Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-94/2022 06.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair iddia və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2 qarşı “yaşayış sahəsinin açıq hərracdan satılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, mərhum oğlu X4 cavabdeh Həsənova (Şükürlü) Kəmalə Faiq qızı ilə 11.01.2014-cü il tarixdə rəsmi nikah bağlamışlar, 5 il bir yerdə yaşamışlar və onların övladı olmamışdır. Övladlarının olmamasının səbəbi gəlinində olmuşdur. Bu hal “Azər-Türk” Klinikası tərəfindən verilmiş rəylə də təsdiq olunur. Buna baxmayaraq onlar ailənin dağılmasının tərəfdarı olmamışlar. Cavabdehin bir çox dələduzluq, oğurluq və müəllimə yaraşmayan biabırçı digər hərəkətlərinə görə 27.09.2019-cu il tarixdə oğulları X4 ürəyin aterosklerotik xəstəliyi səbəbindən qəflətən vəfat etmişdir. Bu rəsmi sənəddə qeyd olunan ölüm səbəbidir. Əslində isə oğullarının ölməsinin səbəbi birbaşa cavabdehlə əlaqəlidir. Belə ki, oğulları Cavabdeh və onun yaxın qohumları ilə birlikdə 01.08.2019-cu il tarixdə Türkiyə Respublikasına istirahət etmək üçün yollanmışlar və orada cavabdeh tərəfindən və ya onun sifarişi ilə digər şəxs tərəfindən oğullarına qarşı cinayət əməlləri törədilmiş və oğulları Türkiyədən zəhərlənmə əlamətləri ilə qayıtdıqdan sonra 11 gün ərzində 15 kq arıqlamış 27.09.2019-cu il tarixdə vəfat etmişdir. Hal-hazırda bu faktla bağlı prokurorluq orqanlarında araşdırma aparılır. Məhz, oğulları X4 vəfat edən kimi cavabdeh tərəfindən dərhal notariat orqanına müraciət olunmuş, vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmışdır. Bundan sonra Cavabdeh ünvan 3, ev 48-də yerləşən 71 nömrəli mənzilə 1/3 hissədə pay əldə etmişdir və bu barədə ona 17.06.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmçinin 14.05.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında onların ünvan 3 ev 48-də yerləşən 71 nömrəli mənzilə dair o - İddiaçı1 1/3 hissədə, o - İddiaçı2 1/3 hissədə paya irs almaq hüquqları tanınmış və həmin mənzilə mülkiyyət huquqları 05.06.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Qeyd edir ki, oğulları vəfat edən günün səhəri ünvan 3 ev 48-də yerləşən 71 nömrəli mənzilin giriş qapısının açarları və digər onlara məxsus qiymətli əşyalar cavabdehdə qalmış, dəfələrlə ondan qapının açılması tələb olunsa da, o, bundan qəti şəkildə imtina etmişdir. Hətta oğullarının mübahisəli mənzildə cümə axşamı verilməsinə də, cavabdeh və onun atası tərəfindən maneçilik törətmişdir. Hazırda onlar mülkiyyətlərində olan mənzilə cavabdeh tərəfindən yaradılmış maneələr səbəbindən bu gunədək daxil ola bilmirlər və ona görə də hazırkı iddianın qaldırılmasına zərurət yaranmışdır. Yuxarıda qeyd edilənlərə əsasən onların ünvan 3, ev 48-də yerləşən 71 nömrəli mənzilə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və onların ünvan 3, ev 48-də yerləşən 71 nömrəli mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2 qarşı “yaşayış sahəsinin açıq hərracdan satılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh qarşı “mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrə son qoyulması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Mərhum yoldaşı X1 rayonu, Cavadxan küçəsi, ev 48-də yerləşən əvəllər "xxxx" adlanan Mənzil-Tikinti Kooperativi binasında 01 oktyabr 2002-ci ildə 71 saylı mənzili müqavilə əsasında almışdır. 2011-ci ildə DƏDRX tərəfindən mənzilə çıxarış verilmişdir. 2003-cü ildən 2014-cü ilə qədər mənzildə yaşayış olmamışdır. 2014-cü ildə Həsənov Teymur ailə qurduqdan sonra onunla birlikdə bu mənzildə yaşamağa başlamışdır. 27.09.2019-cu ildə Həsənov Teymur vəfat etmişdir. Sonra o, bu mənzildə yaşamağa davam etmişdir. Ona sözügedən mənzilə dair notarial qaydada vərəsəlik hüququ haqqında şəhadətnamə də verilmişdir. Bundan əlavə o - Cavabdeh ünvan 3, ev 48-də yerləşən 71 nömrəli mənzilə 1/3 hissədə pay əldə etmiş və bu barədə ona 17.06.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan başqa ünvan 1 ünvanında mərhum yoldaşı X3 məxsus fərdi yaşayış evindən 1/3 hissədə pay əldə etmişdir və bu barədə ona 12.06.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı1 iddia tələbini qəbul etmir. Hesab edir ki, iddia tələbi əsassızdır və aralarında ciddi mübahisələr olduğuna görə rədd edilməlidir. Onlar bir yerdə yaşaya bilməz. Bu səbəbdən də qeyd olunan əmlaklar hərracdan satılaraq hər bir kəsə pul şəklində vəsaitlər ödənilməlidir. Onlar məhkəmənin ədalətli qərar qəbul edəcəyinə inanır. Yuxarıda qeyd olunanlara əsasən sözügedən yaşayış evinin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin; mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi zərurəti yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən ünvan 3, ev 48-də yerləşən 71 nömrəli mənzilin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin 1/3 hissəsinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-584/2021 saylı, 21.12.2021-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” ilkin iddia və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2 qarşı “yaşayış sahəsinin açıq hərracdan satılması” qarşılıqlı iddia üzrə 2(006)-584/2021 saylı mülki işdən ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbi ayrılaraq, ayrıca icraatda baxılması və ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2 ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair mülki işə nömrə verilməsi məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddiaya etiraz edərək iddia rədd edilməsini xahiş etmişdir. Digər iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, notarial qaydada təstiq edilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 48, mənzil 71 xüsusi mülkiyyət hüququ üzrə 1/3 hissədə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 05.06.2020-ci il tarixdə ********** nömrə ilə, xüsusi mülkiyyət hüququ üzrə 1/3 hissədə isə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 05.06.2020-ci il tarixdə qeydiyyata alınmışdır 5 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 23.10.2019cu il tarixli, AZ-İİ 047055 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ürəyin aterosklerotik xəstəliyi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 23.10.2019-cu il tarixdə 1347 nömrə ilə qeyd edilmişdir. 14.05.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 27.09.2019-cu il tarixində vəfat etmiş X2 vərəsələri: İddiaçı1 və o miras əmlakdan 1/3 hissədə pay irs almalıdır; İddiaçı2 və o əmlak mirasdan 1/3 hissədə pay irs almalıdır; Digər vərəsə Cavabdeh mirasda payı, yəni mirasın 1/3 hissəsi açıq saxlanılmışdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarından göründüyü kimi 14.05.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, iddiaçılar 27.09.2019-cu il tarixində vəfat etmiş X2 qanun üzrə vərəsələri qismində tanınmış və hər biri ünvan 3 48 saylı evin 71 saylı mənzilinin 1/3 hissinə mülkiyyət hüququnu əldə etmişlər. Hazırda İddiaçı1 və İddiaçı2 məhkəməyə müraciət edərək onların Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 35, mənzil 33-ə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Belə ki, Mülki Məcəllənin (bundan sonra – MM) 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. MM-nin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Baxılan mülki işdə İddiaçı1 və İddiaçı2 mübahisəli mənzilin hər biri 1/3 hissəsinin mülkiyyətçisi olması işin mübahisələndirilməyən halıdır. Həmçinin işin mübahisələndirilməyən hallarına iddiaçılarının mənzil üzərində faktiki sahiblikdən məhrum olması halı da aiddir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar ünvan 3 48 saylı evin 71 saylı mənzilinə köçürülməsinə dair iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malik olsa da, iddia qismən təmin edilməli və onlar, yalnız mübahisəli mənzilin hər birinin mülkiyyətində olan 1/3 hissəsinə köçürülməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı1 və İddiaçı2 ünvan 3 ünvanında yerləşən 48 saylı evin 71 saylı mənzilinin özünə aid (hər birinə məxsus 1/3 hissəyə) hissəsinə köçürülsün. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-94/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-94/2022
06.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver