Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-896/2024 28.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 285 saylı tam orta məktəbinə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı və s" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Bakı şəhəri 285 saylı tam orta məktəbi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı və s" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1994-cü ildən 285 nömrəli tam orta məktəbin müəllimidir. *2.1*.2*23-cü il tarixdən onun əsassız və qərəzli olaraq işdən çıxarılmağı, məktəb direktorunun ona verilən səlahiyyətlərdən qanunsuz olaraq sui-istifadə etməsi, məktəb direktoru tərəfindən ona qarşı təzyiqlərə son qoyulmasını xahiş etmişdir. Qeyd edilir ki, bugünədək fəaliyyət göstərdiyi 29 il ərzində hər hansı pozuntu və etik davranış qaydalarının hansı bəndinin pozulması halı olmamışdır. Eyni zamanda onun işinə xitam verilməyi barədə hər hansı rəsmi xəbərdarlıq və məlumat veriməmişdir. Əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuş ona işdən çıxarılmağı ilə bağlı hər hansı xəbərdarlıq edilməmiş, son-haqq hesab edilməmiş, əmək kitabçası və işdən çıxarılma əmri ona təqdim olunmamışdır. Eyni zamanda onun “işdən çıxarılma səbəbi” ilə bugünədək tanış olmağına imkan yaradılmamışdır. Öz növbəsində bildirilir ki, iddiaçı fəaliyyəti zamanı heç bir pozuntuya yol verməmiş, sözügedən “İşdən çıxarılma” əmri onun 35 illik müəllim kimi fəaliyyətinə kölgə salmaq, kollektivdə və təhsilalanların yanında onun nüfuzunu aşağı endirmək məqsədi daşıyır. 285 №-li tam orta məktəbin direktoru Nuranə Yəhyayeva onu əsassız yerə “İşdən çıxartmaqla” təhsilalanların, valideynlərinin və müəllimlərin arasında ona qarşı təbliğat aparmaqla ona qarşı psixoloji zor tətbiq etməklə onun hüquqlarını kobud şəkildə pozmuşdur. Nuranə Yəhyayeva məktəbə qrup üçün müraciət edən valideyinlərə uşaqlarını qoymamağa sövq etməklə məktəbdə mövcud qrupların sayını məqsədli şəkildə süni olaraq azaltmış, son olaraq da öz məkirli məqsədiniona xoş olmayan müəllimlərin ixtisarı və represiyasını həyata keçirmiş və iddiaçı ilə bərabər məktəbin bir neçə yüksək peşəkarlığı və təcrübəsi ilə seçilən müəlliminin işinə qanunsuz olaraq son vermişdir. Nuranə Yəhyayeva özünü mütləq hakim kimi aparır və Azərbaycan Respublikasının qanunları və onların tələbləri ilə hesablaşmır. Öz şəxsi istək və ambisiyalarını hər şeydən üstün tutur və bununla müəllimləri ümumilikdə kollektivi müəyyən “neqativ” hallara təşviq edir. 285 №-li tam orta məktəbin direktoru Nuranə Yəhyayeva hansı əsasla, hansı pozuntuya görə iddiaçını işdən çıxartdığını, bununla əlaqədar toplanmış materiallarla onu tanış etməsini xahiş etdikdə, heç bir əsas gətirməmişdir. Bildirilir ki, Əmək Məcəlləsinin 88.2-ci maddəsinə əsasən işəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq hakimiyyət orqanlarına, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və işçinin razılığı ilə göndərə bilər, işçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin, işçinin şəxsi sənədlərinin, onların surətlərinin və digər sənədlərin məzmunu ilə onu tanış etmədən işəgötürən tərəfindən başqa yerə göndərilməsi yolverilməzdir. Bununla əlaqədar bildirilir ki, məktəbin direktoru barəsində toplanmış materiallarla iddiaçını tanış etməmiş, hər hansı instansiyaya göndərilməsi ilə əlaqədar razılığını almamışdır. Ağdam rayonundan məcburi köçkündür, hər hansı gəliri yoxdur, əsassız işdən çıxarılma ilə ağır maddi vəziyyətə düşmüşdür. Ulu öndər Heydər Əliyev, eləcə də onun layiqli davamçısı İlham Əliyev cənabları azərbaycan müəlliminə, müəllimlik peşəsinə, müəllimin şəxsiyyətinə ən yüksək qiyməti veriblər. Sizin kimi yüksək bilik və bacarığa malik olan peşəkar kadrın təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinin həvalə edilməsi təsadüfi deyildir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Məktəbin 285 №-li tam orta məktəbin direktoru Nuranə Yəhyayeva tərəfindən əmək qanunvericiliyinin tələbləri, eyni zamanda X7 Qaydalarının yuxarıda sadaladığı tələbləri kobud şəkildə pozulmuşdur, iddiaçıya münasibətdə kobud rəftar, hədə qorxu, psixoloji zor tətbiq etmə, kollektivin, təhsilalanların yanında şəxsiyyətinin alçaldılması, 35 illik müəllimlik fəaliyyətinə kölgə salınması, vəzifələrindən sui-istifadə edərkən heç bir hüquqi əsası olmadan iddiaçının işdən çıxarılmağı Əmək qanunvericiliyinin kobud surətdə pozulması halına yol vermişdir. İddiaçının əmək kitabçası hələ də ona təqdim edilməmişdir. Hesab edilir ki, iddiaçının işdən çıxarılmağına dair Bakı şəhər üzrə Təhsil idarəsinin *2.1*.2*23-cü il tarixli əmri ləğv edilməli, iddiaçı əvvəlki iş bərpa olunmalı və iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən Bakı şəhər üzrə Təhsil İdarəsinin *2.1*.2*23-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. 3.Daha sonra məhkəmə iclas protokol-qərardadı ilə hazırki iş üzrə cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi əsl cavabdeh Bakı şəhəri 285 saylı tam orta məktəbi ilə əvəz edilmişdir. 4.Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri 285 saylı tam orta məktəbin *2.1*.2*23-cü il tarixli əmrinin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə bərpa olunması, Bakı şəhəri 285 saylı tam orta məktəbi tərəfindən ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində ödəncin cavabdehdən tutularaq ona ödənilməsi və işburaxma zamanı ödənilməmiş məzuniyyət pulu, premiya və digər ödənclərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Bakı şəhəri 285 saylı tam orta məktəbi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə cavabdehin əsl cavabdehlə, yəni Bakı şəhəri 285 saylı tam orta məktəblə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclas protokol-qərardadı ilə hazırki iş üzrə cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi əsl cavabdeh Bakı şəhəri 285 saylı tam orta məktəbi ilə əvəz edilmişdir. Hazırda sözügedən iddia ərizəsi üzrə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin artırılmasına zərurət yaranmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 6.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və əvvəlki məhkəmə iclaslarında və iddia ərizəsində qeyd etdiyi fikirləri bir daha təsdiq edərək bildirmişdir ki, qarşı tərəf diplomunun saxta olmasına istinad edir. Halbuki, o, həmin məktəbə başqa bir diplomla, yəni X1 verdiyi musiqi müəlliməsi diplomu ilə işə götürülmüşdür. Həmçinin, o, 3* ildir ki, cavabdeh məktəbdə müəllimə olaraq çalışır. İndiyənə kimi heç vaxt inzibati tənbeh tədbirlərinə cəlb edilməmişdir. Qarşı tərəfin iddialarını qəbul etmir. Bütün qeyd edilənlər yalan məlumatlardır. Valideynlərdən alınan ərizələr isə saxtadır. Məcburiyyət qarşısında qoyularaq yazdırılmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 7.Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 2*22-2*23-cü tədris ili üçün iddiaçı tərəfindən günü uzadılmış qrupa 2* uşaq cəlb edilməsi ilə bağlı 2* ərizə yığılaraq direktora təqdim edilmişdir. Buna əsasən də günü uzadılmış qrup açılmış və iddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinin müddəti uzadılmışdır. 2*23-cü ilin aprel-may ayında yeni təyin edilmiş direktor müəyyən etmişdir ki, qrupa 2* uşaq yığılması qeyd edilsə də, hər dəfə sinifdə cəmi 3-4 nəfər şagird olmuşdur. Həmçinin, o da müəyyən olunub ki, həmin qrupda ümumiyyətlə həmin sinifdə adları keçməyən şəxslər təhsil alır. Bununla bağlı aktlar tərtib edilib və məhkəməyə də təqdim edilmişdir. Bundan başqa, həmin sinifdə qeydiyyata alınan Aylin Quliyeva adlı bir şagirdin ümumiyyətlə 2*21-ci ildən məktəbdən çıxması və başqa məktəbə keçməsi, həmçinin Ağayev Gülbahar və Ağayev Fazil adlı uşaqların iddiaçı ilə birlikdə digər müəllimin sinfində də qeydiyyata alınması müəyyən olunub. Hansı ki, jurnallarda iddiaçı tərəfindən həmin şagirdlərin dərslərdə iştirak etməsi qeyd edilib. Uşaqların günü uzadılmış qrupda qeydə alınması ilə bağlı valideynlər tərəfindən yazılması bildirilən ərizələrlə bağlı 17 valideyn məktəbə müraciət edərək ümumiyyətlə həmin ərizələrdən xəbərdar olmamalarını və elə bir ərizə yazmadıqlarını, 12 nəfər valideyn isə onların uşaqlarının ümumiyyətlə günü uzadılmış qrupda təhsil almadıqlarını bildirmişlər. Hazırda bütün bu qeyd edilən faktlarla bağlı məktəbin 3 illik fəaliyyətinin yoxlanılması üçün Maliyyə Nazirliyinə də müraciət olunub. O da qeyd edilir ki, iddiaçı faktiki olaraq qrupa yetərli uşaq cəlb edə bilməyib. Bununla bağlı hətta iddiaçıya 2*23-cü ilin sentyabrında xəbərdarlıq məktubu göndərilib və bildirilib ki, növbəti ayı 1-nə kimi 2* nəfər uşaq yığılmazsa, onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. İddiaçının əmək fəaliyyəti faktiki olaraq həmin qrupdan asılı olduğundan, yetərli uşaq cəlb edilmədiyi üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əlavə olaraq, 2*2*-ci ildə pedaqoji şuranın qərarında iddiaçının günü uzadılmış qrupunda adları və soyadları müəyyən olan 2* nəfər uşağın siyahısını təsdiq edib. Lakin iddiaçının jurnalda qeyd etdiyi 2*22-ci il qrupundan cəmi 5 nəfərin adı şuranın təsdiq etdiyi siyahıda adları keçən uşaqlardır. Yerdə qalanlar isə tamam fərqli uşaqların adlarıdır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 8.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə gəlməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 9.Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 1*.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 1994-cü ildən etibarən Bakı şəhəri 285 saylı tam orta məktəbində fəaliyyət göstərir. 1999-cu ildə iddiaçı müvafiq əmək müqaviləsi əsasında həmin məktəbdə ibtidai sinif müəllimi, 2*15-ci il tarixdə isə qrup müəllimi vəzifəsinə keçirilmişdir. Daha sonra həmin məktəbin *2.1*.2*23-cü il tarixli, 45* nömrəli Əmək müqaviləsinə xitam verilməsi barədə Əmri əsasında iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı *2.1*.2*23-cü il tarixli, 45* nömrəli Əmrin əsassız və qanunsuz olduğunu iddia edərək sözügedən əmrin ləğv edilməsini, onun əvvəlki vəzifəsinə bərpa olunmasını, cavabdeh tərəfindən ona məcburi işburaxma müddəti üçün əmək haqqının, həmçinin ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində ödəncin cavabdehdən tutularaq ona ödənilməsini, eyni zamanda işburaxma zamanı ödənilməmiş məzuniyyət pulu, premiya və digər ödənclərin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etmir. b) Mülki işin materialları: 11.Mülki işin materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilən *4.12.2*23-cü il tarixli, MŞB/6-*837 nömrəli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, 29.11.2*23-cü il tarixdə keçirilən İlkin mediasiya sessiyasında iddiaçı Y.Təranə iştirak etmiş, lakin cavabdeh iştirak etməmişdir (Mediator:Z.Ülkər). 12.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanan 3*.1*.2*23-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh günüuzadılmış qrup rəhbəri vəzifəsinə işə bərpa olunmağına köməklik göstərilməsi barədə müxtəlif instansiyalara ünvanladığı müraciətlərə Bakı Şəhəri üzrə Təhsil İdarəsində baxılmışdır. Məlumat üçün bildirilir ki, “Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili Qaydası”na əsasən, günüuzadılmış qrup məktəbin tədris-maddi bazası imkan verdiyi halda valideynlərin (digər qanuni nümayəndələrin) yazılı ərizələri əsasında l-İV sinif şagirdlərindən təşkil olunur. Şagird qrupa tədris ilinin əvvəlində həmin tədris ili müddətinə qəbul edilir və hər qrupda şagird sayı 2* nəfərdən ibarət komplektləşdirilir. Məlumat üçün bildirilir ki, Cavabdeh günüuzadılmış qrupa yetərincə şagird sayı yığılmadığından, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7* -ci maddəsinin "b" bəndinə əsasən *2.1*.2*23-cü il tarixində ləğv edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən qətnamənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa oluna bilər. Həmin Məcəllənin 294-cü maddəsinə əsasən bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. 13.Mülki işin materiallarında olan B.Qulamoğlu adına 285 nömrəli tam orta məktəbinin direktoru Nuranə Yəhyayeva tərəfindən verilən *2.1*.2*23-cü il tarixli, 45* nömrəli Əmək müqaviləsinə xitam verilməsi barədə Əmrin çıxarışının surətindən görünür ki, İddiaçı-Bakı şəhəri B.Qulamoğlu adına 285 nömrəli tam orta məktəbin Günüuzadılmış qrup tərbiyəçisi ilə bağlanmış əmək müqaviləsi ARETN-nin 7 may 2*21-ci il tarixli KQ-*9 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş Günüuzadılmış qrupların təşkili qaydasına əsasən qrupların yaradılması üçün valideyn ərizələrinin yetərli olmaması səbəbindən *2.1*.2*23-cü il tarixdə ləğv edilmişdir. Əsas kimi ARETN-nin 7 may 2*21-ci il tarixli KQ-*9 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş Günüuzadılmış qrupların təşkili qaydası, Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 7* “b” bəndi, Məktəbin Həmkarlar Komitəsinin *2.1*.2*23-cü il tarixli protokolu №26, məktəbdaxili 29.*9.2*23-cü il tarixli, 447 nömrəli ƏMR göstərilmişdir. 14.Mülki işin materiallarında olan 285 №-li Tam orta məktəbin direktoru X9 tərəfindən İddiaçı ünvanlanan 11* nömrəli, 15.*9.2*23-cü il tarixli məktubdan görünür ki, 15.*9.2*23cü il tarixədək məktəbdə təşkil olunan günüuzadılmış qruplara övladının qəbul olunması üçün valideynlər tərəfindən saat *9:**-13:** qrupuna yazılmış ərizələrin sayı 8, saat 12:3*- 16:3* qrupuna yazılmış ərizələrin sayı isə 16-dır. Nəzərə alınması xahiş olunur ki, əgər *1.1*.2*23-cü il tarixədək ərizə ilə müraciət edən valideynlərin sayı günüuzadılmış qrupların təşkili üçün yetərli olmazsa, onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. Həmin məktub iddiaçı tərəfindən oxunaraq tanış olmasına dair həmin tarixdə imza edilmişdir. 15.Mülki işin materiallarında olan Bakı şəhəri B.Qulamoğlu adına 285 nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komissiyasının İclasının *2.1*.2*23-cü il tarixli, 26 nömrəli protokolundan görünür ki, qrupların təşkili üçün yetərli sayda valideyn ərizəsi təqdim olunmadığı üçün 2 qrupun fəaliyyətinin dayandırılması və günüuzadılmış qrup tərbiyəçiləri İddiaçı və X2 nəzərinə onların ştatı ixtisara düşdüyü üçün əmək müqavilələrinə xitam verilməsi qərara alınmışdır. 16.Mülki işin materiallarında olan Bakı şəhəri Suraxanı rayonu 285 nömrəli tam orta məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Lalə Əhmədovaya həmin məktəbin şagirdləri tərəfindən ünvanlanan 25.*8.2*22-ci, 23.*8.2*22-ci, *5.*9.2*22-ci, *6.*9.2*22-ci, *5.*9.2*22-ci, 29.*9.2*22-ci, 29.*8.2*22-ci, *7.*9.2*22-ci, 29.*8.2*22-ci il tarixli ərizələrin surətindən görünür ki, həmin ərizələrdə adları çəkilən məktəbin şagirdlərinin günüuzadılmış qrupa qəbul edilməsi onların valideynləri tərəfindən xahiş edilmişdir. 17.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Nümayəndə2 ünvanlanan məktubun surətindən görünür ki, hüquqlarını müdafiə etdiyi 285 nömrəli məktəbin direktoru X4 İddiaçı məxsus olan diplomun hüquqi əsasının olmaması ilə bağlı ərizəsinin araşdırılması haqqında məlumat verilməsi barədə müraciəti Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstinta İdarəsində istintaq edilən 2*2*26*65 nömrəli cinayət işinə əlavə edilmişdir. 18.Mülki işin materiallarında olan 16.*5.2*23-cü il tarixli, 26 nömrəli aktın surətindən görünür ki, həmin tarixdə saat 12:2*-də günüuzadılmış qrupların təşkili və keyfiyyətinə nəzarət məqsədilə baxış keçirilən zaman İddiaçı rəhbəri olduğu qrupda 12 nəfər iştirak edirdi. Bunlardan 4-ü adları siyahıda olmayan M.Məmmədrza, Ə.Məhəmməd, Ə.Aylin, B.Sevinc idi. Saat 14:**-da yoxlanış aparılarkən qrup rəhbəri olsa da, heç bir şagird qrupda yox idi. 19.Mülki işin materiallarında olan 24.*5.2*23-cü il tarixli, 32 nömrəli və 26.*5.2*23-cü il tarixli, 36 nömrəli aktların surətindən görünür ki, 17.*5.2*23-cü il tarixdə məktəb rəhbərinin şifahi tapşırığına əsasən günüuzadılmış rəhbərlərinin sinif ölçüsü, şəraiti uyğun olmadığı üçün qrupları böyük ölçülü otaqlarda təşkil etməsi qərara alınmışdır. 24.*5.2*23-cü il tarixdə təkrar yoxlanış zamanı məlum olmuşdur ki, qrup rəhbəri İddiaçı məktəb rəhbərinin şifahi tapşırığına əməl etməyərək yenidən qrupu kiçik ölçülü otaqda təşkil etmişdir. 2*.Mülki işin materiallarında olan 3*.*5.2*23-cü il tarixli, 37 nömrəli aktın surətindən görünür ki, həmin tarixdə saat 13:11 radələrində günüuzadılmış qrupun yoxlanılması zamanı qrup rəhbəri X3 qrupunda 7 şagird, İddiaçı qrupunda 2 şagird olduğu görünmüşdür. 21.Mülki işin materiallarında olan İddiaçı və Suraxanı rayonu 285 saylı məktəb arasında *1.*9.1999-cu il tarixdə bağlanan əmək müqaviləsinin (kontraktının) surətindən görünür ki, həmin müqavilə əsasında İddiaçı həmin məktəbdə ibtidai sinif müəllimi ixtisası üzrə işə qəbul edilmişdir. 22.Mülki işin materiallarında olan *2.1*.2*23-cü il tarixli, 6* nömrəli Aktın surətindən görünür ki, *2.1*.2*23-cü il tarixdə günüuzadılmış qrupların təşkili üçün yetərli valideyn ərizəsi olmaması səbəbilə ixtisara düşərək əmək müqaviləsinə xitam verilən günüuzadılmış qrup tərbiyəçiləri İddiaçı və X6 əmrlə tanış olmaq və əmək kitabçalarını təhvil almaq üçün direktorun otağına dəvət edilmiş, əmək müqavilələrinə xitam verilməsi barədə xəbərdar edilmişlər, lakin onlar əmrdən çıxarışı və əmək kitabçalarını götürməkdən imtina etmişlər. 23.Mülki işin materiallarında olan Suraxanı rayonu 285 saylı məktəb üzrə verilən *1.1*.1994-cü il tarixli, 27 nömrəli Əmrdən çıxarışdan görünür ki, İddiaçı həmin tarixdən *1.12.1994-cü il tarixədək müvəqqəti olaraq musiqi və nəğmə müəllimi təyin edilmişdir. 24.Mülki işin materiallarında olan Suraxanı rayonu 285 saylı məktəb üzrə verilən 14.*9.2*14-cü il tarixli, 8* nömrəli və *2.*9.2*15-ci il tarixli, 8* nömrəli, 15.*9.2*15-ci il tarixli, 1*8 nömrəli Əmrlərdən çıxarışdan görünür ki, İddiaçı günüuzadılmış qrup rəhbəri təyin edilmişdir. 25.Mülki işin materiallarında olan İddiaçı məxsus *2714*6 nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 15.*9.2*15-ci il tarixdə ərizəsi nəzərə alınmaqla müvəqqəti günüuzadılmış qrup tərbiyəçisi vəzifəsinə təyin edilmiş, *2.1*.2*23-cü il tarixdə isə qrupların yaradılması üçün valideyn ərizələrinin yetərli olmaması səbəbindən əmək müqaviləsi həmin tarixdən ləğv edilmişdir. 26.Mülki işin materiallarında olan B.Qulamoğlu adına 285 nömrəli tam orta məktəb tərəfindən verilən *6.*8.2*24-cü il tarixli, 178 nömrəli Arayışdan görünür ki, X5 *9.*9.2*21ci il tarixli, 356/1 nömrəki məktəbdaxili əmrə əsasən Bakı şəhəri Suraxanı rayonu Bünyadəli Qulamoğlu adına 285 nömrəli tam orta məktəbdən Bakı şəhəri Sabunçu rayonu 255 nömrəli tam orta məktəbə yerdəyişmə etmişdir. 27.Mülki işin materiallarında olan Sabunçu rayonu 255 nömrəli tam orta məktəb tərəfindən verilən *5.*8.2*24-cü il tarixli, 3*5 nömrəli Arayışdan görünür ki, X5 B.Qulamoğlu adına 285 nömrəli tam orta məktəbdən Sabunçu rayonu 255 nömrəli tam orta məktəbə 13.*9.2*21-ci il tarixli, 156 nömrəli əmrə əsasən İV B sinfinə qəbul olunub. 2*24-2*25-ci il tədris ilində məktəbin Vİİ B sinfində təhsil alacaq. 28.Mülki işin materiallarında olan Bakı şəhəri Suraxanı rayonu B.Qulamoğlu adına 285 nömrəli tam orta məktəbin direktoru Nuranə Yəhyayevaya valideynlər tərəfindən yazılan 2*24-cü il tarixli izahatlardan görünür ki, uşaqlarının günüuzadılmış qruplarda təhsil almalarına dair yazılan ərizələr onlara aid deyil, ərizələrin kim tərəfindən yazıldığını və imzalandığını bilmirlər. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 29.Məhkəmə ilk növbədə “cavabdeh Bakı şəhəri 285 saylı tam orta məktəbin İddiaçı işdən azad edilməsi barədə *2.1*.2*23-cü il tarixli, 45* nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaхma günlərinə görə aylıq əmək haqqının, eyni zamanda ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində ödəncin, işburaxma zamanı ödənilməmiş məzuniyyət pulu, premiya və digər ödənclərin cavabdehdən iddiaçının xeyrinə tutulması” məzmunlu iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tələbin “cavabdeh Bakı şəhəri 285 saylı tam orta məktəbin İddiaçı işdən azad edilməsi barədə *2.1*.2*23-cü il tarixli, 45* nömrəli əmrinin ləğv edilməsi” hissəsi əsas, qalan “iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaхma günlərinə görə aylıq əmək haqqının, eyni zamanda ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində ödəncin, işburaxma zamanı ödənilməmiş məzuniyyət pulu, premiya və digər ödənclərin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissələri isə ondan törəmə tələblərdir. Buna görə də tələbin “əmrin ləğv edilməsi” barədə olan hissəsi məhkəmə qaydasında müfəssəl araşdırılmalı, digər tələblərə də həmin tələbin əsaslı olubolmaması nəticəsində müvafiq hüquqi qiymət verilməlidir. 3*.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. 31.Əmək Məcəlləsinin 9-cu maddəsinin “q” bəndinə görə, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 32.Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b”, “c” və “e” bəndlərinə və 2-ci hissəsinə görə, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. 33.Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 34.Həmin Məcəllənin 7*-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 35.Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 36.Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 37.Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 38.Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 7*-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. - bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; - bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; - beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; - on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 39.Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 4*.Əmək qanunvericiliyinin istinad olunan normalarının məzmunundan aydın olur ki, hazırki mülki iş üzrə iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin bağlanması nəticəsində əmək münasibətləri yaranmış və bu münasibətlərə əsasən, iddiaçı işçi, cavabdeh isə işəgötürən hesab olunmuşdur. Tərəflər arasındakı əmək münasibətləri həmin əmək müqaviləsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq tənzimlənməlidir. Əmək qanunvericiliyinə görə, işəgötürənin əsas vəzifələrindəndir ki, Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirsin, əmək müqavilələrini həmin Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozsun. “Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər” məzmunlu norma imperativ xarakter daşımaqla işəgötürən tərəfindən öz hüquqlarından sui-istifadə edilməsinə mane olur. 41.Hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə *2.1*.2*23-cü il tarixli, 45* nömrəli əmrlə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əsas kimi qrupların təşkil edilməsi üçün yetərli sayda valideyn ərizəsinin təqdim olunmaması, bunun nəticəsində İddiaçı və onla bərabər digər işçi X2 ştatının ixtisara düşməsi olmuşdur ki, nəticədə onlarla bağlanmış əmək müqavilələrinə cavabdeh tərəfindən xitam verilmişdir. İddiaçı hazırda onun əmək müqaviləsinə cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq işdən çıxarıldığını iddia etsə də, iddiasını əsaslandıra biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir və məhkəmə tərəfindən də həmin ahllar aşkar edilməmişdir. 42.Məhkəmə bu yerdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. 43.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 44.Hazırki iş üzrə iddiaçı Y.Təranə iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Lakin iddiaçıdan fərqli olaraq cavabdeh tərəfindən iddianın əsassız olmasına dair yetəri qədər sübut məhkəməyə təqdim edilmişdir. 45.Belə ki, iş materiallarından və məhkəmə iclasında tərəflərin izahatlarından aydın olmuşdur ki, iddiaçı cavabdeh olan məktəbdə günüuzadılmış qrup rəhbərlərindən biri olmuş, həmin qruplarda da “Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili Qaydası”na əsasən İ-İV siniflər üzrə azı 2* nəfər şagirdin olması nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi ştat üzrə həmin ştatın saxlanılması üçün yetəri qədər şagird sayı olmalı idi. Halbuki, cavabdeh tərəfindən sübut kimi məhkəməyə təqdim edilən sənədlərdən aydın olur ki, iddiaçının rəhbərlik etdiyi qruplarda nəzərdə tutulmuş qaydada yetərli şagird sayı olmamışdır. Bunu iş materiallarında olan iddiaçının qanunsuzluğu barədə tərtib edilən aktlar da təsdiq edir. Belə ki, cavabdehin səlahiyyətli şəxsləri tərəfindən tərtib edilən aktlardan görünür ki, bir neçə dəfə iddiaçının rəhbərlik etdiyi qruplara baxış keçirilmiş, lakin həmin qruplarda 2* nəfərdən az uşağın olduğu müəyyən edilmişdir. Bununla bağlı hətta iddiaçı məktəb direktoru tərəfindən daha əvvəl onun rəhbərlik etdiyi günüuzadılmış qrupların təşkili üçün valideyn ərizələrinin sayının yetərli olması barədə xəbərdar edilmişdir. Lakin buna baxmayaraq iddiaçı cavabdeh tərəfindən edilən xəbərdarlığa əməl etməmiş, barəsində müvafiq aktlar tərtib edilmişdir. Bundan başqa, iddiaçı iş materiallarında olan qrupun təşkil olunması üçün yetərli sayda valideyn ərizələrinin olmasına istinad etsə də, həmin ərizələrin saxta olması cavabdehin təqdim etdiyi sübutlar əsasında öz təsdiqini tapmışdır. Belə ki, həmin ərizələrdə bir qrup valideyn öz uşaqlarının günüuzadılmış qrupa yazılmasını xahiş etsələr də, cavabdehin təqdim etdiyi (hansı ki iddiaçının təqdim etdiyi ərizələri yazdığı iddia edilən valideynlər) valideynlərin izahatlarından görünür ki, həmin valideynlər qeyd edilən ərizələrin onlara aid olmadığını, ərizələrin ümumiyyətlə kim tərəfindən yazıldığı və imzalandığından xəbərdar olmadıqlarını bildirmişlər. Bundan başqa, iş materiallarında günüuzadılmış qrup jurnalından görünür ki, iddiaçının günüuzadılmış qrupunda şagirdlərin siyahısında adı qeyd edilən şagirdlərdən bir neçəsinin əslində həmin sinifdə oxumadığı müəyyən edilmişdir. Misal üçün jurnalda adı qeyd edilən Quliyeva Aylin adlı şagird əslində iddiaçının işlədiyi məktəbin şagirdi olmamışdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, həmin şagird (X5) B.Qulamoğlu adına 285 nömrəli tam orta məktəbdən Sabunçu rayonu 255 nömrəli tam orta məktəbə 13.*9.2*21-ci il tarixli, 156 nömrəli əmrə əsasən İVB sinfinə qəbul olunub. Göründüyü kimi iddiaçı tərəfindən mövcud ştatın saxlanılması məqsədilə 2*23-cü il üzrə tərtib edilən jurnalda həmin dövrdə məktəbdə oxumayan şagirdlərin adı qeyd edilmiş, bununla da iddiaçı tərəfindən qanunsuzluğa yol verilmişdir. 46.Bundan başqa, iddiaçı mübahisələndirilən əmrdən xəbərsiz olduğunu, işdən hansı əsasla çıxarılmağı barədə məlumatının olmamasını qeyd etsə də, iş materiallarında olan 6* nömrəli aktdan görünür ki, iddiaçı və ştatı ixtisar edilən digər müəllim məktəbin direktoru tərəfindən çağrılmış, qrupun təşkil olunması üçün yetəri sayda valideyn ərizəsinin olmamasına görə onların tutduqları ştatların ixtisar edildiyini və bununla əlaqədar olaraq onlarla bağlanılmış əmək müqavilələrinə xitam verilməsi barədə onlara bildirilmiş, əmrdən çıxarışı imzalamaları və əmək kitabçaları götürmələri təklif edilmiş, lakin onlar bundan imtina etmişlər. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya cavabdeh tərəfindən iddiaçının ştat sayı ixtisar edildiyi üçün başqa məktəbdə işləməsi təklif edilmiş, lakin iddiaçı bu təklifi qəbul etməmişdir. 47.Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi tam qanuni və əsaslı olmuşdur (əksi iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir). Buna görə də hazırki iş üzrə iş üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmadığına və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmadığına görə iddiaçının tələbi *2.1*.2*23-cü il tarixli, 45* nömrəli əmrinin ləğv edilməsi hissəsində əsassız hesab edilməklə rədd edilməlidir. 48.Daha sonra məhkəmə iddia tələbin digər hissələrinə, yəni iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması, Bakı şəhəri 285 saylı tam orta məktəbi tərəfindən ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində ödəncin cavabdehdən tutularaq ona ödənilməsi və işburaxma zamanı ödənilməmiş məzuniyyət pulu, premiya və digər ödənclərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissələrinə münasibətdə isə qeyd edir ki, iddia əsas hissədə rədd edildiyindən və qeyd edilən tələblər ondan törəmə tələblər olduğundan həmin hissələrdə də tələb rədd edilməlidir. 49.Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən əmrin ləğvinə qədər əgər ödənilməmiş məzuniyyət pulu, premiya və digər ödənclərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qeyd olunsaydıda belə bununla bağlı ilk öncə iddiaçı işlədiyi dövrdə ərizə ilə işəgötürənə rəsmi müraciət etməli idi. Lakin iddiaçınn işəgötürənə qarşı belə bir ərizəsinin olması barədə sübutu məhkəməyə təqdim edə bilməmişdir. 5*.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 285 saylı tam orta məktəbinə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı və s" tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. 51.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 53.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 54.Həmin Məcəlləniin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 55.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 56.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 57.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 285 saylı tam orta məktəbinə qarşı "əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı və s" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-896/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-896/2024
28.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver