olan Nəsimi rayon MKTB-nin 17 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 49 nömrəli Arayışdan görünür ki, S.Rəhimov küçəsi, 213 nömrəli evin 10 nömrəli mənzili X2 məxsusdur və həmin mənzildə X3, X4 və Cavabdeh qeydiyyatdadırlar. 14.Müki işin materiallarında olan cd-disk və flaşkart. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 1137- ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 16.Mülki Məcəllənin 1140-cı maddəsinə ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. 17.Mülki Məcəllənin 1143-cü maddəsinə əsasən şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. 18.Məhkəmə bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. 19.Hazırkı mübahisə üzrə iddianın əsasını cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi təşkil edir. Belə olan halda cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün faktiki halların mövcudluğuna hüquqi qiymət verilməlidir. 20.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. 21.Məhkəmə həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Qanunvericiliyə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, burada şəxsin ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. 22.Məhkəmə ilk olaraq qeyd edir ki, təqdim edilmiş sənədlərdən iddiaçı tərəfindən yazılmış vəsiyyətnamənin olması aşkar edilmir. Bununla yanaşı miras qoyanın, yəni iddiaçının vərəsəliklə bağlı son iradəsinə qarşı yönələn cavabdeh tərəfindən törədilən hüquqazidd davranışlar işin faktiki hallarından müəyyən edilmir. Bundan əlavə isə məhkəmə tərəfindən iddiaçıya kifayət qədər vaxt verilməsinə baxmayaraq iddiada qeyd etdiyi hallar barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında ifadə olunmuş hüquqi mövqeləri nəzərə alaraq məhkəmə hesab edir ki, göstərilən hallar müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz. 23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 25.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 26.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 27.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilmə” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-713/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-713/2025
07.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver