Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-970/2023 07.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdeh qarşı «əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 6.245 manat, faiz borcu 3.903,05 manat olmaqla, cəmi 10.148,05 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 120,44 manat məbləğində dövlət rüsumunun iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-EN-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Touareq” markalı minik avtomobilinə (buraxılış ili 2008, Ban- WVGZZZ7LZ9DO14788, rəngi-ağ) yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub iddiaçının hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli **********1 saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində aradılmış hüquqi şəxs statuslu qurum (“X6 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1933 saylı, 19 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Nəsimi filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2009-cu il tarixdə, 169 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 19% tətbiq edilməklə, 60 ay müddətinə 39.500 (otuz doqquz min beş yüz) manat məbləğində kredit verilmişdir. xx.xx.2009-cu il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-EN-*** dövlət qeydiyyat nişanlı, “VOLKSWAGEN TOUAREQ” markalı minik avtomobili (buraxılış ili 2008, Ban - WVGZZZ7LZ9D014788, rəngi - Ag) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X4 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2009-cu il tarixli, AG seriyalı, 172795 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 39.500 (otuz doqquz min beş yüz) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.2. bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixdən başlanır. (5.4. bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 24 (iyirmi dörd) aydır. (5.5. bənd) kreditin vəsaitnin istifadə müddəti 28 oktyabr 2017-ci il tarixdə bitir. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayma görə kredit verənə illik 19 (on doqquz) faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bugünə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 6245 (altı min iki yüz qırx beş) manat ,faiz borcu 3903,05 ( üç min doqquz yüz üç manat, 05 qəpik) manat olmaqla, cəmi 10148,05 (on min bir yüz qırx səkkiz manat, 05 qəpik) manat məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi tələb olunmuşdur. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehə və onun nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 06 yanvar 2009-cu il tarixli, 169 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən "xxxx" ASC avtomaşın alınması məqsədi üçün 60 (altmış) ay müddətinə illik 19 (on doqquz) % ödəmək şərtilə borcalan Cavabdeh 39.500 (otuz doqquz min beş yüz) manat məbləğində kredit vermiş, borcalan Cavabdeh bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan 06 yanvar 2009-cu il tarixli, 169 nömrəli ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında 39.500 manat məbləğində 60 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi ipoteka müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən tərəflər ipoteka predmeti olan “VOLKSWAGEN TOUAREQ” markalı minik avtomobilin (buraxılış ili 2008, Ban - WVGZZZ7LZ9D014788, rəngi - Ag) ipotekaya qoyulması barədə razılığa gəlmişlər. İpotekaya qoyulmuş əmlak 53.500 manat məbləğində qiymətləndirilmişdir. Mülki işin materiallarında olan «X6 Edilməsi Agentliyi» MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4857 saylı “tələbin güzəşt edilməsi və öhdəliyin yerinə yetirilməsinə dair” bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan «X6 Edilməsi Agentliyi» MMC tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4978 saylı bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə olan öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən “bildirişin qeydiyyata alınmasına dair” ərizənin dövlət qeydiyyatına alınması xahiş edilmişdir. Mülki işin materiallarında olan İddiaçı QSC BOKT tərəfindən verilən 26 dekabr 2022-ci il tarixli, 3-11/3695№-li Arayışdan görünür ki, xx.xx.2018-ci il tarixdə 14.348,05 manat məbləğində borc "xxxx" ASC tərəfindən İddiaçı QSC-yə ötürülmüşdür. Müştəri tərəfindən İddiaçı QSC-yə 4200 manat məbləğində ödəniş edilmişdir. Müştərinin xx.xx.2022-ci il tarixə İddiaçı QSC-yə olan borcu 10.148,05 manat təşkil etmişdir. Mülki işin materiallarında olan AB № 293039 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-EN-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Touareq” markalı minik avtomobil Cavabdeh məxsusdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1723 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il (müqavilənin bitdiyi tarixə) və xx.xx.2022-ci il (iddia tələbində göstərilən tarixə) tarixlərə İddiaçı QSC-yə olan borcu xx.xx.2014-cü il tarixə (müqavilənin bitdiyi tarixə) əsas kredit borcu 18.924,58 manat, faiz borcu 129,84 manat, xx.xx.2022-ci il tarixə (iddia tələbində göstərilən tarixə) əsas kredit borcu 7708,31 manat, faiz borcu 5517,48 manat təşkil edir. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 120,44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilən mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, "xxxx" ASC ilə Cavabdeh arasında 06 yanvar 2009-cu il tarixdə 169 nömrəli krediti müqaviləsi bağlanmış və müqaviləyə əsaəsən, Bank avtomaşın alınması məqsədilə 60 ay müddətinə illik 19 % ödəmək şərtilə cavabdehə 39.500 manat məbləğində kredit vermiş, cavabdeh kreditdən həmin məqsəd üçün istifadə etməyi və müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi öhdəsinə götürmüş, müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq tam mülkiyyət hüququ ilə cavabdehə məxsus olan **-EN-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Touareq” markalı minik avtomobil xx.xx.2009-cu il tarixində likvid dəyəri 53.500 manat məbləğində qiymətləndirilməklə ipoteka qoyulmuşdur. Bank xx.xx.2009-cu il tarixli krediti müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək 39.500 manat məbləğində pulu cavabdehin hesabına köçürsə də, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Sonradan "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdehə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmiş, lakin cavabdeh bu xəbərdarlığa baxmayaraq, yenə də öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinin “Cavabdeh əsas borc üzrə 6.245 manat, faiz borcu 3.903,05 manat olmaqla, cəmi 10.148,05 manat məbləğində kredit borcunun tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan hesabdan çıxarış və xx.xx.2023-cü il tarixli ekspert rəyi əsasında müəyyən edilir ki, Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən də iddiaçının iddia tələbi əsas və faiz borcuna münasibətdə haqlı olmuşdur və məhkəmənin qənaətinə görə, iddia əsas və faiz borca münasibətdə təmin edilməlidir. Bundan əlavə, iş materiallarından göründüyü kimi ekspert rəyində Cavabdeh banka 7708.31 manat əsas borcu, 5517.48 manat faiz borcu qeyd olunduğu halda, iddia ərizəsində 6245 manat əsas borc və 3903,05 manat faiz borcu tələb edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmayaraq, Cavabdeh iddia ərizəsində göstərilən məbləğdə, yəni 6245 manat əsas borc və 3903,05 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1-ci maddələrinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 425.1-425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Sözügedən Məcəllənin 442, 443.1, 445.1, 445.2, 448.1-ci maddələrinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göstərilənlərə əsasən, iddia tələbi “Cavabdeh əsas borc üzrə 6.245 manat, faiz borcu 3.903,05 manat olmaqla, cəmi 10.148,05 manat məbləğində kredit borcunun tutulması” hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin “tutmanın Cavabdeh mülkiyyətində olan **-EN-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Touareq” markalı minik avtomobilinə (buraxılış ili 2008, Ban- WVGZZZ7LZ9DO14788, rəngi-ağ) yönəldilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, tələb ipoteka predmeti olan Cavabdeh məxsus **-EN-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Touareq” markalı minik avtomobilə yönəldilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Belə Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Məhkəmə iddia tələbinin “əmlakın açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, ipoteka predmeti olan avtomobil açıq hərracdan satılmalı, satışdan əldə edilən vəsait iddiaçıya ödənilməli və satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılmalıdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Qanunun 41.1-ci maddəsinə görə, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğin Cavabdeh tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli 4№-li qərarının 6.8-ci maddəsin əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş əmlakın satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən, həmçinin yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda yerdə qalan borcun yenidən tutulması cavabdehdən tutulacaq borcun təkrar tutulması ilə nəticələndiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Göstərilənləri ümumiləşdirərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, - Cavabdeh 6.245 (altı min iki yüz qırx beş) manat məbləğində əsas borc, 3.903,05 (üç min doqquz yüz üç manat, beş qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 10.148,05 (on min yüz qırx səkkiz manat beş qəpik) manat məbləğində kredit borcu alınaraq İddiaçı QSC BOKT-a ödənilməli; - tələb ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan **-EN-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Touareq” markalı minik avtomobilinə (buraxılış ili 2008, Ban- WVGZZZ7LZ9DO14788, rəngi-ağ) yönəldilməli; - Cavabdeh mülkiyyətində olan **-EN-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Touareq” markalı minik avtomobil (buraxılış ili 2008, Ban-WVGZZZ7LZ9DO14788, rəngi-ağ) açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsait kredit borcuna müvafiq şəkildə İddiaçı QSC BOKT-a ödənilməli; - satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “ekspertiza tədqiqatının dəyəri olan 100 manat və dövlət rüsumu kimi ödənilmiş 120,44 manat məbləğində pulun iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilən 120,44 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməli, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğ Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6.245 (altı min iki yüz qırx beş) manat məbləğində əsas borc, 3.903,05 (üç min doqquz yüz üç manat, beş qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 10.148,05 (on min yüz qırx səkkiz manat beş qəpik) manat məbləğində kredit borcu və həmçinin, ödənilmiş 120,44 (yüz iyirmi manat qırx dörd qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı QSC BOKT-a ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan **-EN-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Touareq” markalı minik avtomobilinə (buraxılış ili 2008, Ban- WVGZZZ7LZ9DO14788, rəngi-ağ) yönəldilsin. Cavabdeh mülkiyyətində olan **-EN-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Touareq” markalı minik avtomobil (buraxılış ili 2008, Ban-WVGZZZ7LZ9DO14788, rəngi-ağ) açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsait kredit borcuna müvafiq şəkildə İddiaçı QSC BOKT-a ödənilsin. Satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılsın. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğ Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-970/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-970/2023
07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver