Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-775/2022 03.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1960-cı il tarixdə Ermənistan, Kalinin rayonunda doğulmağının, atasının X6, anasının isə X7 olmasına dair doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistan, Kalinin rayonunda anadan olmuşdur. X2, anası isə X4r. Hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Nəsimi RPİ tərəfindən ona 28.02.2011-ci il tarixdə şəxsiyyət vəsiqəsi verilmişdir. Hazırda o, özünə məxsus doğum haqqında şəhadətnaməni itirmişdir. Mövcud vəziyyətlə əlaqədar olaraq Ermənistanla Azərbaycan Respublikasının siyasi-hüquqi əlaqələri olmadığından onun doğum haqqında şəhadətnaməsinin dublikatını əldə elmək mümkün deyildir. Doğum haqqında şəhadətnamənin olmaması ərizəçiyə bir sıra hüquqlarını realizə etmək üçün ciddi çətinliklər yaradır. Bakı Şəhəri Maraqlı şəxs cavab məktubu ilə doğum haqqında akt qeydinin bərpasından imtina edilmişdir. Həmçinin qeydiyyat şöbəsindən ona izah olunmuşdur ki, doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Daha sonra ərizəçinin nümayəndəsi və vəkili Vəkil tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistan SSR, Kalinin rayonunda doğumunun qeydə alınması faktının və doğum haqqında akt qeydlərində ata qrafasında atasının X6, anasının X7 qeyd olunmasının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizəyələ məhkəməyə müraciət edərək, ərizəsini müdafə etdiyini bildirməklə mülki işə onların iştirakı olmadan baxılıb, iş üzrə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq Ərizəçi mülki işinə dair məhkəmə baxışı iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.2.3-cü, 308-ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 24.09.2021-ci il tarixli, 05/Q-1742/75 saylı məktubdan görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsinə dair Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmışdır. Ərizə nəzərdən keçirilərkən doğum yerinin "Ermənistan, Kalinin rayonu” yazıldığı müəyyən edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunun təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Göstərilənlərlə bağlı bildirilmişdir ki, itmiş sənədinin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Həmçinin Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və hüquq müəyyənedici sənədi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi həmin faktının müəyyən edilməsindən birbaşa asılıdır. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistanın Kalinin rayonunda anadan olmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. Ermənistan SSR Kalinin rayonu Qızıl şəfəq kənd sovetinin icra komitəsi tərəfindən verilmiş 2 dekabr 1987-ci il tarixli 400276 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X11 2 dekabr 1987-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Ərizəçi onun dayısı qızıdır. 1960-cı ildə Ermənistan Respublikası, Kalinin rayonunda anadan olmuşdur. X2, anası isə X7 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Ərizəçi onun yerlisidir, eyni kənddə böyümüş, eyni məktəbə getmişlər. Ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası, Kalinin rayonunda anadan olmuşdur. Ərizəçinin bacısı və qardaşı yoxdur. Ərizəçinin anasının adı Sona idi, atasının adı Nadir idi. Onun milliyyəti azərbaycanlıdır. Ermənistan Respublikasından 1988-1989-cu illərdə köçmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Ərizəçi onun yerlisidir, eyni kənddə böyümüş, eyni məktəbə getmişlər. Ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası, Kalinin rayonunda anadan olmuşdur. Ərizəçinin bacısı və qardaşı yoxdur. Ərizəçinin anasının adı Sona idi, atasının adı Nadir idi. Onun milliyəti azərbaycanlıdır. Ermənistan Respublikasından 1988-1989-cu illərdə köçmüşlər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1960-cı il tarixdə Ermənistan SSR, Kalinin rayonunda anadan olmuş, X2, anası isə X4r. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. O, Maraqlı şəxsnə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin Bakı şəhəri Maraqlı şəxs bundan imtina edərək, məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPMnin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxxx 1960-cı il tarixdə, Ermənistan SSR, Kalinin rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Abdullayeva”, adı “Solmaz”, ata adı “Nadir”, doğum tarixi “xx xxxxxxx 1960-cı il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Kalinin rayonu”, ata qrafasında “X2, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X7, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-775/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-775/2022
03.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver