Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-724/2022 12.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "doğum akt qeydinin bərpa edilməsi" barədə ərizəsinə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikası Masis rayonunda doğulması və bu barədə doğumun qeyd edilmə faktının müəyyən edilməsi, ona doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Xəlilov”, adı “Qurban”, ata adı “Xəlil”, doğum tarixi “xx.xx.1958-ci il”, doğum yeri “Ermənistan Respublikasının Masis rayonu”, ata qrafasında “atam X2, milliyyəti azərbaycanlı”, ana qrafasında “anam X1, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci ildə Ermənistan Respublikası Masis rayonunda anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. O, doğulandan sonra valideynləri doğum haqqında şəhadətnamə almışlar. Belə ki, onun adına doğum haqqında şəhadətnamə olmuşdur və bu doğum haqqında şəhadətnamə Ermənistan Respublikasında götürülmüşdür. Məlum hadisələrlə bağlı onlar Ermənistan Respublikasından qaçqın düşərək Bakı şəhərinə gəlmişlər. Ailəyə məxsus sənədlər, o cümlədən onun doğum şəhadətnaməsi Ermənistan Respublikasında qalmışdır. Hazırda Ermənistan Respublikası ilə olan münasibətləri səbəbindən o, arxivdən şəhadətnaməni təkrar götürə bilmir. Ona görə də bu barədə Bakı şəhəri Maraqlı şəxsnə doğum haqqında şəhadətnamə almaq üçün müraciət etdi. Lakin şöbədən ona doğum haqqında şəhadətnamənin verilməsinin qeyri-mümkünlüyü barədə rəsmi imtina təqdim edildi və məhkəməyə müraciət etməyi tövsiyə edildi. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəldi. Onun doğum haqqında şəhadətnaməsinin olması və onun xx.xx.1958-ci ildə Ermənistan Respublikası Masis rayonunda doğulmasını bilən şahidlər vardır və həmin şəxslər gəlib məhkəmədə həmin faktı təsdiq edəcəklər. O, hazırda torpaqlarımız işaldan azad olunduğu üçün köçüb işğaldan azad olunmuş torpaqlarımızda yaşamaq istəyir. O, bununla bağlı müvafiq dövlət orqanlarına müraciət etdiyi zaman ondan doğum haqqında şəhadətnaməm tələb olundu. Lakin qeyd edilən sənəd onda olmadığı üçün onun müraciəti qeydə alınmadı. Doğum akt qeydinin bərpa olunması ona köçüb işğaldan azad olunmuş torpaqlarımızda yaşamaq üçün qeydiyyata alınması üçün lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıdakı məzmunda izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq Ərizəçi mülki işinə dair məhkəmə baxışı iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.2.3-cü, 308ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 12.11.2021-ci il tarixli məktubdan görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsinə dair Maraqlı şəxsnə daxil olmuş ərizəyə baxılmışdır. Ərizədə doğum yerinin “Ermənistan. Masis rayonu” olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunun təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi tərəfindən icra edilir, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. İtmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Həmçinin Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və hüquq müəyyən edici sənədi ərizəçi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktının müəyyən edilməsindən birbaşa asılıdır. Bakı-Nəsimi RPİ tərəfindən 26.08.2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə iclasında iştirak edən şahid X3 izahat verərək bildirmişdir ki, ərizəçini kənddən tanıyır. Ərizəçi 1958-ci il tarixdə anadan olub. Onlar ərizəçi ilə qonşu olmuşlar. ərizəçinin ata adı Xəlil olmuşdur. Ərizəçi Masis rayonunda anadan olub. Məhkəmə iclasında iştirak edən şahid X4 izahat verərək bildirmişdir ki, onlar eyni kənddən olmuşlar. ərizəçi 1958-ci il tarixdə anadan olmuşdur. Atasının adı Xəlil idi. Belə ki, işdə olan materiallara əsasən ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olmuşdur. Müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün olmamışdır. Yuxarıda qeyd edilən səbəblərdən onun doğum faktı ilə bağlı qeydlərin dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulması və bu barədə doğumun qeyd edilmə faktı müəyyən edilsin Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Xəlilov”, adı “Qurban”, ata adı “Xəlil”, doğum tarixi “xx.xx.1958-ci il”, doğum yeri “Ermənistan Respublikasının Masis rayonu”, ata qrafasında “atası X2, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X1, milliyyəti azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-724/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-724/2022
12.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver