Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-747/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “pul tələbi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən müştərək qaydada 30.000 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, onun adı X6 olmuş, xx.xx.2020-ci il tarixdə adını dəyişdirmiş və hal-hazırda İddiaçıdur. Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllə, Kamil Rzayev küçəsi 20 P ünvanında yerləşən ümumi sahəsi 361.2 m² olan qeyri-yaşayış sahəsi X3 Auksion Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracda 30000 manata ona satılaraq hərracın nəticələri haqqında eyni tarixli 13/01 saylı protokol tərtib olunmuş, xx.xx.2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi ilə onun arasında hərracın nəticələri protokoluna uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı X4 cavabdehlər ona, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Auksion Mərkəzinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək o, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllə, Kamil Rzayev küçəsi 20 P ünvanında yerləşən İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındakı 1 mərtəbəli ümumi faydalı sahəsi 361.2 m² olan ayrı tikilinin alınmasına dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Auksion Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın, onun nəticəsində bağlanmış hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdehlər ona, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Auksion Mərkəzinə qarşı "hərracın nəticələrinin, onun nəticəsində bağlanmış protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllə, Kamil Rzayev küçəsi 20 P ünvanında yerləşən İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındakı 1 mərtəbəli ümumi faydalı sahəsi 361.2 m² olan ayrı tikilinin alınmasına dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Auksion Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixli 13/01 saylı protokolun alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət olunmuşdur. Həmin qətnamədən o, apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi MİÜK-nın xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun apelyasiya şikayəti təmin edilməyərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən o, kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜK-nın xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsi MİÜK-nın xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə yazılı şəkildə müraciət olunaraq 30000 manatın geri qaytarılması xahiş olunsa da, xx.xx.2020-ci il tarixli məktubla ona cavab verilmişdir ki, bununla əlaqədar məhkəməyə müraciət etsin. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) X7 məhkəmə iclasında iddiaçının dediklərini təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci madəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə məhkəmə iclası zamanı iddiaçının təqdim etdiyi sübutlarla müəyyən olunur ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllə, Kamil Rzayev küçəsi 20 P ünvanında yerləşən ümumi sahəsi 361.2 m² olan qeyri-yaşayış sahəsi X3 Auksion Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracda 30000 manata iddiaçıya satılaraq hərracın nəticələri haqqında eyni tarixli 13/01 saylı protokol tərtib olunmuş, xx.xx.2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçının arasında hərracın nəticələri protokoluna uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. X4 cavabdehlər iddiaçıya, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Auksion Mərkəzinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllə, Kamil Rzayev küçəsi 20 P ünvanında yerləşən İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındakı 1 mərtəbəli ümumi faydalı sahəsi 361.2 m² olan ayrı tikilinin alınmasına dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Auksion Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın, onun nəticəsində bağlanmış hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, mülki iş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(005)-2503/2018 saylı qətnaməsində qeyd olunur: “xx xxxxx 2018-ci il tarixli 13/01 saylı hərrac protokolunun təsdiq edilmiş surətinə əsasən İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan 1 mərtəbəli ümumi faydalı sahəsi 361.2 kv.m olan ayrı tikili, 388.7 kv.m torpaq sahəsi (ünvanı: Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllə Kamil Rzayev küçəsi 20P) X3 Auksion Mərkəzi tərəfindən keçirilən hərrac nəticəsində satıcı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 30000 manata X1”. Nəticədə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 40-cı məhəllə, Kamil Rzayev küçəsi 20 P ünvanında yerləşən İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındakı 1 mərtəbəli ümumi faydalı sahəsi 361.2 m² olan ayrı tikiliyə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Auksion Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilmiş hərrac, o cümlədən hərracın yekunlarına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X6 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 13/01 saylı protokol və xx.xx.2018-ci il tarixli, 3940 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-2774/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2503/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)- 5361/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx.xx.2019-cu il tarixli, 2(103)-2774/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Azərbaycan Respublikası MM-nin 21.1 maddəsinə əsasən «hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1 maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddiaçının tələbi ilə bağlı xüsusatlar yuxarıda qeyd olunan məhkəmə qətnamələrində öz əksini tapmış və onların yenidən sübuta yetirilməsinə lüzum qalmamışdır. Bu səbəbdən iddiaçının iddiası təmin edilməli, cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən müştərək qaydada 30.000 (otu min) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. Cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən müştərək qaydada 30.000 (otu min) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-747/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-747/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver