Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-868/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «doğum akt qeydinin bərpa olunması»na dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «doğum akt qeydinin bərpa olunması»na dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuşdur. Ərizəçi 1988-ci ildə Ermənistanın apardığı etnik təmizləmə nəticəsində Azərbaycana gəlmişdir. Ərizəçi sonradan doğum şəhadətnaməsini naməlum şəraitdə itirmişdir. Ərizəçinin X2, anası isə X8 olmuşdur. Ərizəçinin anası X8 xx.xx.2015-ci ildə vəfat etmişdir. Mərhumun vəfatı ilə əlaqədar vərəsəlik işi açılmışdır. Mərhumdan ünvan 1 ünvanında yerləşən 29 saylı fərdi yaşayış evi miras qalmışdır. Lakin ərizəçinin doğum haqqında şəhadətnaməsi olmadığına görə vərəsəlik işi davam etdirilə bilmir. Ərizəçi doğum haqqında akt qeydini bərpa etmək üçün maraqlı şəxs 1 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi müraciət etmişdir. Lakin, Qeydiyyat şöbəsi xx.xx.2024-cü il tarixli cavab məktubu ilə AR Ailə Məcəlləsinin 162-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, təqdim olunmuş şəxsiyyət vəsiqəsinin surətindən ərizəçinin doğum yerinin Ermənistan Ağbaba (Amasiya) olduğu müəyyən olunmuşdur. Qeyd olunan ərazi Dağlıq Qarabağ ərazisi hesab olunduğundan Ermənistan Ağbaba vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair Arxiv vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində saxlanılmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizənin təmin edilməsi mümkün olmamışdır. Bu səbəbdən hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Göstərilənlərə əsasən xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi doğumunun qeydə alınma faktını müəyyən edərək doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. 4.İş üzrə maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşıdır. O, xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuşdur. Onlar 3 qardaş və 1 bacı olmuşlar. X1 və X8 olmuşdur. Onların hər ikisi vəfat etmişdir. 6.Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahidin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmiş və bu səbəbdən doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri aidiyyəti üzrə Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Qeydiyyat şöbəsi tərəfindən kifayət qədər əsas olmadığı üçün müraciətin təmin edilməsi mümkün olmamış və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ərizəçi də hazırki tələblə məhkəməyə müraciət etmişdir. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilən AZ-İ seriyalı, 754480 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 22 oktyabr 2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 551 nömrə ilə qeyd edilmişdir. 9.Mülki işin materiallarında olan И-ЗЖ seriyalı, 359716 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1957-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. X2, anası X6r. 10.Mülki işin materiallarında olan AR ƏN 1 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, təqdim olunmuş şəxsiyyət vəsiqəsinin surətindən onun doğum yerinin Ermənistan Ağbaba (Amasiya) olduğu müəyyən olunmuşdur. Qeyd olunan ərazi Dağlıq Qarabağ ərazisi hesab olunduğundan Ermənistan Ağbaba vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair Arxiv vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində saxlanılmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizənin təmin edilməsi mümkün olmamışdır. Bu səbəbdən hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. 11.Mülki işin materiallarında olan Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı, 391201 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 405 nömrə ilə qeyd edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – Mülki- Prosessual Məcəllənin) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 13.Mülki Prosessual Məcəllənin 307.1 və 307.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 14.Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 15.Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 16.Mülki-Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 17.Mülki-Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 18.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 19.Həmin Qərarın 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 20.Həmin Qərarın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 21.Hazırki iş üzrə işin araşdırılan hallarından göründüyü kimi ərizəçi, X7 və X3 birgə nikahlarından xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuşdur. Daha sonra ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. Hazırda ərizəçi doğum akt qeydinin bərpa edilməsinə dair məhkəməyə müraciət etməli olmuşdur. 22.Göründüyü kimi ərizəçinin müvafiq sənədləri başqa qaydada əldə etməsi qeyrimümkündür. Məhkəmədə tədqiq edilmiş sənədlərlə isə ərizənin əsaslı olması tam təsdiq olunur. 23.Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt təsdiq edilir, ona görə də ərizə təmin edilməli, Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmasının qeyd edilməsi faktı müəyyən edilməklə, onun doğum haqqında akt qeydi bərpa edilməli, Ərizəçi təvəllüdü xx.xx.1961-ci il, doğulduğu yer Ermənistan Respublikası, Amasiya rayonu, X2, anası X8, milliyyəti azərbaycanlı kimi yazılmalıdır. 24.Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 25.Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 26.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 27.Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi təvəllüdü xx.xx.1961-ci il, doğulduğu yer Ermənistan Respublikası, Amasiya rayonu, X2, anası X8, milliyyəti azərbaycanlı kimi yazılsın. Hazırki qətnamə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-868/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-868/2025
30.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver