Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-821/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2018-ci il tarixində hazırki iş üzrə Cavabdeh MMC ilə müqavilə bağlayaraq Nəsimi rayonu, S.Rüstəm 69 ünvanda yerləşən 2 otaqlı 54,4 kv metr yaşayış sahəsi olan mənzilini onlara təhvil vermişdir. Müqavilə tərəflərinin razılaşmasına əsasən təhvil verilmiş mənzilin əvəzinə iddiaçıya yeni mənzil verilənədək kirayə haqqı Cavabdeh MMC tərəfindən ödənilməlidir. İddiaçının kirayə qaldığı mənzil haqqı 500 manat təşkil etdiyi üçün həmin məbləğ bir müddət sözügedən MMC tərəfindən ödənilmişdir. Hazırda Cavabdeh MMC müqavilə şərtlərini pozaraq öhdəliyi 2020-ci ilin iyun ayından etibarən icra etmir və bu günə 2000 (iki) min manat borc yaranmışdır. İddiaçının dəfələrlə şifahi və yazılı müraciəti cavabsız qalmaqdadır. Göstərilənlərə əsasən Cavabdeh MMC-dən ödənilməmiş kirayə haqqı üçün hər ay 500 (beş) yüz manat olmaqla, cəmi 2.500 (iki min beş yüz) manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddianı müdafiə edərək, habelə iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X4 iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan "Cavabdeh" MMC-nin direktoru X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “Tikinti təşkilatı” – "Cavabdeh" MMC Nəsimi rayonu, S.Rüstəm 69 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan İddiaçı məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirməyi, bu binada söküntüsü nəzərdə tutulmuş mülkiyyətdə olan 2 otaqlı, 56,4 kv.m. mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş mənzilə xx.xx.2017-ci ildə bağlanmış müqaviləyə görə sahəsi 80 kv.m. mənzilin əvəzinə yeni tikilmiş binanın 4-cü mərtəbəsində təmirsiz 2 otaqlı, sahəsi 100,73 kv.m. olan 12 saylı mənzili İddiaçı verməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən mülkiyyətçi yeni binanın tikintisi başa çatanadək köhnə müqavilə üzrə 80 kv.m mənzilə görə müvəqqəti yaşamaq məqsədilə ilə mənzil üçün aylıq 500 manat kirayə haqqını tələb hüququna malikdir. İş materiallarında olan "Cavabdeh" MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı MMC-dən sonuncu dəfə xx xxx 2020-ci il tarixdə 500 manat məbləğində kirayə haqqı almışdır. İş materiallarında olan "Cavabdeh" MMC tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, xx xxx 2020-ci il tarixdə "Cavabdeh" MMC-nin A blokunda 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100,73 kv.m olan 15 saylı mənzili İddiaçı ölçü işləri aparıldıqdan sonra təhvil verilmiş və bununla bağlı aralarında təhvil-təslim aktı tərtib edilmişdir. Lakin İddiaçı naməlum səbəblərdən dolayı həmin aktı imzalamaqdan boyun qaçırır. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qununla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "Cavabdeh" MMC tərəfindən müqavilənin şərtlərinə əməl edilməyərək İddiaçı 2020-ci ilin iyun-oktyabr ayları üçün nəzərdə tutulmuş kirayə haqqı məbləği ödənilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.2.7-ci bəndinə əsasən cavabdeh yaşayış binasını müvafiq qaydada Dövlət Komissiyasına təhvil verməyi öhdəsinə götürür. Göründüyü kimi yalnız bu şərtlər cavabdeh tərəfindən tam həyata keçirildikdən sonra cavabdehin mülkiyyətçidən mənzili təhvil almasını tələb etmək hüququ yaranır. Belə olan halda iddiaçı cavabdehin öhdəliklərini tam icra etmədiyindən mənzili təhvil almaqdan imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Eyni Məcəllənin 102.2-ci maddəsinə əsasən obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir, istismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdehndən ödənilməmiş kirayə haqqı üçün hər ay 500 (beş yüz) manat olmaqla, cəmi 2500 (iki min beş yüz) manat və ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2530 (iki min beş yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehndən ödənilməmiş kirayə haqqı üçün hər ay 500 (beş yüz) manat olmaqla, cəmi 2500 (iki min beş yüz) manat və ödənilmiş 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2530 (iki min beş yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-821/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-821/2021
05.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver