Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-89/2023 23.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5, Mübahisə predmeti barəsində müstəqil tələb iərli sürməyən üçüncü şəxs X6 Sanayi Ticaret Anonim Şirketinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı (Şifa Medikal və Sağlık İşletmeleri Sanayi Ticaret Anonim Şirketi mübahisə predmedi barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı (Şifa Medikal və Sağlık İşletmeleri Sanayi Ticaret Anonim Şirketi mübahisə predmedi barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan onun xeyrinə ödənilməmiş icarə haqqlarına görə 125.000 manat, icarə haqqlarının ödənilməməsi səbəbindən hesablanmış 37.500 manat cərimə, qeyri-yaşayış sahəsinin vaxtında təhvil verilməməsinə görə ödəniş gününə olan məzənnə ilə 210.000 ABŞ dollarının manat ekvivalentində tutulması; həmçinin üçüncü şəxs Şifa Medikal və Sağlık İşletmeleri Sanayi Ticaret Anonim Şirketinin Bakı filialının tibb mərkəzi kimi fəaliyyət göstərə bilməsi üçün xx.xx.2019-cu il tarixli müqavilənin 1.1.2-ci bəndində nəzərdə tutulmuş ərazidə və ölçülərdə, həmin müqavilənin 2.2.5, 2.2.7, 3.3-3.5-ci bəndində nəzərdə tutulmuş öhdəliklərin Cavabdeh MTK tərəfindən icra edilməklə qeyriyaşayış sahəsinin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması; ödənilmiş 809 manat 50 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, xx.xx.2023-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixə Cavabdeh MTK-dan onun xeyrinə ödənilməmiş icarə haqqlarına görə 185000 manat, icarə haqqlarının ödənilməməsi səbəbi ilə hesablanmış cəriməyə görə 55000 manat, qeyriyaşayış sahəsinin vaxtında təhvil verilməməsinə görə ödəniş gününə olan məzənnə ilə 390000 ABŞ dollarının manat ekvivalentində tutulması; üçüncü şəxs Şifa Medikal ve Sağlık İşletmeleri Sanayi Ticaret Anonim Şirketinin Bakı Filialının tibb mərkəzi kimi fəaliyyət göstərə bilməsi üçün cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov, Səməd Vurğun, Mərdanov Qardaşları və Salatın Əsgərova küçələrinin kəsişməsində məhəllədə yerləşən torpaq sahəsindəki yaşayış kompleksi üzrə istismara qəbul aktının rəsmiləşdirilməsi təmin edilmiş, elektrik, su, qaz və kanalizasiya sistemləri ilə təchizatı üçün zəruri xətlərin sahənin içərisinə qədər çəkilmiş, eləcə də müvafiq elektrik, su, qaz və kanalizasiya sistemlərinin çəkilişi üçün dövlət orqanlarından texniki şərtlərin alınmış və qeyri-yaşayış sahəsinə uyğun sayğaclar quraşdırılmış vəziyyətdə, təhvil veriləcək qeyriyaşayış sahəsinin Mərdanov Qardaşları küçəsinə paralel olan sərhəd divarlarının üstdən görünüşü bir ədəd düzbucaqlı həndəsi fiqurunun uzunluğu kimi ünvan 1 ünvanında inşa etdiyi yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının Mərdanov Qardaşları küçəsinə paralel olan ön fasad divarları olmaqla, cavabdeh tərəfindən iddiaçıya faktiki olaraq təklif olunan qeyri-yaşayış sahəsinin çatışmayan (əksik olan) 96,37 kv.m-lik sahəsinin sözügedən binanın 6 saylı girişinin 1-ci mərtəbəsində yerləşən iddiaçıya təklif olunmayan arakəsmə divarı ilə ayrılmış 108,11 kv.m-lik sahənin 96,37 m2-lik hissəsi hesabına tamamlanmaqla, ünvan 2 ünvanında inşa etdiyi yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının 6 saylı girişində yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində 462,29 m2 və 2-ci mərtəbəsində isə 482,71 m2 ibarət qeyri-yaşayış sahəsinin (pilləkən və pilləkən qəfəsləri, lift və digər yardımçı qurğulara aid sahələri çıxmaqla) cəmi 945 m2 qeyri-yaşayış sahəsinin Tikinti və Şəhərsalma Məcəlləsinin və bu sahədəki digər aktların tələblərinə uyğun ona təhvil verilməsi və iddiaçının adına həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün zəruri sənədlərin (payçı olduğu barədə ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı, borcun olmadığı barədə arayış və s.) verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması; ödənilmiş 1193 manat məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə razılaşma müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilənin preambulasında müqavilənin tərəfləri barədə məlumat və predmeti qeyd edilmişdir. Müqavilənin İ bəndinə əsasən «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarını və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 208 saylı 03 noyabr 2016-cı il tarixli sərəncamını əsas tutaraq bir tərəfdən öz nizamnaməsinə əsasən fəaliyyət göstərən Cavabdeh MMC adından onun direktoru X4 və digər tərəfdən müqavlədə «Əmlak mülkiyyətçisi» adlandırılacaq ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi kimi istifadə edilən yerin mülkiyyətçisi İddiaçı və həmin sahənin 01 fevral 2014-cü il tarixli «əmlak mülkiyyətçisi» ilə aralarında olan müqavilə əsasında icarəçisi olan «Şifa Medikal ve Sağlık İşletmeleri Sanayi Ticaret Anonim Şirketinin adından çıxış edən Nümayəndə bundan sonra icarəçi adlandırılacaq bir yerdə «Tərəflər» adlandırılacaqlar, aşağıdakı şərtlərlə müqavilə bağladılar.» Müqavilənin 1.1-ci bəndinə əsasən «Tərəflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 85 saylı Qərarının 1.3-cü maddəsinin tələblərinin və bu Müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda üzərlərinə öhdəlik götürürlər.» Müqavilənin 1.1.1-ci maddəsinə əsasən «Əmlak mülkiyyətçisi bu müqaviləyə əsasən ********** qeydiyyat və **********48-10302 reyestr nömrəsi ilə qeydə alınmışdır. Azərbaycan Respublikası ƏMDKnın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri»ndən Seriya RX № ******* ilə öz mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 681,3 m2 ibarət yaşayış sahəsi kimi istifadə edilən yeri və altındakı torpaq sahəsini sökülmək üçün xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə şərtləndirilmiş müddətdə və vaxtda Tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür». Müqavilənin 1.1.2-ci bəndinə əsasən «Tikinti şirkəti ünvan 4 ünvanda yerləşən «Əmlak mülkiyyətçisinin» mülkiyyətində olan qeyri-yaşayış sahəsi kimi istifadə edilən tikinti və altındakı torpaq sahəsinin sökülməsini və həmin sahənin yerləşdiyi yer də daxil olmaqla həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi ünvan 5 ünvanda 6 saylı girişin qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində 391 m2 və 2-ci mərtəbəsində isə 554 m2 (pilləkən və pilləkən qəfəsləri, lift və digər yardımçı qurğulara aid sahələri çıxmaqla cəmi 945 m2 qeyri-yaşayış sahəsini içərisi təmirsiz vəziyyətdə Tikinti və Şəhərsalma Məcəlləsinin və bu sahədəki digər aktların tələblərinə uyğun sahəni hesablamaqla Əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürür». Müqavilənin 1.2-ci bəndinə əsasən ««Tikinti şirkəti» «Əmlak mülkiyyətçisini» müvəqqəti sahəni təmin etmək məqsədi ilə ona kompensasiya şəklində aylıq vaxtlar icarə haqqı əvvəlcədən hər ayın 1-də həmin ay üçün ödənilir. 30 aprel 2019cu il həmçinin icarə haqqının ödənilməli olduğu ilk ayın başlanğıcı hesab olunur. Tərəflər arasında razılaşmaya əlavə kimi 27 iyun 2019-cu il tarixdə X3 imzalanmışdır. Həmin protokolun 1.2-ci bəndində qeyd edilir ki, «10 may 2019-cu il tarixdə icarəçi obyekti və altındakı torpaq sahəsini boşaldaraq «Əmlak mülkiyyətçisinə» təhvil verdi, «Əmlak mülkiyyətçisi» də öz növbəsində 10 may 2019-cu il tarixdə obyekti və altındakı torpaq sahəsini «Tikinti Şirkətinə» təhvil verdi». Qeyd edilən razılaşmanın 1.3-cü bəndində isə qeyd edilir ki, «Tərəflərin qarşılıqlı razılığı ilə «Tikinti şirkəti» «Əmlak mülkiyyətçisini» müvəqqəti sahə ilə təmin etmək üçün ona kompensasiya şəklində 5.000 manat aylıq icarə haqqı olduğu ilk ayın başlanğıcı 10 may 2019-cu il tarix hesab olunur və «Tikinti şirkəti» ilə əlaqədar hesablaşmalarda 10 may 2019-cu il tarixi əsas götürülür». Qeyd edilən Razılaşmanın 1.4-cü bəndində qeyd edilir ki, «24 aprel 2019-cu il tarixli Razılaşma müqaviləsi üzrə «Tikinti şirkəti»nin ilk ayın kompensasiyasının «Əmlak mülkiyyətçisi»nə ödənilməsinin gecikdirilməsi ilə əlaqədar «Əmlak mülkiyyətçisinə» tərəflərin qarşılıqlı razılığı ilə icarə haqqının 1 faizi miqdarında cərimə tətbiq edilmir. 24 aprel 2019-cu il tarixli Razılaşma müqaviləsinin 3.1-ci bəndində qeyd edilir ki, «Tikinti şirkəti» və «Əmlak mülkiyyətçisi» müqavilə predmeti olan sahəyə «Əmlak mülkiyyətçisi» ilə aralarında olan xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə əsasən 2024-cü il tarixədək olan dövr ərzində «İcarəçinin» istifadə hüquqlarını və bu hüquqlardan doğan tələblərini və müqavilənin qüvvədə olduğu müddətdə tibb mərkəzi kimi fəaliyyət göstərməklə gözləntilərini tanıyır». 24 aprel 2019-cu il tarixli Razılaşma müqaviləsinin 3.2-ci bəndinə əsasən isə «Tikinti şirkəti» 20 ay müddətinə müqavilənin predmetində göstərilmiş qeyri-yaşayış sahəsini «Əmlak mülkiyyətçisinin» adına olan bütün mülkiyyət sənədləri ilə birlikdə «Əmlak mülkiyyətçisi»nə, sonuncu da oz növbəsində «icarəçi»yə təhvil verməsini öz öhdəsinə götürür». Qeyd edilən müqavilənin 3.3-cü bəndində qeyd edilir ki, «Tikinti şirkəti» bir və ikinci mərtəbələrarası beton arakəsmənin tikilməsini, pilləkənlərin qurulmasını, binanın həmin sahəyə düşən hissəsində fasad hissəsinin tikinti norma və qaydalarına uyğun dekorativ görünüşlü hazırlanmasını, qeyri-yaşayış sahəsinin tibb mərkəzi olaraq fəaliyyət göstərəcəyini nəzərə alaraq, elektrik, su, qaz, kanalizasiya sistemləri ilə təchizatı üçün zəruri xətlərin sahənin içərisinə qədər çəkilməsini, su və elektrik enerjisi ilə fasiləsiz təmin edilməni öz öhdəsinə götürür. Həmçinin, müvafiq elektrik, su, qaz və kanalizasiya sistemlərinin çəklişi üçün dövlət orqanlarından texniki şərtlərin alınması və qeyri-yaşayış sahəsinə uyğun sayğacların quraşdırılması ilə bağlı öhdəlikləri yerinə yetirilməsini təmin edir». 24 aprel 2019-cu il tarixli Razılaşma müqaviləsinin 3.4-cü bəndinə əsasən isə «Tikinti şirkəti» təhvil veriləcək sahənin əsas girişinin hazırda tibb mərkəzinin fəaliyyət göstərdiyi qaydada Mərdanov Qardaşları küçəsindən olmasını təmin edir». Müqavilənin 3.5-ci bəndində qeyd edilir ki, «Tikinti şirkəti» binanın yaşayış sahəsinin «Əmlak mülkiyyətçisi»nə təhvil veriləcək qeyri-yaşayış sahəsinin girişindən qeyri-yaşayış sahəsindən keçid və sair bu kimi məqsədlər üçün istifadə etməyəcəyi, yaşayış sahəsinə aid qurğu və avadanlıqların bu sahədə yerləşdirilməyəcəyini öz öhdəsinə götürür». Müqavilənin 3.6-cı bəndində qeyd edilir ki, «Tikinti şirkəti» 20 ay müddətində müqavilənin predmetində göstərilmiş qeyri-yaşayış sahəsini «Əmlak mülkiyyətçisi»nə bu müqavilənin 7.2.5-2.2.7-ci maddələrində nəzərdə tutulmuş qaydada təhvil verməsə həmin qeyriyaşayış sahəsi təhvil verilənə qədər hər ay «Əmlak mülkiyyətçisi»nə ödəniş gününə olan məzənnə ilə 15.000 ABŞ dolları ekvivalentində manat ödəməyi öz öhdəsinə götürür». Müqavilənin 3.7-ci bəndində qeyd edilir ki, «Müqavilənin 1.2-ci bəndində göstərilən icarə haqqını vaxtında ödəmədikdə gecikdirilən hər gün üçün icarə haqqının 1 faizi miqdarında cəriməni «Tikinti şirkəti» Əmlak mülkiyyətçisinə ödəməyi öz öhdəsinə götürür». Müqavilənin 2.1.5 və 2.1.8-ci bəndlərində iddiaçının hüquqları sırasında qeyd edilir ki, «Əmlak Mülkiyyətçi»sinin yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatanadək müvəqqəti yerləşməsini təmin etmək məqsədi üçün bu Müqavilənin 1.2-ci bəndində göstərilən icarə haqqını «Tikinti şirkətindən» tələb etmək, bu müqavilədə göstərilən müddət bitdikdən sonra «Tikinti şirkətindən» razılaşdırılmış şərtlərə uyğun şəkildə qeyri-yaşayış sahəsini tələb etmək hüququ vardır». Qeyd edilən müqavilənin şərtlərinin dəyişdirilməsi ilə bağlı Cavabdeh MMC tərəfindən Səbail Rayon Məhkəməsində ona qarşı iddia tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-349/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Sözügedən məhkəmə qətnaməsindən Cavabdeh MMC tərəfindən apellyasiya və kasassiya şikayəti verilsə də, verilmiş şikayətlər təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-349/2021 saylı qətnaməsi qüvvədə qalmışdır. Cavabdeh MMC «qeyd edilən müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair İddiaçı və Sifa Medikal ve Sağlık İşletmeleri Sanayi Ticaret Anonim Şirketinə qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(006)-6987/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi artıq qüvvəsini almışdır. İddiaçı tərəfindən cavabdehə qeyd edilən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı pretenziya məktubu təqdim edilmiş, həmin pretenziya məktubu xx.xx.2022-ci il tarixdə Ə.S.Mustafayev tərəfindən qəbul edilmişdir. Həmin pretenziya məktubuna isə xx.xx.2022-ci il tarixli, 02 saylı məktubla cavab verilmişdir. Qeyd edilən cavab məktubunda bildirilmişdir ki, qeyri-yaşayış sahəsi guya təqdim edilmişdir. Ödənişlə bağlı isə heç bir münasibət bildirilməmişdir. Cavabdeh MMC müqavilənin 1.2-ci bəndinə əsasən iddiaçıya 8 dəfə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə hər dəfə 5.000 manat məbləğində, xx.xx.2021-ci il tarixdə isə 10.000 manat məbləğində pul ödənilmişdir. Cavabdeh MMC müqavilənin 1.2-ci bəndinə əsasən 2019-cu il üçün 7 ay, 2020-ci il üçün 8 ay, 2021-ci il üçün 7 ay, 2022-ci il üçün isə hal-hazıradək 3 ay icarə haqqını ödəməmişdir. Həmçinin, müqavilənin 3.6-cı bəndinə əsasən Cavabdeh MMC qeyri-yaşayış sahəsini müqavilədə şərtləndirilmiş qaydada 20 ay müddətində təhvil verməli, əks təqdirdə hər ay üçün 15.000 ABŞ dolları məbləğində cərimə ödəməli idi. Müqavilə üzrə müəyyən edilmiş 20 aylıq müddət isə 2021-ci ilin yanvar ayının 10-u tarixində bitir. Belə olduğu halda isə müqavilənin 3.6-cı bəndinə əsasən cavabdehin 14 ay müddətində gecikdirilmiş öhdəliyi vardır. Həmçinin müqavilənin 1.2-ci bəndinə əsasən 25 ay müddətində ödənilməmiş icarə haqqı borcu, həmin borca görə isə ödənilməmiş gündəlik 1 faiz cərimə borcu yaranmışdır. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli Razılaşma müqaviləsinin 1.2-ci bəndinin pozulması ilə bağlı qeyd edilmişdir ki, cavabdeh tərəf 2019-cu il üçün 7 ay, 2020-ci il üçün 8 ay, 2021-ci il üçün 7 ay, 2022-ci il üçün 12 ay, 2023-cü il üçün isə hal-hazıradək 3 ay icarə haqqını ödəməmişdir. Müqavilənin 3.7-ci bəndinə əsasən isə 37 aylıq müddət üçün hər günə icarə haqqının 1 faizi məbləğində cəriməni də ödəməmişdir. Razılaşmanın 2.2.3-cü bəndinin tələbləri isə ona görə pozulmuşdur ki, razılaşmanın 1.2-ci bəndinin tələbləri pozulmuşdur. Yəni cavabdeh tərəf 37 ay müddətində icarə haqqını ödəməmiş, bu səbəblə də aylıq 5.000 manatdan 37 ay üçün icarə haqqlarına görə 185.000 manat məbləğində ödənilməmiş icarə haqqı borcu yaranmışdır. Müqavilənin 3.7-ci bəndinə əsasən isə icarə haqqının ödənilməməsinə görə 37 x 30 x 50 = 55.500 manat məbləğində cərimə borcu yaranmışdır. Müqavilənin 3.6-cı bəndi ilə bağlı qeyd edilmişdir ki, 27 iyun 2019-cu il tarixli X1 1.1-ci bəndinə əsasən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsini və onun altındakı torpaq sahəsinin təhvil verilməsi öhdəliyinin tarixi xx.xx.2019-cu il tarixi müəyyən edilmişdir. Elə qeyd edilən razılaşmanın 2-ci bəndində də iddiaçının öhdəliyinin icra edilməsi təsdiq edilir. Bu səbəblə də xx.xx.2019-cu il tarixli Razılaşmanın 3.6-cı bəndində qeyd edilmiş 20 aylıq müddətinin axımının da başlanğıcı həmin tarixdir. Razılaşma ilə müəyyən edilmiş müddətin axımının bitməsi anı isə xx.xx.2021-ci il tarixidir. Yəni iddiaçı həmin tarixə əsasən müqavilədə şərtləşdirilmiş qaydada qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin həmin tarixdən artıq 26 ay keçmişdir ki, cavabdeh tərəf qeyri-yaşayış sahəsini müqavilədə şərtləşdirilmiş qaydada təhvil verməmişdir. Belə olduğu halda cavabdehin Razılaşmanın 3.6-cı bəndinə əsasən 26 x 15000 = 390000 ABŞ dolları məbləğində borcu yaranmışdır. Qeyd edilən müqavilə şərtlərinin pozulmasına görə cavabdeh iddiaçıya ödənilməmiş icarə haqqına görə 185.000 manat, icarə haqqının ödənilməməsi səbəbi ilə hesablanmış cəriməyə görə 55.500 manat, qeyri-yaşayış sahəsinin vaxtında təhvil verilməməsinə görə 390.000 ABŞ dolları məbləğində pul ödəməlidir. Plana əsasən 2-ci mərtəbə üzrə təklif olunan 482,71 m2 ibarət qeyri-yaşayış sahəsinin sağ və sol tərəflərində istinad divarları olduğu üçün 1-ci və 2-ci mərtəbə üzrə təklif olunan qeyri-yaşayış sahəsinin çatışmayan (əksik olan) 96,37 m2-lik əksik sahəsinin 2-ci mərtəbə hesabına tamamlanması mümkün deyil. Plana əsasən 2-ci mərtəbənin qeyd olunan 482,71 m2-lik sahəsi ilə layihəsi eyni (alt-alta) olan 6 saylı girişin 1-ci mərtəbəsinin sağ və sol tərəflərində istinad divarları var. Belə olan halda, 1-ci mərtəbə üzrə daş hörgü ilə ayrılmış təklif olunmayan 108,11 m2-lik sahəsi təklif olunan 365,92 m2 qeyri-yaşayış sahəsi ilə eyni istinad divarları daxilindədir. Odur ki, təhvil veriləcək qeyriyaşayış sahəsinin Mərdanov Qardaşları küçəsinə paralel olan sərhəd divarlarının üstdən görünüşü bir ədəd düzbucaqlı həndəsi fiqurunun uzunluğu kimi ünvan 1 ünvanda inşa etdiyi yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının Mərdanov Qardaşları küçəsinə paralel olan ön fasad divarları olmaqla, cavabdeh tərəfindən iddiaçıya faktiki olaraq təklif olunan qeyri-yaşayış sahəsinin çatışmayan (əksik olan) 96,37 m2-lik sahəsinin sözügedən binanın 6 saylı girişinin 1-ci mərtəbəsində yerləşən iddiaçıya təklif olunmayan ara kəsmə divarı ilə ayrılmış 108,11 m2-lik sahənin 96,37 m2-lik hissəsi hesabına tamamlanmaqla, ünvan 1 ünvanda inşa etdiyi yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının 6 saylı girişində yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində 462,29 m2 (365,92 + 96,37) və 2-ci mərtəbəsində isə 482,71 m2 ibarət qeyri-yaşayış sahəsini (pilləkən və pilləkən qəfəsləri, lift və digər yardımçı qurğulara aid sahələri çıxmaqla) cəmi 945 m2 qeyri-yaşayış sahəsini Tikinti və Şəhərsalma Məcəlləsinin və bu sahədəki digər aktların tələblərinə uyğun İddiaçı təhvil verilməsi və iddiaçının mülkiyyətinə verilməsi üçün sənədləşmə işlərinin aparılması öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etdikləri zaman 810 məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Hal-hazırda isə iddia tələbinin həcminin artması ilə əlaqədar 383 manat əlavə dövlət rüsumu tərəflərindən ödənilmişdir. Beləliklə, ödənilmiş 1193 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» qərarına əsasən, adları göstərilən rayonlarının ərazisində abadlıqquruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcüd şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi rayon İcra Hakimiyyəti başçısının 208 saylı, 03 noyabr 2016-cı il tarixli «yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında» sərəncamı ilə Cavabdeh MMC-yə (hazırda MTK) Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov Qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcüd yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında istifadəsinə verilmişdir. Cavabdeh MMC (hazırda MTK) tərəfindən Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov Qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcüd sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış tikililər sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 binanın tikintisinə başlanılmışdır. O cümlədən, Cavabdeh MMC ilə (hazırda MTK) İddiaçı və «Şifa Medikal və Sağlık İşletmeleri Sanayi Ticaret Anonim Şirketi» Bakı filialı arasında xx.xx.2019-cu il tarixli razılaşma müqaviləsi imzalanmış və müqavilənin 1.1.1-ci bəndinə görə, ünvan 4 ünvanda yerləşən 681,3 m2 qeyri-yaşayış sahəsi kimi istifadə edilən yeri və altındakı torpaq sahəsi sökülmək üçün 30 aprel 2019-cu il tarixdə Cavabdeh MMC-yə təhvil verilmişdir. Eyni zamanda, Cavabdeh MMC tərəfindən isə, torpaq sahəsinin də cavabdehin xüsusi mülkiyyətində olması faktı nəzərə alınaraq 945,0 m2 qeyri-yaşayış sahəsinin İddiaçı mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Yəni, 20 % (817,56 m2) yox, daha çox sahə 945,0 m2 (127,44 m2 əlavə) verilmişdir. Daha sonra, 27 iyun 2019-cu il tarixdə X3 imzalanaraq, obyekt və torpaq sahəsi boşaldılaraq, naturada təhvil verilsə də, lakin İddiaçı, öz mülkiyyətində olduğunu bildirdiyi ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin müvafiq sənədlərini cavabdeh tərəfə təqdim etməmişdir. Aralarında müqavilənin etibarsız hesab olunması barədə məhkəmə mübahisələri olmuş və iddia tələbləri iddia müddətinin ötürülməsi əsası ilə rədd edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, torpaq sahəsi dövlət mülkiyyətində olmaqla İddiaçı ancaq istifadə hüququ olmuş, eyni zamanda qeyri-yaşayış sahəsi kimi Cavabdeh MMC-yə (hazırda MTK) təhvil verilən sahə əslində sənəd üzrə fərdi yaşayış evidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli qərarının 1.3-cü bəndində göstərilir ki, qəzalı vəziyyətdə olan binalardan köçürülən sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillər ayrılmalıdır. İddiaçı adına olan daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli çıxarışla təsdiqlənir ki, onun mülkiyyətində ünvan 4 ünvanda yerləşən 681,3 m2 ümumi sahəsi olan fərdi yaşayış evi olmuşdur. Bütün bunlara baxmayaraq, cavabdeh tərəfindən müqavilə şərtlərinin tam və vaxtında icra olunmasına çalışılmış, müqavilə öhdəliklərinin icrası müddətində «Covid-19» pandemiyasının və ölkədə tətbiq olunan hərbi vəziyyətlə bağlı obyektiv səbəblərdən ciddi problemlərlə üzləşsələr də, yenə də üzərlərinə götürdükləri öhdəlikləri İddiaçı fərqli olaraq (torpaq sahəsinin çıxarışı alıb verməməsinə rəğmən), maksimum yerinə yetirməyə çalışmışlar. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdə bildiriş göndərilərək qeyri-yaşayış sahəsinin 3 ay müddətində təhvil veriləcəyi barədə xəbərdar edilmişdir və xx.xx.2021-ci ildə bir daha bildiriş göndərilərək qeyri-yaşayış sahəsini naturada təhvil almağını xahiş etmişlər. İddiaçı qeyri-yaşayış sahəsi təqdim edilmişdir və həmin tarixdən qeyri-yaşayış sahəsi onun sərəncamındadır. O cümlədən, yuxarıda göstərilən fors-major hallarına baxmayaraq, sonuncu tarix xx.xx.2021-ci il olmaqla aylıq kirayə pulundan ödənişlər olmuşdur. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə pretenziya məktubu daxil olmuş və həmin gün də ona cavab verilərək qeyriyaşayış sahəsinin çoxdan hazır olduğunu bildirmiş və bir daha təhvil götürməsini xahiş etmişlər. Beləliklə, cavabdeh tərəfindən müqavilə öhdəlikləri vicdanla yerinə yetirilmişdir. Ona görə də, iddia tələbləri əsassızdır və rədd olunmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb iərli sürməyən üçüncü şəxs X6 Sanayi Ticaret Anonim Şirketinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, yerində baxış keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2(006)- 6987/2019 saylı qətnaməsi ilə "xxxx" MMC-nin İddiaçı və «Şifa Medikal ve Sağlık İşletmeleri Sanayi Ticaret Anonim Şirketi»nin Bakı filialına qarşı «müqavilənin və X2 etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilmiş, məhkəmə xərcləri "xxxx" MMC-yə aid edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)- 3112/2020 saylı qətnaməsi ilə "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2(006)- 6987/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-4224/2020 saylı qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-3112/2020 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-349/2021 saylı qətnaməsi ilə "xxxx" MMC-nin İddiaçı qarşı «razılaşma müqaviləsinə dəyişiklik edilməsi (tərəflər arasında xx.xx.2019-cu il tarixli Bakı şəhəri 23 saylı Notariat ofisində 3M- 216 reyestr nömrəsi ilə qeyd edilmiş razılaşma müqaviləsinə dəyişiklik edilməsi, İddiaçı mülkiyyətində olmuş 681,3 m2 ümumi sahəsi olan fərdi yaşayış evinin əvəzinə Cavabdeh MMC tərəfindən inşa edilən çoxmənzilli binada 817,56 m2 mənzil sahəsinin İddiaçı verilməsi)» tələbinə dair iddiası rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 4340/2021 saylı qətnaməsi ilə "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2(009)-349/2021 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5438/2021 saylı qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-4340/2021 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 238 nömrəli reyestr kitabının 22038 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhəri 23 saylı Notariat ofisində xx.xx.2019-cu il tarixdə 3M-216 reyestr nömrəsi ilə təsdiq edilmiş razılaşma müqaviləsindən görünür ki, birinci tərəf "xxxx" MMC, ikinci tərəf İddiaçı və üçüncü tərəf «Şifa Medikal ve Sağlık İşletmeleri Sanayi Ticaret Anonim Şirketi»nin Bakı filialı arasında razılaşma müqaviləsi bağlanmışdır. Razılaşma müqaviləsi 7 hissədən və hər hissənin tərkibində yer alan bəndlərdən ibarət olub, müqavilənin predmeti, tərəflərin hüquq və vəzifələri, məsuliyyət, Fors-major hallar, məxfilik, mübahisələrin həll edilməsi qaydası, yekun müddəalar müfəssəl şəkildə təsbit edilmişdir. - 27 iyun 2019-cu il tarixdə tərəflər arasında X3 bağlanaraq, həmin protokolda öncəki razılaşma müqaviləsinin aşağıdakı bəndləri razılaşdırılmışdır: qeyri-yaşayış sahəsi və altındakı torpağın Cavabdeh MMC-yə təhvil verilməsi öhdəliyinin tarixi tərəflərin qarşılıqlı razılığı ilə 10 may 2019-cu il (öncəki tarix 30 aprel 2019-cu il) müəyyən edilməsi; 10 may 2019-cu il tarixdə həmin qeyri-yaşayış sahəsi və altındakı torpaq sahəsinin tikinti şirkətinə təhvil verildiyi; tikinti şirkətinin əmlak mülkiyyətçisini müvəqqəti sahə ilə təmin etmək üçün ona kompensasiya şəklində 5000 manat aylıq icarə haqqı ödəməli olduğu ilk ayın başlanğıcının 10 may 2019-cu il tarixi hesab olunması; tikinti şirkəti ilə əmlak mülkiyyətçisinin arasında qeyd olunan kompensasiya ilə əlaqədar hesablaşmalarda 10 may 2019-cu il tarixinin əsas götürülməsi; 24 aprel 2019-cu il tarixli razılaşma müqaviləsi üzrə tikinti şirkətinin ilk ayının kompensasiyasının əmlak mülkiyyətçisinə ödənilməsini gecikdirməsi ilə əlaqədar əmlak mülkiyyətçisinə tərəflərin qarşılıqlı razılığı ilə icarə haqqının 1 faizi miqdarında cərimə tətbiq edilmir. - 14 yanvar 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı aralarında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət etmiş və orada göstərilmişdir ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəflər arasında notarial qaydada bağlanmış 24 aprel 2019-cu il tarixli üç tərəfli müqavilədən irəli gələn öhdəliklərini vaxtında və tam icra etməkdən müxtəlif bəhanələrlə yayınır. xx.xx.2021-ci il tarixli məktubdan 3 aylıq müddət keçdikdən sonra dəfələrlə MMC-yə müraciət etməsinə baxmayaraq, MMC qeyd olunan müqavilədə nəzərdə tutulan öhdəliklərini yerinə yetirmir, o cümlədən həmin müqavilədə göstərilən qeyri-yaşayış sahəsini ona təhvil vermir. MMC 08 sentyabr 2021-ci il tarixli məktubla ona müraciət edərək ilk dəfə olaraq müqavilədə nəzərdə tutulan öhdəliklərindən yalnız sahəni təhvil verə biləcəyini göstərmişdir. Ancaq həmin məktubda bir aydan artıq vaxt keçməsinə və dəfələrlə şifahi qaydada xəbərdaqlıqlara baxmayaraq, sahənin onun tərəfindən təhvil götürülməməsi barədə qeyd etdikləri tamamilə yalan və əsassızdır, bu ifadələri MMC-nin qeyd olunan müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsini pərdələmək cəhdi kimi qiymətləndirir. 24 aprel 2019-cu il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən Cavabdeh MMC müqavilə predmeti olan sahəyə «Şifa Medikal ve Sağlık İşletmeleri Sanayi Ticaret Anonim Şirketi»nin Bakı Filialının istifadə hüquqlarını və bu hüquqlardan doğan tələblərini və tibb mərkəzi kimi fəaliyyət göstərməklə gözləntilərini tanıyır. Qeyd edilən müqavilənin 3.8-ci bəndinə əsasən Cavabdeh MMC müqavilə şərtlərinə riayət etməməsi səbəbindən Filialın İddiaçı qarşısında yarana biləcək bütün tələblər qarşısında cavabdehlik daşımağı öz öhdəsinə götürür. Odur ki, Filialın 24 aprel 2019-cu il tarixli müqavilə üzrə bütün tələbləri, o cümlədən, qeyd edilən qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbi üzrə Cavabdeh MMC Filialın qarşısında cavabdehlik daşıyır. Müqavilə bağlandıqdan bu günə qədər cəmi bir neçə ay üçün icarə haqqını ödədikdən sonra qəti olaraq icarə haqlarını ödəməkdən yayınmışlar. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, pandemiya və sair bəhanələrlə icarə haqqını ödəməmişlər. Dəfələrlə iddiaçıya müraciət edərək sahənin tikilib təhvil verilməsi, icarə haqlarının ödənilməsinə möhlət verilməsini xahiş etmişlər. Bütün bu xahişlərə anlayışla yanaşsalar da, sonda cavabdehə olan səmimi davranışlarından sui-istifadə etmiş olmaları ortaya çıxmışdır. Sahənin onlara təhvil verilməsi adı ilə dəvət edərkən müqavilə şərtlərinə uyğun olmayan, dar bir girişli, müqavilədə göstərilən ölçülərdən xeyli az ölçüyə malik, faktiki olaraq tibb mərkəzi kimi fəaliyyətə yararsız, tikintisi başa çatmamış bir yerin təhvil verilməsi görüntüsü yaratmışlar. Göstərilənləri nəzərə alaraq, sonuncu dəfə xəbərdarlıq etməklə 24 aprel 2019-cu il tarixli notarial təsdiqli üç tərəfli müqavilədən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi, o cümlədən qeyd olunan müqavilədə nəzərdə tutulan qaydada ünvan 5 ünvanda tikdikləri binanın 24 aprel 2019-cu il tarixdə qüvvədə olan eskiz layihəsinə uyğun olaraq Filialın tibb mərkəzi kimi fəaliyyət göstərə bilməsi üçün 6 saylı girişin qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində 391 m2 və 2-ci mərtəbəsində isə 554 m2dən ibarət qeyri-yaşayış sahəsini (pilləkən və pilləkən qəfəslərini, lift və digər yardımçı qurğulara aid sahələri çıxmaqla), cəmi 945 m2 qeyri-yaşayış sahəsini İddiaçı təhvil verilməsi (Cavabdeh MMC tərəfindən təhvil verən şəxs və onun əlaqə telefonu bildirilməklə), indiyə qədər ödənilməmiş icarə haqlarını, hər gecikdirilən günə görə 1 faiz olmaqla cərimə əlavə olunmaqla, o cümlədən müqavilədə göstərildiyi kimi, sahəni təhvil verməli olduqları 20 ayın sonundan sonra gələn hər ay üçün 15000 ABŞ dolları cəriməni ödəməsi tələb edilmişdir. Əks halda tərəflərindən cəmiyyətlərinə qarşı «qeyri-yaşayış sahəsinin təhvil verilməsi, 2020-ci ilin ödəniş həyata keçirilməmiş aylar üzrə kompensasiya şəklində icarə haqqlarının, vaxtında ödənilməyən icarə haqqları üzrə müvafiq qaydada hesablanmış cərimələrin, sahəni təhvil verilməli olduqları tarixdən sonra gələn hər ay üçün cərimələrin, maddi və mənəvi zərərin ödənilməsi» tələbi barədə məhkəmədə iddia qaldırılacağı bildirilmişdir». - Cavabdeh MTK 14 yanvar 2022-ci il tarixli 02 saylı məktubla iddiaçıya müraciət edərək, İddiaçı xx.xx.2022-ci il tarixli Pretenziya məktubuna cavab olaraq MTK tərəfindən bildirmişdir ki, ona 194 saylı, xx.xx.2021-ci il tarixli məktub göndərilmiş və Cavabdeh MMC ilə onun arasında bağlanılmış xx.xx.2019-cu il tarixli razılaşma müqaviləsinə əsasən verilməsi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin istifadəyə çoxdan hazır olduğunu və təhvil götürməsi xahiş edilmişdir. İddiaçı nümayəndələri şəxsən bir neçə ay bundan öncə ayrılmış qeyri-yaşayış sahəsinə baxış keçirmiş, müvafiq ölçü işləri aparmış və sahə naturada MTK tərəfindən onlara təqdim edilmişdir. Eyni zamanda bildirilmişdir ki, mövcud pandemiyanın yaratdığı çətinliklərə rəğmən, üzərlərinə düşən öhdəlikləri indiyə qədər vicdanla yerinə yetirməyə çalışmışlar və bundan sonra da lazımi köməkliklər göstəriləcəkdir. İddiaçıdan məktubda göstərilənlərin nəzərə alınması xahiş edilmişdir. - «X10 və Ekspertiza Mərkəzi» MMC-nin 23 dekabr 2021-ci il tarixli 93 saylı arayışında göstərilmişdir ki, təqdim olunan qeyri-yaşayış sahəsinin 1-ci və 2-ci mərtəbəsinin planında göstərilən ölçüləri və konfiqurasiyası naturadakı faktiki ölçüləri və konfiqurasiyası arasında uyğunsuzluq vardır. Belə ki, tikililərin naturadakı ölçüləri planda qeyd olunan ölçülərdən az olduğu üçün qeyri-yaşayış sahəsinin faktiki sahəsi də planda göstərilən sahədən azdır. Aparılmış tədqiqatla ünvan 5 ünvanda inşa edilən binada 6 saylı girişin qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində 365,92 m2 qeyri-yaşayış sahəsi və 2-ci mərtəbəsində isə 482,71 m2 qeyri-yaşayış sahəsi (pilləkən və pilləkən qəfəslərini, lift və digər yardımçı qurğulara aid sahələri çıxmaqla) olmaqla, cəmi 848,63 m2 təşkil etdiyi müəyyən olundu (qeyri-yaşayış sahəsinin yerləşmə sxemi arayışa əlavə olunur). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2022-ci il tarixli 10/4744 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov, Səməd Vurğun, Mərdanov Qardaşları və Salatın Əsgərova küçələrinin kəsişməsində məhəllədə yerləşən torpaq sahəsindəki yaşayış kompleksi üzrə ünvan 1 ünvanda inşa etdiyi yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının 6 saylı girişində yerləşən 24 aprel 2019-cu il tarixli notarial təsdiqli üç tərəfli razılaşma müqaviləsinə əsasən Cavabdeh MTK tərəfindən İddiaçı təklif olunan qeyri-yaşayış sahəsinin dəqiq ölçüləri və faktiki konfiqurasiyası plan-sxemdə ətraflı göstərilmişdir. Qeyd olunur ki, mülki iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli razılaşma müqaviləsinin 1.1.2-ci bəndində çoxmərtəbəli yaşayış binasının 6 saylı girişində yerləşən sahədən 945 m2 sahənin təmirsiz vəziyyətdə təhvil verilməsi göstərilsə də, faktiki olaraq təqdim olunan qeyri-yaşayış sahəsinin 848,63 m2 (365,92+482,71) təşkil etdiyi müəyyən edilir. Qeyri-yaşayış sahələrinin ölçüləri yerləşmə sxemi, faktiki konfiqurasiyası qeyri-yaşayış sahəsinin tibb mərkəzi (müəssisəsi) kimi fəaliyyət göstərməsinə uyğun olub-olmaması məsələsi tikintitexniki ekspertin səlahiyyətlərindən kənar olduğundan bu sual üzrə tədqiqat aparılmadı. Rəyə qeyri-yaşayış sahəsinə dair plan-sxem əlavə edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. - Bakı şəhəri 23 saylı notariat kontorunun xüsusi notariusu X9 tərəfindən təsdiq olunmuş 24 aprel 2019-cu il tarixli razılaşma müqaviləsinin şərtlərindən göründüyü kimi, «Əmlak mülkiyyətçisi» (İddiaçı) müqaviləyə əsasən xx.xx.2013-cü il tarixdə, ********** qeydiyyat və **********48-10302 reyestr nömrəsi ilə qeydə alınmış və Azərbaycan Resoublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında» daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* ilə öz mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən 681,3 m2 ibarət qeyri-yaşayış sahəsi kimi istifadə edilən yeri və altındakı torpaq sahəsini sökülmək üçün 30 aprel 2019-cu il tarixdə Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada «Tikinti şirkəti» tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini qəbul etməyi, «Tikinti şirkəti» ("xxxx" MMC) isə ünvan 4 ünvanda yerləşən «Əmlak mülkiyyətçisi»-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsi kimi istifadə edilən tikinti və altındakı torpaq sahəsinin sökülməsini və həmin sahənin yerləşdiyi yer də daxil olmaqla həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa etdiyi ünvan 5 ünvanda 6 saylı girişin qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində 391 m2 və 2-ci mərtəbəsində isə 554 m2 ibarət qeyri-yaşayış sahəsini (pilləkən və pilləkən qəfəslərini, lift və digər yardımçı qurğulara aid sahələri çıxmaqla), cəmi 945 m2 qeyri-yaşayış sahəsini içərisi təmirsiz vəziyyətdə Tikinti və Şəhərsalma Məcəlləsinin və bu sahədəki digər aktların tələblərinə uyğun sahəni hesablamaqla «Əmlak mülkiyyətçisi»nin mülkiyyətinə verməyi öhdələrinə götürmüşlər. - 27 iyun 2019-cu il tarixli «X3»nun təsdiq edilmiş surətindən görünür ki, «Tərəflər» arasında notarial qaydada imzalanaraq bağlanmış 24 aprel 2019-cu il tarixli Razılaşma müqaviləsində «Əmlak mülkiyyətçisi» xx.xx.2013-cü il tarixdə, ********** qeydiyyat və 1100278-10302 reyestr nömrəsi ilə qeydə alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş «Hüquqların Dövlət qeydiyyatı» haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX № ******* ilə öz mülkiyyətində olan ünvan 8 ünvanda yerləşən 681,3 m2 ibarət qeyri-yaşayış sahəsi kimi istifadə edilən obyekti və altındakı torpaq sahəsini sökülmək üçün 30 aprel 2019-cu il tarixədək Cavabdeh MMC-yə təhvil vermək öhdəliyinin tarixi tərəflərin qarşılıqlı razılığı ilə 10 may 2019-cu il olaraq müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-nin sifarişi əsasında Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə yüksəkmərtəbəli yaşayış binalarının eskiz layihəsi işlənilmişdir. - "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin sifarişi əsasında işlənmiş olan Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov, Səməd Vurğun, Mərdanov Qardaşları və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə yüksəkmərtəbəli yaşayış binalarının layihəsi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə razılaşdırılmışdır. - AR VN yanında DVX MGBİ HŞDQİ-nin 01 mart 2022-ci il tarixli məktubuna əsasən idarədə olan reyestr məlumatlarına əsasən "xxxx" Mənzil Tikinti Kooperativi (VÖEN **********) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir. Mübahisəli əraziyə yerində baxış keçirilərkən ünvan 5 ünvanda 6 saylı girişin qeyriyaşayış sahəsinin 2 mərtəbədən ibarət olması, 1-ci mərtəbənin 3 hissədən, 2-ci mərtəbənin isə 4 hissədən ibarət olması müəyyən edildi. Həmçinin, həmin qeyri-yaşayış sahəsinin ayrıca girişinin olması da müəyyən edildi. Baxış keçirilmiş qeyri-yaşayış sahəsinin çəkilmiş şəkilləri və videoları iş materiallarına əlavə edilmişdir. Məhkəmə sadalanan sənədləri və işin araşdırılmış hallarını nəzərə alaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülkihüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 389.1-ci mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 426.1-ci maddəsinə əsasən öhdəliklərin icrası yeri, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin iradəsi ilə müəyyənləşdirilir. - 426.2.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası yeri müəyyənləşdirilməyibsə, icra torpaq sahəsinin, binanın, qurğunun və ya digər daşınmaz əmlakın verilməsi öhdəliyi üzrə - əmlakın olduğu yerdə həyata keçirilməlidir. - 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilədən yaranan öhdəlik hüququ çərçivəsində dəyərləndirilməlidir. İşdən göründüyü kimi, tərəflər arasında xx.xx.2019-cu il tarixli Razılaşma müqaviləsinə əsasən öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə əmlak mülkiyyətçisi iddiaçı Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri»ndən çıxarış ilə (Seriya RX № ******* ilə) öz mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 681,3 m2 ibarət yeni-yaşayış sahəsi kimi istifadə edilən yeri və altındakı torpaq sahəsini sökülmək üçün xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə şərtləndirilmiş müddətdə və vaxtda Tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Həmçinin razılaşma müqaviləsinə əsasən tikinti şirkəti ünvan 4 ünvanda yerləşən «Əmlak mülkiyyətçisinin» mülkiyyətində olan qeyri-yaşayış sahəsi kimi istifadə edilən tikinti və altındakı torpaq sahəsinin sökülməsini və həmin sahənin yerləşdiyi yerdə daxil olmaqla həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi ünvan 5 ünvanda 6 saylı girişin qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində 391 m2 və 2-ci mərtəbəsində isə 554 m2 (pilləkən və pilləkən qəfəsləri, lift və digər yardımçı qurğulara aid sahələri çıxmaqla) cəmi 945 m2 qeyri-yaşayış sahəsini içərisi təmirsiz vəziyyətdə Tikinti və Şəhərsalma Məcəlləsinin və bu sahədəki digər aktların tələblərinə uyğun sahəni hesablamaqla Əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə şərtlərinə əsasən «Tikinti şirkəti» «Əmlak mülkiyyətçisi»ni müvəqqəti sahəni təmin etmək məqsədi ilə ona kompensasiya şəklində aylıq vaxtlar icarə haqqı əvvəlcədən hər ayın 1-də həmin ay üçün ödənilir. 30 aprel 2019-cu il həmçinin icarə haqqının ödənilməli olduğu ilk ayın başlanğıcı hesab olunur. Həmçinin, iş materiallarından görünür ki, tərəflər arasında razılaşmaya əlavə kimi 27 iyun 2019-cu il tarixdə imzalanmış X3na əsasən 10 may 2019-cu il tarixdə icarəçi obyekti və altındakı torpaq sahəsini boşaldaraq «Əmlak mülkiyyətçisinə» təhvil verdi, «Əmlak mülkiyyətçisi» də öz növbəsində 10 may 2019-cu il tarixdə obyekti və altındakı torpaq sahəsini «Tikinti Şirkətinə» təhvil verir və tərəflərin qarşılıqlı razılığı ilə «Tikinti şirkəti» «Əmlak mülkiyyətçisini» müvəqqəti sahə ilə təmin etmək üçün ona kompensasiya şəklində 5.000 manat aylıq icarə haqqı olduğu ilk ayın başlanğıcı 10 may 2019-cu il tarix hesab olunur və «Tikinti şirkəti» ilə əlaqədar hesablaşmalarda 10 may 2019-cu il tarixi əsas götürülür. Daha sonra müəyyən edilmişdir ki, tərəflər 24 aprel 2019-cu il Razılaşma müqaviləsi üzrə «Tikinti şirkəti»nin ilk ayın kompensasiyasının «Əmlak mülkiyyətçisi»nə ödənilməsinin gecikdirilməsi ilə əlaqədar «Əmlak mülkiyyətçisinə» tərəflərin qarşılıqlı razılığı ilə icarə haqqının 1 faizi miqdarında cərimə tətbiq edilməsini də razılaşdırmışlar. Qeyd olunmalıdır ki, 24 aprel 2019-cu il Razılaşma müqaviləsinin: - 3.1-ci bəndində göstərilmişdir ki, «Tikiıti şirkəti» və «Əmlak mülkiyyətçisi» müqavilə predmeti olan sahəyə «Əmlak mülkiyyətçisi» ilə aralarında olan xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə əsasən 2024-cü il tarixədək olan dövr ərzində «İcarəçinin» istifadə hüquqlarını və bu hüquqlardan doğan tələblərini və müqavilənin qüvvədə olduğu müddətdə tibb mərkəzi kimi fəaliyyət göstərməklə gözləntilərini tanıyır». - 3.2-ci bəndinə əsasən isə «Tikinti şirkəti» 20 ay müddətinə müqavilənin predmetində göstərilmiş qeyri-yaşayış sahəsini «Əmlak mülkiyyətçisinin» adına olan bütün mülkiyyət sənədləri ilə birlikdə «Əmlak mülkiyyətçisi»nə, sonuncu da oz növbəsində «icarəçi»yə təhvil verməsini öz öhdəsinə götürür». - 3.3-cü bəndində qeyd edilir ki, «Tikinti şirkəti» bir və ikinci mərtəbələrarası beton arakəsmənin tikilməsini, pilləkənlərin qurulmasını, binanın həmin sahəyə düşən hissəsində fasad hissəsinin tikinti norma və qaydalarına uyğun dekorativ görünüşlü hazırlanmasını, qeyri-yaşayış sahəsinin tibb mərkəzi olaraq fəaliyyət göstərəcəyini nəzərə alaraq, elektrik, su, qaz, kanalizasiya sistemləri ilə təchizatı üçün zəruri xətlərin sahənin içərisinə qədər çəkilməsini, su və elektrik enerjisi ilə fasiləsiz təmin edilməni öz öhdəsinə götürür. Həmçinin, müvafiq elektrik, su, qaz və kanalizasiya sistemlərinin çəklişi üçün dövlət orqanlarından texniki şərtlərin alınması və qeyri-yaşayış sahəsinə uyğun sayğacların quraşdırılması ilə bağlı öhdəlikləri yerinə yetirilməsini təmin edir». - 3.4-cü bəndinə əsasən isə «Tikinti şirkəti» təhvil veriləcək sahənin əsas girişinin hazırda tibb mərkəzinin fəaliyyət göstərdiyi qaydada Mərdanov Qardaşları küçəsindən olmasını təmin edir». - 3.5-ci bəndində qeyd edilir ki, «Tikinti şirkəti» binanın yaşayış sahəsinin «Əmlak mülkiyyətçisi»nə təhvil veriləcək qeyri-yaşayış sahəsinin girişindən qeyri-yaşayış sahəsindən keçid və sair bu kimi məqsədlər üçün istifadə etməyəcəyi, yaşayış sahəsinə aid qurğu və avadanlıqların bu sahədə yerləşdirilməyəcəyini öz öhdəsinə götürür». - 3.6-cı bəndində göstərilir ki, «Tikinti şirkəti» 20 ay müddətində müqavilənin predmetində göstərilmiş qeyri-yaşayış sahəsini «Əmlak mülkiyyətçisi»nə bu müqavilənin 7.2.5-2.2.7-ci maddələrində nəzərdə tutulmuş qaydada təhvil verməsə həmin qeyriyaşayış sahəsi təhvil verilənə qədər hər ay «Əmlak mülkiyyətçisi»nə ödəniş gününə olan məzənnə ilə 15.000 ABŞ dolları ekvivalentində manat ödəməyi öz öhdəsinə götürür». - 3.7-ci bəndində isə qeyd edilir ki, «Müqavilənin 1.2-ci bəndində göstərilən icarə haqqını vaxtında ödəmədikdə gecikdirilən hər gün üçün icarə haqqının 1 faizi miqdarında cəriməni «Tikinti şirkəti» əmlak mülkiyyətçisinə ödəməyi öz öhdəsinə götürür». Müqavilənin 2.1.5 və 2.1.8-ci bəndlərində iddiaçının hüquqları sırasında qeyd edilir ki, «Əmlak mülkiyyətçi»sinin yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatanadək müvəqqəti yerləşməsini təmin etmək məqsədi üçün bu Müqavilənin 1.2-ci bəndində göstərilən icarə haqqını «Tikinti şirkətindən» tələb etmək, bu müqavilədə göstərilən müddət bitdikdən sonra «Tikinti şirkətindən» razılaşdırılmış şərtlərə uyğun şəkildə qeyri-yaşayış sahəsini tələb etmək hüququ vardır». İş materiallarından görünür ki, müqavilənin şərtlərinin dəyişdirilməsi ilə bağlı Cavabdeh MMC tərəfindən Səbail Rayon Məhkəməsində iddiaçıya qarşı iddia tələbi ilə müraciət edilmiş və həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(009)-349/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Sözügedən məhkəmə qətnaməsindən Cavabdeh MMC tərəfindən apellyasiya və kasassiya şikayəti verilsə də, verilmiş şikayətlər təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-349/2021 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Həmçinin, iş materiallarından daha sonra məlum olur ki, Cavabdeh MMC «qeyd edilən müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair İddiaçı və Sifa Medikal ve Sağlık İşletmeleri Sanayi Ticaret Anonim Şirketinə qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(006)- 6987/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Sözügedən məhkəmə qətnaməsindən Cavabdeh MMC tərəfindən apellyasiya və kasassiya şikayəti verilsə də, verilmiş şikayətlər təmin edilməmiş, qeyd edilən məhkəmə qətnaməsi artıq qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı tərəf razılaşma müqaviləsi və daha sonra X3 bağlanmasına, tərəflərin bir-birinin qarşısında öhdəlik və vəzifələr götürmələrinə baxmayaraq, Cavabdeh MTK üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməməsini, sözügedən müqavilə və protokolunun şərtlərini pozmasını iddia etmiş, buna qədər isə cavabdehə qeyd edilən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı pretenziya məktubu təqdim edilmişdir. Cavabdeh tərəfin isə hazırki iddiaya verdiyi etirazın dəlillərindən görünür ki, müqavilə şərtlərinin tam və vaxtında icra olunmasına çalışılmış, müqavilə öhdəliklərinin icrası müddətində «Covid-19» pandemiyasının və ölkədə tətbiq olunan hərbi vəziyyətlə bağlı obyektiv səbəblərdən ciddi problemlərlə üzləşsələr də, yenə də üzərlərinə götürdükləri öhdəlikləri İddiaçı fərqli olaraq (torpaq sahəsinin çıxarışını alıb verməməsi), maksimum yerinə yetirməyə çalışmışlar. Hətta göstərilən fors-major hallarına baxmayaraq, sonuncu tarix xx.xx.2021-ci il olmaqla aylıq kirayə pulundan ödənişlər olmuşdur. xx.xx.2021-ci ildən İddiaçı qeyri-yaşayış sahəsi təqdim edilmişdir və həmin tarixdən qeyriyaşayış sahəsi onun sərəncamındadır. İşin araşdırılmış hallarından görünür ki, Cavabdeh MMC tərəfindən müqavilənin 1.2-ci bəndinə əsasən iddiaçıya 8 dəfə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə hər dəfə 5.000 manat məbləğində, xx.xx.2021-ci il tarixdə isə 10.000 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iddia tələblərinin icarə haqqı məbləğinə dair hissəsi ilə bağlı hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli Razılaşma müqaviləsinin 1.2-ci bəndinin tələbləri pozulmuşdur. Belə ki, iş materiallarından görünür ki, cavabdeh tərəf 2019-cu il üçün 7 ay, 2020-ci il üçün 8 ay, 2021-ci il üçün 7 ay, 2022-ci il üçün 12 ay, 2023-cü il üçün isə hal-hazıradək 3 ay icarə haqqını ödəməmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəf Müqavilənin 3.7-ci bəndinə əsasən isə 37 aylıq müddət üçün hər günə icarə haqqının 1 faizi məbləğində cəriməni də ödəməmişdir. Məhkəmənin qənaətinə görə iddiaçının tərəflər arasında olan Razılaşmanın 2.2.3cü bəndinin tələblərinin pozulmasına dair dəlilləri əsaslıdır. Belə ki, yuxarıda göstərildiyi kimi cavabdeh tərəfindən razılaşmanın 1.2-ci bəndinin tələbləri pozulmuşdur. Başqa sözlə, cavabdeh tərəf 37 ay müddətində icarə haqqını ödəməmiş, bu səbəblə də aylıq 5.000 manatdan 37 ay üçün icarə haqqlarına görə 185.000 manat məbləğində ödənilməmiş icarə haqqı borcu yarandığından məhkəmə hesab edir ki, iddiaçı 30 mart 2023-cü il tarixə ödənilməmiş icarə haqqına görə hazırki iddia tələbi ilə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müqavilə şərtlərinə əsasən icarə haqqının ödənilməməsi səbəbi ilə hesablanmış cəriməyə görə 55.000 manat ödənilməsinə dair iddia qaldırmaqda haqlı olsa da, həmin cərimə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbləri baxımından azaldılaraq 25.000 manat müəyyən edilməlidir. Məhkəmə həmçinin iddianın qeyri-yaşayış sahəsinin vaxtında təhvil verilməməsinə görə 390.000 ABŞ dolları məbləğində pul ödənilməsinə dair hissəsi üzrə iddiaçı tərəfin dəlillərini də əsaslı sayır. Belə ki, 27 iyun 2019-cu il tarixli X2 1.1-ci bəndinə əsasən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsini və onun altındakı torpaq sahəsinin təhvil verilməsi öhdəliyinin tarixi xx.xx.2019-cu il tarixi müəyyən edilmişdir. Qeyd edilən razılaşmanın 2-ci bəndində də iddiaçının öhdəliyinin icra edilməsi təsdiq edilir. Bu səbəblə də xx.xx.2019-cu il tarixli Razılaşmanın 3.6-cı bəndində qeyd edilmiş 20 aylıq müddətinin axımının da başlanğıcı həmin tarixdir. Razılaşma ilə müəyyən edilmiş müddətin axımının bitməsi anı isə xx.xx.2021-ci il tarixidir. Yəni iddiaçı həmin tarixə əsasən müqavilədə şərtləşdirilmiş qaydada qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin həmin tarixdən artıq 26 ay keçmişdir ki, cavabdeh tərəf qeyri-yaşayış sahəsini müqavilədə şərtləşdirilmiş qaydada təhvil verməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, cavabdehin Razılaşmanın 3.6-cı bəndinə əsasən 26 x 15000 = 390000 ABŞ dolları məbləğində borcun ödənilməsi tələbi əsaslıdır. Həmçinin məhkəmə iddia tələblərinə qiymət verərək qeyd edilən öhdəliklərlə yanaşı cavabdehin razılaşmanın 1.1.2.-ci bəndində nəzərdə tutulmuş ölçüdə, 2.2.5, 2.2.7, 3.3-3.5-ci bəndində nəzərdə tutulmuş şərtləri icra etməklə qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməli olmasına dair dəlillərini də əsaslı sayır və cavabdehin İddiaçı qeyri-yaşayış sahəsinin təqdim edilməsinə dair bildirişlər göndərilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdən qeyri-yaşayış sahəsinin onun sərəncamında olmasına dair dəlillərinə tənqidi yanaşır. Belə ki, iş materiallarında olan ekspert rəyindən də görünür ki, xx.xx.2019-cu il tarixli razılaşma müqaviləsinin 1.1.2-ci bəndində çoxmərtəbəli yaşayış binasının 6 saylı girişində yerləşən sahədən 945 m2 sahə təmirsiz vəziyyətdə təhvil verilməli olması göstərilsə də, faktiki olaraq təqdim olunan qeyri-yaşayış sahəsinin 848,63 m2 (365,92+482,71) təşkil etdiyi müəyyən edilir. Göründüyü kimi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi qeyd edilən razılaşma müqaviləsinin şərtlərinə uyğun olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya təqdim olunan sahə müqavilədə qeyd olunan sahədən 96,37 kv.m azdır. Bu hal isə iddiaçının həmin sahəni qəbul etməməsi ilə nəticələnmiş və sonuncu qeyd edilən sahəni məlum səbəblərlə əlaqədar qəbul etməməklə hüquqpozuntusuna yol verməmişdir. Məhkəmə Tikinti və Şəhərsalma Məcəlləsinin və bu sahədəki digər aktların tələblərinə uyğun olaraq İddiaçı təhvil verilməli olan (pilləkən və pilləkən qəfəsləri, lift və digər yardımçı qurğulara aid sahələri çıxmaqla) cəmi 945 m2 qeyri-yaşayış sahəsinin verilməsinin iddia tələbində göstərilən qaydada, yəni, “Təhvil veriləcək qeyri-yaşayış sahəsinin Mərdanov Qardaşları küçəsinə paralel olan sərhəd divarlarının üstdən görünüşü bir ədəd düzbucaqlı həndəsi fiqurunun uzunluğu kimi ünvan 1 ünvanda inşa etdiyi yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının Mərdanov Qardaşları küçəsinə paralel olan ön fasad divarları olmaqla, cavabdeh tərəfindən iddiaçıya faktiki olaraq təklif olunan qeyriyaşayış sahəsinin çatışmayan (əksik olan) 96,37 m2-lik sahəsinin sözügedən binanın 6 saylı girişinin 1-ci mərtəbəsində yerləşən iddiaçıya təklif olunmayan arakəsmə divarı ilə ayrılmış 108,11 m2-lik sahənin 96,37 m2-lik hissəsi hesabına tamamlanmaqla, ünvan 1 ünvanda inşa etdiyi yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının 6 saylı girişində yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində 462,29 m2 (365,92 + 96,37) və 2-ci mərtəbəsində isə 482,71 m2 ibarət qeyri-yaşayış sahəsinin verilməsi” kimi deyil, təqdim edilmiş eskiz layihəyə və tərəflər arasında bağlanmış razılaşmalara əsasən ünvan 1 ünvanda inşa etdiyi yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının 6 saylı girişində yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində 391 m2 və 2-ci mərtəbəsində 554 m2 sahədən ibarət qeyri-yaşayış sahəsinin (pilləkən və pilləkən qəfəsləri, lift və digər yardımçı qurğulara aid sahələri çıxmaqla) cəmi 945 m2 qeyri-yaşayış sahəsinin içərisi təmirsiz vəziyyətdə (Tikinti və Şəhərsalma Məcəlləsinin və bu sahədəki digər aktların tələblərinə uyğun) İddiaçı təhvil verilməli olması qənaətinə gəlir. Belə ki, iddiaçının tələbində qeyri-yaşayış sahəsinin təhvil verilməsinin əsası kimi göstərilən hallar təqdim edilmiş eskiz layihəyə və tərəflər arasında bağlanmış müqavilənin və razılaşmanın şərtlərinə uyğun deyildir. Habelə iddiaçı təhvil vermənin iddia ərizəsində göstərilən qaydada həyata keçirilməsi əsasları meyarını göstərə və buna dair sənədlər təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə daha sonra hesab edir ki, İddiaçı adına həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün zəruri sənədlərin (payçı olduğu barədə ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı, borcun olmadığı barədə arayış və s.) verilməsi öhdəliyi də Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Belə ki, işin araşdırılmış hallarından göründüyü kimi, cavabdeh uzərinə götürdüyü bu öhdəlikləri də yerinə yetirməmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 1.153 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış 24 aprel 2019-cu il tarixli razılaşma müqaviləsinə uyğun olaraq (27 iyun 2019-cu il tarixli X2 şərtləri nəzərə alınmaqla) 30 mart 2023-cü il tarixə ödənilməmiş icarə haqqına görə 185.000 manat, icarə haqqının ödənilməməsi ilə əlaqədar hesablanmış 25.000 manat cərimə, qeyri-yaşayış sahəsinin vaxtında təhvil verilməməsinə görə 390.000 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla Cavabdeh MTKdan alınaraq İddiaçı ödənilməli, Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov, Səməd Vurğun, Mərdanov Qardaşları və Salatın Əsgərova küçələrinin kəsişməsində məhəllədə yerləşən torpaq sahəsindəki yaşayış kompleksi üzrə istismara qəbul aktının rəsmiləşdirilməsi təmin edilməklə, ünvan 1 ünvanda Cavabdeh MTK tərəfindən İddiaçı təhvil veriləcək qeyri-yaşayış sahəsinin tibb mərkəzi olaraq fəaliyyət göstərəcəyini nəzərə alaraq, elektrik, su, qaz və kanalizasiya sistemləri ilə təchizatı üçün zəruri xətlərin sahənin içərisinə qədər çəkilməsi, həmçinin müvafiq elektrik, su, qaz və kanalizasiya sistemlərinin çəkilişi üçün dövlət orqanlarından texniki şərtlərin alınması və qeyri-yaşayış sahəsinə uyğun sayğacların quraşdırılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsi Cavabdeh MTKnın üzərinə qoyulmalı, razılaşdırılmış layihəyə uyğun olaraq ünvan 1 ünvanda Cavabdeh MTK tərəfindən inşa edilən yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının 6 saylı girişinin 1-ci mərtəbəsində 391 m2 və 2-ci mərtəbəsində 554 m2 sahədən ibarət qeyriyaşayış sahəsinin (pilləkən və pilləkən qəfəsləri, lift və digər yardımçı qurğulara aid sahələri çıxmaqla) cəmi 945 m2 qeyri-yaşayış sahəsinin içərisi təmirsiz vəziyyətdə (Tikinti və Şəhərsalma Məcəlləsinin və bu sahədəki digər aktların tələblərinə uyğun) İddiaçı təhvil verilməsi və İddiaçı adına həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün zəruri sənədlərin (payçı olduğu barədə ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı, borcun olmaması barədə arayış və s.) verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalı, ödənilmiş dövlət rüsumunun 1.153 manat hissəsi Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 24 aprel 2019-cu il tarixli razılaşma müqaviləsinə uyğun olaraq (27 iyun 2019-cu il tarixli X2 şərtləri nəzərə alınmaqla): - 30 mart 2023-cü il tarixə ödənilməmiş icarə haqqına görə 185.000 manat, icarə haqqının ödənilməməsi ilə əlaqədar hesablanmış 25.000 manat cərimə, qeyri-yaşayış sahəsinin vaxtında təhvil verilməməsinə görə 390.000 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilsin; - Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov, Səməd Vurğun, Mərdanov Qardaşları və Salatın Əsgərova küçələrinin kəsişməsində məhəllədə yerləşən torpaq sahəsindəki yaşayış kompleksi üzrə istismara qəbul aktının rəsmiləşdirilməsi təmin edilməklə, ünvan 1 ünvanda Cavabdeh MTK tərəfindən İddiaçı təhvil veriləcək qeyri-yaşayış sahəsinin tibb mərkəzi olaraq fəaliyyət göstərəcəyini nəzərə alaraq, elektrik, su, qaz və kanalizasiya sistemləri ilə təchizatı üçün zəruri xətlərin sahənin içərisinə qədər çəkilməsi, həmçinin müvafiq elektrik, su, qaz və kanalizasiya sistemlərinin çəkilişi üçün dövlət orqanlarından texniki şərtlərin alınması və qeyri-yaşayış sahəsinə uyğun sayğacların quraşdırılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsi Cavabdeh MTK-nın üzərinə qoyulsun; - Razılaşdırılmış layihəyə uyğun olaraq ünvan 1 ünvanda Cavabdeh MTK tərəfindən inşa edilən yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının 6 saylı girişinin 1-ci mərtəbəsində 391 m2 və 2-ci mərtəbəsində 554 m2 sahədən ibarət qeyri-yaşayış sahəsinin (pilləkən və pilləkən qəfəsləri, lift və digər yardımçı qurğulara aid sahələri çıxmaqla) cəmi 945 m2 qeyri-yaşayış sahəsinin içərisi təmirsiz vəziyyətdə (Tikinti və Şəhərsalma Məcəlləsinin və bu sahədəki digər aktların tələblərinə uyğun) İddiaçı təhvil verilməsi və İddiaçı adına həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün zəruri sənədlərin (payçı olduğu barədə ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı, borcun olmaması barədə arayış və s.) verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumunun 1.153 manat hissəsi Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-89/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-89/2023
23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver