Məhkəmə qərarları › İş №2(006)-788/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-788/2021

16.02.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-788/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsindən çıxarılması tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixində iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə onun arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, cavabdehlə xx xxxxxx 2020-ci il tarixdə ona məxsus, mülkiyyətində olan ünvan 1 saylı ünvanda yerləşən 5 saylı fotoatelyenin, ümumi sahəsi 29.4 kv.m olan qeyri-yaşayış sahəsindən 5 kv.m hissənin cavabdehə icarəyə verilməsinə dair Bakı şəhəri 43 saylı Notariat Ofisində icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi 13 bənddən ibarət tərtib olunmuş, onlar müqaviləni imzaları ilə təsdiq etmişlər. İcarəyə verilən əmlaka dair İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən xx xxxxxx 2001-ci il tarixdə ona verilmiş 000599 qeydə alma nömrəsi ilə, 01 nömrəli kitabın 87-ci səhifəsində qeyd edilmiş şəhadətnaməyə əsasən tam mülkiyyətdədir. Cavabdeh tərəfindən ona 09 ay ərzində Notariat Ofisinə ödənilən pulla birlikdə 450 manat ödəməsinə baxmayaraq artıq 7 aydır ki, pul ödəmir və cavabdehi tapa bilmir. Dəfələrlə cavabdehin mobil telefonlarına zəng etməyinə, icarə müqaviləsinin pozulmasını bildirməyinə baxmayaraq, cavabdeh birzə zəng etməməyini bildirmiş, onu hədələmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Lakin xx xxxxxxx 2020-ci il, xx xxxxxxx 2010 və xx xxxxxx 2021-ci il tarixlərdə cavabdehə “SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə” (050) ***-**-** nömrəsinə bildirişlər göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 185-ci madəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia təmin edilməldir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti mülki hüququ haqqında xx xxxxxx 2001-ci il tarixli 000599 saylı şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 5 saylı fotoatelye İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri 43 saylı Notariat Ofisində təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli icarə haqqında notarial qaydada təsdiq edilmiş müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı ünvan 1 ünvanında yerləşən 5 saylı fotoatelye ünvanında yerləşən ümumi sahəsi 29.4 kv.m olan qeyri-yaşayış sahəsinin 5 kv.m, bir aylıq icarə haqqı 100 manat olmaqla icarəyə vermişdir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 saylı fotoatelye ünvanında yerləşən ümumi sahəsi 29.4 kv.m olan qeyri-yaşayış sahəsinin 5 kv.m daşınmaz əmlakı cavabdehə xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ayın icarə haqqı 100 manat olmaqla icarəyə vermişdir. Lakin Cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. Odur ki, işin mübahisələndirilən halları ondan ibarətdir ki, iddiaçı Cavabdeh ilə arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli icarə müqaviləsi ləğv edilməsini və Cavabdeh ünvan 2 ünvanında yerləşən 05 saylı fotoatelye yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb edir. Belə ki, Azərbaycan Respublikası MM-nin 700-cü maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə görə isə, əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684-cü maddəsinə görə isə, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Həmin Məcəllənin 685.2-ci maddəsinə əsasən, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. MM-nin 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bundan başqa, «İcarə Haqqında» Azərbaycan Respublikasının Qanunun müvafiq bəndlərinə əsasən, icarəyə verənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənədicarə müqaviləsidir İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Odur ki, İddiaçı iddiası təmin edilməklə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli icarə müqaviləsi ləğv edilməli və Cavabdeh ünvan 2 ünvanında yerləşən 05 saylı fotoatelye yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən 05 saylı fotoatelye yerləşən qeyri-yaşayış sahəsindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir)n ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar