Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-945/2025 25.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı şəhəri "Asan Xidmət" X20ni maraqlı şəxs qismində cəlb etdiyi "doğum faktının müəyyən olunmasına dair" ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası, Ədliyyə Nazirliyi 1 saylı Bakı şəhəri "Asan Xidmət" X20ni maraqlı şəxs qismində cəlb etdiyi "doğum faktının müəyyən olunmasına dair" ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1964-cü il tarixdə Ermənistanın Meqri rayonunda doğulmağı, adının Natiq, soyadının Məmmədov kimi yazılması, atasının X18, anasının isə X12, atasının milliyəti azərbaycanlı, anasının milliyəti azərbaycanlı yazılmaqla doğum faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.1964-cü il tarixdə Ermənistan Meqri rayonunda doğulmuş və o 1964-cü ildə Ermənistan SSR-nin Meqri rayonu VVAQ İdarəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Bildirir ki, o Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış Ermənistan SSRdən qaçqın düşmüş şəxslərin siyahısındadır. O oradan qaçqın düşdükdən sonra özünə aid bir çox sənədləri, o cümlədən doğum haqqında şəhadətnaməsini də gətirmişdi. Lakin qaçqınlıq həyatı sürdüyü üçün və bu səbəbdən də yaşayış yerini bir neçə dəfə dəyişdiyi üçün doğum haqqında şəhadətnaməsini harada itirdiyini xatırlaya bilmir. Hazırda o arxivə müraciət edə bilmir. Ona görə ki, Ermənistana gedə bilmədiyi üçün “X5 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar” ın 13-cü bəndinə əsasən yaşadığı yerin qeydiyyat şöbəsinə müraciət etmiş və doğum akt qeydinin yaşadığı yerin qeydiyyat şöbəsinə müraciət etmiş və doğum akt qeydinin bərpa olunmasını istəmiş, lakin oradan ona bildirdilər ki, doğum haqqında şəhadətnamə təqdim olunmadığı üçün ərizənin təmini şöbədə mümkün olmamışdır. Bildirir ki, hamıya bəli olan fakt bundan ibarətdir ki, Qarabağ münaqişəsinə görə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hər hansı rəsmi-diplomatik münasibətlər təsis edilməyib. Əgər belə bir münasibət mövcud olsaydı, onun doğum akt qeydinin Azərbaycanda bərpasına ehtiyac da qalmazdı. Məhz bu səbəbdən – Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər olmadığından, onun Azərbaycanda doğum akt qeydinin bərpa olunmasına zərurət yaranıb. Bildirir ki, doğum haqqında .əhadətnamənin olmasını şəhadətnaməni görən şahidlərdə təsdiq edə bilərlər. O təkrarən doğum haqqında şəhadətnaməsini almaq üçün Azərbaycan Respublikası, Ədliyyə Nazirliyi 1 saylı Bakı şəhəri, “Asan Xidmət X20” nə müraciət etmiş, lakin əsaslı sənədlər olmadığı üçün doğum haqqında şəhadətnaməni verməkdən şöbədə imtina etmişlər. xx.xx.1964-cü il tarixdə Ermənistan Meqri rayonunda doğulmağı, adının Natiq, soyadının Məmmədov kimi yazılması, atasının X18, anasının isə X13, atasının milliyəti azərbaycanlı, anasının milliyəti azərbaycanlı yazılmaqla doğulmağı ilə bağlı doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Həmçinin bildirir ki, bacı və qardaşının doğum şəhadətnamələrinin surətini işə əlavə edir. Şahid qismində bacı qardaşı onun doğum şəhadətnaməsinin olduğunu gəlib təsdiq edə bilərlər. Belə ki, qardaşı X14 və X6 şahid qismində iştirak edə bilərlər və ona görə də onların şahid qismində iştirak edə bilərlər və ona görə də onları şahid qismində işə əlavə olunmasını da xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı şəhəri "Asan Xidmət" X20nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X21 bildirir ki, Ərizəçi onun qardaşıdır və xx.xx.1964-cü il tarixdə Ermənistanda doğulub. Məhkəmə iclasında şahid qismində iştirak edən X9 bildirir ki, Ərizəçi onun yoldaşının qardaşıdır və xx.xx.1964-cü il tarixdə Ermənistanın Meqri rayonunda doğulub. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi (AZE ********) xx.xx.1964-cü il tarixində Ermənistan, Meqri rayonunda doğulmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X22 (AZE ********) xx.xx.1938-ci il tarixində Ermənistan, Meqri rayonunda doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri 1 saylı notariat ofisinin Xüsusi notariusu X4 həqiqiliyini təsdiq etdiyi Ermənistan SSR doğum haqqından şəhadətnamənin tərcüməsindən görünür ki, X21 26 avqust 1968-ci ildə Ermənistan SSR Meğri rayonu Lehvaz kəndində anadan olmuşdur. X3, anası X7r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. X1, anası X10r. İş materiallarında olan 1 saylı Bakı “Asan Xidmət” X20 İmişli «Asan xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubda görünür ki, doğum haqqında akt qeydinin bərpası ilə bağlı “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ- hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarının 14-cü bəndinə əsasən məhkəməyə müraciət etməyi tövsiyə olunur. İş materiallarına əlavə olunmuş AZ-İİ 422212 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 435 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ 722061 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 377 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə X2 ilə nikaha daxil olmuşdur. İş materiallarına X16 adına olan nikah haqqında şəhadətnamə, diplom və hərbi bilet əlavə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44-cü maddəsinin tələbinə görə, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş X5 X17 2.5.4-cü bəndinin tələbinə görə doğumun qeydə alınması üçün digər sənədlərlə yanaşı uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə əsasən qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmədə ərizəçinin izahatı, təqdim olunmuş sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxx 1964-cü il tarixdə Ermənistan, Meqri rayonunda doğulmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Məmmədov”, adı “Natiq”, ata adı “İslam” doğum tarixi “xx xxxx 1964-cü il”, doğum yeri “Ermənistan, Meqri rayonu”, milliyyəti “azərbaycanlı”, ata qrafasında “X3, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X12, milliyyəti azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1964-cü il tarixdə Ermənistan, Meqri rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Məmmədov”, adı “Natiq”, ata adı “İslam” doğum tarixi “xx xxxx 1964-cü il”, doğum yeri “Ermənistan, Meqri rayonu”, milliyyəti “azərbaycanlı”, ata qrafasında “X18, milliyyəti azərbaycanlı”, ana qrafasında “X12, milliyyəti azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-945/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-945/2025
25.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver