Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-738/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X14 iştirakı ilə İddiaçılar İddiaçı, X5 və X6 Cavabdeh ASC-yə qarşı «səhmdarlara dividendlərə dair məlumatların təqdim edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı, X12 və X13 Cavabdeh ASC-yə qarşı «səhmdarlara məlumatların təqdim edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin üzərinə onlara (səhmdarlara) dividendlərə dair məlumatların təqdim edilməsinin həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, hüquqlarını müdafiə etdiyi İddiaçı, X12 və X13 Cavabdeh ASC-nin səhmdarıdırlar. İddiaçı səhmlərinin sayı 18.470.826 ədəd, Yüzbaşeva Leyla Şirəli qızında səhmlərin sayı 23.976.837 ədəd, X1 sayı 15.476.148 ədəd olmuşdur. Səhmlərə dair bütün məlumatlar və sənədlər Cavabdeh ASC-dədir və müraciət edildiyinə baxmayaraq, səhmlər üzrə dividentlər barədə məlumatlar iddiaçılara verilmir və eləcə də, səhmlər üzrə dividentlər də bütün müddət ərzində verilməmişdir. Sonuncu dəfə də xx.xx.2019, xx.xx.2020-ci il tarixlərdə Cavabdeh ASC-yə yazılı formada müraciət edərək, səhmdarlara bütün müddət ərzində səhmlərin dividentləri barədə məlumatların verilməsini xahiş etmişlər. xx xxx 2020-ci il tarixli Cavabdeh ASC-nin məktubunda göstərilmişdir ki, həmin məlumatlar yalnız müştərilərin özlərinə və ya nümayəndələrinə verilə bilər. Ona görə də, xx xxxx 2020-ci il tarixdə yenidən iddiaçıların – səhmdarların notariatda təsdiq edilmiş onlara verilmiş etibarnamələrinin surətlərini (13 vərəq) məktubla cavabdehə təqdim etmiş və qeyd olunan məlumatların bildirilməsini xahiş etmişlər. Lakin həmin müraciətlərə də cavab verilmir. İddiaçıların səhmlər üzrə dividentləri barədə məlumatları almaq mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Sözügedən məlumatların iddiaçılara təqdim edilməsi vəhifəsinin cavabdehə həvalə edilməsinə zərurət yaranmışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X16 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçılar hazırda onların səhmdarı kimi qeydiyyatdan keçmədikləri üçün onlara hər hansı məlumatın verilməsi mümkünsüzdür. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 01/04-310 saylı məktubundan görünür ki, Milli Depozit Mərkəzinin uçot sistemində İddiaçı, X5 və X6 adına hesab açılmamışdır və onların qiymətli kağızlara sahibliyi barədə heç bir məlumat yoxdur. Habelə iş materiallarına əlavə olunmuş Cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixli 41-2666/2021 saylı məktubundan görünür ki, Milli Depozit Mərkəzindən əldə edilmiş Cavabdeh ASC-nin səhmdarları haqqında reyestr məlumatlarında İddiaçı, X8 və X6 Bankın səhmdarları olmalarına dair məlumat yoxdur. Cavabdehin nümayəndəsi X16 məhkəmə iclasında hakimin sualına cavab olaraq bildirdi ki, iddiaçıların məhkəməyə təqdim etdikləri məhkəmə aktı icra edilməmişdir. Milli Depozit Mərkəzinin uçot sistemində İddiaçı, X5 və X6 adına hesab açılaraq, qiymətli kağızlara sahibliyi barədə məlumat olsa idi, onlar iddiaçılara dividendlər barədə məlumat verərdilər. Lakin hazırda, qeyd etdiyi kimi, məhkəmə aktı icra edilməmişdir. Məhkəməyə təqdim olunmuş, tərəflərin izahatlarında vurğuladıqları, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(006)-4840/2016 saylı qətnaməsindən görünür ki, iddiaçılar X3, X9, X4, X2, X10, İddiaçı, X6 və X5 Cavabdeh ASC-yə qarşı «satılmış bank səhmlərinin dəyərinin ödənilməsi» tələbinə dair iddia tələblərinin əsassız olduğu üçün təmin edilməməsi, N.Muradovadan, V.Əmiraslanovadan, V.Səmədovadan və Ə.Hacıyevadan dövlət nəfinə iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası xərci olan 200 manat məbləğində pulun tutulması, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi, Cavabdeh ASC-nin L.M.Qubatiyevaya və digərlərinə qarşı «müqavilələrə xitam verilməsi və səhm üzərində mülkiyyət hüququnun bərpa edilməsi» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, satıcı qismində İddiaçı ilə alıcı qismində Cavabdeh ASC-nin adından «X11» MMC arasında bağlanmış qiymətli kağızlarla alğı-satqı haqqında xx.xx.2015-ci il tarixli 0049U/15 saylı müqavilənin ləğv edilərək, həmin müqaviləyə xitam verilməsi və İddiaçı 18.470.826 səhm üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi, satıcı qismində X13 ilə alıcı qismində Cavabdeh ASC-nin adından «X11» MMC arasında bağlanmış qiymətli kağızlarla alğı-satqı haqqında xx.xx.2015-ci il tarixli 0069U/15 saylı müqavilənin ləğv edilərək, həmin müqaviləyə xitam verilməsi və X6 23.967.837 səhm üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi, satıcı qismində X12 ilə alıcı qismində Cavabdeh ASC-nin adından «X11» MMC arasında bağlanmış qiymətli kağızlarla alğı-satqı haqqında xx.xx.2015-ci il tarixli 0070U/15 saylı müqavilənin ləğv edilərək, həmin müqaviləyə xitam verilməsi və X5 15.476.148 səhm üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2(103)-163/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar Z.Ş.Hacıyevanın və digərlərinin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(006)-4840/2016 saylı qətnaməsi apellyasiya şikayəti vermiş şəxslərə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçılar cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdikləri hallara dair mötəbər sübutlar təqdim etməmişlər. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı, X5 və X6 Cavabdeh ASC-yə qarşı «səhmdarlara dividendlərə dair məlumatların təqdim edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. İddiaçılara izah edilməlidir ki, onlar dividendlər barədə məlumat almaqla bağlı subyektiv hüquqa malik olduqları andan etibarən, qeyd olunan məsələ ilə bağlı Cavabdeh ASC-yə rəsmi müraciət edə, Cavabdeh ASC onların müraciətini təmin etmədiyi təqdirdə iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı, X5 və X6 Cavabdeh ASC-yə qarşı «səhmdarlara dividendlərə dair məlumatların təqdim edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-738/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-738/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver