Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-965/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh X3 qarşı “əmrin ləğv edilməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "X11 Turizm Sənaye və Ticarət" LTD-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o - İddiaçı xx.xx.2018-ci il tarixdə 1 saylı əmrlə fiziki şəxs X5 tərəfindən işə götürülmüşdür. İşə götürüldüyü müddətdən xx xxxxxx 2020-ci il tarixədək işçi kimi vəzifəsini tam yerinə yetirmişdir. Lakin ona heç bir xəbərdarlıq olunmadan xx.xx.2020-ci il tarixli, 1 saylı əmrlə işdən çıxarılmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Həmin maddənin əsaslarına diqqət yetirilsə görünər ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə xitam verilə bilər. Halbuki işlədiyi dövrdən bugünkü günədək ona hər hansı bir formada əmək funksiyalarının yerinə yetirilə bilməməsi ilə bağlı və ya başqa formada xəbərdarlıq belə edilməmişdir. Hesab edir ki, onun barəsində verilmiş olan 01 saylı xx.xx.2020-ci il tarixli əmr qanunsuz və əsassızdır. Həmin əmr ləğv edilməli və o, öz işinə bərpa olunmalıdır. O, dəfələrlə işə bərpa olunmağı məqsədi ilə cavabdeh təşkilata və digər instansiyalara müraciət etmişdir. Hüquqlarının müdafiəsi ilə bağlı o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinə ərizə ilə müraciət etmişdir. Lakin onun ərizəsi üzrə araşdırma aparılmadan cavab verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X7 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Göründüyü kimi qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək müqaviləsinə xitam verməklə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 01 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil və cavabdeh X5 iddiaya etiraz edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. İddiaçı xx.xx.1976-cı il tarixdə verilmiş AT-İİ seriyalı, ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2018-ci il tarixli, 01 nömrəli əmrə əsasən X5 tərəfindən fəhlə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixli, 01 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin vəzifədən azad edilmişdir. Fiziki şəxs X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən “fəhlə” məşğulluq təsnifatı üzrə işə qəbul edilmişdir. X2 xx.xx.2019-cu il tarixli, 10 nömrəli əmrindən görünür ki, fəhlə İddiaçı 2019-cu ilin dekabr ayında ardıcıl olaraq müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyinə görə İddiaçı ƏM–nin 186.2-ci maddəsinin “a” bəndinə uyğun olaraq töhmət verilmişdir. (Əsas: İddiaçıB-nin öhdəsinə düşən işləri yerinə yetirməsindən imtina etməsi). X2 xx.xx.2020-ci il tarixli, 01 nömrəli əmrindən görünür ki, İddiaçı işə vaxtında gəlmədiyinə, müqavilədə nəzərdə tutulan öhdəçilikləri lazımınca yerinə yetirmədiyinə, yazılı və dəfələrlə şifahi xəbərdarlıq edildiyinə baxmayaraq 2020-ci il yanvar ayından bu günə qədər heç bir xəbərdarlıq etmədən işə çıxmadığını nəzərə alaraq Azərbaycan Respublikası ƏM 70-ci maddəsinin “ç” bəndini əsas tutaraq, İddiaçı xx xxxxxx 2020-ci il tarixdən işdən azad olunması və qanunvericilikdə nəzərdə tutulmuş ödənişlərin verilməsi əmr edilmiş, əmrin icrasını X5 öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı “X11 Turizm Sənaye və Ticarət” LTD şirkətində əmək hüquqlarınının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan müraciətə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı “X11 Turizm Sənaye və Ticarət” LTD şirkətinin rəhbərliyi tərəfindən təqdim edilən sənədlərdən məlum olmuşdur ki, o, xx.xx.2006-cı il tarixdə fəhlə işinə qəbul olunmuş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə xx.xx.2010-cu il tarixdə işdən azad edilmişdir və son haqq-hesabı ona ödənilmişdir. Bildirilmişdir ki, fiziki şəxs X6 tərəfindən təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, onunla fiziki şəxs İ.Ə.Mürsəlov arasında xx.xx.2010-cu il tarixdə əmək müqaviləsi bağlanaraq fəhlə işinə qəbul olunmuş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə xx.xx.2018-ci il tarixdən işdən azad edilərək ona son haqq-hesab ödənilmişdir. Eyni zamanda bildirilmişdir ki, fiziki şəxs X4 tərəfindən təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, onunla Tofiq Rəhimov arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanaraq fəhlə işinə qəbul olunmuşdur və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xx.xx.2020-ci il tarixdən işdən azad edilmişdir. İşdən azad olunmağı ilə əlaqədar ona son haqq-hesab xx.xx.2020-ci il tarixdə ödənilmişdir. Bununla bağlı olaraq bildirirlər ki, son haqq-hesabı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun sonuncu iş günündə işəgötürən tərəfindən gecikdirilərək ona ödənildiyi araşdırma zamanı tərəflərindən aşkar olunmuşdur. Lakin aşkar olunmuş qanun pozuntusuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verildiyindən fiziki şəxs T.M.Rəhimovun vəzifəli şəxs qismində tərəflərindən inzibati məsuliyyətə cəlb edilməsi mümkün olmamışdır. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır. xx.xx.2020-ci il tarixli, xxxxxxx0002X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X2 xx.xx.2020-ci il tarixli, 01 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM–nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. X5 və tabeliyində işləyən işçilər tərəfindən tərtib edilmiş və imzaları ilə həqiqiliyi təsdiq edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı 2019-cu ilin axırlarından rəhbərliyin ona dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq işə vaxtında gəlmir və ona verilən tapşırıqları yerinə yetirmir. 2020-ci ilin yanvar ayından isə heç bir sənədləşmə olmadan işə çıxmır. Bu müddətdə bir neçə dəfə əraziyə elə-belə gəlib getməsinə baxmayaraq oturduğu otağın açarını və təşkilata məxsus əşyaları təhvil verməmişdir. Cavabdeh tərəfin iddianın rədd edilməsi barədə məhkəməyə təqdim etdiyi dəlillərdən göründüyü kimi iddiaçı X5 tərəfindən xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən “fəhlə” məşğulluq təsnifatı üzrə işə qəbul olunmuş, lakin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyi üçün xx.xx.2019-cu il tarixli, 10 nömrəli əmrə əsasən töhmət almış və daha sonra işə vaxtında gəlmədiyinə, yazılı və şifahi qaydada edilmiş xəbərdarlıqlara baxmayaraq heç bir məlumat vermədən işə çıxmadığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2020ci il tarixli, 01 nömrəli əmri ilə işdən çıxarılmışdır. İddiaçı iddia etdiyinə görə isə, o, barəsdində “töhmət vermək” və “əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək” növündə tətbiq edilmiş intizam tənbehlərindən məlumatlı olmamış, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən tərəfindən ondan yazılı izahat alınmamışdır. O, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş, araşdırma zamanı son haqq-hesabının ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun olaraq sonuncu iş günündə işəgötürən tərəfindən gecikdirilməklə ödənildiyi aşkar olunsa da, aşkar olunmuş qanun pozuntusuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verildiyindən fiziki şəxs T.M.Rəhimovun inzibati məsuliyyətə cəlb edilməsi mümkün olmamışdır. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəf olduğu əmək münasibətlərinə xitam verilməsi barədə əmrin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa olunmasını və xx.xx.2020-ci il tarixdən başlayaraq işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsini tələb edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinin tələbinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən işçi barəsində intizam tənbehinin verilməsi zəruriliyi yoxlanılmaqla yanaşı həmçinin əmək müqaviləsinə xitam verilməsində işəgötürən tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi halı yoxlanılmalıdır. Belə ki, işçi ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunubolunmaması, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılıbaydınlaşdırılmaması, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahatın alınıb-alınmaması, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilib-verilməməsi və s. nəzərdən keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin birinci bəndinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Göstərilən maddədə qeyd edildiyi kimi, işçi ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmalı, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınmalıdır. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, barəsində “töhmət vermək” və “əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək” növündə intizam tənbehləri tətbiq edilməmişdən əvvəl iddiaçıdan işəgötürən tərəfindən yazılı izahat alınmamışdır. Həmçinin cavabdeh X2 irəli sürdüyü iddiaçı tərəfindən əmək intizamının dəfələrlə pozulması faktını təsdiq edən töhmətin tətbiq edilməsi haqqında xx.xx.2019-cu il tarixli, 10 nömrəli əmri barədə onun məlumatlı olduğu, lakin bu tədbirdən heç bir nəticə çıxarmadığı halları da öz təsdiqini tapmamışdır. Belə ki, sözügedən əmrdən göründüyü kimi həmin sənəd iddiaçı tərəfindən imzalanmamış, əmrdəki “əmr ilə tanış olma” qrafası boşdur. Beləliklə, iş materiallarından göründüyü kimi iddiaçının işdən çıxarılmasına əsas olmuş intizam qaydalarının pozulması faktı ilə əlaqədar ondan yazılı izahat alınmamışdır. Halbuki işçinin yazılı izahatı üç mühüm funksiyanı yerinə yetirir: xəta faktını təsdiq edir; işəgötürənə xətanın səbəbini nəzərə almaq imkanı verir; xətanın aşkar olunduğu tarixi təsbit edir. Bundan başqa Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddənin məzmununa görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İş materiallarından göründüyü kimi İddiaçı müraciətinə əsasən Dövlət Əmək Müfəttişliyi Xidmətinin apardığı araşdırma nəticəsində X5 tərəfindən son haqq-hesabının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olaraq sonuncu iş günündə verilmədiyi aşkar olunmuşdur. Lakin aşkar olunmuş qanun pozuntusuna görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilməli olduğundan, fiziki şəxs T.M.Rəhimovun inzibati məsuliyyətə cəlb edilməsi mümkün olmamışdır. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçının iddiası əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Beləliklə cavabdeh tərəfindən əmək müqaviləsi ləğv edilərkən qanunvericiliyin tələblərinə əməl edilmədiyindən məhkəmə hesab edir ki, X5 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə X2 xx.xx.2020-ci il tarixli 01 nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilməli və o, əvvəllər tutduğu fəhlə vəzifəsinə bərpa edilməlidir. Bundan başqa, həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı da ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçı da dövlət rüsumu ödəməkdən azaddır və iddia təmin edildiyindən, dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X5 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli, 01 nömrəli əmr ləğv edilsin. İddiaçı xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən əvvəllər tutduğu fəhlə vəzifəsinə bərpa edilsin və ona xx.xx.2020-ci il tarixindən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. 10 manat dövlət rüsumu X1 tutulub dövlət gəlirinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-965/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-965/2021
04.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver