Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-830/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmrin ləğv edilməsi və sair" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmrin ləğv edilməsi və sair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığına, əmək funksiyalarını, müəssisədaxili nizam-intizam və etik davranış qaydalarını kobud şəkildə pozduğuna görə Sumqayıt RETSİ Sumqayıt Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkə sahəsinin Ceyranbatan sahəsi üzrə mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, k/24-00591 №-li əmrin ləğv edilməsi, İddiaçı işə bərpa olunması, 2024-ci ilin 19 fevralından ödənilməmiş əmək haqlarının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehə qarşı cavabdeh "xxxx" ASC tərəfindən əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığına, əmək funksiyalarını, müəssisədaxili nizam-intizam və etik davranış qaydalarını kobud şəkildə pozduğuna görə Sumqayıt RETSİ Sumqayıt Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkə sahəsinin Ceyranbatan sahəsi üzrə mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, k/24-00591 №-li əmrin ləğv edilməsi, İddiaçı işə bərpa olunması, 2024-ci ilin 19 fevralından ödənilməmiş əmək haqlarının ödənilməsinə dair iddia tələbi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə 24 aprel 2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmənin birinci iclasında hakim Əfsanə Heydərovanın sədrlik etdiyi xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etdiyini bildirdi. Onun iddiasının təmin ediləcəyinə məhkəməni və onu əmin etdi. Həmin vaxtdan o dəfələrlə cavabdeh tərəfindən dəvət edilərək, qəbul edilərək iş yerində oldu. Onun əmək müqaviləsinə xitam edilməsinədək olan əmək vəzifəsini yerinə yetirənədək əmək funksiyasının yerinə yetirilməsi ilə bağlı qalmış müxtəlif məsələləri də həll edirdilər. O artıq əmək vəzifələrini yerinə yetirirdi. İşə bərpa olunmağının bu-gün sabah həll olunacağını bildirirdilər. Lakin bir neçə gün əvvəl onun işə bərpa edilməyəcəyini bildirdilər. Əvvəlki iddia ərizəsində qeyd etdiyi kimi "xxxx" ASC xx.xx.2024-cü il tarixli. k/24-00591 №-li əmək müqaviləsinə xitam verilməsi barədə əmrində qeyd edilmişdir: “Sumqayıt RETSİ Sumqayıt Şəbəkəsinin Paylayıcı şəbəkə sahəsinin Ceyranbatan sahəsi üzrə mühəndisi İddiaçı mütəmadi olaraq əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığı, "xxxx" ASC əməkdaşlarının X6 və müəssisədaxili nizam-intizam qaydalarının tələblərini kobud şəkildə pozduğu müəyyən edilmişdir. Belə ki, İddiaçı əmək fəaliyyəti dövründə mütəmadi olaraq qanunsuz hərəkətlərə yol verərək müəssisədaxili nizam-intizam və X6 kobud şəkildə pozuntusuna yol verdiyi, intizamsız hərəkətləri ilə qeyri-sağlam iş mühiti yaratdığı və Səhmdar Cəmiyyətin qanunla qorunan mənafeyinə ciddi xələl gətirdiyi aşkar edilmişdir. İddiaçı öz əmək funksiyalarını vaxtında və keyfiyyətlə yerinə yetirmişdir. İşlədiyi müddət ərzində işinin öhdəsindən layiqincə gəlmiş, rəhbərlik tərəfindən ona son altı ay ərzində heç bir irad, xəbərdarlıq olmamış, töhmət verilməmişdir. Onun işdən azad olunmağı öz hüquqlarını tələb etməyi ilə bağlı olmuşdur. Hesab edir ki, aşağıdakılar əsasən onun işdən azad edilməyi haqqında əmr qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilməlidir. Daha sonra "xxxx" Açıq Səhmdar Cəmiyyəti “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmrin ləğv edilməsi və sair" tələbi üzrə iddia müddəti keçdiyindən qeyd olunan iddia tələbinə iddia müddətini tətbiq edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, iddiaçı daha əvvəl məhkəməyə müraciət etmişdir. Lakin, daha sonra ərizənin baxılmamış saxlanması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Əmək müqaviləsinə haqlı xitam verildiyini fikirləşir. Belə ki, iddiaçı jurnalistləri gizli şəkildə inzibati binaya salmış və onlara öz xidməti otağında müsahibə vermiş rəhbərlik barədə xoşagəlməz ifadələr işlətmişdir. İddia tələbi əsassız olduğundan, tələbinin rədd olunmasını məhkəmədən xahiş edir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri mövcud olmuş, iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozaraq Səhmdar Cəmiyyətində qeyri-etik hərəkətlərinə yol vermiş və xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı hazırda onun işdən çıxarılmasının qanunsuz olduğunu qeyd etməklə işdən çıxarılma barədə əmri mübahisələndirmiş, həmçinin məcburi işburaxmaya görə ona əmək haqqının və bonusların ödənilməsini tələb edir. b) Mülki işin materialları: Mülki işin materiallarında olan: - İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı Şimal RETSİ Sumqayıt Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkə sahəsində Ceyranbatan sahəsi üzrə mühəndis vəzifəsinə işə götürülmüşdür. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, k/21-04567 №-li əmri ilə İddiaçı xx.xx.2021-ci il tarixindən Şimal RETSİ Sumqayıt Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkə sahəsində Ceyranbatan sahəsi üzrə 2 (iki) ay sınaq müddəti ilə mühəndis vəzifəsinə təyin olunması, Əmək haqqının ştat cədvəlinə uyğun olaraq 625 manat müəyyən edilməsi əmr edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, k/23-00651 №-li əmri ilə struktur dəyişikliyi ilə əlaqədar olaraq Şimal RETSİ tabeçiliyində olan Sumqayıt Elektrik Şəbəkəsinin işçisi İddiaçı xx.xx.2023-cü il tarixindən Sumqayıt Elektrik Şəbəkəsində tutduğu vəzifəsini və əmək haqqını saxlamaqla Sumqayıt RETS İdarəsinin tabeçiliyinə keçirilməsi əmr edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-48/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 08 (səkkiz) ay müddətə islah işləri cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin əvvəli İddiaçı qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanması, hökmün icrası İddiaçı yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılması hökm edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, k/24-00591 №-li əmri ilə əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığına, əmək funksiyalarını, müəssisədaxili nizam-intizam və etik davranış qaydalarını kobud şəkildə pozduğuna görə Sumqayıt RETSİ Sumqayıt Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkə sahəsinin Ceyranbatan sahəsi üzrə mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilməsi, AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq hesabın ödənilməsinin təmin edilməsi əmr edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-755/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə xüsusi ittihamçı X7 nümayəndəsi X8 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs İddiaçı nümayəndəsi X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon 24 yanvar 2024-cü il tarixli 1(005)-48/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Bakı 06 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/6-00676 nömrəli arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə 17:00-da keçirilən ilkin mediasiya sessiyasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. - Sumqayıt RETS İdarəsinin rəisi Həbib Əzizovun təqdimatından görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən Regional İdarənin Sumqayıt Elektrik Şəbəkəsində müxtəlif vəzifələrdə işləmiş, hal-hazırda Sumqayıt RETSİ-nln Sumqayıt Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkə sahəsinin Ceyranbatan sahəsi üzrə mühəndis vəzifəsində çalışmaqdadır. İşlədiyi müddət ərzində o, əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, işə laqeyid yanaşmış, işlədiyi kollektivin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir, işdə yol verdiyi nöqsanlara, üzürsüz səbəbdən dəfələrlə işə gəlmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b" yarımbəndinə əsasən xx.xx.2018-ci il tarixdən xitam verilmişdir. Lakin sonradan onun ailə vəziyyəti, çoxsaylı müraciətləri nəzərə alınaraq yenidən işə qəbul edilmişdir. O, bunlardan nəticə çıxarmaq əvəzinə yenidən müəssisədaxili nizam-intizam qaydalarının kobud şəkildə pozulmasına yol verdiyinə görə Sumqayıt Elektrik Şəbəkəsinin mühəndisi İddiaçı “Azərişıq" ASC-nin K/22- 01834 №-İİ 24 may 2022-ci il tarixli Əmri ilə “Sonuncu xəbərdarlıqla şiddotlı töhmət” verilmişdir. Fəaliyyətində yol verdiyi qayda pozuntuları, nöqsanlar və vəzifə təlimatı ilə üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmayan hərəkətləri bərədə İddiaçı irad bildirdikdə o, bunu rəhbərliyin ona qarşı qərəzli münasibəti kimi qəbul edərək sosial şəbəkələrdə Səhmdar Cəmiyyətin vəzifəli şəxsləri barəsində yalan, əsassız, qərəzli yazılar və görüntülər yayımlamaqda müxtəlif vəzifələrdə çalışan əməkdaşların şərəf və ləyaqətini ləkələyən, əmək kollektivi üzvlərini “quldur dəstəsi”, “pensioner”, “əvvəllər həbs olunmuş” “cinayətkarlar” adlandıraraq, guya fərqli əmək haqqı, bəzi şəxslərə “paket” verildiyini bildirməklə böhtan atmış, bu hərəkətlərini bu günə qədər davam etdirməklə şantaj kompaniyasına çevirmişdir. Cəmiyyətin Texnini Nəzarət İdarəsinin rəisi Arif Yusifov tərəfindən ona böhtan atmasına görə İddiaçı barəsində Xüsusi İttiham qaydasında etdiyi şikayət əsasında Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü İİ tarixli 1(005)-48/2024 Hökmü ilə 8 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Lakin İddiaçı öz qərəzli əməllərinə davam edərək 2023-cü ilin 28 dekabr tarixində xəstəliklə bağlı bülletendə olduğu halda, rəhbərliyə məlumat vermədən və "Azərişıq” ASC-nin mətbuat xidmətindən icazə almadan Sumqayıt Elektrik Şəbəkəsindəki xidməti otaqlardan birinə naməlum televiziya çəkiliş qrupu dəvət etmiş, əmək müqaviləsi və vəzifə təlimatı üzrə əmək funksiyalarını yerinə yetirmək əvəzinə müəssisədaxili nizam-intizam qaydalarının pozulmasına, əmək kollektivi arasında çaşqınlığa, anarxiyaya yol açan çağırışlar etmiş, Cəmiyyətin rəhbərliyinə ünvanladığı lüzumsuz şikayətlərlə yanaşı müxtəlif sosial şəbəkələr üzərindən Cəmiyyətin ünvanına asassız ittihamlar səsləndirmiş böhtan xarakterli, rəhbər şəxslərin şərəf və ləyaqətini ləkələyən, onların işgüzar nüfuzuna xələl gətirən yazılar, videoçarxilar vasitəsi ilə Respublikamızda 07 fevral 2024-cü il tarixdə keçiriləcək Prezident seçkiləri ərəfəsində digər işçiləri də apardığı kompaniyaya cəlb etməklə seçkiqabağı qeyrisağlam mühitin yaranmasına yə Səhmdar Cəmiyyətin imicinə ciddi xələl gəlməsinə səbəb olmuş hərəkətləri təkrar etmişdir. Qeyd edilənləri nəzərə alaraq əmək qanunvericiliyinə uyğun olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verliməsinə dair göstəriş verilməsini xahiş etmişdir. - "xxxx" ASC-nin Sumqayıt RETS İdarəsinin rəisi Həbib Əzizovun təqdimatı barədə rəyindən görünür ki, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Sumqayıt EŞnin Paylayıcı Şəbəkə Sahəsinin mühəndisi İddiaçı Əbmqulu 2023-cü ilin 28 dekabr tarixində xəstəliklə bağlı bülletendə olduğu halda, rəhbərliyə məlumat vermədən və “Azərişıq" ASC-nin mətbuat xidmətindən icazə almadan İddiaçı Sumqayıt Elektrik Şəbəkəsindəki xidməti otağa naməlum televiziya çəkiliş qrupu dəvət etmiş, əmək müqaviləsi və vəzifə təlimatı üzrə əmək funksiyalarını yerinə yetirmək əvəzinə müəssisə daxili nizam intizam qaydalarının pozulmasına, əmək kollektivi arasında çaşqınlığa, anarxiyaya yol açan çağırışlar etmiş, Cəmiyyətin rəhbərliyinə ünvanladığı lüzumsuz şikayətlərlə yanaşı müxtəlif sosial şəbəkələr üzərindən Cəmiyyətin ünvanına əsassız ittihamlar səsləndirmiş, böhtan xarakterli, rəhbər şəxslərin şərəf və ləyaqətini ləkələyən, onların işgüzar nüfuzuna xələl gətirən yazılar, Səhmdar Cəmiyyətin imicinə ciddi xələl gəlməsinə səbəb olmuş hərəkətlər elmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Sumqayıt Regioanal Enerji Təchizatı və Satışı İdarəsi Həmkarlar İttifaqı Təşkilatının iclasına dəvət olunmasına baxmayaraq iclasda iştirak etməmişdir. Sumqayıt Regioanal Enerji Təchizatı və Satışı İdarəsi Həmkarlar İttifaqı Təşkilatının iclasında Sumqayıt EŞ-nin Paylayıcı Şəbəkə Sahəsinin mühəndis İddiaçı qeyd edilən tarixdə bülletendə olduğu halda rəhbərliyinə məlumat vermədən və "xxxx" ASC-nin mətbuat xidmətindən icazə almadan İddiaçı Sumqayıt Elektrik Şəbəkəsindəki xidməti otağa naməlum televiziya çəkiliş qrupu dəvət etmiş, əmək müqaviləsi və vəzilə təlimatı üzrə əmək funksiyalarını yerinə yetirmək əvəzinə müəssisə daxili nizam intizam qaydalarının pozulmasına, əmək kollektivi arasında çaşqınlığa, anarxiyaya yol açan çağırışlar etmiş, Cəmiyyətin rəhbərliyinə ünvanladığı lüzumsuz şikayətlərlə yanaşı müxtəlif sosial, şəbəkələr üzərindən Cəmiyyətin ünvanına əsassız ittihamlar səsləndirmiş, böhtan xarakterli, rəhbər şəxslərin şərəf və ləyaqətini ləkələyən, onların işgüzar nüfuzuna xələl gətirən yazılar, yazmışdır. Sumqayıt Elektrik Şəbəkənin Paylayıcı Şəbəkə sahəsinin Ceyranbatan sahəsi üzrə mühəndisi İddiaçı əmək intizamını kobud şəkildə pozduğuna görə onunla bağlanılmış əmək müqaviləsinin AR ƏMnin 70-ci maddəsinin “ç” bəndi İlə ləğv edilməsinin lehinə tamlıqla razılıq verilərək 02 saylı prortokola təsdiq edilmişdir. Göstərilənləri və yığılmış materialları nəzərdən keçirərək işçilər arasında nizam- intizamın gücləndirilməsi və gələcəkdə bu tip əməllərə yol verilməsinin qarşısının alınması məqsədi ilə Sumqayıt Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkə sahəsinin Ceyranbatan sahəsi üzrə mühəndisi İddiaçı Əbmqulu oğlu ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 7Ü-ci maddəsinin “ç" bəndinə əsasən xilam verilməsi üçün hüquqi əsaslarvardır. - Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi Həmkarlar İttifaqı Təşkilatının iclası 04 nömrəli, xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Sumqayıt RETSİ-nin Sumqayıt Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkə sahəsinin Ceyranbatan sahəsi üzrə mühəndisi İddiaçı Ələmqultı oğlu əmək intizamını kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 70-ci maddəsinin “ç" bəndi ilə ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır. - İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri X2 ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Şimal RETSİ Sumqayıt Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkə sahəsində Ceyranbatan sahəsi üzrə mühəndis vəzifəsinə onu qəbul etməsini xahiş etmişdir. Mülki iş materiallarına iddiaçı tərəfindən video görüntülər olan flaşkart və fotoşəkillər, cavabdeh tərəfindən abunəçilər tərəfindən təqdim olunmuş ərizələr və aktlar sübut qismində əlavə edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə baxmayaraq məhkəmə iddianın əsaslılığını yoxlamalıdır. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır. Məhkəmə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün əsasların olubolmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. İşin araşdırılan hallarından göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş, iddiaçı isə həmin əmri mübahisələndirərək onun ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinini «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Qeyd edilən Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin «e» bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. İşçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi əmək vəzifələrini kobud şəkildə pozulması hallardından biri kimi işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsini göstərmişdir. Bu zaman işəgötürənin, müəssisənin və ya mülkiyyətinin qanuni mənafeyinə xələl gətirən kobud səhvlər və hüquq pozuntuları yalnız əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı olmalıdır. İşçi öz əmək fəaliyyətini iş vaxtı ərzində həyata keçirtdiyi üçün və yalnız bu müddət ərzində ona əmək qanunvericiliyi şamil edildiyi üçün belə göstərmək olar ki, onun yol verdiyi kobud səhv, yaxud hüquqazidd hərəkətlər iş vaxtı ərzində olmalıdır. İşçinin yol verdiyi kobud səhvlər müxtəlif səbəblər və hallarla bağlı olmalıdır. İşəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyi dedikdə, onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzu ilə bağlı olan tələbatları başa düşülür. İşəgötürən bu əsasla əmək müqaviləsinə o zaman xitam verə bilər ki, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvlər, yaxud hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilmiş olsun. Məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı sosial şəbəkələrdə Səhmdar Cəmiyyətin vəzifəli şəxslər barəsində yalan, əsassız, qərəzli yazılar və görüntülər yayımlamaqda müxtəlif vəzifələrdə çalışan əməkdaşların şərəf və ləyaqətini ləkələyən ifadələr işlətmiş, bəzi şəxslərə böhtan atmışdır. Cəmiyyətin Texnini Nəzarət İdarəsinin rəisi Arif Yusifov tərəfindən ona böhtan atmasına görə İddiaçı barəsində Xüsusi İttiham qaydasında etdiyi şikayət əsasında Nərimanov Rayon Məhkəməsinin 1(005)-48/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 08 (səkkiz) ay müddətə islah işləri cəzasının təyin edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-755/2024 saylı, xx.xx.2024cü il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon 24 yanvar 2024-cü il tarixli 1(005)-48/2024 nömrəli hökmündən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, iş materiallarına əlavə edilmiş video yazılar olan diskə baxış keçirərkən, eyni zamanda tərəflərin verdiyi izahatlardan da müəyyən olunmuşdur ki, İddiaçı 2023-cü ilin 28 dekabr tarixində rəhbərliyə məlumat vermədən və "Azərişıq” ASC-nin mətbuat xidmətindən icazə almadan Sumqayıt Elektrik Şəbəkəsindəki xidməti otaqlardan birinə (öz xidməti otağına) naməlum televiziya çəkiliş qrupu dəvət etmiş, əmək müqaviləsi və vəzifə təlimatı üzrə əmək funksiyalarını yerinə yetirmək əvəzinə müəssisədaxili nizam-intizam qaydalarının pozulmasına yol açan hərəkətlər etmişdir. Bundan əlavə Cəmiyyətin rəhbərliyinə ünvanladığı şikayətlərlə yanaşı müxtəlif sosial şəbəkələr üzərindən Cəmiyyətin ünvanına əsassız (əsli sübuta yetirilməmiş) fikirlər səsləndirmiş böhtan xarakterli, rəhbər şəxslərin şərəf və ləyaqətini ləkələyən, onların işgüzar nüfuzuna xələl gətirməsinə şərait yaradacaq yazılar ilə Səhmdar Cəmiyyətin imicinə ciddi xələl gəlməsinə səbəb olmuş hərəkətləri təkrar etmişdir. Bu əməllərin hamısı iş materiallarına əlavə edilmiş video görüntülərdə, həmçinin təqdimatda göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi səhvlər hüquq pozuntusu hesab olduğu üçün cavabdehin iddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətbiq etməsi tam qanunidir. Bu səbəbdən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, əmrin ləğv edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, k/24-00591 №-li əmrin ləğv edilməsi tələbini əsassız olduğundan, onun əvvəlki işinə bərpa olunmağı və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbləri ilk tələblə birbaşa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla rədd edilməlidirlər. AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bununla əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçının iddiasının özü əsassız hesab edildiyindən iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməsinə zərurət qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmrin ləğv edilməsi və sair" tələbinə dair iddiası rədd edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmrin ləğv edilməsi və sair" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-830/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-830/2025
04.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver