Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-886/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi ziyana görə 100.000 (bir yüz min) manat, birbaşa maddi zərərə görə isə 5.000 (beş min) manat, cəmi 105.000 (yüz beş min) manat məbləğində pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi bardə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Hacıyev Asim Hacımirzə oğlunun sədrliyi ilə o, Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək, xx xxxxxx 2017-ci il tarixli hökm ilə 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə isə ibtidai istintaq orqanı tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2016-cı il tarixdə həbs qətimkan tədbiri ev dustağlığı qətimkan tədbirinə dəyişdirilmişdir. İstintaqın və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə o, ittiham olunurdu ondan ötrü ki, özünə məxsus «Mersedes-Benz E-220 CDİ» minik markalı, **-EA-*** dövlət nömrə nişanlı avtomobil ilə xx xxxxxxxx 2016-cı il tarixdə saat, saat 06 radələrində tikintisi davm etdirilən və istifadəyə buraxılmamış Astara-Ələt-İran avtomobil yolunun Lənkəran rayonu, Girdəni kəndi ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını, yəni ”X22” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanmaq həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara əməl etmədən onun hərəkətdə olduğu yolun əks istiqamətində hərəkətdə olan, Lənkəran rayonu, Boladi kənd sakini X2 idarə etdiyi “VAZ-21063” markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobil arasında toqquşma baş vermiş və toqquşma zamanı ehtiyatsızlıqdan “VAZ-21063” markalı, **-BU- *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü - 1963-cü il təvəllüdlü X10 və sonuncunun avtomaşınında olmuş sərnişinlər 1967-ci il təvəllüdlü X6, 1965-ci il təvəllüdlü X11, 1977-ci il təvəllüdlü X7, yəni 5 nəfər şəxsin ölümünə, öz avtomobilində olan sərnişinlər 1979-cu il təvəllüdlü X3 ağır bədən xəsarəti, X8 az ağır bədən xəsarəti, X13 ilə X9 isə hər birinə yüngül dərəcəli bədən xəsarəti yetirilməsinə səbəb olan, habelə X4 məxsus “VAZ-21063” markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobilə 1.500 (bir min beş yüz) manat maddi zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İstintaqın gəldiyi nəticəyə görə, bu hərəkətləri ilə o, Azərbaycan Respublikası CM-nin 263.3.-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmdən onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş və müdafiəçisinin apellyasiya şikayəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 1(106)-125/2018 saylı hökmü ilə (sədrlik edən X1, hakimlər X17 və X18) ona bəraət verilərək, dərhal, yəni xx xxxx 2018-ci il tarixdə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Zəfər Ramazanov tərəfindən kassasiya protesti verilərək, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 1(106)-125/2018 saylı hökmünün ləğ edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli Qərarı ilə kassasiya protesti təmin edilmiş və ona bəraət verilməsi barədə hökm ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşə təkrar apellyasiya baxışının nəticəsi olaraq Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 1(106)-21/2019 saylı hökmü ilə (sədrlik edən X12) ona təkrarən bəraət verilmişdir. Hökmdən narazı qalan ittiham tərəfi yenə də bəraət hökmündən kassasiya protesti vermiş, lakin bu dəfə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli Qərarı ilə kassasiya protesti təmin edilməmiş və ona verilmiş bəraət Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən öz qüvvəsində saxlanmışdır. Yuxarıda qeyd etdiyi kimi o, qanunsuz olaraq xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, sonra isə xx xxxxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək faktiki həbsdə, bir müddət də ev dustağlığı şəraitində saxlanmışdır. Bu müddət ərzində mənəvi, psixi və fiziki iztirablar çəkmişdir. Belə ki, ən dəhşətli sarsıntı və iztirab onun azadlığının əlindən alınmasıdır. Təbii ki, dünyada azadlıqdan qiymətli və dəyərli hər hansı bir anlayış yoxdur. Hüquq-mühafizə orqanlarının təqsiri üzündən o, azadlığını uzun müddətə itirmişdir. Azərbaycan Dövləti olaraq, normal ədalət mühakiməsi yaratmalı olduğu halda bunu etməmişdir. Təhqiqat və istintaq orqanının, prokurorluğun və məhkəmənin yol verdiyi kobud səhvlərə görə məhz dövlət məsuliyyət daşıyır. O, bütün ömrü boyu vicdanla yaşamış və fəaliyyət göstərmişdir. Ətrafda olanlar və onu tanıyanlar, qohumların onu vicdanlı bir şəxs kimi tanımışlar. Onun barəsində cinayət işinin başlanması və həbs qətimkan tədbiri seçilməsi, ittihamedici hökm qəbul edilməsi cəmiyyətdə olan imicinə mənfi təsir göstərmişdir. Cəmiyyətdə hamı onu bir cinayətkar kimi qəbul etmişdir. Əvvəlki vəziyyətinin bərpa edilməsi mümkün deyil və bütün ömrü boyu cinaəytkar damğası altında yaşayacaq. Ona vurulan mənfi sarsıntılardan biri də səhv etmiş hüquq-mühafizə əməkdaşlarının yol verdiyi səhvlərə görə heç kəsin məsuliyyətə cəlb edilməməsi, ondan bir zərər çəkən şəxs kimi üzr istənilməməsidir. Keçirdiyi mənfi sarsıntıları heç bir pulla ödəmək mümkün deyildir. Lakin mövcud qanunvericiliyin tələblərinə əsasən mənəvi sarsıntılar, iztirablar maddiləşdirilməlidir. Ona vurulan mənəvi sarsıntıları 100.000 (yüz min) manat həcmində dəyərləndirir. 4 aydan artıq həbsdə qalmağı ilə əlaqədar 5.000 (beş min) manat real qazancı əldən çıxmış və ailəsinə, ayzaşlı uşaqlarına heç bir maddi yardım göstərə bilməmişdir. Ailəsini, uşaqlarını həbsdə olduğu müddət ərzində qohum-əqrəba saxlamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq ona vurulmuş mənəvi ziyana görə 100.000 (bir yüz min) manat, birbaşa maddi zərərə görə isə 5.000 (beş min) manat, cəmi 105.000 (yüz beş min) manat məbləğində pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi bardə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Aynur Abbasova məhkəməyə etirazla müraciət edərək bildirmişdir ki, İddiaçı təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz əməlləri nəticəsində dəymiş maddi ziyana görə 5.000 manat və mənəvi ziyana görə 100.000 manat ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia tələbinə etiraz edərək bildirirlər ki, qeyd olunan tələb əsaslı olmadığından iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində həbs olunması ilə 5000 manat real qazancdan məhrum olduğunu bildirir, amma hansı əmək fəaliyyəti ilə məşğul olmasını, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sübutlar təqdim etməmişdir. İddiaçı həmçinin mənəvi ziyanın əvəzi olaraq 100.000 manat məbləğidə vəsaitin ödənilməsini tələb edir. Hesab edirlər ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Bundan başqa, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Lakin hazırkı iddiaçıya qarşı hər hansı cinayət törədilməmiş, yalnız onunla bağlı cinayət işi başlanılsa da, sonradan ona bəraət verilmişdir. Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.7-ci bəndinə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Eyni zamanda “Dövlət büdcəsi” ifadəsi də ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin bildiririk ki, gələcəkdə iş üzrə Maliyyə Nazirliyinin iddiaçıya hər hansı vəsait ödəməsi ilə bağlı qərar qəbul ediləcəyi təqdirdə Nazirliyin reqres hüququndan istifadə edə bilməsi üçün iş üzrə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxslər məhkəməyə cəlb edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəməyə cavabdeh təqsirkar şəxslərin müəyyən olunması barədə vəsatət təqdim edirlər (əlavə olunur). Göstərilənlərə əsasən iddia ərizəsinə etirazlarını bildirir və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(089)-141/2017 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi də nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, İddiaçı məhkəmə baxışınadək xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2017-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı cəmi 1 (bir) ay 3 (üç) günün ona cəzaya hesablanmaqla cəzaçəkmə müddətindən çıxılması, üzərində qəti olaraq 7 (yeddi) il 10 (on) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzasının saxlanması, İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi və onun məhkəmə iclas zalından həbsə alınması, İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 noyabr2017-ci il tarixdən hesablanması, İddiaçı saxlanılması üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə təhvil verilməsi, oradan da Bakı İstintaq Təcridxanasına etap olunması hökm edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin CK-nın xx.xx.2018-ci il tarixli, 1(106)-125/2018 saylı hökmündən görünür ki, İddiaçı və ölmüş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1 (089)-141/2017 saylı hökmündən məhkum edilmiş şəxs İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısı X14 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, müdafiəçi Vəkil apellyasiya şikayətinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(089)-141/2017 saylı hökmünün İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsdən azad olunması, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(089)-141/2017 saylı hökmünün qalan hissədə dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi CK-nın xx.xx.2018-ci il tarixli, 1(102)- 977/2018 saylı qərarından görünür ki, kassasiya protesti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə bəraət verilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli hökmü ləğv edilərək, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin CK-nın xx.xx.2019-cu il tarixli, 1(106)-21/2019 saylı hökmündən görünür ki, İddiaçı və ölmüş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1 (089)-141/2017 saylı hökmündən məhkum edilmiş şəxs İddiaçı müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısı X14 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, müdafiəçi Vəkil apellyasiya şikayətinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(089)-141/2017 saylı hökmünün İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsdən azad olunmasının nəzərə alınması, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(089)-141/2017 saylı hökmünün qalan hissədə dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi CK-nın xx.xx.2019-cu il tarixli, 1(102)- 1189/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nın 263.3-cü maddəsi ilə bəraət almış İddiaçı barəsində Şırvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, kassasıya protesti təmin edilməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(089)-141/2017 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi də nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, İddiaçı məhkəmə baxışınadək xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2017-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı cəmi 1 (bir) ay 3 (üç) günün cəzasına hesablanmaqla cəzaçəkmə müddətindən çıxılması, üzərində qəti olaraq 7 (yeddi) il 10 (on) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılmış, İddiaçı məhkəmə iclas zalından həbsə alınması hökm edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin CK-nın xx.xx.2019-cu il tarixli, 1(106)-21/2019 saylı hökmünə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(089)- 141/2017 saylı hökmünün İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə bəraət verilməsi hökm edilmiş və apellyasiya instansiyası məhkəməsinin həmin məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsi CK-nın xx.xx.2019-cu il tarixli, 1(102)-1189/2019 saylı qərarına əsasən dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi ziyana görə 100.000 (bir yüz min) manat, birbaşa maddi zərərə görə isə 5.000 (beş min) manat, cəmi 105.000 (yüz beş min) manat məbləğində pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi bardə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkilinin izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması və həbsdə saxlanılması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz məhkum olunması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına zərər dəymişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 3.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Məhkəmə iddianın “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi ziyanla bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi, xərclər və sair) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı onun əmlakının müsadirə edilməsi, götürülməsi və ya üzərinə həbs qoyulması, hökmün icrası zamanı cərimə ödənilməsi halları müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə həmçinin iddiaçının bu tələbini cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə təmin edərək qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də mənəvi ziyаnın əvəzi оlаn 3.000 mаnаt məbləğində pul məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 3.000 manat pul cavabdehdən alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 3.000 (üç min) manat alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-886/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-886/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver