Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-81/2022 09.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil Tofiq oğlu, Cavabdeh1 qəyyumu X5 və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair və iddiaçı Cavabdeh1 qəyyumu X5 cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə paylı əmlakdakı paya hüququn itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə onun paylı mülkiyyətində olan ünvan 1 ünvanındakı 50 saylı mənzilin onun payına düşən 1/6 hissəsinin naturada bölünərək onun sahiblik və istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı 50 saylı mənzil paylı mülkiyyətdə olmaqla 1/6 hissəsi onun, 1/6 hissəsi Cavabdeh2, 4/6 hissəsi isə Cavabdeh1 mülkiyyətindədir. Sözügedən mənzil üzərində hüququ AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınaraq, ona Hüquqların X6 daşınmaz əmlakın Dövlət reyestrindən 16.06.2015-ci il tarixli, ******* saylı çıxarış verilmişdir. Qeyd olunan mənzil üzərində mülkiyyət hüququnun mövcud olmasına baxmayaraq, həmin mənzildən faktiki olaraq istifadə edə bilmir və mənzildə yalnız Cavabdeh1 yaşayır. İddiaçı tərəfindən Cavabdeh1 müraciət edilərək, ünvan 1 ünvanındakı 50 saylı mənzilin 1/6 hissəsinin naturada bölgüsünü aparmaqla, mənzilin 1/6 hissəsinin onun sahiblik və istifadəsinə verilməsi təklif edilmişdir. Lakin, müraciətə hər hansı cavab verilməmişdir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət edərək, hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə onun paylı mülkiyyətində olan ünvan 1 ünvanındakı 50 saylı mənzilin onun payına düşən 1/6 hissəsinin naturada bölünərək onun sahiblik və istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməlidir. Eyni zamanda iddiaçı Cavabdeh1 qəyyumu X7 cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə paylı əmlakdakı paya hüququn itirilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 14000 manat kompensasiya ödənilməklə, onun Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, ev 15, 50 saylı mənzilin 1/6 hissədəki payına hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qəyyumu X7 iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, ev 15, 50 saylı mənzilin 4/6 pay mülkiyyətçisidir. Fəaliyyət qabiliyyətsizdir. X7 onun qəyyumudur. Onlara 13 saylı Notariat Ofisindən daxil olan bildiriş daxil olmuşdur ki, cavabdeh İddiaçı özünə məxsus 1/6 hissədə payını satmaq niyyətindədir və həmin payın satış dəyəri 45000 manat müəyyən edilmişdir. Cavabdeh artıq bir neçə ildir ki, bu cür əsassız məbləğlərlə guya öz payını satmaq niyyətini nümayiş etdirir. İddia ərizəsinə əlavə olunan sənədlərdən də görünür ki, mənzilin ümumi dəyəri 80000 manatdır. Belə olduqda 1/6 hissədə payın dəyəri heç cür 45000 manat ola bilməz. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil Tofiq oğlu iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, qarşı tərəfin iddiası əsasızdır və rədd olunmalıdır. Belə ki, AR Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmçinin, bu Məcəllənin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Son olaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddiaçının nümayəndəsinə etiraz edərək bildirdi ki, tərəflər hərraca gəlməmişdən əvvəl AR MM-nin 220-ci maddəsinin müddəalarına əməl etməli idilər. Həmçinin, qarşı tərəf kompensasiya ödənilməsi ilə bağlı təklif irəli sürməlidir. 2012-ci ildən Cavabdeh1 əmək qabiliyyəti olmayan hesab edilmişdir. Belə olan halda məhkəmə özü kompensasiya məbləğini müəyyən edə bilər. Əlavə olaraq bidlirdi ki, məhkəmə AR MM-nin 220.4-cü maddəsinə istinad etmədən həmin Məcəllənin 220.6-cı maddəsini təmin edə bilməz. Buna görə də, daşınmaz əmlakla bağlı hərracın keçirilməsinə ehtiyac yoxdur. Son olaraq İddiaçı 15000 manat kompensasiya ödənilməklə, onun Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, ev 15, 50 saylı mənzilin 1/6 hissədəki payına hüquqlarının itirilməsi barədə ərizə təqdim edərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi, iddiaçı Cavabdeh1 qəyyumu X5 cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə paylı əmlakdakı paya hüququn itirilməsi” tələbinə iddia ərizəsinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh2məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edtmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi rədd edilməli, iddiaçı Cavabdeh1 qəyyumu X5 cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə paylı əmlakdakı paya hüququn itirilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməlidir . Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, ünvan 2 ünvanındakı daşınmaz əmlakın 1/6 hissəsi X1, 1/6 hissəsi İddiaçı, 4/6 hissəsi Cavabdeh1 Sabir oğlunun mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh1 İddiaçı tərəfindən ünvanlanan bildirişdən görünür ki, İddiaçı ünvan 2 ünvanındakı daşınmaz əmlakın 1/6 hissəsinin naturada bölgüsünü aparmaqla, mənzilin 1/6 hissəsinin onun sahiblik və istifadəsinə verilməsini təklif etmişdir. Əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan Səbail Rayonu İcra Hakimiyyətinin Başçısının 01.08.2017-ci il tarixli 107 saylı Sərancamın surətindən görünür ki, fəaliyyət qabiliyyəti olmayan, xx.xx.1955-ci il təvəllüdlü Cavabdeh1 üzərində keçmiş həyat yoldaşı X7 qəyyum təyin edilmişdir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh1 qəyyumu X7 cavabdeh İddiaçı qarşı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı 14.000 manat kompensasiya ödənilməklə onun Bakı şəhəri, Mərdanovlar qardaşları küçəsi, ev 15, 50 saylı mənzilin 1/6 hissədəki payına hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanovlar qardaşları küçəsi, ev 15, 50 saylı mənzil Cavabdeh1 1/6 hissəsi xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 431 №-li reyestr kitabının 40.38 №-li vərəqində 06.09.2016-cı il tarixdə qeydiyyata alınmışdır. X2 1/6 hissəsi 29.05.2007-ci il tarixdə, X3 1/6 hissə 01.07.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən daxil olmuş 30.09.2020-ci il tarixli, H/01-PLS №-li Hesabatdan görünür ki, ünvan 2 ünvanındakı daşınmaz əmlakın bazar dəyəri 90.000 manat, cavabdeh İddiaçı məxsus mənzilin 1/6 hissəsinin bazar dəyəri 15.000 manatdır. İş materiallarında olan iddiaçı Cavabdeh1 qəyyumu X7 tərəfindən verilən vəsatətdən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbi və iddiaçı Cavabdeh1 qəyyum X7 və cavadeh İddiaçı qarşı “kompensasiya ödənilməklə paylı əmlakdakı paya hüququn itirilməsi” tələbinə dair işlər bir-biri ilə əlaqəli olduğundan bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-234/2021 saylı, 04.03.2021-ci il tarixli qərardadından görünür ki, vəsatət təmin edilmiş, iddiaçı Cavabdeh1 qəyyumu X5 cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə paylı əmlakdakı paya hüququn itirilməsi” tələbinə dair 2(006)-234/2021 saylı mülki iş İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzil münasibətləri üzrə sair mübahisələr” tələbinə dair 2(006)-375/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 375 saylı 10 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 15 saylı edin, 50 saylı paylı mülkiyyətdə olan mənzilinin otaqlarının təyinatının yerləşmə vəziyyətinə uyğun olaraq tərəflər (mülkiyyətçilər) arasında 1/6; 4/6; və 1/6 hissə olmaqla paylar üzrə bölünməsi yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında paylara uyğun ölçüdə yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqlara ayrı-ayrılıqda giriş-çıxış yolunun olmalı olduğunu nəzərə aldıqda, İNŞAAT NORMA və QAYDALARİNİN 2.08.01.89-cunun 2.2; 2.4;2.9-cu bəndlərinin və Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə uyğun qaydada naturada bölünməsin texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Mənzilin təcrid mənzillər şəklində naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı üçün bu sual üzrə tədqiqat aparılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin məcəllənin 220.3-cü maddəsinə əsasən, Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsində qeyd olunmuşdur ki, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 215-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Ekspert rəyindən göründüyü kimi, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi yerləşən 15 saylı evin, 50 saylı evin İddiaçı payına düşən 1/6 hissəsinin naturada bölünməsi mümkün deyildir. MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.» Beləliklə, məhkəmə ekspert rəyini iş üzrə sübut kimi qəbul edərək hesab edir ki, İddiaçı mübahisəli mənzilə dair payının ayrılması mümkün deyildir. Digər tərəfdən iş materiallarında olan "xxxx" MMC-nin məhkəməyə daxil olmuş 30.09.2020-ci il tarixli, H/01-PLS №-li Hesabatdan görünür ki, ünvan 3 ünvanındakı daşınmaz əmlakın bazar dəyəri 90.000 manat, cavabdeh İddiaçı məxsus mənzilin 1/6 hissəsinin bazar dəyəri 15.000 manat təşkil edir. Məhkəmə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbi ilə əlaqədar qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 15, 50 saylı mənzilin naturada bölünməsi mümkün olmadığina, təklif olunan 15.000 manat məbləğində kompensasiya ağlabatan və eyni zamana ədalətli olduğuna görə, İddiaçı həmin mənzildə payı cüzi olduqda (10.8 kv.m.) və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsi qoya bilər. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi tələbinə dair” iddia rədd olunmaqla ona 15.000 (on beş min) manat kompensasiya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi rədd edilməli, iddiaçı Cavabdeh1 qəyyumu X5 cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə paylı əmlakdakı paya hüququn itirilməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək, İddiaçı 15.000 (on beş min) manat kompensasiya ödənilməklə, onun Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, ev 15, 50 saylı mənzilin 1/6 hissədəki payına hüquqları itirilmiş hesab edilməlidir. Həmçinin, ekspertizanın keçirilməsi ilə bağlı ödənilən 50 (əlli) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq, dövlət nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı Cavabdeh1 qəyyumu X5 cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə paylı əmlakdakı paya hüququn itirilməsi” tələbinə dair iddia ərizəsi təmin edilsin. İddiaçı 15.000 (on beş min) manat kompensasiya ödənilməklə, onun Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, ev 15, 50 saylı mənzilin 1/6 hissədəki payına hüquqları itirilmiş hesab edilsin. 50 (əlli) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-81/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-81/2022
09.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver