Məhkəmə qərarları › İş №2(006)-800/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-800/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-800/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının nümayəndələri X6 və X2, cavabdehlər Cavabdeh12, Cavabdeh2, Cavabdeh8 vəkili Nümayəndə, Cavabdeh17 nümayəndəsi (həyat yoldaşı) X8 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, «Hüquq Mənzil Tikinti Kooperativi Azərbaycan Respublikasının qanunverciliyi əsasında yaradılmış və fəaliyyət göstərən hüquqi şəxsdir. "xxxx" MTK tərəfindən buraxılmış MS seriyalı 000069 nömrəli və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində xx.xx.2007-ci il tarixdə 08/5-008 nömrəli dövlət qeydiyyatına alınmış mənzil sertifikatı əsasında Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən 15 №-li mənzil xx.xx.2014cü il tarixdən Cavabdeh1 adına rəsmiləşdirilmişdir və o, həmin tarixdən Kooperativin üzvlüyünə qəbul edilmişdir. "xxxx" MTK tərəfindən buraxılmış MS seriyalı 000092 nömrəli və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində xx.xx.2007-ci il tarixdə 08/5-008 nömrəli dövlət qeydiyyatına alınmış mənzil sertifikatı əsasında Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən 43 №-li mənzil xx.xx.2012-ci il tarixdən Cavabdeh2 adına rəsmiləşdirilmişdir və o, həmin tarixdən Kooperativin üzvlüyünə qəbul edilmişdir. Cavabdeh3 xx.xx.2004-cü ildə mənzil almaq üçün "xxxx" MTK-nın üzvlüyünə qəbul edilmişdir. Cavabdeh ilə Kooperativ arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən "xxxx" MTK-na məxsus olan Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən binasındakı 66 №-li mənzil həmin tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh4 verilmiş **********05-05301-093081 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 162, mərtəbə 5, 2 №li mənzil (Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38, mənzil 88) xx.xx.2020-ci il tarixdən Cavabdeh4 adına rəsmiləşdirilmişdir. Cavabdeh X3 xx.xx.2005-ci ildə mənzil almaq üçün "xxxx" MTK-nın üzvlüyünə qəbul edilmişdir. Cavabdeh ilə Kooperativ arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən "xxxx" MTKna məxsus olan Bakı şəhəri, Xətai prospekti, 38 (787-ci məhəllə) ünvanında yerləşən yaşayış binasındakı 89 №-li mənzil həmin tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh X3 xx.xx.2003-cü ildə mənzil almaq üçün "xxxx"MTK-nın üzvlüyünə qəbul edilmişdir. Cavabdeh ilə Kooperativ arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən "xxxx" MTK-na məxsus olan Bakı şəhəri, Xətai prospekti, 38 (787-ci məhəllə) ünvanında yerləşən yaşayış binasındakı 137 №-li mənzil həmin tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh X3 xx.xx.2003-cü ildə mənzil almaq üçün "xxxx"MTK-nın üzvlüyünə qəbul edilmişdir. Cavabdeh ilə Kooperativ arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən "xxxx" MTK-na məxsus olan Bakı şəhəri, Xətai prospekti, 38 (787-ci məhəllə) ünvanında yerləşən yaşayış binasındakı 138 №-li mənzil həmin tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir. "xxxx" MTK tərəfindən buraxılmış MS seriyalı 000162 nömrəli və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində xx.xx.2007-ci il tarixdə 08/5-008 nömrəli dövlət qeydiyyatına alınmış mənzil sertifikatı əsasında Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən 114 №-li mənzil xx.xx.2009-cu il tarixdən Cavabdeh5 adına rəsmiləşdirilmişdir və o, həmin tarixdən Kooperativin üzvlüyünə qəbul edilmişdir. Cavabdeh6 xx.xx.2003-cü ildə mənzil almaq üçün "xxxx" MTK-nın üzvlüyünə qəbul edilmişdir. Cavabdeh ilə Kooperativ arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən "xxxx" MTK-na məxsus olan Bakı şəhəri, Xətai prospekti, 38 (787-ci məhəllə) ünvanında yerləşən yaşayış binasındakı 162 №-li mənzil həmin tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh6 xx.xx.2003-cü ildə mənzil almaq üçün "xxxx" MTK-nın üzvlüyünə qəbul edilmişdir. Cavabdeh ilə Kooperativ arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən "xxxx" MTK-na məxsus olan Bakı şəhəri, Xətai prospekti, 38 (787-ci məhəllə) ünvanında yerləşən yaşayış binasındakı 166 №-li mənzil həmin tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh7 xx.xx.2004cü ildə mənzil almaq üçün "xxxx" MTK-nın üzvlüyünə qəbul edilmişdir. Cavabdeh ilə Kooperativ arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən "xxxx" MTK-na məxsus olan Bakı şəhəri, Xətai prospekti, 38 (787-ci məhəllə) ünvanında yerləşən yaşayış binasındakı 173 №-li mənzil həmin tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh8 xx.xx.2008-ci ildə mənzil almaq üçün "xxxx" MTK-nın üzvlüyünə qəbul edilmişdir. Cavabdeh ilə Kooperativ arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən "xxxx" MTK-na məxsus olan Bakı şəhəri, Xətai prospekti, 38 (787-ci məhəllə) ünvanında yerləşən yaşayış binasındakı 184 №-li mənzil həmin tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir. "xxxx" MTK tərəfindən buraxılmış MS seriyalı 000276 nömrəli və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində xx.xx.2007-ci il tarixdə 08/5-008 nömrəli dövlət qeydiyyatına alınmış mənzil sertifikatı əsasında Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən 241 №-li mənzil xx.xx.2017-ci il tarixdən Cavabdeh9 adına rəsmiləşdirilmişdir. "xxxx" MTK tərəfindən buraxılmış MS seriyalı 000262 nömrəli və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində xx.xx.2007-ci il tarixdə 08/5-008 nömrəli dövlət qeydiyyatına alınmış mənzil sertifikatı əsasında Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən 245 №-li mənzil xx.xx.2013-cü il tarixdən Cavabdeh10 adına rəsmiləşdirilmişdir və o, həmin tarixdən Kooperativin üzvlüyünə qəbul edilmişdir. "xxxx" MTK tərəfindən buraxılmış MS seriyalı 000268 nömrəli və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində xx.xx.2007-ci il tarixdə 08/5- 008 nömrəli dövlət qeydiyyatına alınmış mənzil sertifikatı əsasında Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən 251 №-li mənzil xx.xx.2011-ci il tarixdən Cavabdeh11 adına rəsmiləşdirilmişdir və o, həmin tarixdən Kooperativin üzvlüyünə qəbul edilmişdir. Cavabdeh12 xx.xx.2005-ci ildə mənzil almaq üçün "xxxx" MTK-nın üzvlüyünə qəbul edilmişdir. Cavabdeh ilə Kooperativ arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən "xxxx" MTK-na məxsus olan Bakı şəhəri, Xətai prospekti, 38 (787-ci məhəllə) ünvanında yerləşən yaşayış binasındakı 254 №-li mənzil həmin tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir. "xxxx" MTK tərəfindən buraxılmış MS seriyalı 000279 nömrəli və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində xx.xx.2007-ci il tarixdə 08/5-008 nömrəli dövlət qeydiyyatına alınmış mənzil sertifikatı əsasında Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən 262 №-li mənzil xx.xx.2013-cü il tarixdən Cavabdeh13 adına rəsmiləşdirilmişdir və o, həmin tarixdən Kooperativin üzvlüyünə qəbul edilmişdir. Cavabdeh15 ilə "xxxx" MTK-nın arasında bağlanılmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Kooperativə məxsus olan Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən yaşayış binasındakı 269 №-li mənzil həmin tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh14 xx.xx.2006-cı ildə mənzil almaq üçün "xxxx" MTK-nın üzvlüyünə qəbul edilmişdir. Cavabdeh ilə Kooperativ arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən "xxxx" MTK-na məxsus olan Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən yaşayış binasındakı 268 №-li mənzil həmin tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh16 xx.xx.2003-cü ildə mənzil almaq üçün "xxxx" MTK-nın üzvlüyünə qəbul edilmişdir. Cavabdeh ilə Kooperativ arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən "xxxx" MTK-na məxsus olan Bakı şəhəri, Xətai prospekti, 38 (787-ci məhəllə) ünvanında yerləşən yaşayış binasındakı 271 №-li mənzil həmin tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir. "xxxx" MTK tərəfindən buraxılmış MS seriyalı 000320 nömrəli və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində xx.xx.2007-ci il tarixdə 08/5- 008 nömrəli dövlət qeydiyyatına alınmış mənzil sertifikatı əsasında Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən 307 №-li mənzil xx.xx.2011-ci il tarixdən Cavabdeh17 adına rəsmiləşdirilmişdir və o, həmin tarixdən Kooperativin üzvlüyünə qəbul edilmişdir. "xxxx" MTK ilə İddiaçı MMC arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər o cümlədən: giriş-çıxışa və əraziyə nəzarəti həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşıması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsi ilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri İddiaçı MMC tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kv.m. üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Belə ki, İddiaçı MMC tərəfindən yuxarıda göstərilən mənzil-kommunal xidmətlərinə və avtomobil dayanacaqlarına görə cavabdehlərin xx.xx.2022-ci il tarixinə aşağıdakı borcları yaranmışdır: - Cavabdeh1 – mənzil-kommunal xidmətlərinə görə 1174,60 manat; - Cavabdeh2 - Cavabdeh1 – mənzil-kommunal xidmətlərinə görə 235,60 manat; - Cavabdeh3 – mənzil-kommunal xidmətlərinə görə 480,60 manat, avtomobil dayanacağına görə 682 manat, ümumilikdə 1162,60 manat; - Cavabdeh4 – mənzil-kommunal xidmətlərinə görə 389 manat; - X3: Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 162 (Xətai prospekti, 38) mərtəbə 5, mənzil 3 (Blok D2, mənzil 89) - mənzil-kommunal xidmətlərinə görə 201,60 manat, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 164 (Xətai prospekti,38) mərtəbə 5, mənzil 1 (Blok A, mənzil 137) - mənzil-kommunal xidmətlərinə görə 345,60 manat, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 164 (Xətai prospekti,38) mərtəbə 5, mənzil 2 (Blok A, mənzil 138) - mənzil-kommunal xidmətlərinə görə 341,80 manat; avtomobil dayancağına görə 3195 manat, ümumilikdə 3536,80 manat; - Cavabdeh5 – mənzil-kommunal xidmətlərinə görə 595,80 manat; - Cavabdeh6: Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 164 (Xətai prospekti,38) mərtəbə 11, mənzil 2 (Blok A, mənzil 162) - mənzil-kommunal xidmətlərinə görə 281,50 manat, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 164 (Xətai prospekti,38) mərtəbə 12, mənzil 2 (Blok A, mənzil 166) - mənzil-kommunal xidmətlərinə görə 281,50 manat, avtomobil dayanacağına görə 495 manat, ümumilikdə 776,50 manat; - Cavabdeh7 – mənzil-kommunal xidmətlərinə görə 368,40 manat, avtomobil dayanacağına görə 167 manat, ümumilikdə 535,40 manat; - Cavabdeh8 – mənzil-kommunal xidmətlərinə görə 843,50 manat; - Cavabdeh9 – mənzil-kommunal xidmətlərinə görə 614,60 manat; - Cavabdeh10 - mənzil-kommunal xidmətlərinə görə 1436,50 manat; - Cavabdeh11 – mənzil-kommunal xidmətlərinə görə 759,90 manat; - Cavabdeh12 – mənzil-kommunal xidmətlərinə görə 888,50 manat; - Cavabdeh13 – mənzil-kommunal xidmətlərinə görə 1352,60 manat; - Cavabdeh14 oğlu – mənzil-kommunal xidmətlərinə görə 312,90 manat, avtomobil dayanacağına görə 54 manat, ümumilikdə 366,90 manat; - Cavabdeh15 – mənzil-kommunal xidmətlərinə görə 491,70 manat; - Cavabdeh16 – mənzil-kommunal xidmətlərinə görə 1209,30 manat, avtomobil dayanacağına görə 225 manat, ümumilikdə 1434,30 manat; - Cavabdeh17 Məmmədli qızı – mənzil-kommunal xidmətlərinə görə 446,73 manat, avtomobil dayanacağına görə 283 manat, ümumilikdə 729,73 manat. Cavabdehlərlə dəfələrlə şifahi formada müraciətlər olunsa da, onlar mənzilkommunal xidmətlərinə və avtomobil dayanacaqlarına görə yaranmış borclarının ödənilməsindən imtina etmişlər. Sonradan qanunvericiliyə uyğun qaydada onlara pretenziyalar göndərilmiş, lakin müəyyən olunmuş müddətlər ərzində həmin borclar onlar tərəfindən yenə də ödənilməmişdir. Bundan əlavə İddiaçı MMC təmsil edəcək səlahiyyətli nümayəndə ilə bağlanmış müqavilə əsasında hüquqi xidmət haqqı kimi 2500 manat ödənilmişdir. Hesab edirlər ki, həmin vəsait də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən İddiaçı MMC tərəfindən mənzilkommunal xidmətlərinə və avtomobil dayanacaqlarına görə cavabdehlərdən xx.xx.2022-ci il tarixədək yaranmış aşağıdakı borcların: - Cavabdeh1 – mənzil-kommunal xidmətlərinə görə 1174,60 manat; - Cavabdeh2 - Cavabdeh1 – mənzil-kommunal xidmətlərinə görə 235,60 manat; - Cavabdeh3 – mənzil-kommunal xidmətlərinə görə 480,60 manat, avtomobil dayanacağına görə 682 manat, ümumilikdə 1162,60 manat; - Cavabdeh4 – mənzil-kommunal xidmətlərinə görə 389 manat; - X3: Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 162 (Xətai prospekti, 38) mərtəbə 5, mənzil 3 (Blok D2, mənzil 89) - mənzil-kommunal xidmətlərinə görə 201,60 manat, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 164 (Xətai prospekti,38) mərtəbə 5, mənzil 1 (Blok A, mənzil 137) - mənzil-kommunal xidmətlərinə görə 345,60 manat, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 164 (Xətai prospekti,38) mərtəbə 5, mənzil 2 (Blok A, mənzil 138) - mənzil-kommunal xidmətlərinə görə 341,80 manat; avtomobil dayancağına görə 3195 manat, ümumilikdə 3536,80 manat; - Cavabdeh5 – mənzil-kommunal xidmətlərinə görə 595,80 manat; - Cavabdeh6: Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 164 (Xətai prospekti,38) mərtəbə 11, mənzil 2 (Blok A, mənzil 162) - mənzil-kommunal xidmətlərinə görə 281,50 manat, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 164 (Xətai prospekti,38) mərtəbə 12, mənzil 2 (Blok A, mənzil 166) - mənzil-kommunal xidmətlərinə görə 281,50 manat, avtomobil dayanacağına görə 495 manat, ümumilikdə 776,50 manat; - Cavabdeh7 – mənzil-kommunal xidmətlərinə görə 368,40 manat, avtomobil dayanacağına görə 167 manat, ümumilikdə 535,40 manat; - Cavabdeh8 – mənzil-kommunal xidmətlərinə görə 843,50 manat; - Cavabdeh9 – mənzil-kommunal xidmətlərinə görə 614,60 manat; - Cavabdeh10 - mənzil-kommunal xidmətlərinə görə 1436,50 manat; - Cavabdeh11 – mənzil-kommunal xidmətlərinə görə 759,90 manat; - Cavabdeh12 – mənzil-kommunal xidmətlərinə görə 888,50 manat; - Cavabdeh13 – mənzil-kommunal xidmətlərinə görə 1352,60 manat; - Cavabdeh14 oğlu – mənzil-kommunal xidmətlərinə görə 312,90 manat, avtomobil dayanacağına görə 54 manat, ümumilikdə 366,90 manat; - Cavabdeh15 – mənzil-kommunal xidmətlərinə görə 491,70 manat; - Cavabdeh16 – mənzil-kommunal xidmətlərinə görə 1209,30 manat, avtomobil dayanacağına görə 225 manat, ümumilikdə 1434,30 manat; - Cavabdeh17 Məmmədli qızı – mənzil-kommunal xidmətlərinə görə 446,73 manat, avtomobil dayanacağına görə 283 manat, ümumilikdə 729,73 manat pul vəsaitlərinin, 2500 manat hüquqi xidmət haqqı xərcinin və dövlət rüsumu üçün ödənilmiş 175 manat pulun İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddianı müdafiə edərək bildirmişdir ki, "xxxx" MTK ilə İddiaçı MMC arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər, o cümlədən giriş-çıxışa və əraziyə nəzarət, ümumi istifadədə olan sahələrin və həyətin təmizlənməsi, liftlərə xidmət göstərilməsi, təmiri və elektrik enerjisi ilə təmin olunması, məişət tullantılarının müəyyən olunmuş yerdən daşıması, cari təmir işlərinin həyata keçirilməsi, suyun anbardan nasoslar vasitəsi ilə mənzillərə verilməsi, blokların, pilləkanların, həyətlərin işıqlandırılması və s. İddiaçı MMC tərəfindən həyata keçirilir. Kommunal xidmətlərin haqqı mənzilin ümumi sahəsinin hər kv.m.-i üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Qeyd olunan xidmətlər davamlı olaraq iddia ərizəsində qeyd edilən şəxslərə göstərilsə də, onlar bununla bağlı ödənişləri ödəmirlər. Bununla əlaqədar onlara dəfələrlə şifahi formada və pretenziya qaydasında müraciət olunsa da, onlar yaranmış kommunal borclarını ödəməkdən imtina edirlər. Bu da onların həmin xidmətlərin göstərilməsi ilə əlaqədar işçilərinin əmək haqqı ödəməsinə və digər xərclərin ödənilməsinə maneə yaradır. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, "xxxx" MTK ilə iddia ərizəsində göstərilən şəxslər arasında bağlanmış müqavilələrə əsasən cavabdehlər həmin kommunal ödənişləri ödəməyi öz öhdələrinə götürmüşlər. Bundan başqa, həmin binalarda 330-dan çox sərnişin yaşayır ki, onların 90%-dən çoxu ilə aralarında bununla bağlı müqavilə bağlanılmışdır. Onlarla cavabdehdərin imzaladığı digər hər-hansı müqavilələr yoxdur. Onlar cavabdehlərə həmin müqavilələrin bağlanması ilə əlaqədar təklif göndərmişlər, əgər onlar müqavilə bağlamaq üçün onlara müraciət etməyibsə, bu onların günahları deyil. Həmin müqavilələr olmasa belə "xxxx" MTK ilə iddia ərizəsində göstərilən şəxslər arasına bağlanmış alqı-satqı müqavilələrində nəzərdə tutulduğundan bu onlara kommunal ödənişləri tələb etməsi üçün əsas verir. Əlavə olaraq cavabdehlərə faktiki olaraq tərəflərdən xidmət göstərilir. Buna görə də cavabdehlər bunun müqabilində ödənişlərini etməlidirlər. Bu səbəbdən iddiaçı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh12 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, mənzilini uzun müddətdir ki, satmışdır. Bununla bğal iddiaçı şirkətə yazılı və şifahi formada məlumat versə də, onlar yenə də onun adına borc yazmaqda davam edirlər. Bundan başqa onu da bildirir ki, iddia ərizəsində sakinlər göstərildiyi iddia edilən xidmətlərin əksəriyyəti faktiki olaraq göstərilmir. Binalara nəzarət demək olar ki, olmur. Dəfələrlə oğurluq halları olmuşdur. Liftlərin bir çoxu işləmir. Qarajlar faktiki olaraq yoxdur. O, əlavə pul verərək istifadəyə qaraj götürüö maşınını orada saxlamasına və 10 il həmin binada yaşamasına baxmayaraq onun adına 15 illik qaraj borcu yazılmışdır. Qiymət müəyyən edilərkən onların razılıqları alınmamışdır. Onun ümumiyyətlə iddiaçı şirkətlə arasında heç bir müqavilə bağlanmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək onun rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında Cavabdeh17 nümayəndəsi (həyat yoldaşı) X10 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həyat yoldaşı ilə iddiaçı arasında heç bir müqavilə yoxdur. Həmçinin qiymət müəyyən edilərkən heç birinin fikri nəzərə alınmamışdır. Bundan başqa, iddiaçının nümayəndəsinin qeyd etdiyi kimi, sakinlərin 90%-i ilə müqavilə bağlanması iddiası da yalandır. Kommunal xidmətlər yox dərəcəsindədir. Bundan əlavə onların "xxxx" MTK ilə aralarında bağlanılan müqaviləyə əsasən onlara 139kv.m.-lik mənzil verilsə də, çıxarışda həmin sahə 121,9 kv.m. göstərilir. Buna baxmayaraq onlara 139 kv.m.-lik sahənin kommunal ödənişləri tələb olunur. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında Cavabdeh8 vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, kommunal xidmətlərin göstərilməsi ilə bağlı hüquqlarını müdafiə etdiyi şəxslə iddiaçı şirkət arasında müqavilə bağlanmamışdır. Həmin müqaviləni bağlamaq hüquqlarını müdafiə etdiyi şəxsin vəzifəsi yox, hüququdur. Həmin müqavilə olmadığı üçün hər hansı ödənişin tələb edilməsi tam əsassızdır. Qeyd olunanlara əsasən iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11hrə Əkbər qızı, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Cavabdeh13 tərəfindən məhkəməyə ünvanlanmış iddiaya qarşı etiraz ərizəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllə, ev 38, mənzil 262 köhnə qayda ilə Xətai prospekti 168 saylı binanın 262 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə onun şəxsi mülkiyyətidir. Bu haqda xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış da verilmişdir. Çıxarışda ona məxsus mənzilin ümumi sahəsi 132,30 kv.m. kimi göstərilmişdir. Daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının ərazisində aparılan vahid qeydiyyat toplumudur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının yüklülüyün başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. O, bu mənzili xx.xx.2013-cü ildə alarkən ona bu mənzilə dair MS № 000279 saylı mənzil sertifikatı verilmiş və həmin sertifikatda mənzilin 142,08 kv.m.kimi göstərilmişdir. Lakin ona həmin vaxtdan çıxarış alana kimi mənzilinin sahəsinin 149 kv.m.olduğunu bilib və hər kv.m.üçün 0,30 qəpikdən kommunal üçün pul ödəmişdir. Lakin mənzilə çıxarış aldıqdan sonra mənzilinin real ölçüsünü bilib həmin ölçüyə uyğun ödəniş etmək iddiaçıya müraciət etmişdir. Həm də əvvəllər ödədiyi artıq pulları hesablama apararaq onun nə qədər borcu olduğunu göstərib ödəniş etmək istəyini rəsmi şəkildə bildirmişdir. xx.xx.2021-ci ildə yazdığı məktuba əsasən onun kommunala görə borcu 116,75 manat təşkil etməli idi. Dəfələrlə yazılı və şifahi surətdə tərəfindən bildirilib ki, düz hesablanma olunan təqdirdə o, borcunu ödəməyə hazırdır. Lakin onun kommunal ödənişlərin düz hesablanması təklifləri, dövlət qeydiyyatı olmayan, heç bir hüquqi sənədi olmayan İddiaçı MMC tərəfindən qəbul edilməmişdir. Buna görə də tərəfindən kommunal ödənişləri dəyərləndirilmişdir. 2013-cü ilin may ayından 2023-cü ilin mart ayına kimi tərəfindən kommunala görə 3635,80 manat kommunal xərci ödənilmişdir. O vaxtdan indiyə kimi də düz hesablama aparsalar, onun iddiaçıya real kv.m. ilə hesablasalar 790,88 manat borcu vardır ki, bunu da rəsmi qaydada ödəməyə hazırdır. Aralarında iddiaçı ilə heç bir müqavilədə imzalanmamışdır. Sadəcə olaraq tərəfindən vicdanlı alıcı kimi sertifikatda göstərilən şərtlərə əsasən kommunal pulu ödəmişdir. Lakin sonradan evin sahəsinin az olduğunu görüb ödəməni dayandırmışdır.

11. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) mülki işin materialları:

12. İş materiallarında olan "xxxx" MTK-nın üzvlərinin (müvəkkilərinin) xx.xx.2008-ci il tarixli ümumi yığıncağının protokolunun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə mənzil-kommunal xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərən təşkilatla müqavilə bağlanmasının təmin edilməsi, bina sakinlərinə göstərilən mənzilkommunal xidmətlərinə görə mənzilin hər kv.m. üçün 0,30-0,50 manatın yığılması nəzərdə tutulması qərara alınmışdır.

13. İş materiallarında olan “Sifarişçi” qismində “Hüquq MTK ilə digər tərəfdən “İcraçı” qismində İddiaçı MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədən görünür ki, “Sifarişçi” "xxxx" MTK sifariş verir, “İcraçı” İddiaçı MMC isə əlavə muzd almadan “Sifarişçi”yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu “İcraçı”ya vermiş, “İcraçı” isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 5 il müddətində qüvvədədir.

14. İş materiallarında olan “Sifarişçi” qismində “Hüquq MTK ilə digər tərəfdən “İcraçı” qismində İddiaçı MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, “Sifarişçi” "xxxx" MTK sifariş verir, “İcraçı” İddiaçı MMC isə əlavə muzd almadan “Sifarişçi”yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu “İcraçı”ya vermiş, “İcraçı” isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən «İcraçı» İddiaçı MMC bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər kv.m. üçün 0,30-0,50 manatın yığılmasını öz üzərinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 5 il müddətində qüvvədədir.

15. İş materiallarında olan “Sifarişçi” qismində “Hüquq MTK ilə digər tərəfdən “İcraçı” qismində İddiaçı MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, “Sifarişçi” "xxxx" MTK sifariş verir, “İcraçı” İddiaçı MMC isə əlavə muzd almadan “Sifarişçi”yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yüksəkmərtəbəli yaşayış binaasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu və “Sifarişçi”nin adından onu məhkəmələrdə və dövlət orqanlarında təmsil etmək, onun adından məktublar yazmaq və müraciətlər etmək, qəbul etmək və göndərmək hüququnu “İcraçı”ya vermiş, “İcraçı” isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən «İcraçı» İddiaçı MMC bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər kv.m. üçün 0,30-0,50 manatın yığılmasını öz üzərinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 5 il müddətində qüvvədədir.

16. İş materiallarında olan «Sifarişçi» "xxxx" MTK ilə «İcraçı» İddiaçı MMC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqaviləyə xx.xx.2020-ci il tarixli 1 №-li Əlavə Razılaşmadan görünür ki, tərəflər xx.xx.2017-ci il tarixli müqaviləyə aşağıdakı mətndə dəyişiklik barədə razılığa gəlmişlər: «Sifarişçi» sifariş verir, «İcraçı» isə əlavə muzd almadan «Sifarişçi»yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasında "xxxx" MTK-nə məxsus qeyri-yaşayış sahələrini icarəyə vermək, yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu və «Sifarişçi»nin adından onu məhkəmələrdə və dövlət orqanlarında təmsil etmək, onun adından məktublar yazmaq və müraciətlər etmək, qəbul etmək və göndərmək hüququnu «İcraçı»ya vermiş, «İcraçı» isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Müqavilə xx.xx.2032-ci il tarixədək qüvvədədir.

17. İş materiallarında olan Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında inşa edilən yüksəkmərtəbəli çoxmənzilli binanın sahə mülkiyyətçilərinin xx.xx.2019-cu il tarixli ümumi yığıncağın (qiyabi səsvermə) qərarlarının xx.xx.2019-cu il tarixli protokolun surətindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən çoxmənzilli binanın idarəetsə üsulu olaraq idarəedici təşkilatın seçilməsi, Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» xx.xx.2019-cu il tarixli Fərmanının təmini məqsədilə mənzil sahiblərinin çıxarış (kurça) alması üçün lazım olan tədbirlərin görülməsi idarəedici təşkilata həvalə edilməsi, idarəedici təşkilat olaraq İddiaçı MMC ilə idarəetmə müqaviləsinin bağlanması, kommunal xidmət haqqının hər kvadrat metr üçün 0,30 manatın müəyyən olunması qərara alınmışdır.

18. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh3 (xx.xx.2021-ci il), Cavabdeh4 (xx.xx.2021-ci il tarixli), Cavabdeh7 (xx.xx.2021-ci il), Cavabdeh10 (xx.xx.2021-ci il), Cavabdeh13 (xx.xx.2021-ci il), Cavabdeh16 (xx.xx.2021-ci il) ünvanlanmış müraciət məktubların surətlərindən görünür ki, "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yerləşən yaşayış binasının idarəçiliyini həyata keçirir. İddiaçı MMC "xxxx" MTK ilə bağlanmış müqavilə əsasında Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında yerləşən yaşayış binasındakı mənzil sakinlərinə yaşayı binasının ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətləri (giriş-çıxışa və əraziyə nəzarəti, ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işləri;suyun anbardan nasoslar vasitəsilə mənzillərə verilməsi, blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işlərini) həyata keçirir. Onlar faktiki olaraq yuxarıda sadalanan kommunl xidmətlərdən istifadə edirlər (cari təmir işləri görülür; su anbardan nasoslar vasitəsilə mənzillərə verilir; bloklar, pilləkənlər, həyətlər işıqlandırılır, liftlərə xidmət göstərilir, liftlərin saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması həyata keçirilir, məişət tullantıları daşınır). Bir neçə dəfə onlara kommunal xidmətlərin göstərilməsi ilə bağlı xidmət müqaviləsi bağlamaqdan imtina etmişlər. Göstərilən kommunal xidmətlərdən faktiki olaraq istifadə etdiyi üçün xidmət müqaviləsinin bağlanmasından imtina etməsinə heç bir əsas yoxdur. Bütün bunlara nəzərə alaraq müraciət məktubuna əlavə olunan kommunal xidmətlərlə bağlı müqaviləni imzalayıb İddiaçı MMC-yə çatacaq nüsxəsinin geri qaytarılması və yaxud hər-hansı bir bənd ilə razı olmadığı halda öz fikriləri İddiaçı MMC-nə yaxınlaşıb bildirməsini xahiş olunur.

19. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh14 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubun kserosurətindən görünür ki, Cavabdeh14 xx.xx.2022-ci il tarixə mənzil-kommunal xidmətlərinə görə 312,90 manat, avtomobil dayancağına görə 54 manat, ümumilikdə 366,90 manat borcu var. Borcu vaxtında ödəmədiyinə görə cəmiyyətin idarə olunmasında problemlər yaranmışdır. Ona görə də 5 gün müddətində borcunu tam ödənilməsini xahiş edirlər, əks təqdirdə məhkəməyə müraciət edilməsini göstərilmişdir.

20. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh15 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubun kserosurətindən görünür ki, Cavabdeh15 xx.xx.2022-ci il tarixə mənzil-kommunal xidmətlərinə görə 491,70 manat borcu var. Borcu vaxtında ödəmədiyinə görə cəmiyyətin idarə olunmasında problemlər yaranmışdır. Ona görə də 5 gün müddətində borcunu tam ödənilməsini xahiş edirlər, əks təqdirdə məhkəməyə müraciət edilməsini göstərilmişdir.

21. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh16 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubun kserosurətindən görünür ki, Cavabdeh16 xx.xx.2022-ci il tarixə mənzil-kommunal xidmətlərinə görə 1209,30 manat, avtomobil dayanacağına görə 225 manat, ümumilikdə 1434,30 manat borcu var. Borcu vaxtında ödəmədiyinə görə cəmiyyətin idarə olunmasında problemlər yaranmışdır. Ona görə də 5 gün müddətində borcunu tam ödənilməsini xahiş edirlər, əks təqdirdə məhkəməyə müraciət edilməsini göstərilmişdir.

22. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh17 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubun kserosurətindən görünür ki, Cavabdeh17 xx.xx.2022-ci il tarixə mənzil-kommunal xidmətlərinə görə 446,73 manat, avtomobil dayanacağına görə 282 manat, ümumilikdə 729,73 manat borcu var. Borcu vaxtında ödəmədiyinə görə cəmiyyətin idarə olunmasında problemlər yaranmışdır. Ona görə də 5 gün müddətində borcunu tam ödənilməsini xahiş edirlər, əks təqdirdə məhkəməyə müraciət edilməsini göstərilmişdir.

23. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubun kserosurətindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə mənzil-kommunal xidmətlərinə görə 1174,60 manat borcu var. Borcu vaxtında ödəmədiyinə görə cəmiyyətin idarə olunmasında problemlər yaranmışdır. Ona görə də 5 gün müddətində borcunu tam ödənilməsini xahiş edirlər, əks təqdirdə məhkəməyə müraciət edilməsini göstərilmişdir.

24. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubun kserosurətindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixə mənzil-kommunal xidmətlərinə görə 235,60 manat borcu var. Borcu vaxtında ödəmədiyinə görə cəmiyyətin idarə olunmasında problemlər yaranmışdır. Ona görə də 5 gün müddətində borcunu tam ödənilməsini xahiş edirlər, əks təqdirdə məhkəməyə müraciət edilməsini göstərilmişdir.

25. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh3 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubun kserosurətindən görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixə mənzil-kommunal xidmətlərinə görə 480,60 manat, avtomobil dayancağına görə 682 manat, ümumilikdə 1162,60 manat borcu var. Borcu vaxtında ödəmədiyinə görə cəmiyyətin idarə olunmasında problemlər yaranmışdır. Ona görə də 5 gün müddətində borcunu tam ödənilməsini xahiş edirlər, əks təqdirdə məhkəməyə müraciət edilməsini göstərilmişdir.

26. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh4 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubun kserosurətindən görünür ki, Cavabdeh4 xx.xx.2022-ci il tarixə mənzil-kommunal xidmətlərinə görə 389 manat borcu var. Borcu vaxtında ödəmədiyinə görə cəmiyyətin idarə olunmasında problemlər yaranmışdır. Ona görə də 5 gün müddətində borcunu tam ödənilməsini xahiş edirlər, əks təqdirdə məhkəməyə müraciət edilməsini göstərilmişdir.

27. İş üzrə İddiaçı MMC tərəfindən X1 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubun kserosurətindən görünür ki, Cavabdeh12 xx.xx.2022-ci il tarixə mənzil-kommunal xidmətlərinə görə 201,60 manat borcu var. Borcu vaxtında ödəmədiyinə görə cəmiyyətin idarə olunmasında problemlər yaranmışdır. Ona görə də 5 gün müddətində borcunu tam ödənilməsini xahiş edirlər, əks təqdirdə məhkəməyə müraciət edilməsini göstərilmişdir.

28. İş üzrə İddiaçı MMC tərəfindən X1 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubun kserosurətindən görünür ki, Cavabdeh12 xx.xx.2022-ci il tarixə mənzil-kommunal xidmətlərinə görə 201,60 manat borcu var. Borcu vaxtında ödəmədiyinə görə cəmiyyətin idarə olunmasında problemlər yaranmışdır. Ona görə də 5 gün müddətində borcunu tam ödənilməsini xahiş edirlər, əks təqdirdə məhkəməyə müraciət edilməsini göstərilmişdir.

29. İş üzrə İddiaçı MMC tərəfindən X1 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubun kserosurətindən görünür ki, Cavabdeh12 xx.xx.2022-ci il tarixə mənzil-kommunal xidmətlərinə görə 345,60 manat borcu var. Borcu vaxtında ödəmədiyinə görə cəmiyyətin idarə olunmasında problemlər yaranmışdır. Ona görə də 5 gün müddətində borcunu tam ödənilməsini xahiş edirlər, əks təqdirdə məhkəməyə müraciət edilməsini göstərilmişdir.

30. İş üzrə İddiaçı MMC tərəfindən X1 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubun kserosurətindən görünür ki, Cavabdeh12 xx.xx.2022-ci il tarixə mənzil-kommunal xidmətlərinə görə 341,80 manat borcu var. Bundan başqa Cavabdeh12 Bakı şəhəri, Xətai prospekti, 787-ci məhəllə ünvanında 18 mərtəbəli yaşayış binasının yanında inşa edilən avtomobil qarajında 90AA166, 99AA166, 99BT110, 10AA166, 10LD455, 90VO013, 99CR588, 99AN750, 99NC440 dövlət qeydiyyat nömrəli avtomobilləri saxlamışdır. xx.xx.2022-ci ilədək ümumilikdə qaraja müxtəlif kommunal xidmətlər (mühafizə, işıqlandırma, təmizlik xidmətləri göstərilmişdir. Göstərilən kommunal xidmətlərin dəyəri hər aya görə 15 manat təşkil edir. Bu da 213 x 15 manat = 3195 manat borc deməkdir. Göstərilən cəmi 3536,80 manat Borcu vaxtında ödəmədiyinə görə cəmiyyətin idarə olunmasında problemlər yaranmışdır. Ona görə də 5 gün müddətində borcunu tam ödənilməsini xahiş edirlər, əks təqdirdə məhkəməyə müraciət edilməsini göstərilmişdir.

31. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh5 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubun kserosurətindən görünür ki, Cavabdeh5 xx.xx.2022-ci il tarixə mənzil-kommunal xidmətlərinə görə 595,80 manat borcu var. Borcu vaxtında ödəmədiyinə görə cəmiyyətin idarə olunmasında problemlər yaranmışdır. Ona görə də 5 gün müddətində borcunu tam ödənilməsini xahiş edirlər, əks təqdirdə məhkəməyə müraciət edilməsini göstərilmişdir.

32. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh6 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubun kserosurətindən görünür ki, Cavabdeh6 xx.xx.2022-ci il tarixə mənzil-kommunal xidmətlərinə görə 281,50 manat borcu var. Borcu vaxtında ödəmədiyinə görə cəmiyyətin idarə olunmasında problemlər yaranmışdır. Ona görə də 5 gün müddətində borcunu tam ödənilməsini xahiş edirlər, əks təqdirdə məhkəməyə müraciət edilməsini göstərilmişdir.

33. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh6 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubun kserosurətindən görünür ki, Cavabdeh6 xx.xx.2022-ci il tarixə mənzil-kommunal xidmətlərinə görə 281,50 manat, avtomobil dayanacağına görə 495 manat, ümumilikdə 776,50 manat borcu var. Borcu vaxtında ödəmədiyinə görə cəmiyyətin idarə olunmasında problemlər yaranmışdır. Ona görə də 5 gün müddətində borcunu tam ödənilməsini xahiş edirlər, əks təqdirdə məhkəməyə müraciət edilməsini göstərilmişdir.

34. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh7 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubun kserosurətindən görünür ki, Cavabdeh7 xx.xx.2022-ci il tarixə mənzil-kommunal xidmətlərinə görə 368,40 manat, avtomobil dayanacağına görə 167 manat, ümumilikdə 535,40 manat borcu var. Borcu vaxtında ödəmədiyinə görə cəmiyyətin idarə olunmasında problemlər yaranmışdır. Ona görə də 5 gün müddətində borcunu tam ödənilməsini xahiş edirlər, əks təqdirdə məhkəməyə müraciət edilməsini göstərilmişdir.

35. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh8 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubun kserosurətindən görünür ki, Cavabdeh8 xx.xx.2022-ci il tarixə mənzil-kommunal xidmətlərinə görə 843,50 borcu var. Borcu vaxtında ödəmədiyinə görə cəmiyyətin idarə olunmasında problemlər yaranmışdır. Ona görə də 5 gün müddətində borcunu tam ödənilməsini xahiş edirlər, əks təqdirdə məhkəməyə müraciət edilməsini göstərilmişdir.

36. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh9 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubun kserosurətindən görünür ki, Cavabdeh9 xx.xx.2022-ci il tarixə mənzil-kommunal xidmətlərinə görə 614,60 manat borcu var. Borcu vaxtında ödəmədiyinə görə cəmiyyətin idarə olunmasında problemlər yaranmışdır. Ona görə də 5 gün müddətində borcunu tam ödənilməsini xahiş edirlər, əks təqdirdə məhkəməyə müraciət edilməsini göstərilmişdir.

37. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh10 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubun kserosurətindən görünür ki, Cavabdeh10 xx.xx.2022-ci il tarixə mənzil-kommunal xidmətlərinə görə 1436,50 manat borcu var. Borcu vaxtında ödəmədiyinə görə cəmiyyətin idarə olunmasında problemlər yaranmışdır. Ona görə də 5 gün müddətində borcunu tam ödənilməsini xahiş edirlər, əks təqdirdə məhkəməyə müraciət edilməsini göstərilmişdir.

38. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh11 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubun kserosurətindən görünür ki, Cavabdeh11 xx.xx.2022-ci il tarixə mənzil-kommunal xidmətlərinə görə 759,90 manat borcu var. Borcu vaxtında ödəmədiyinə görə cəmiyyətin idarə olunmasında problemlər yaranmışdır. Ona görə də 5 gün müddətində borcunu tam ödənilməsini xahiş edirlər, əks təqdirdə məhkəməyə müraciət edilməsini göstərilmişdir.

39. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh12 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubun kserosurətindən görünür ki, Cavabdeh12 xx.xx.2022-ci il tarixə mənzil-kommunal xidmətlərinə görə 888,50 manat borcu var. Borcu vaxtında ödəmədiyinə görə cəmiyyətin idarə olunmasında problemlər yaranmışdır. Ona görə də 5 gün müddətində borcunu tam ödənilməsini xahiş edirlər, əks təqdirdə məhkəməyə müraciət edilməsini göstərilmişdir.

40. İş üzrə İddiaçı MMC tərəfindən Cavabdeh13 ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubun kserosurətindən görünür ki, Cavabdeh13 xx.xx.2022-ci il tarixə mənzil-kommunal xidmətlərinə görə 1352,60 manat borcu var. Borcu vaxtında ödəmədiyinə görə cəmiyyətin idarə olunmasında problemlər yaranmışdır. Ona görə də 5 gün müddətində borcunu tam ödənilməsini xahiş edirlər, əks təqdirdə məhkəməyə müraciət edilməsini göstərilmişdir.

41. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə yerləşən 38 nömrəli evin, ümumi sahəsi 80,50 kv.m. olan 43 nömrəli mənzili (Yeni qaydalarla: AZ1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 160, M11, m3) Cavabdeh2 adına qeydiyyata alınmışdır.

42. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə yerləşən 38 nömrəli evin, ümumi sahəsi 132,30 kv.m. olan 262 nömrəli mənzili (Yeni qaydalarla: AZ1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 168, M14, m2) Cavabdeh13 adına qeydiyyata alınmışdır.

43. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə yerləşən 38 nömrəli evin, ümumi sahəsi 81,50 kv.m. olan 88 nömrəli mənzili (Yeni qaydalarla: AZ1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 162, M5, m2) Cavabdeh4 adına qeydiyyata alınmışdır.

44. İş materiallarında olan İddiaçı MMC tərəfindən Səbail rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 İddiaçı MMC-nə ödəməli olduğu kommunal-xidmət haqqı borcunu könüllü şəkildə tam ödəmişdir.

45. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh13 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixə kommunal xidmətlərlə bağlı Cavabdeh13 548 manat borcu vardır.

46. İddiaçı MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh9 İddiaçı MMC-nə ödəməli olduğu kommun-xidmət haqqı borcunu könüllü şəkildə tam ödəmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

47. Cavabdehlər "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasında olan yaşayış sahələrinin mülkiyyətçiləridir. "xxxx" MTK ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən sonuncu binada girişçıxışa və əraziyə nəzarəti həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmin işlərinin həyata keçirilməsi; suyun andardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Cavabdehlər xx.xx.2022-ci il tarixədək kommunal xidmətləri ödəməmiş və nəticədə onların borcları yaranmışdır. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kv.m üçün "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2008-ci il tarixli qərarı ilə 30 qəpik müəyyən edilmişdir. İddiaçı hesab edir ki, cavabdehlər kommunal haqları ödəmədiyi üçün həmin borclar onlardan məcburi şəkildə tutulmalıdır. Bu səbəbdən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

48. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Mülki Məcəllənin 386.1-ci maddəsi).

49. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə "xxxx" MTK arasında Bakı şəhəri, Xətai prospektində yerləşən 38 saylı binaya kommunal xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə bağlanılmışdır.

50. Məhkəmə hesab edir ki, İddiaçı MMC Bakı şəhəri, Xətai prospektində yerləşən 38 saylı binaya kommunal xidmətlərinin göstərilməsi ilə bağlı müqaviləni "xxxx" MTK ilə bağlasa da, binanın mülkiyyətçiləri olan cavabdehlərlə kommunal xidmətin göstərilməsi ilə bağlı İddiaçı MMC arasında hər hansı müqavilə bağlanılmamışdır.

51. «R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir.

52. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında göstərmişdir ki, “özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır”.

53. Konstitusiya Məhkəməsi yuxarıda göstərilən qərarında həmçinin göstərmişdir ki, məhkəmələr çoxmənzilli binalarda kommunal xidmətləri həyata keçirən idarəedici təşkilatların fəaliyyəti ilə bağlı yaranan mübahisələri həll edərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların (qaz, elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq kommunal xidmətlərə daxil edilməsinə xüsusi diqqət yetirməlidirlər.

54. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarına əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır.

55. Lakin iddiaçı ilə cavabdehlər arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı hər hansı müqavilə olmadığı üçün, cavabdehlərin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır. Bu səbəbdən iddiaçı cavabdehlərdən göstərilən xidmətlərlə bağlı borc tələb etməsi əsaslı hesab edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının yaranmış borcla bağlı istinad etdiyi və məhkəməyə təqdim etdiyi sübutlar da qanunvericiliyin tələblərinə ziddir.

56. Məhkəmə ilk növbədə qeyd edir ki, Mənzil Məcəlləsinin 109.4-cü maddəsinə əsasən mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar.

57. Həmin Məcəllənin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.

58. Göründüyü kimi qanunun yuxarıda göstərilən tələbinə əsasən mənzil tikinti kooperativinin 50% payçılarının çoxunun mənzilləri mülkiyyət hüququ üzrə onlara keçdikdən sonra kooperativ ləğv edilməli və mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmalıdır.

59. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.2-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər.

60. İddiaçı MMC "xxxx" MTK ilə kooperativ binada kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilə bağlasa da, bu müqavilə mənzil tikinti kooperativinin mülkiyyətçiləri üçün hər hansı öhdəlik və ya vəzifə yaratmır. Mənzil mülkiyyətçilərinin kommunal xidmətlərlə bağlı öhdəliyinin yaranması üçün xidmət göstərən şəxslə mülkiyyətçi arasında müqavilə bağlanılmalıdır. Lakin işin faktiki hallarından göründüyü kimi belə bir müqavilələr bağlanmadığı üçün, iddiaçının göstərilən xidmətlə bağlı cavabdehlərdən pul tələb etməsi əsassızdır.

61. Məhkəmə digər tərəfdən qeyd edir ki, "xxxx" MTK-nın üzvlərinin xx.xx.2008-ci il tarixli ümumi yığıncağında qəbul edilmiş qərarda da Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yerləşən 38 saylı binanın sakinləri ilə mənzil-kommunal xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərilən təşkilatla müqavilə bağlanmasının təmin edilməsi göstərilmişdir. Göründüyü kimi "xxxx" MTK-nın xx.xx.2008-ci il tarixli qərarında sakinlərlə kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələrin bağlanılması qərara alınsa da, cavabdehlərlə belə bir müqavilənin bağlanması müəyyən olunmamışdır (bildirişlərin, təkliflərin göndərilməsi müqavilənin bağlanması demək deyildir) .

62. Məhkəmə eyni zamanda kommunal borc məbləğinin müəyyən edilməsi və hesablanması ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, binanın saxlanılması üçün nəzərdə tutulan mütləq ödənişlərin və haqların miqdarını müəyyən etmək Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid olan məsələdir. (hər il ümumi yığıncağın qərarı ilə müəyyən edilən qiymətlər)

63. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 124-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır.

64. Həmin Məcəllənin 125.2-ci və 125.2.4-cü maddələrinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aid olan məsələdir.

65. Qeyd edilən Məcəllənin 127.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyət iştirakçılarına hesabat verən cəmiyyətin icra orqanı olmaqla cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir.

66. Göstərilən Məcəllənin 127.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər istisna olmaqla, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyəti cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə qərarlar qəbul edə bilər.

67. Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir.

68. Nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir.

69. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən MTK-nın mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək səlahiyyəti yoxdur.

70. Məhkəmə həmçinin qeyd edir ki, mülki iş icraata qəbul edildikdən sonra cavabdehlərdən bəziləri könüllü olaraq ödənişlər etmiş (Cavabdeh1, Cavabdeh9 Elsəvər oğlu) , bu səbəbdən onlara qarşı hər hansı bir mübahisə artıq mövcud olmadığından iddia tələbi onlara münasibətdə əlavə araşdırılma aparılmadan təmin edilməməlidir.

71. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdehlər arasında kommunal xidmətlərin göstərilməsi ilə bağlı hər hansı müqavilə bağlanmadığı üçün, xx.xx.2022-ci il tarixədək olan dövr üçün kommunal borcların tutulması ilə bağlı tələb əsassız olduğu üçün təmin edilməməlidir.

72. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, binanın sakinləri binanın saxlanılması üçün tələb olunan zəruri xərclərin ödənilməsi üçün müqavilə bağlamaqdan və yaxud müqavilə bağlamadan bu xərclərin ödənilməsindən yayındıqda, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti belə zəruri xərclərin tutulmasını məhkəmə qaydasında tələb edə bilərlər.

73. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

74. Məhkəmə hesab edir ki, borcun tutulması barədə tələb təmin olunmadığı üçün, 2500 manat hüquqi yardım xərcinin və 175 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə tələb də əsassız hesab edilməlidir.

75. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

76. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

77. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

78. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

79. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar