Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-985/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, X7 qızının katibliyi ilə, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması barədə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması barədə” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, A.Mustafayev küçəsi, 21 saylı ev, 14 saylı mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, istifadə hüququnun itirilmiş hesab edilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, A.Mustafayev küçəsi, 21 saylı ev, 14 saylı mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən mənzilin, mənzilin keçmiş mülkiyyətçisi Cavabdeh1 alqı-satqı yolu ilə almışdır. Aralarında olan alqı-satqı müqaviləsi xx.xx.1999-cu il tarixində Bakı şəhəri 43 saylı Notariat Ofisində aparılmış, 3KMA-4/762 № ilə reyestrdə qeyd edilmişdir. Həmin alqısatqı müqaviləsinə əsasən xx.xx.2000-ci il tarixində Azərbaycan Respublikası DƏDRX Hüquqların Dövlət Qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ÖM seriyalı 025549 qeydiyyat nömrəli çıxarış almışdır. Cavabdehlər mənzili onun sahibliyinə və istifadəyə vermiş, lakin bu vaxta qədər qeydiyyatdan çıxmamışlar. Onların hazırda harada yaşamaları barədə onun heç bir məlumatı yoxdur. Cavabdehlərin pasport qeydiyyatından çıxmadan köçüb getmələri mənzilin mülkiyyətçisi kimi onun mənzil üzərində srəncam vermək hüququnu məhdudlaşdırır. Cavabdehlərin qeydiyyatdan çıxarılmaları üçün Nəsimi Rayon Polis İdarəsinə müraciət etsə də, həmin orqan tərəfindən ona şifahi olaraq qeydiyyatdan çıxarılmanın yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında həyata keçırıldiyini bildirdi. Hazırda cavabdehlərin pasport qeydiyyatından çıxmamaları mənzilin mülkiyyətçisi kimi onun mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırmaqla yanaşı, mülkiyyətçi kimi onun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilən hüquqlarını pozur. Beləliklə, iş üzrə materiallarından aydın göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun tam mülkiyyət hüququ ilə malik olduğu mənzildə formal olaraq pasport qeydiyyatında olması və istifadə hüquqlarının qalması onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yol açır. Digər tərəfdən xeyli müddətdir ki, o bir neçə müddətdən bəridir ki, cavabdehlərə görə kommunal xərcləri ödəmək məcburiyyətindədir. Bu isə bu ona maddi cəhətdən kifayət qədər çətinlik yaradır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin seriya ÖM № 025549 saylı qeydiyyat vəsiqəsindən görünür ki, X2 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, A.Mustafayev küçəsi, 21 saylı ev, 14 saylı mənzil xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 599 saylı reyestr kitabında 89889 səhifə qeydə alma 30/517 xx xxxxxx 2000-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.1999-cu il tarixli, 094587 saylı müqavilədən görünür ki, satıcı X4 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, A.Mustafayev küçəsi, 21 saylı ev, 14 saylı mənzil 10.000000 manata X1. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin ******* saylı arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, X3 Bakı şəhəri, Nəsimi rayonu, 3cü mikrorayon, A.Mustafayev küçəsi, 21 saylı ev, 14 saylı mənzildə qeydiyyatdadırlar. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin seriya ÖM № 025549 saylı qeydiyyat vəsiqəsindən göründüyü kimi X2 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, A.Mustafayev küçəsi, 21 saylı ev, 14 saylı mənzil xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 599 saylı reyestr kitabında 89889 səhifə qeydə alma 30/517 xx xxxxxx 2000-ci il tarixində qeydiyyat aparılmışdır. Mənzilə hüquqları qeydə alınarkən həmin mənzildə cavabdehlər Cavabdeh1nın, Cavabdeh2 qeydiyyatda olduğu ona məlum olmuşdur. Cavabdehlər hazırda ona məxsus olan mənzilin əvvəlki sahibidir. Qeydiyyatda olmasına baxmayaraq, cavabdehlər onlara məxsus mənzildə bir gün də olsun yaşamamışlar. Mənzilin keçmiş sakinləri olan cavabdehlər həmin mənzilin pasport qeydiyyatında qalsada, faktiki olaraq həmin mənzildə yaşamırlar və mənzildə onların pasport qeydiyyatı hazırki dövrə kimi formal olaraq saxlanılmışdır. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilində qeydiyyatda qalması sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu «şərti və qeyri-sabit xarakterli» etmiş olur. İşin faktiki hallarından aydın olur ki, cavabdehlər iddiaçının mənzilində yaşamır və onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi mənzil mülkiyyətçisinin hüquqlarının qorunması baxımından əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdehin ailəsi ilə birlikdə qeyd edilən mənzilə istifadə hüququna xitam verilməsi onların həmin mənzildən pasport qeydiyyatından çıxarılmasına əsas verir. Odur ki, məhkəmə təqdim edilmiş sübutların mötəbərliyini əsas götürərək iddianın təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, A.Mustafayev küçəsi, 21 saylı ev, 14 saylı mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilsin. İstifadə hüququnun itirilmiş hesab edilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, A.Mustafayev küçəsi, 21 saylı ev, 14 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-985/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-985/2021
09.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver