Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-767/2023 24.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "doğum faktının qeyd edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "doğum faktının qeyd edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X9 xx.xx.1997-ci il tarixdə oğlan uşağının anadan olması barədə hüquq əhəmiyyətli fakt təsdiq olumaqla doğum şəhadətnaməsinin verilməsi vəzifəsini Nəsimi rayon Qeydiyyat Şöbəsi üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, Yasamal RPl-nin İstintaq şöbəsində ********* nömrəli cinayət işinin istintaqı zamanı müəyyən olunmuşdur ki, həmin cinayət işı üzrə Azərbaycan Respublikası CM- nin 234.4 3-cü maddəsi ilə təqsirləndirilən şəxs, 14 02.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Nəsimi rayonu 1-ci MKR, 20 Yanvar küçəsi,ev 2/51 mənzil 39-da yaşayan Ərizəçi kimi təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Lakin, onun şəxsiyyətini təsdiq edən sənədlər, doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, hərbi bileti və sürücülük vəsiqəsi müəyyən edilməmiş, həmçinin Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, ümumiyyətlə xx.xx.1997-ci il təvəllüdlü Ərizəçi kimi onun anket məlumatları barədə BƏSİİ-də heç bir məlumat yoxdur. Bakı şəhəri 12 nömrəli Uşaq poliklinikasınının uşağın inkişafı tarixi qeydiyyat kartoçkasında Ərizəçi, əslində poliklinikada 13 02.1997-ci ildə anadan olması, soyadı, adı və atasının adı X5, atası Hüseynov İlqar 1972-ci il təvəllüdlü, anası Qurbanova Ceyran 1930-ci il təvəllüdlü (2010-cu ildə vəfat etmişdir) kimi göstərilmiş, həmçinin qeydiyyat kartoçkasına əlavə edilmiş doğum evindən çıxarışda Bakı şəhəri Nəsimi rayonu 1-ci MKR, 20 Yanvar küçəsi,ev 2/51 mənzil 39-da yaşayan 1980-ci il təvəllüdlü X11 oğlan uşağı doğduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Ə.D.Məlikov adına X28 X34n 08 sentyabr 2022-ci il tasrixli PHŞ/6 18-2-2022-170 nömrəli məktubunda xx.xx.1980-ci il təvəllüdlü X19 xx.xx.1997-ci il tarixində “Ə.D.Məlikov adına X28”X34n Doğum şöbəsində çəkisi 3500.0 qr, boyu 50 sm olan diri oğlan uşağı dünyaya gətirmişdir xx.xx.1997-ci ildə ana uşağı ilə birlikdə evə yazılmışdır. X2 şöbəsində şəxsiyyət vəsiqəsini təqdim etmədiyi üçün 103 saylı tibbi şəhadətnamə verilməmişdir. Ona xx.xx.1997-ci ildə anadan olmuş X18, yaxud xx.xx.1997ci il təvəllüdlü Ərizəçi kimi doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi əldə olunması zərurəti yaranmışdır. İstintaq orqanı 31 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X7nın Reyesri Xidmətinin xx.xx.2022-ci il tarixli 05/2- 6868/14 saylı məktubunda “X7” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən S.Qurbanovun, eləcə də Ü.Qurbanovun doğumu haqqında hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X7nın dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən qeydiyyat şöbəsi tərəfindən X7nın dövlət qeydiyyatı ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim etməklə həyata keçirilir. Qeyd edilənlərə əsasən onun 13.02 1997-cı ildə anadan olmuş X18, yaxud 14.02 1997-ci il təvəllüdlü Ərizəçi kimi doğum faktının təsdiq olunmaqla ona Nəsimi rayon Qeydiyyat Şöbəsində qeydiyyata alınaraq doğum şəhadətnaməsinin verilməsi zərurudir. Bu barədə Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət edilmiş olsa da, verilmiş cavabda həmin faktın məhkəmə qaydasında müəyyən ediməsi bildirilmişdir. Daha sonra ərizəçi məhkəmə iclasının dəqiqləşdirilməsi barıədə ərizə verərək, X9 xx.xx.1997-ci il tarixdə oğlan uşağının anadan olması barədə hüquq əhəmiyyətli fakt təsdiq olunmaqla doğum şəhadətnaməsinin verilməsi vəzifəsinin Nəsimi rayon Qeydiyyat Şöbəsi üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili Vəkil yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatın dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş Arayışdan görünür ki, Ərizəçi xx.xx.1997-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli Qərardan görünür ki, Ərizəçi AR CM 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün tutulması nəzərdə tutulmuşdur. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli Qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin və Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə olunmasında və qəbulunda şübhəli bilinən Ərizəçi ünvan 2 ünvanda həmin tarixdə saat 18:20-də saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmişdir. Onun barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(004)-417/2022 saylı Qərarından görünür ki, Yasamal rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Namiq İmanov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət əməlinin tövsif edilməsi edilməsi haqqında xx.xx.2022-ci il tarixli Qərarın surətindən görünür ki, ********* saylı cinayət işi üzrə əməl AR CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Şahidin dindirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Yasamal rayon Polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polkovnik leytenantı X4 ifadə verən şahid X20 öz ifadəsində bildirmişdir ki, Qurbanova Aygünün atası X26, anası X8r. xx.xx.1997-ci il təvəllüdlü Ərizəçi onun mərhum bacısı xx.xx.2010-cu il tarixdə vəfat etmiş 1980-ci il təvəllüdlü bacısı X9 oğludur. Ərizəçi Bakı şəhəri Səhiyyə Nazirlyinin 12 nömrəli Uşaq Poliklinikasında qeydiyyata alınmışdı və həmin poliklinikada X6 qeydiyyata alınmışdı. X3 rayon orta məktəbin 71 nömrəli orta məktəbin 5-ci sinifinə kimi oxudu. Daha sonra o, orta məktəbdə oxumadı. X22 xx.xx.2010-cu il tarixdə vəfat etdikdən sonra Ərizəçi o və böyük bacısı X16 himayəsindən saxlamışlar. Ərizəçi heç bir yerdə işləmirdi. Onun mütəmadi olaraq narkotikdən istifadə etməsini bilirdilər. Onun narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmasını və Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin əməkdaşları tərəfindən tutulub saxlanmasını xx.xx.2022-ci il tarixdə 29-cu Polis şöbəsinin polis əməkdaşları tərəfindən mobil telefon vasitəsi ilə xəbər verilldikdə məlumatı oldu. Bildirir ki, Ərizəçi harada, necə, kiminlə narkotik vasitədən istifadə etməsi barədə məlumatı olmamışdır. Şahidin dindirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Yasamal rayon Polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polkovnik leytenantı X4 ifadə verən şahid X10 ifadəsi də Qurbanova Aygünün ifadəsi ilə üst-üstə düşmüşdür. O, bildirmişdir ki, əslində X22nın oğlu xx.xx.1997-ci il təvəllüdlü Ərizəçi əsl rəsmi adı, soyadı və ata adı xx.xx.1997-ci il təvəllüdlü X13r. Bacısı X1 xx.xx.1997-ci ildə doğmuşdur. Lakin qohumlar Ümüdün adını Ceyhun, soyadını Qurbanov və ata adını isə Mamed kimi çağırmışlar. Şahidin dindirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Yasamal rayon Polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polkovnik leytenantı X4 ifadə verən şahid Qurbanova Hicran Əli qızı öz ifadəsində bildirmişdir ki, adları qeyd olunan xx.xx.1997-ci il təvəllüdlü Ərizəçi, əslində xx.xx.1997-ci l təvəllüdlü X12 Bakı şəhəri Nəsimi rayonunda qeydiyyat Şöbəsində uşağın doğulması barədə hər hansı bir məlumat olmadığından onun doğum haqqında şəhadətnaməsi verilməmişdir. Bakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-1089/7 saylı məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyət aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılarkən xx.xx.1997-ci il təvəllüdlü Ərizəçi doğumu haqqında hər hansı məlumatın aşkar edilmədiyi, xx.xx.2010-cu ildə vəfat etmiş X9 ölümünün xx.xx.2010-cu il tarixdə 1148 nömrəli akt qeydi ilə Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alındığı müəyyən edilmişdir. Azərbaycan Respublikası TƏBİB X34 “Ə.D.Məlikov adına X28” X34 tərəfindən xx.xx.2022-ci il tarixli, PHŞ/6.18-2-2022-170 Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi polis polkovnik – leytenantı cənab Bəxtiyar Rəhimova ünvanlanmış məktubdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X15 xx.xx.1997-ci il tarixində “Ə.D.Məlikov adına X28” X34n Doğum şöbəsində çəkisi 3500.0 qr., boyu 50 sm olan diri oğlan uşaöı dünyaya gətirmişdir. xx.xx.1997-ci il tarixində ana uşaqla birlikdə evə yazılmışdır. X2 şöbəsində şəxsiyyət vəsiqəsini təqdim etmədiyi üçün 103 saylı doğum haqqında tibbi şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur; 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur; 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır; 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, X15 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində oğlan uşağı dünyaya gətirmişdir. Lakin həmin uşağa doğum haqqında şəhadətnamə alınmamışdır. X2 şöbəsində şəxsiyyət vəsiqəsini təqdim etmədiyi üçün 103 saylı doğum haqqında tibbi şəhadətnamə verilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X9 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində oğlan uşağı doğması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X9 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində oğlan uşağı doğması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Hazırki qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-767/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-767/2023
24.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver