Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-781/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Bakı şəhəri Təhsil İdarəsinin nümayəndəsi Əlican-zadə Şəbnəm İlham qızının iştirakı ilə, Ərizəçi Bakı şəhəri üzrə Təhsil İdarəsi, Bakı şəhəri Nəsimi rayonu 28 saylı tam orta məktəb və Bakı şəhəri Nəsimi rayonu 159 saylı tam orta məktəbini maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi faktın tanınması" tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri üzrə Təhsil İdarəsi, Bakı şəhəri Nəsimi rayonu 28 saylı tam orta məktəb və Bakı şəhəri Nəsimi rayonu 159 saylı tam orta məktəbini maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi faktın tanınması" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Təhsil Naziliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhəri, Nəsimi rayonu, 28 və 159 saylı tam orta məktəbləri tərəfindən attestat və şəhadətnamənin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsinini onunla əsaslandırmışdır ki, 1994-cü ildə Nəsimi rayonu 28 saylı tam orta məktəbdə təhsil almağa başlamışdır. 8-ci sinifə qədər əyani, 9-cu sinifdən 11-ci sinifə kimi qiyabi təhsil almışdır. 11-ci sinifi bitirdikdən sonra 28 saylı məktəbin 12-ci qiyabi sinif bölümü olmadığından onları 159 saylı orta məktəbə təhsil almaq üçün köçürdülər. O, 159 saylı orta məktəbə bir neçə dəfə dərsə getdikdən sonra məktəbin rəhbərliyi onun sənədlərinin məktəbə gəlmədiyini bildirdi. O 08.04.2014-cü il tarixində öz orta təhsilinə aid sənədlərini almaq məqsədi ilə Nəsimi rayonu 28 saylı məktəbə getdi. Nəsimi rayonu 28 saylı məktəbin direktoru Mehriban Xanım ona bildirdi ki, onun dövründəki məktəbin direktoru Şəfiqə İsmayılova olub, onun dövründən heç bir sənədi qalmadığından ona heç bir sənəd verə bilməz. Daha sonra Mehriban Xanım ona bildirdi ki, onlar yalnız bu məktəbdə 11-ci sinifə qədər oxuduğuna dair sənəd kimi arayış verə bilər. 28 saylı tam orta məktəbdən ona 08.04.2014-ci ildə 49№-li arayış verildi. Daha sonra o, bu barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etdi. Ona yenidən 28 saylı məktəbə getməsini söylədilər. Onun dəfələrlə müraciətinə baxmayaraq Nəsimi rayonu 28 saylı məktəbin direktor müavini Həmayə Xanım eyni sözü dedi-sənəd yoxdur. 2015-ci ildə 28 saylı məktəb bağlandı. Bundan sonra o, 10.11,2020-ci ildə Bakı Şəhəri Təhsil İdarəsinə müraciət etdi. Bakı Şəhəri Təhsil İdarəsindən ümumi təhsil sektorunun məsləhətçisi X6 159 saylı məktəbin müdiri ilə danışdı. Həmin müddətdən araşdırma aparıldı. Araşdırma nəticəsində 24.11.2020-ci il tarixli Ə-l 285/01/06 №-li məktub ilə ona 159 saylı məktəbdə attestat və şəhadətnamə aşkar edilmədiyi bildirilmişdir. Bakı Şəhəri Təhsil İdarəsindən ona bildirildi ki, ümumilikdə 28 saylı məktəbin arxivi yandığından onlar ona köməklik edə bilmir və arxiv sənədlərinin aşkar olunmamasına dair 12.03.2021-ci il tarixli Ə-365/01/06 №-li məktub ilə cavab verilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Bakı şəhəri Təhsil İdarəsinin nümayəndəsi Əlican-zadə Şəbnəm İlham qızı maraqlı şəxs tərəfindən təqdim edilmiş, ərizəyə etirazı müdafiə edərək, bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2016-cı il tarixli, 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 5.12-ci bəndinə müvafiq olaraq - Ümumi təhsil müəssisəsində ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın dublikatı arxiv sənədləri əsasında verilir. Qeyd olunanlarla əlaqədar bildirir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərmiş, 2015/2016-cı tədris ilində fəaliyyəti dayandırılmış Bakı şəhəri 28 nömrəli tam orta məktəbin arxiv sənədləri aşkar edilmədiyi üçün Ərizəçi Bakı şəhəri 28 nömrəli tam orta məktəbin ümumi orta təhsil səviyyəsini başa vurması və ümumi orta təhsil səviyyəsi haqqında attestatın seriya və nömrəsini müəyyən etmək mümkün olmadığından, həmçinin həyata keçirilmiş araşdırma nəticəsində N Əliyevanın Bakı şəhəri 159 nömrəli tam orta məktəbdə təhsil almasına dair məlumat, eyni zamanda ümumi orta təhsil haqqında attestat aşkar edilmədiyindən ona dublikat arrestatın verilməsi mümkün olmamışdır. Göründüyü kimi, yuxarıda qeyd olunanlara əsasən iddiaçıya dublikat attestatın verilməsi Bakı Şəhəri üzrə Təhsil idarəsinin imkanları xaricindədir və bu səbəbdən onun iddia ərizəsi məhkəmə tərəfindən təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən o, 2(006)-7449/2021 nömrəli iş üzrə iddiaçı Ərizəçi iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayonu 28 saylı tam orta məktəb və Bakı şəhəri Nəsimi rayonu 159 saylı tam orta məktəbə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Bakı şəhəri 159 nömrəli tam orta məktəbin direktoru X5 izahatında bildirmişdir ki, Bakı şəhəri Nəsimi rayonu 28 saylı tam orta məktəb bağlandıqdan sonra qiyabi təhsil alan şagirdlərin sənədləri Bakı şəhəri 6 nömrəli axşam məktəbinə verilmişdir. Bakı şəhəri Nəsimi rayonu 159 saylı tam orta məktəbin birinci mərtəbəsi Bakı şəhəri 6 nömrəli məktəbə müstəqil fəaliyyət göstərmək üçün verilmişdir. Bakı şəhəri 6 nömrəli qiyabi axşam məktəbi ləğv olunmuşdur. Bakı şəhəri Nəsimi rayonu 159 saylı tam orta məktəbin arxivində ərizəçi ilə bağlı heç bir sənəd yoxdur. Ərizənin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilə bilməz. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 öz ifadəsində bildirmişdir ki, 28 №-li məktəbdə təsərrüfat müdiri işləmişdir. Həm də coğrafiya müəllimi işləmişdir. Həmin məktəb fəaliyyətini dayandırdıqda sənədlər 159 №-li məktəbə göndərilmişdir. Orada ərizəçiyə dərs demişdir. Bakı şəhəri üzrə Ümumtəhsil Sektorunun məsləhətçisi T.Piriyeva, məktəbin direktoru V.Ə.Xəlilov, təlim-tərbiyə işləri üzrə direktorun müavini H.N.Camalova tərəfindən tərtib edilmiş, Bakı şəhəri Nəsimi rayonu 159 saylı tam orta məktəb tərəfindən təsdiq edilmiş 23.11.2020-ci il tarixli aktın surətindən görünür ki, 23.11.2020-ci ildə 28 №-li tam orta məktəbin Qiyabi qrupunda oxumuş X1 aid olan sənədlər yoxlanıldı. Araşdırılma aparılan zaman məlum oldu ki, X2 2004/2005-ci tədris ilində Axşam-Qiyabi məktəbində təhsil almamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Ərizəçi TN/Ə-889 nömrəli, 29.09.2020-ci il tarixli ərziəsinə cavab olaraq göndərilmiş 24.11.2020-ci il tarixli məktubun surətindən görünür ki, həyata keçirilmiş araşdırma nəticəsində onun Bakı şəhəri 159 nömrəli tam orta məktəbdə təhsil almasına dair məlumat, eyni zamanda, ümumi orta təhsil haqqında attestat aşkar edilməmişdir. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Ərizəçi Ə-365 nömrəli, 26.02.2021-ci il tarixli ərziəsinə cavab olaraq göndərilmiş 12.03.2021-ci il tarixli məktubun surətindən görünür ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərmiş, 2015/2016-cı tədris ilində fəaliyyəti dayandırılmış Bakı şəhəri 28 nömrəli tam orta məktəbin arxiv sənədləri aşkar edilmədiyi üçün onun Bakı şəhəri 28 nömrəli tam orta məktəbin ümumi orta təhsil səviyyəsini başa vurmasını və ümumi orta təhsil səviyyəsi haqqında attestatın seriya və nömrəsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon Təhsil Şöbəsi 28 №-li orta məktəb tərəfindən verilmiş 51 №-li 04.09.2003-cü il tarixli Arayışın surətindən görünür ki, X2, həqiqətən 28 saylı məktəbin qiyabi Xİ sinfində oxumuşdur. Azərbaycan Respublikası Bakı şəhəri, Nəsimi rayonu 28 saylı Tam Orta Məktəb tərəfindən 08.04.2014-cü il tarixdə verilmiş 49 №-li arayışın surətindən görünür ki, ona görə ki, o həqiqətən 2003/2004-cü tədris ilində 28 №-li orta məktəbin “qiyabi” qrupunun Xİ sinfini bitirib, Xİİ sinfə keçmişdir. 2004/2005-ci tədris ilində “Qiyabi” qrupu 159 №-li orta məktəbə köçürüldüyü üçün Xİİ sinfi bitirməsi barədə məlumat verə bilmir. 2004/2005-ci dərs ilinə aid sinif jurnalının surətindən görünür ki, şagirdlərin soyadı və adı siyahısında ərizəçinin soyadı və adı qeyd olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İş materiallarından, tərəflərin izahatlarından və şahid ifadələrindən görünür ki, iddiaçı öz iddiasını mötəbər dəlillərlə sübut edə bilməmiş, Bakı şəhəri, Nəsimi rayonu, 28 və 159 saylı tam orta məktəblərində təhsil alması ilə bağlı mötəbər hesab ediləcək sübut təqdim etməmişdir. Həmçinin, ərizəçinin məhkəməyə təqdim etdiyi sənədlərdə göstərilənlər və şahid ifadələri ərizənin təmin edilməsinə yol vermir. Belə olduğu təqdirdə, ərizə təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi Bakı şəhəri üzrə Təhsil İdarəsi, Bakı şəhəri Nəsimi rayonu 28 saylı tam orta məktəb və Bakı şəhəri Nəsimi rayonu 159 saylı tam orta məktəbini maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi faktın tanınması" tələbinə dair ərizəsi təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Bakı şəhəri üzrə Təhsil İdarəsi, Bakı şəhəri Nəsimi rayonu 28 saylı tam orta məktəb və Bakı şəhəri Nəsimi rayonu 159 saylı tam orta məktəbini maraqlı şəxs qismində cəlb etdiyi "hüquqi faktın tanınması" tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-781/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-781/2022
13.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver