Məhkəmə qərarları › İş №2(006)-9/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-9/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-9/2025 21.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətini cəlb etməklə cavabdehlər X1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «cavabdehlərə kirayə haqqı ödənilməklə onların gələcəkdə inşa ediləcək binada təmirli mənzil ilə təmin edilməsi şərti ilə azyaşlı uşaqları ilə birlikdə yaşadıqları fərdi yaşayış evindən çıxarılaraq, evin boşaldılması və evin sökülməsinin iddiaçıya həvalə edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətini cəlb etməklə cavabdehlər X1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «cavabdehlərə kirayə haqqı ödənilməklə onların gələcəkdə inşa ediləcək binada təmirli mənzil ilə təmin edilməsi şərti ilə azyaşlı uşaqları ilə birlikdə yaşadıqları fərdi yaşayış evindən çıxarılaraq, evin boşaldılması və evin sökülməsinin iddiaçıya həvalə edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Hazırda tərəflərin məhkəmənin çağırışına gəlməmələri iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. İddianın baxılmamış saxlanıması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətini cəlb etməklə cavabdehlər X1, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «cavabdehlərə kirayə haqqı ödənilməklə onların gələcəkdə inşa ediləcək binada təmirli mənzil ilə təmin edilməsi şərti ilə azyaşlı uşaqları ilə birlikdə yaşadıqları fərdi yaşayış evindən çıxarılaraq, evin boşaldılması və evin sökülməsinin iddiaçıya həvalə edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar