Məhkəmə qərarları › İş №2(006)-989/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-989/2021

12.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-989/2021 12.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, X9 qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X5, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kirayə haqqı ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina 37, ümumi sahəsi 39,80 kv.m olan 54 saylı mənzilin 1999-cu ilin mart ayından ötən 21 il ərzində kirayə haqqını təşkil edən 75.600 manatın Cavabdeh tutularaq ona ödənilməsi və bundan sonra qanunsuz yaşayacağı müddətdə ödəməni hər ayın axırıncı günü ödəməsi şərti ilə, aylıq 300 manat kirayə haqqı Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) X6 iddianı müdafiə edərək izahatında göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina 37, ümumi sahəsi 39,80 kv.m. olan 54 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx xxxxxxxx 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçının mülkiyyətindədir (ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx xxxxxxxx 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surəti əlavə olnunur). Lakin, xx xxxxxxxx 2019-cu il tarixdə iddiaçıya məlum olmuşdur ki, xx xxxxxxx 1970-ci il təvəllüdlü Cavabdeh onun məlumatı və razılığı olmadan mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina 37, ümumi sahəsi 39,80 kv.m. olan 54 saylı mənzilə qanunsuz yollarla qeydiyyata alınmış və ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır (“Elektron notariat” X1 xx xxxxxxxx 2019-cu il tarixli Çıxarışın surəti əlavə olunur). Göründüyü kimi Cavabdeh mübahisəli mənzilə qanunsuz yollarla qeydiyyata alınmış, onun həmin mənzilə qeydiyyata alınmasına və ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamasına onun, yəni mülkiyyətçinin razılığı olmamışdır. Bundan da aydın görünür ki, cavabdehin onun mülkiyətində olan mübahisəli mənzilə istifadə hüquqları yaranmadığı halda qeydiyytda olması və ailə üzvləri ilə birlikdə orada yaşaması onun konstitusion, mülki, mənzil hüquqlarımı kobud şəkildə pozulmuşdur. Belə ki, tərəfindən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina 37, ümumi sahəsi 39,80 kv.m. olan 54 saylı mənzili ailə üzvləri və əşyaları ilə birlikdə tərk etmələri və mənzilin boşaldılaraq ona təhvil verilməsi tələb edilsə də, onlar həmin mənzildən çıxmaqdan imtina edirlər. Qeydiyyata alınma zamanı iddiaçının razılığının olub-olmamasının müəyyən edilməsi məqsədi ilə tərəfindən xx xxxxxxx 2019-cu il tarixli, 100 saylı vəkil sorğusu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət olunaraq, xx xxxxxxx 1970-ci il təvəllüdlü Cavabdeh İddiaçınm mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina 37, ümumi sahəsi 39,80 kv.m. olan 54 saylı mənzilə qeydiyyata alınması ilə bağlı hər hansı notariat orqanı tərəfindən mənzilin mülkiyyətçisi İddiaçı razılıq ərizəsinin təsdiq edilibedilməmsi barədə məlumatın verilməsi xahiş edilmişdir (xx xxxxxxx 2019-cu il tarixli, 100 vəkil sorğusunun surəti əlavə olunur). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx xxxxxxx 2019-cu il tarixli, 5 5805-14 saylı məktubu ilə sorğuya cavab olaraq bildirilmişdir ki, “Elektron notariat” informasiya sistemində aparılmış axtarış nəticəsində İddiaçı adından Cavabdeh yaşayış sahəsinə qeydiyyata alınmasına razılıq verilməsi haqqında ərizənin təsdiqlənməsi aşkar edilmədi (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx xxxxxxx 2019-cu il tarixli, 05/5805-14 məktubunun surəti əlavə olunur). Göstərilənləri nəzərə alaraq xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh qarşı “mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət olunaraq, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina 3”, ümumi sahəsi 39,80 kv.m. olan 54 saylı mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1141/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, 37 saylı evin 54 saylı mənzilindən istifadə hüququ olmayan şəxs hesab edilməsi qət edilmişdir (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-l 141/2020 saylı qətnaməsinin surəti əlavə olunur). Eyni zamanda bildirmək istərdi ki, tərəfindən Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət olunaraq, Cavabdeh ailə üzvləri ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina 37, ümumi sahəsi 39,80 kv.m olan 54 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-1629/2020 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, Cavabdeh və ailə üzvləri mənzildə olan əşyaları ilə birlikdə ilkin iddia üzrə İddiaçınm mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina 37, ümumi sahəsi 39,80 kv.m olan 54 saylı mənzildən çıxarılması və həmin mənzil boşaldılaraq ilkin iddia üzrə İddiaçı təhvil verilməsi, qarşılıqlı iddia tələbi təmin olunmaması qət edilmişdir. Cavabdeh qətnamənin qanuni qüvvəyə minməsinin qarşısını almaq üçün vaxtı uzatmaq məqsədilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-1629/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 1999-cu ilin yanvar ayından həmin vaxtı evin mülkiyyətçisi olan X2 oğlu Fimanın razılığı ilə, yəni evin ona satılacağı şərti ilə evin açarı ona vermişdir. O da, ailəsi ilə birlikdə həmin evə köçüb, orada təmir edib yaşamışdır. Həmin evin satılması müqabilində o, Fimanın sifarişi ilə onun bibisinə 7000 ABŞ dolları məbləğində pul vermişdir. Bundan başqa tərəflər arasında hər hansı icarə müqaviləsi bağlanılmamışdır. Odur ki, iddia tamamilə əsassızdır. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1141/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 saylı mənzilindən istifadə hüququ olmayan şəxs hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1629/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia tələbi təmin edilmiş, ilkin iddia üzrə Cavabdeh və onun ailə üzvləri mənzildə olan əşyaları ilə birlikdə ilkin iddia üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina 37, ümumi sahəsi 39,80 kv.m olan 54 saylı mənzildən çıxarılsınlar və həmin mənzil boşaldılaraq ilkin iddia üzrə İddiaçı təhvil verilmiş, qarşılıqlı iddia tələbi təmin edilməməsi qət edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, bina 37, ümumi sahəsi 39,80 kv.m. olan 54 saylı mənzildə 1999-cu ildən yaşayır. Həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx xxxxxxxx 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Hazırda iddiaçı 1999-cu ildən ötən müddət ərzində mənzildə yaşadığı dövr üçün kirayə haqqı kimi 75600 manatın və bundan sonra qanunsuz yaşayacağı müddətdə aylıq 300 manat kirayə haqqının Cavabdeh tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: Mülki Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; 697.3-cü maddəsinə əsasən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. Məhkəmə hesab edir ki, iş materiallarına əsasən tərəflər arasında kirayə hüquq münasibətlərinin olması sübutlarla öz təsdiqini tapmamışdır. Bunu nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdehdən kirayə haqqı tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «X3rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Tərəflərin arasında göstərilən məzmunda şifahi və ya yazılı formalı kirayə müqaviləsinin bağlandığını təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə yalnız iddiaçı tərəfin izahatına əsaslanaraq tərəflərin arasında kirayə münasibətinin mövcud olduğunu müəyyən edə bilməz və cavabdehin üzərinə kirayə haqqı ödəmək vəzifəsi qoya bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “kirayə haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar