Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-811/2024 04.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Cavabdeh Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ n Baş Mühafı̇ zə İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Əlı̇ yev Xanlar Akı̇ f oğlunun cavabdeh Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ n Baş Mühafı̇ zə İdarəsinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əlı̇ yev Xanlar Akı̇ f oğlu cavabdeh Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ n Baş Mühafı̇ zə İdarəsinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cavabdeh rəisi Nurullah Məmmədxanlının onunla əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023cü il tarixli 1574 ş/h saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa olunmağı və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2009-cu ilin oktyabr ayından Azərbaycan Respublikası Cavabdeh İmişli rayon Mühafizə Bölməsində MMX üzrə mühafizəçi vəzifəsində qüsursuz olaraq işləmişdir. Azərbaycan Respublikası Cavabdeh rəisi Nurullah Məmmədxanlı onu xx.xx.2023-cü il tarixli 1574 ş/h nömrəli əmrlə onunla əmək müqaviləsinə ARƏM-nin 70 "ç" maddəsinə əsasən xitam verilmişdir. Onun işlədiyi müddətdə heç bir qüsuru olmamışdır. Heç bir cəza almamışdır. Ona görə də müdiriyyətin onunla əmək müqaviləsinə xitam verməsi əsassız və qanunsuzdur. Onun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməyi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan xətaları törətməyi barədə heç bir sübut olmamışdır. Müdiriyyət onu tamamilə işlə əlaqədar olmayan kənar bir şəxsin şikayəti əsasında işdən çıxarmışdır.Həmin şəxsə dəymiş zərər də ödənilmişdir. Cavabdeh Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ n Baş Mühafı̇ zə İdarəsi iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, BMİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-17/Ə236/2023 saylı Əmri ilə İmişli RMİ-nin mülki mühafizəçisi İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Belə ki, İmişli Rayon Mühafizə Şöbəsinin (bundan sonra – İmişli RMŞ) Mülki Mühafizə xidməti üzrə mühafizəçi Əliyev X10 RMŞ-nin mühafizəçisi vəzifəsində xidmət etmişdir. Onun barəsində İmişli RMŞnin İmişli RMŞ-nin xx.xx.2023-cü il tarixli 3-13-17-35/856/2023 nömrəli əmri ilə elan olunmuş "Töhmət" intizam tənbehi qüvvədə olmuşdur. Qeyd olunur ki, vətəndaş Rasim Süleymanov izahatında mühafizəçi İddiaçı ona Bakı Nəqliyyat Agentliyində rəhbər vəzifədə işləyən tanışının Bakı-Qazax marşrutu üzrə sərnişindaşıma ilə məşğul olmaq üçün rəsmi icazə sənədinin verilməsində köməklik göstərəcəyini bildirdiyi üçün ona etibar edərək, əvvəlcədən danışılıb aralarında razılaşdıqları kimi 10.000 manat pulu İddiaçı verdiyini, lakin sonradan onların verdiyi vədə əməl etmədiyini həmçinin qeyd olunan məbləğdən 3.000 manatının bu günə kimi geri qaytarılmadığını bildirmişdir. Mülki mühafizəçi İddiaçı tanışının Bakı Nəqliyyat Agentliyində işlədiyini, vətəndaş Rasim Süleymanova köməklik etmək istədiyini, tanışının söz verdiyi vədə əməl etmədiyi üçün çıxılmaz vəziyyyətdə qaldığını, öhdəliyi öz üzərinə götürdüyünü, 7.000 manat pul ödəsə də, qalan məbləği ödəməkdə çətinlik çəkdiyini, eləcə də, məqsədinin sonuncunun etibarından sui-istifadə etmək olmadığını izahatında qeyd etmişdir. Mənfi xarakterizə olunan mülki mühafizəçi İddiaçı aparılmış araşdırma prosesində isə qeyri-səmimi mövqe tutaraq müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışmış və bununla da, qüvvədə olan normativ aktların tələblərini pozmuşdur. X8 xx.xx.2023-cü il tarixdə DİN-in "102" Xidmətinə eyniməzmunlu müraciəti daxil olsa da, mühafizəçi İddiaçı üzərinə götürdüyü öhdəliyi ödəyəcəyi vədi verdiyi üçün o, xx.xx.2023-cü il tarixdə Baş Mühafizə İdarəsinin rəhbərliyinə şikayətinin olmaması barədə təkrar müraciət ünvanlamışdır. Vəzifəsinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli olduğu halda İmişli rayon mühafizə şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçisi İddiaçı Bakı Nəqliyyat Agentliyində işləyən tanışının olduğunu əsas gətirərək vətəndaş Rasim Süleymanovdan Bakı-Qazax marşrutu üzrə sərnişindaşıma ilə məşğul olmasına rəsmi icazə sənədi düzəltmək üçün 10.000 manat pul alaraq vədinə əməl etməmiş, qeyd olunan məbləğin 7.000 manatını geri qaytarsa da, hal-hazırda 3.000 manat pulu ödəməyərək İcrasının mümkün olmayacağını qabaqcadan bildiyi öhdəliyi üzərinə götürməklə öhdəliyin icra olunmasına tam təşəbbüs göstərməmiş və vətəndaş R.Süleymanovun haqlı narazılığına səbəb olmuşdur. X1 xx.xx.2023-cü il tarixli 3-13-3/2-15405/23 nömrəli DİN-in "102" Xidmətinə etdiyi müraciəti ilə bağlı aparılmış araşdırmanın nəticəsinə dair rəydən görünür ki, DİN-in xx.xx.2023-cü il tarixli, 3-xx/xx/2023 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları”nın 1.2, 2.1.1, 3.1.4, 3.1.13, 3.1.16 maddələrinin tələblərini pozaraq vəzifəsinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli, digərlərinin səlahiyyət dairəsinə aid işlərə xidməti zərurətdən irəli gəlməyən maraq göstərməməli, yerinə yetirmək imkanı olmayan öhdəlikləri üzərinə götürməməli olduğu halda, vətəndaş Rasim Süleymanovu sərnişindaşıma ilə məşğul olmasına rəsmi icazə sənədi almaq üçün vasitəçilik edərək ondan 10.000 manat pul aldığına, verdiyi vədə əməl etmədikdə, qeyd olunan məbləği ödəyəcəyini üzərinə götürməklə öhdəliyin icra olunmasına tam təşəbbüs göstərmədiyinə, rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, araşdırma zamanı qeyri-səmimi mövqe tutaraq müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışdığına, bu hərəkətləri ilə barəsində haqlı şikayətin olunmasına zəmin yaratdığına, eləcə də İmişli RMŞ-nin xx.xx.2023-cü il tarixli 3-13-17-35/856/2023 nömrəli əmri ilə elan olunmuş "Töhmət" intizam tənbehinin qüvvədə olması nəzərə alınmaqla İmişli Rayon Mühafizə Şöbəsinin mülki mühafizəçisi İddiaçı ciddi intizam tənbehinə cəlb olunmağa layiqdir. Vəzifəsinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli olduğu halda İmişli rayon mühafizə şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçisi İddiaçı Bakı Nəqliyyat Agentliyində işləyən tanışının olduğunu əsas gətirərək vətəndaş Rasim Süleymanovdan Bakı-Qazax marşrutu üzrə sərnişindaşıma ilə məşğul olmasına rəsmi icazə sənədi düzəltmək üçün 10.000 manat pul alaraq vədinə əməl etməmiş, qeyd olunan məbləğin 7.000 manatını geri qaytarsa da, hal-hazırda 3.000 manat pulu ödəməyərək icrasının mümkün olmayacağını qabaqcadan bildiyi öhdəliyi üzərinə götürməklə öhdəliyin icra olunmasına tam təşəbbüs göstərməmiş və vətəndaş R.Süleymanovun haqlı narazılığına səbəb olmuşdur. Mənfi xarakterizə olunan mülki mühafizəçi İddiaçı aparılmış araşdırma prosesində isə qeyri-səmimi mövqe tutaraq müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışmış və bununla da, qüvvədə olan normativ aktların tələblərini pozmuşdur. X8 xx.xx.2023-cü il tarixdə DİN-in "102" Xidmətine eyniməzmunlu müraciəti daxil olsa da, mühafizəçi İddiaçı üzərinə götürdüyü öhdəliyi ödəyəcəyi vədi verdiyi üçün o, xx.xx.2023-cü il tarixdə Baş Mühafizə İdarəsinin rəhbərliyinə şikayətinin olmaması barədə təkrar müraciət ünvanlamışdır. DİN-in xx.xx.2023-cü il tarixli, 3-xx/xx/2023 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydalan”nın 1.2, 2.1.1, 3.1.4, 3.1.13, 3.1.16 maddələrinin tələblərini pozaraq vəzifəsinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli, digərlərinin səlahiyyət dairəsinə aid işlərə xidməti zərurətdən irəli gəlməyən maraq göstərməməli, yerinə yetirmək imkanı olmayan öhdəlikləri üzərinə götürməməli olduğu halda, vətəndaş Rasim Süleymanovu sərnişindaşıma ilə məşğul olmasına rəsmi icazə sənədi almaq üçün vasitəçilik edərək ondan 10.000 manat pul aldığına, verdiyi vədə əməl etmədikdə, qeyd olunan məbləği ödəyəcəyini üzərinə götürməklə öhdəliyin icra olunmasına tam təşəbbüs göstərmədiyinə, rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, araşdırma zamanı qeyri-səmimi mövqe tutaraq müxtəlif bəhanələrlə masuliyyətdən yayınmağa çalışdığına, bu hərəkətləri ilə barəsində haqlı şikayətin olunmasına zəmin yaratdığına, eləcə də İmişli RMŞ-nin xx.xx.2023-cü il tarixli 3-13-17- 35/856/2023 nömrəli əmri ilə elan olunmuş "Töhmət" intizam tənbehinin qüvvədə olması nəzərə alınmaqla İmişli Rayon Mühafizə Şöbəsinin mülki mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə BMİ-nin Həmkarlar İttifaqı ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı Əlı̇ yev Xanlar Akı̇ f oğlu iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ n Baş Mühafı̇ zə İdarəsinin nümayəndəsi Nümayəndə iddia tələbini rədd edərək, etirazın məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əlı̇ yev Xanlar Akı̇ f oğluna məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis generalmayoru cənab Nurullah Məmmədxanlıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21.26-da, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi ev 9 mənzil 63 "M"də yaşayan X7 (051) ***-**-** nömrəsindən "102" Xidmətinə təkrar müraciət edib, 7 ay əvvəl İmişli RMŞ-nin mülki mühafizə xidmətinin əməkdaşı İddiaçı ona Bakı-Quba marşrutu üzrə səmişindaşıma ilə məşğul olmasına rəsmi icazə almaq üçün 10.000 manat pul alaraq vədinə əməl etməməsi və məbləğin 4.000 manatını indiyədək qaytarmaması haqda xx.xx.2023-cü il tarixdə etdiyi şikayət əsasında DİN BMİ-də aparılan araşdırmadan narazı olması barədə məlumat vermişdir. Mülki işin materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixli izahatından görünür ki, İddiaçı tanışının Bakı Nəqliyyat Agentliyində işlədiyini, vətəndaş Rasim Süleymanova köməklik etmək istədiyini, tanışının söz verdiyi vədə əməl etmədiyi üçün çıxılmaz vəziyyyətdə qaldığını, öhdəliyi öz üzərinə götürdüyünü, 7.000 manat pul ödəsə də, qalan məbləği ödəməkdə çətinlik çəkdiyini, eləcə də, məqsədinin sonuncunun etibarından suiistifadə etmək olmadığını izahatında qeyd etmişdir. Mülki işin materiallarında olan Rasim Süleymanovun xx.xx.2023-cü il tarixli izahatından görünür ki, İddiaçı ona Bakı Nəqliyyat Agentliyində rəhbər vəzifədə işləyən tanışının Bakı- Qazax marşrutu üzrə sərnişindaşıma ilə məşğul olmaq üçün rəsmi icazə sənədinin verilməsində köməklik göstərəcəyini bildirdiyi üçün ona etibar edərək, əvvəlcədən danışılıb aralarında razılaşdıqları kimi 10.000 manat pulu İddiaçı verdiyini, lakin sonradan onların verdiyi vədə əməl etmədiyini həmçinin qeyd olunan məbləğdən 3.000 manatının bu günə kimi geri qaytarılmadığını izahatında qeyd etmişdir. Mülki işin materiallarında olan vətəndaş X4 xx.xx.2023-cü il tarixli 3-13-3/2-15405-23 nömrəli DİN-in “102” Xidmətinə etdiyi müraciəti ilə bağlı aparılmış araşdırmanın nəticəsinə dair 20 sentyabr 2023 il tarixli rəyə əsasən DİN-in xx.xx.2023-cü il tarixli, 3-13/Q6/2023 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları"nın 1.2, 2.1.1, 3.1.4, 3.1.13, 3.1.16 maddələrinin tələblərini pozaraq vəzifəsinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli, digərlərinin səlahiyyət dairəsinə aid işlərə xidməti zərurətdən irəli gəlməyən maraq göstərməməli, yerinə yetirmək imkanı olmayan öhdəlikləri üzərinə götürməməli olduğu olduğu halda, vətəndaş Rasim Süleymanovu sərnişindaşıma ilə məşğul olmasına rəsmi icazə sənədi almaq üçün vasitəçilik edərək ondan 10.000 manat pul aldığına, verdiyi vədə əməl etmədikdə, qeyd olunan məbləği ödəyəcəyini üzərinə götürməklə öhdəliyin icra olunmasına tam təşəbbüs göstərmədiyinə, rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, araşdırma zamanı qeyri-səmimi mövqe tutaraq müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışdığına, bu hərəkətləri ilə barəsində haqlı şikayətin olunmasına zəmin yaratdığına, eləcə də İmişli RMŞ-nin xx.xx.2023-cü il tarixli 3-13-17-35 /Ə56/2023 nömrəli əmri ilə elan olunmuş "Töhmət" intizam tənbehinin qüvvədə olması nəzərə alınmaqla İmişli Rayon Mühafizə Şöbəsinin mülki mühafizəçisi İddiaçı ciddi intizam tənbehinə cəlb olunmağa layiq olduğu təklif edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Naziliyi Baş Mühafizə İdarəsinin “İmişli RMŞ-nin mülki mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2023-cü il tarixli əmrə əsasən DİN-in xx.xx.2023-cü il tarixli, 3-13/Q6/2023 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Daxill İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları"nın 1.2, 2.1.1, 3.1.4, 3.1.13, 3.1.16 maddələrinin tələblərini pozaraq vəzifəsinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli, digərlərinin səlahiyyət dairəsinə aid işlərə xidməti zərurətdən irəli gəlməyən maraq göstərməməli, yerinə yetirmək imkanı olmayan öhdəlikləri üzərinə götürməməli olduğu olduğu halda, vətəndaş Rasim Süleymanovu sərnişindaşıma ilə məşğul olmasına rəsmi icazə sənədi almaq üçün vasitəçilik edərək ondan 10.000 manat pul aldığına, verdiyi vədə əməl etmədikdə, qeyd olunan məbləği ödəyəcəyini üzərinə götürməklə öhdəliyin icra olunmasına tam təşəbbüs göstərmədiyinə, rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, araşdırma zamanı qeyri-səmimi mövqe tutaraq müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışdığına, bu hərəkətləri ilə barəsində haqlı şikayətin olunmasına zəmin yaratdığına, eləcə də İmişli RMŞ-nin xx.xx.2023-cü il tarixli 3-13-17 - 35/Ə56/2023 nömrəli əmri ilə elan olunmuş "Töhmət" intizam tənbehinin qüvvədə olması nəzərə alınmaqla İmişli Rayon Mühafizə Şöbəsinin mülki mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə BMi-nin Həmkarlar ittifaqı ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi əmr edilmişdir. Mülki işin materiallarında olan “əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2023-cü il tarixli, 1574 nömrəli əmr ilə, "Baş Mühafizə İdarəsi/Yeni ad/lmişli Rayon Mühafizə Bölməsi" bölməsində "MMX üzrə mühafizəçi" vəzifəsində işləyən İddiaçı AKİF OĞLU ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70. "ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda» maddəsinə əsasən xx.xx.2023 tarixindən xitam verilməsi, işçinin xx.xx.2009 tarixindən xx.xx.2023 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilsin. İş materiallarında olan Bakı şəhəri 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/16-02189 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 14:00-14:30 radələrində keçirilən ilkin mediasiya sessiyasında Azərbaycan Respublikası Cavabdeh rəisi X2 iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3xx/xx/2023 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları”nın: - 1.2-ci maddəsinə əsasən hər bir mülki mühafizəçi xidmətdə və xidmətdənkənar vaxtlarda insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm, mənəvi dəyərlərin aliliyi və yüksək peşəkarlıq prinsiplərini rəhbər tutaraq bu Qaydalara əməl etməyə borcludur. - 2.1.1-ci maddəsinə əsasən mülki mühafizəçi xidmət vaxtı insan hüquq və azadlıqlarına hörmətlə yanaşmalı, ümumi qəbul olunmuş əxlaq normalarını və etik davranış qaydalarını gözləməli, üzərinə düşən vəzifələri vicdanla yerinə yetirməlidir. - 3.1.4-cü maddəsinə əsasən mülki mühafizəçi xidmətkənar vaxtı yerinə yetirmək imkanı olmayan öhdəlikləri (kredit, borc, pul, kirayə və s.) üzərinə götürməməli, götürdüyü halda müəyyən olunmuş şərtlərə uyğun icra etməlidir. - 3.1.13-cü maddəsinə əsasən mülki mühafizəçi xidmətkənar vaxtı müxtəlif məsələlərlə əlaqədar keçirilən araşdırma zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir. - 3.1.16-cı maddəsinə əsasən mülki mühafizəçi xidmətkənar vaxtı vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli, digərlərinin səlahiyyət dairəsinə aid işlərə xidməti zərurətdən irəli gəlməyən maraq göstərməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İmişli rayon mühafizə şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçisi İddiaçı vəzifəsinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli olduğu halda Bakı Nəqliyyat Agentliyində işləyən tanışının olduğunu əsas gətirərək vətəndaş Rasim Süleymanovdan Bakı-Qazax marşrutu üzrə sərnişindaşıma ilə məşğul olmasına rəsmi icazə sənədi düzəltmək üçün 10.000 manat pul alaraq vədinə əməl etməmiş, qeyd olunan məbləğin 7.000 manatını geri qaytarsa da, hal-hazırda 3.000 manat pulu ödəməyərək icrasının mümkün olmayacağını qabaqcadan bildiyi öhdəliyi üzərinə götürməklə öhdəliyin icra olunmasına tam təşəbbüs göstərməmiş və vətəndaş R.Süleymanovun haqlı narazılığına səbəb olmuşdur. Yuxarıda göstərilənlər mülki iş materiallarına əlavə edilmiş İddiaçı və Rasim Süleymanovun xx.xx.2023-cü il tarixli izahatları ilə də təsdiq edilmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, İddiaçı Əlı̇ yev Xanlar Akı̇ f oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-xx/xx/2023 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları ilə tanış olmasına baxmayaraq, həmin qərarın 1.2, 2.1.1, 3.1.4, 3.1.13, 3.1.16 maddələrinin tələblərini pozaraq, öhdəliklərini yerinə yetirməmiş, Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ n Baş Mühafı̇ zə İdarəsinin qanuni mənafeyinə ciddi xələl gətirmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Məhkəmə iddiaçı Əlı̇ yev Xanlar Akı̇ f oğlunun cavabdeh Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ n Baş Mühafı̇ zə İdarəsinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiasını əsassız hesab edir. Belə ki, Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ n Baş Mühafı̇ zə İdarəsinin İmişli rayon Mühafizə Bölməsində “MMX üzrə mühafizəçi” vəzifəsində işləyən İddiaçı Akif oğlu əmək intizamını və işlədiyi müəssənin daxili qaydalarını, habelə əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozduğu görə işdən çıxarılmışdır. Məhkəmə həmçinin hesab edir ki, X5 xx.xx.2023-cü il tarixli 1574 ş/h saylı əmrinin ləğv edilməsi tələbini əsassız olduğundan, onun əvvəlki işinə bərpa olunmağı və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbləri ilk tələblə birbaşa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla rədd edilməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Əlı̇ yev Xanlar Akı̇ f oğlunun cavabdeh Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ n Baş Mühafı̇ zə İdarəsinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-811/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-811/2024
04.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver