Məhkəmə qərarları › İş №2(006)-803/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-803/2021

03.03.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-803/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı5, İddiaçı1, İddiaçı3, Bakı şəhəri Təcili və X3 Stansiyasının nümayəndəsi X2 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Bakı şəhəri Təcili və X3 Stansiyasına, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X6rşı “tibbi işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi və ödənilməsi tələbi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən 2020-ci ilin mart ayından başlayaraq yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü üçün aylıq vəzifə (tarif) maaşının 4 mislinədək miqdarda əmək haqlarına müddətli əlavələrin hesablanıb onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə baxışı iclasında iştirak iddiaçılar İddiaçı2, İddiaçı5, İddiaçı1, İddiaçı3 eyni məzmunlu izahat verərək və iddianı müdafiə edərək bildirdilər ki, onlar Bakı şəhər Təcili və X3 Stansiyasının ruhi briqadasında işləyirlər. Həkimlər və digər tibb işçiləri koronavirus infeksiyası ilə mübarizə tədbirlərində yaxından iştirak etsələr də və bu virusa yoluxmuş xəstələrlə əlaqədə olsalar da, cavabdehlər tərəfindən maaşlarına olan əlavələri ala bilmirlər. Halbuki, Bakı şəhər Təcili və X3 Stansiyasının bütün əməkdaşları, yəni tibb və qeyri-tibb işçilərinin hamısı əmək haqlarına müddətli əlavəni alırlar. Baxmayaraq ki, qeyritibb işçilərinin əksəriyyəti yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etmirlər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1947 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 112 nömrəli qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək olan müddət üçün əmək haqlarına ayliq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavələrin ödənilməsi nəzərdə tutulmuşdu. Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 112 nömrəli qərarına əsasən təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə - ayliq vəzifə (tarif) maaşının 4 misli məbləğində əmək haqlarına müddətli əlavənin məbləği müəyyən edilmişdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 112 nömrəli qərarına əsasən Agentlik tibbi profilaktik tədbirləri həyata keçirən tibb işçilərinin əhatə dairəsinə təcili tibbi yardım xidmətinin və X4 sürücüləri də salınmışdır. Bakı şəhər Təcili və X3 Stansiyasının ruhi briqadanın əməkdaşları bu ilin mart ayından başlayaraq yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə lazımi qoruyucu vasitələrlə təmin olunmamaqla cəlb edilməklərinə baxmayaraq, briqadanın əməkdaşlarına Nazirlər Kabinetinin müvafiq qərarına zidd olaraq əmək haqlarına müddətli əlavənin məbləği Stansiyanın rəhbəri və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bu günədək ödənilmir. Bakı şəhər Təcili və X3 Stansiyasının ruhi briqadanın əməkdaşlarının qeyd olunan məsələ ilə əlaqədar bu ilin may ayında Azərbaycan Respublikasının Prezidentinə və müvafiq dövlət orqanlarına müraciətləri olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xx.xx.2020-ci il tarixli, 16/1-1592-189 nömrəli və xx.xx.2020-ci il tarixli 16/1-189/2 nömrəli, müşayiət məktubları ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərilmişdir. Agentlik həmin müraciətə baxaraq, Bakı şəhər Təcili və X3 Stansiyasının rəhbərinin cavabına əsasən həmin stansiyanın ruhi briqadasının mart ayı ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmədiyini və ruhi briqadanın əməkdaşlarının qeyd olunan tədbirlərdə iştirakı müəyyən olunduğu halda həmin aylar üçün müddətli əlavənin ödənişini nəzərə alacaqlarını bildirmişdir. Buna baxmayaraq, Təcili və X3 Stansiyasının tibb və qeyri-tibb işçiləri hər gün çıxışlara gedərək, koronavirus təhlükəsi ilə üzləşməklərinə baxmayaraq, müfaviq qurumların rəhbərləri xx.xx.2020-ci il tarixli, 1947 nömrəli Sərəncamın icrasını lazımi qaydada təmin etmirlər. Halbu ki, Prezident bu Sərəncamla koronavirusa qarşı mübarizədə xüsusi mövqeyini və təhlükəsizlik məsələlərində necə həssas olduğunu nümayiş etdirmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Bakı şəhər Təcili və X3 Stansiyası" X10 9 saylı bölməsinin ruhi briqadasının əməkdaşlarına ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda "Bakı şəhər Təcili və X3 Stansiyası" X10 9 saylı bölməsinin ruhi briqadasının yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb olunduqları iş günlərindən asılı olaraq bəzi tibb işçilərinə mart-may aylarında müddətli əlavələr hesablanaraq, ödənildiyi qeyd olunmuşdur. Bakı şəhər Təcili və X3 Stansiyasının yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb olunan tibb işçiləri barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim etdiyi məlumatda onlarında adları göstərilməli idi. Müvafiq məsələ ilə əlaqədar stansiyanın rəhbərliyi tərəfindən Agentliyə təqdim olunan məlumat Agentlik tərəfindən yoxlanılmalıdır. Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nizamnaməsinin 4.5.9cu maddəsinə əsasən Agentliyin büdcəsinin, strateji məqsədlərinin və planlarının icrasına nəzarət edir. Bakı şəhər Təcili və X3 Stansiyasının 9 saylı bölməsinin ruhi briqadasının əməkdaşlarının müvafiq dövlət orqanlarına və Agentliyə bir neçə dəfə qeyd olunan məsələ ilə bağlı müraciət etməsinə baxmayaraq, Agentlik bununla əlaqədar Bakı şəhər Təcili və X3 Stansiyasında heç bir monitorinq etməmiş, Stansiyanın rəhbəri tərəfindən təqdim olunan məlumatları almaqda davam etmişdir. "Bakı şəhər Təcili və X3 Stansiyası" X10 9 saylı bölməsinin ruhi briqadasının əməkdaşlarına səyyar briqadalardan fərqli olaraq cəlb etdikləri saatlara uyğun əmək haqlarına müddətli əlavələr hesablanıb ödənilmişdir. Eyni zamanda ruhi briqadanın işçiləri çağırışlara gedərkən tez-tez koronavirus xəstələri və onların ailə üzvləri ilə təmasda olur, xəstələrin hərarətlərinin ölçülməsi, yaxmaların götürülməsi, yoluxmuş xəstələrin təxliyyə edilməsi işlərini həyata keçirir və beləliklə koronavirus təhlükəsi ilə üzləşirlər. Belə olduğu halda, ruhi briqadanın əməkdaşları tez-tez yoluxma riski ilə üzləşdiyi üçün əmək haqlarına müddətli əlavələr onlara da şamil edilməlidir. Azərbaycan Respublikasında səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son illər həyata keçirilən islahat nəticəsində dövlətin iqtisadi potensialının daha da artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaratmışdır. Azərbaycan dövlət həkimlərinin fədakarlığını yüksək qiymətləndirməklə infeksiyanın yayılmasına qarşı sistemli və effektiv fəaliyyət həyata keçirdiyini nümayiş etdirmişdir. Nəzərə almaq lazımdır ki, həkimlər xəstə yaxınlarının ümid yerinə çevrilirlər və eyni zamanda bir qədər təzyiq altında olurlar. Belə vəziyyətdə, tibbi xidmət sahəsində fədakar əmək sərf edən, özünün və ən azından ailəsinin sağlamlığına münasibətdə təhlükə ilə üzləşən tibb işçilərinin əməklərinin maddi qarşılığını almalı, gündəlik qayğılardan azad olmalıdırlar. Müddətli əlavələrin bu ilin mart-avqust aylarına nəzərdə tutulan hissəsinin digər şəhər və rayonlarda olan Təcili və X3 Stansiyasının bütün tibb və qeyri-tibb işçilərinə hesablanaraq ödənilmişdir. Sonda iddiaçılar İddiaçı2, İddiaçı5, İddiaçı1, İddiaçı3 iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. İş üzrə digər iddiaçılar İddiaçı4 və İddiaçı6 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Bakı şəhəri Təcili və X3 Stansiyasının nümayəndəsi X5 iddianın əsassız olduğunu hesab edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdeh “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X10 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasın mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri Təcili və X3 Stansiyasının baş həkimi X7 ilə Bakı şəhəri Təcili və X3 Stansiyasının əsas həkim psixiatrı İddiaçı3 arasında xx xxxxxxxx 2016-cı il tarixdə 1734 saylı əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsinin bildirişin və əmək müqaviləsinə əlavənin surətlərindən görünür ki, İddiaçı2, İddiaçı5, İddiaçı4, İddiaçı1 Bakı şəhəri Təcili və X3 Stansiyasının işçiləridir. Beləliklə, Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli sərəncamının yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alındı: 1.Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqqılarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilmiş; 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1-ci bəndinə əsasən bu sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən edilməsi; 2.2-ci bəndinə əsasən yeni növ koronavirus (COVİD- 19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən edilməsi; 2.3-cü bəndinə əsasən, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməsidir. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavənin müəyyən edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarının 1-ci maddəsinə görə yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqqılarına müddətli əlavənin məbləği 1.1-ci bəndinə əsasən, tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə-aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində; 1.2-ci bəndinə əsasən, təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X1 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə-aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində; 1.3-cü bəndinə əsasən pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə-aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində müəyyən edilməsi. 2-ci maddəsinə əsasən, bu qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1dən iyunun 1-dək olan müddət üçün ödənilməsi. 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentiliyinə tapşırılmışdı ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirlər həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərin 5 (beş) gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməsi. 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etməsi qərara alınmışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx xxxxx 2020-ci il tarixli 01/163 nömrəli əmrində qeyd edilir: 1. Müəyyən edilsin ki, “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarının 1.1-ci yarımbəndinə və 3-cü hissəsinə müvafiq olaraq tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsi dedikdə tibb müəssisələrində yaradılmış çağırış üzrə qeydiyyat jurnallarında qeydə alınmış sorğuya əsasən tibbi xidmətləri göstərən ailə həkimləri, sahə həkim-terapevtlər, sahə həkimi-pediatrlar və orta tibb işçiləri, habelə təcili tibbi yardım xidmətinin və X4 sürücüləri, tibb müəssisələrinin rəhbərləri, stasionar tibbi xidmətə cəlb edildiyi hallar istisna olmaqla tibb müəssisəsi rəhbərinin müavini-baş həkimlər, COVİD-19 infeksiyasına yoluxma ehtimalı yüksək olan xəstələrin təcrid edilməsi üçün istifadə olunan tibb müəssisələrində (qurumlarda, müəssisələrdə, təşkilatlarda) tibbi xidmət göstərən tibb işçiləri nəzərdə tutulur. 2. Tibb müəssisələrinin rəhbərliyinə tapşırılsın ki, bu Əmrin 1-ci hissəsində nəzərdə tutulan işçilərin, koronavirusla mübarizə tədbirlərinə cəlb edilən təcili tibbi yardım xidməti göstərən tibb işçilərinin, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinin, pasiyentlərə stasionar tibbi xidmət göstərən tibb işçilərinin əmr ilə təsdiq edilmiş siyahılarını (hesablanmış müddətli əlavələrin məbləğləri göstərilməklə) təsdiqedici sənədlərlə birlikdə 2020-ci ilin mart, aprel və may ayları üzrə hər növbəti ayın 20-dən gec olmayaraq Agentliyə təqdim edilməsin təmin etsinlər”. İş materiallarında olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı şəhər Təcili və X3 Stansiyası” X10 xx xxxxxxxx 2020-ci il tarixli 805 saylı məktubunda qeyd edilir: “COVİD 19-a yoluxan və yoluxmaya şübhəli ruhi xəstələrə yardım edən ruhi briqadanın əməkdaşlarının aprel, may, iyun, iyul aylarında əmək haqlarına əlavələr saat hesabı ilə tərəfimizdən ödənilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə Departamentinin əməkdaşı, BŞT və TTYS-nın rəhbər heyəti və Həmkarlar İttifaqı Komitəsinin sədrinin ruhi briqadanın işçiləri ilə görüşü keçirilərək Azərbaycan Respublikasının xx xxxx 2020-ci il tarixli 1947 saylı Sərəncamına və Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 112 saylı “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqların müddətli əlavənin müəyyən edilməsi barədə” qərarının tələbləri və ödəniş qaydaları ətraflı izah olundu. Cədvəllər məktuba əlavə edilir”. Məhkəmə qeyd edir ki, iddiaçılar öz iddiasına dair təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişlə. MPM-nin 14.2-ci maddəsinə görə isə, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Buna görə də, Məhkəmə, iddiaçıların gətirdiyi dəlilləri də əsaslı saymır. Göstərilənlərə əsasən və yuxarıda qeyd olunan qanunvericiliyə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Bakı şəhəri Təcili və X3 Stansiyasına, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X6rşı “tibbi işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi və ödənilməsi tələbi barədə” iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Bakı şəhəri Təcili və X3 Stansiyasına, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X6rşı “tibbi işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi və ödənilməsi tələbi barədə” iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar