Məhkəmə qərarları › İş №2(006)-936/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-936/2025

06.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-936/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 və Maraqlı şəxs2 Kazimoviçi maraqlı şəxs qismində cəlb etdiyi "qohumluq faktının müəyyən olunmasına dair" ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etdiyi "qohumluq faktının müəyyən olunmasına dair" ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı mərhum X8 atası- X12 və anası X9 ilə qohumluq faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi mərhum həyat yoldaşı X16 01 fevral 1961-ci ildə Ermənistan Respublikasının Kalinino rayonunun Mixaylovka kəndində anadan olmuş və 1979-cu ildə oradan Sovet Ordusuna xidmətə çağırılmışdır. Hərbi xidmətdən Səmərqənd Ali Hərbi Məktəbə oxumağa göndərilmiş və oranı bitirdikdən sonra peşəkar zabit kimi Sovet Ordusunda xidmətə başlamış və 1992-ci ilin avqust ayınadək orada xidmət etmişdir. Peşəkar hərbçi olan həyat yoldaşı Əfqanıstanda xidmətdə olarkən onun doğulub boya başa çatdığı Ermənistan Respublikasının Kalinino rayonunda yaşayanlar öz doğma yurdlarından qovulduğundan onun bütün əmlakı o cümlədən də bütün sənədləri Ermənistanda qalmışdır. Həyat yoldaşı 1987-1989-cu illərdə Əfqanıstanda (beynəlmiləl döyüşçüdür) və 1992-1998-ci illərdə Azərbaycanda ən qaynar döyüş nöqtələrində həyat yoldaşı ilə yəni onunla çiyin-çiyinə ermənilərə qarşı döyüşmüş və Azərbaycan millətinə örnək olan bir ailə olmuşlar. Həyat yoldaşının X2 və anası X3 da 1988-ci ilədək orada yaşamış və məlum hadisələrə görə oradan qaçqın düşmüşlər. Həyat yoldaşı mərhum Vəli Kazım oğlunun Bayramov 2012-ci ildə dünyasını dəyişməsi səbəbindən onun arvadı kimi onun doğum haqqında şəhadətnaməsinin məhkəmə qaydasında bərpa olunması üçün iddia ərizəsini o yazmalı olub. Əlavə olaraq bildirir ki, onun atası mərhum X12 2002-ci ildə Abşeron rayonu Ceyranbatan qəsəbəsində dünyasını dəyişib, orada dəfn olunub və anası mərhum X3 2017-ci ilin fevral ayında İsmayıllı rayonunun İvanovka kəndində dünyasını dəyişib və orada dəfn olunub. Onun həyat yoldaşı 12 il öncə vəfat etməsinə baxmayaraq ona ölüm haqqında şəhadətnamə almamışdır. Yaxın zamanda Nəsimi Məhkəməsi tərəfindən onun ölüm faktının tanınması ilə bağlı qətnamə çıxarıldı və ona əsasən onun ölüm sənədini aldı. Lakin, onun doğum haqqında şəhadətnamə sənədi 1988-ci ildə Ermənistanda qaldığından o vərəsəlik hüququ ala bilmir. Daha sonra Ərizəçi iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ünvanlayaraq, mərhum əri X8 atası- X12 və anası X10 olduğunu ildirmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Maraqlı şəxs1nə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Bunu nəzərə alan məhkəmə işə Maraqlı şəxs1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən maraqlı şəxs qismində ifadə verən Maraqlı şəxs2 izahatında bildirdi ki, X16 onun qardaşıdır. X1r və Gürcüstanda dünyaya gəlib, anası X5r və Gürcüstanda dünyaya gəlib . Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən X15 izahatında bildirdi ki, o, Ermənistanda dünyaya gəlib. X8 bacısıdır. X2, anası X5r. Məhkəmə iclasında ərizəçi tərəfindən şahid qismində ifadə verən X7 izahatında bildirdi ki, o, Ərizəçi bacısıdır, X8 X2, anası X5r. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən (xxxxxxx) görünür ki, Ərizəçi doğum tarixi xx.xx.1959-cu ildir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan Rayon Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Azərbaycan Respublikasının müharibə veteranıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə veteranlar üçün müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür, X16 və X11 xx.xx.1998-ci il tarixdə nikaha daxil olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir İş materiallarında olan X13 məxsus Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığı tərəfindən verilmiş hərbi biletdən görünür ki, xx.xx.1980-xx.xx.1992, xx.xx.1992xx.xx.2002-ci il tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunun təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum) tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş X4 ölümü haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, 22 fevral 2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Kazım Bayramovun və Xeyransa İsmayılovanın doğumu və nikahı haqqında akt qeydinə dair məlumat aşkar edilmədi. Məhkəmə ərizəçinin izahatına, şahidin ifadəsinə və iş üzrə toplanmış digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Hazırki işdə ərizəçi əlində olan vasitələrlə həyat yoldaşı mərhum X8 X12 və X4 övladı olmasını əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.1-ci və 307.2.8-ci maddələrinə görə məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsin əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X8 X12 və X4 övladı olması faktı müəyyən (təsdiq) edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216220, 307, 308, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X8 X12 və X4 övladı olması faktı müəyyən (təsdiq) edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar