Məhkəmə qərarları › İş №2(006)-941/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-941/2025

04.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-941/2025 04.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyumluğun verilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyumluğun verilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1997-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və ona qəyyumluğun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1 İ qrup ümumi əlildir və hərbi xidmətə yararsızdır. X1 doğulandan xəstə olmaqla, əsəbi və nasazdır. Ağıl zəifliyi, nitq davranış pozuntuları vardır. Bu barədə Səhiyyə Nazirliyindən alınmış sübut növü kimi Forma 027 saylı sənədi ərizəsinə əlavə etmişdir. Hazırda X1 ruhi xəstə olmaqla anlaqsızdır, özünü idarə etmək qabiliyyətinə malik deyil, oğlu Teymuru onun qəyyumluğuna verilməsinə, onun adından bütün hərəkətləri etmək, onu aparıb-gətirməyi sağlamlığında olan problemlərlə əlaqədar özü məşğul olmaq istəyir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin iştirakı və izahatları: Ərizəçi məhkəmə iclasında iştirak edərək ərizəsini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizə üzrə işə maraqlı şəxsin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Nəsimi ƏSMM tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş 080047 nömrəli vəsiqənin surətindən görünür ki, X6 birinci qrup ümumi xəstəlik səbəbindən əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 saylı Tibbi Sosial Ekspert Komissiyasının 564913 nömrəli təkrar müayinədən keçən əlillər üçün arayışının surətindən görünür ki, 1997-ci il təvəllüdlü X6 ümumi xəstəlikdən müddətsiz birinci dərəcəli əlildir və əmək qabiliyyətsizdir. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 09 aprel 1997-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08 mart 1997-ci ildə anadan olmuşdur, valideynləri X3 və anası Ərizəçidır. SX seriyalı № ******* hərbi biletin surətindən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü X6 xidmət etməyib. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 454 nömrəli rəyində qeyd edilmişdir ki, X4 orta dərəcəli əqli gerilik, davranış pozuntuları müəyyən edilir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. 34.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir. 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. 34.3-cü maddəsinə əsasən qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı onların qəyyumlarının və himayəçilərinin fəaliyyətinə nəzarət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iş materiallarında olan sənədlər və həmçinin təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə X2 tam fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün kifayət qədər əsaslar müəyyən edilmişdir. Odur ki, ərizə əsaslı olduğundan təmin edilməli, öz hərəkətlərinin mənasını dərk etməyən və onları idarə etmək iqtidarında olmayan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Lakin, məhkəmə ərizəçinin ərizəsinin fəaliyyət qabiliyyəti olmayan şəxs üzərində qəyyumluğun təyin edilməsi barədə hissəsi ilə bağlı qeyd edir ki, şəxsin üzərində qəyyumluğun təyin edilməsi müvafiq icra hakimiyyətinin (qəyyumluq və himayəçilik orqanının) səlahiyyətindədir. Odur ki, bu hissədə ərizə təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1997-ci təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar