Məhkəmə qərarları › İş №2(006)-993/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-993/2020

29.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-993/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X7, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs «xxxxxxxxxxxxxxxxx» ASC-nin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı («xxxxxxxxxxxxxxx» ASC, Abşeron rayon icra və probasiya şöbəsi və «Respublika Xammal və X16 Mərkəzi» xxxxx MMC üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı («xxxxxxxxxxxxxxx» ASC, Abşeron rayon icra və probasiya şöbəsi və «Respublika Xammal və X16 Mərkəzi» xxxxx MMC üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən Zaxarova (Əhmədova) Günel Ramiz qızına və X5 məxsus olan Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən, ümumi sahəsi 0,0293 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilməkdə olan fərdi yaşayış evinin qiymətləndirmə hesabatının ləğv edilməsi və həmin mənzilin yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxx” ASC ilə aralarında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 040HOME436469 saylı kredit müqaviləsinə əsasən, ona istehlak məqsədi ilə 84 ay müddətinə illik 9 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 125.048 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi X12 ilə xx.xx.2014-cü il tarixli 040HOME436469/ASİ saylı alqı-satqı və ipoteka müqaviləsi bağlayaraq və ona məxsus olan (xx.xx.2013-cü il tarixli RX serialı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) Bakı şəhəri, Abşeron rayon, Masazır qəsəbəsində yerləşən, ümumi sahəsi 0,0293 ha torpaq sahəsi digər cavabdeh X3 razılıq ərizəsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 2(002)-32/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxxxxxxxxxxxxx” ASC-nin ona və X1rşı “kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmetinə tutma yönəldilməsi onun açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin olunaraq; onunla iddiaçı “xxxxxxxxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 040 HOME436469 saylı kredit müqaviləsi, xx.xx.2015-ci il tarixli razılaşma və xx.xx.2015-ci il tarixli razılaşma ləğv edilməsi; 121.615 manat 82 qəpik əsas kredit borcu, 14.209 manat 26 qəpik kredit müqaviləsi üzrə hesablanmış faiz, 100 manat kredit müqaviləsi üzrə hesablanmış peniya olmaqla, cəmi 135.925 manat 08 qəpik və ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat ondan “xxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması; ona məxsus olan ipoteka ilə yüklü edilmiş Abşeron rayonu Masazır kəndində yerləşən 0,0293 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilməkdə olan fərdi yaşayış evinə tutma yönəldilməsi; qeyd olunan yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması; satışdan əldə ediləcək vəsait hesabına onun “xxxxxxxxxxxxxxx” ASC-yə olan kredit borcu, kreditdən istifadəyə görə faiz və cərimə, həmçinin dövlət rüsumu və ipoteka ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş vəsaitin ödənilməsi; bank tələbləri ödənildikdən sonra qalan məbləğin ona qaytarılması; Abşeron rayonu Masazır kəndində yerləşən 0,0293 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilməkdə olan fərdi yaşayış evi satıldıqdan sonra onun və X6 digər ailə üzvləri ilə birlikdə ən geci bir ay ərzində qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılması; ipoteka predmetinin satışından əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalan borc cavabdeh X8 “xxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması; iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir; Hal-hazırda Zaxarova (Əhmədova) Günel Ramiz qızına və X5 məxsus olan Bakı şəhəri, Abşeron rayon, Masazır qəsəbəsində yerləşən, ümumi sahəsi 0,0293 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilməkdə olan fərdi yaşayış evinin hərracda satılması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən Respublika Xammal və X16 Mərkəzi "xxxxx" MMC-yə sifariş göndərmiş və həmin mənzilin hərracda satılmasını Respublika Xammal və X16 Mərkəzi "xxxxx" MMC tərəfindən keçiriləcəkdir. Eyni zamanda, məhkəmə qətnaməsi əsasında tutma yönəldilmiş Zaxarova (Əhmədova) Günel Ramiz qızına və X5 məxsus olan Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən, ümumi sahəsi 0,0293 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilməkdə olan fərdi yaşayış evinin Cavabdeh MMC tərəfindən 100.000 manat dəyərində qiymətləndirmişdir. Lakin həmin qiymət mövcud bazar qiymətlərinə uyğun deyildir. Həmin mənzilin bazar qiyməti həmin ərazidə 170.000 manatdan az deyildir. Mənzilin qiymətləndirilməsindən onların xəbərləri olmamışdır. Onların yaşamağa başqa yaşayış yerləri yoxdur. Buna görə də Cavabdeh MMC-nin mübahisəli mənzilin qiymətləndirilməsinə dair hesabatı məhkəmə qaydasında ləğv edilib, həmin mənzil yenidən qiymətləndirilməlidir. Yuxarıda qöstərilənləri nəzərə alaraq Cavabdeh MMC tərəfindən Zaxarova (Əhmədova) Günel Ramiz qızına və X5 məxsus olan Bakı şəhəri, Abşeron rayon, Masazır qəsəbəsində yerləşən, ümumi sahəsi 0,0293 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilməkdə olan fərdi yaşayış evinin qiymətləndirmə hesabatının ləğv edilməsi və həmin mənzilin yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X7 yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs «xxxxxxxxxxxxxxx» ASC-nin nümayəndəsi X14 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh və digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, xitam verilməlidir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)- 32/2018 saylı qətnaməsi ilə iddiaçı «xxxxxxxxxxxxxxx» ASC-nin cavabdehlər X13ma və X2rşı «kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə Öhdəliklərin icrası vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh X12 ilə iddiaçı «xxxxxxxxxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 040HOME436469 saylı kredit müqaviləsi, xx.xx.2015-ci il tarixli razılaşma və xx.xx.2015-ci il tarixli razılaşmanın ləğv edilməsi, 121.615 manat 82 qəpik əsas kredit borcu, 14,209 manat 26 qəpik kredit müqaviləsi üzrə hesablanmış faiz, 100 manat kredit müqaviləsi üzrə hesablanmış penya olmaqla, cəmi 135.925 manat 08 qəpik və ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat cavabdeh X8 «xxxxxxxxxxxxxxx» ASC-nin xeyrinə tutulması, cavabdeh X10 məxsus olan ipoteka ilə yüklü edilmiş Abşeron rayonu Masazır kəndində yerləşən 0,0293 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilməkdə olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi, qeyd olunan fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına cavabdeh X9 «xxxxxxxxxxxxxxx» ASCyə olan kredit borcu, kreditdən istifadəyə görə faiz və cərimə, həmçinin dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş vəsaitin ödənilməsi, Bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdeh X10 qaytarılması, Abşeron rayonu Masazır kəndində yerləşən 0,0293 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilməkdə olan fərdi yaşayış evi satıldıqdan sonra cavabdehlər X12 və X6 digər ailə üzvləri ilə birlikdə ən geci bir ay ərzində qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılması, ipoteka predmetinin satışından əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalıq borcun cavabdeh X8 «xxxxxxxxxxxxxxx» ASC-nin xeyrinə tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-32/2018 saylı icra sənədi üzrə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Nicat Ramazani tərəfindən icraata başlanılmışdır. Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli, QR 2500 saylı qiymətləndirmə rəyindən görünür ki, aparılan araşdırmalar, təhlillər və hesablamalar nəticəsində X10 məxsus Abşeron rayonu,Masazır kəndində yerləşən 0.0293 ba torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin 0L 10.2019-cu il tarixə bazar dəyəri 100.000 (yüz min) manat müəyyən edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qiymətləndirici eksperti tərəfindən tərtib edilmiş hesabatdan görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0293 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilməkdə olan fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində hazırkı bazar qiyməti 128.000 (bir yüz iyirmi səkkiz min) AZN-dir. “Qiymətləndirmə haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə görə qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Həmin Qanunun 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi razılıq almış hüquqi və fiziki şəxslər qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilərlər. Qiymətləndirmə fəaliyyəti haqqında mövcud qanunvericilik çərçivəsində qiymətləndirmənin forma və metodlarını müstəqil seçmək; qiymətləndirmə keçirildiyi hallarda sifarişçidən zəruri olan sənədləri tələb etmək, əlavə məlumat və izahatlar almaq; dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq; zəruri hallarda qiymətləndirmədə iştirak etmək üçün müqavilə əsasında mütəxəssisləri cəlb etmək; sifarişçi müqavilə şərtlərini pozduqda, qiymətləndirmə obyekti barəsində lazımi məlumat vermədikdə, habelə qiymətləndiriciyə müvafiq iş və təhlükəsizlik şəraiti yaratmadıqda, qiymətləndirməni həyata keçirməkdən imtina etmək Qanunla qiymətləndiricinin hüquqlarına aid edilmişdir. “İcra haqqında” Qanunun 29.1-ci maddəsinin tələblərinə görə tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 51.1-ci maddəsinə görə borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. İş materiallarından göründüyü kimi hazırkı işdə qiymətləndirici Cavabdeh MMC, sifarişçi isə icra məmurudur. İddiaçı qiymətləndirici və ya sifarişçi olmadığından qiymətləndirmə fəaliyyətinin subyekti hesab edilmir, onun fəaliyyəti həmin qanunla tənzimlənmir. “Tənzimləmə” anlayışından çıxış edildikdə isə belə nəticəyə gəlmək olar ki, əgər hər hansı şəxsin fəaliyyəti bu və ya digər qanunla tənzimlənmirsə, həmin qanun o şəxs üçün subyektiv hüquqlar yaratmır, vəzifələri müəyyən etmir. Belə olan halda bu şəxs həmin qanuna istinad etməklə mübahisə qaldıra bilməz. Lakin iddiaçı qanunun 8-ci maddəsinə istinad etməklə qiymətləndiriciyə qarşı iddia qaldırmışdır. Hazırkı işdə mübahisələndirilən qiymətləndirmə icra sənədi üzrə icraat çərçivəsində həyata keçirilmişdir, icra sənədi üzrə icraat dövlət idarəetmə fəaliyyətinin həyata keçirilmə prosesidir, bu prosesdə qiymətləndirici ilə borclunun arasında hüquq münasibəti yaranmır, çünki qanunvericilik qiymətləndirici ilə borclunun arasında qarşılıqlı hüquq və vəzifələr müəyyən etməmiş, bu prosesdə hüquq münasibəti icra məmuru ilə borclu arasında yaranır. Qiymətləndirici ilə borclunun arasında münasibət yaranmadığından onların arasında mübahisə yaranması mümkün deyildir. Ona görə də Cavabdeh MMC qiymətləndirilən obyektin dəyərinin həqiqiliyi ilə əlaqədar iddiaçının qarşısında məsuliyyət daşımır, o, sifarişçinin (icra məmurunun) qarşısında məsuliyyət daşıyır. Həmçinin qeyd edilən qanun normasının mənasından göründüyü kimi icra sənədi üzrə icraat zamanı icra məmurundan başqa heç kim qiymətləndirici dəvət etmək hüququna malik deyildir, icra məmuru məhkəmə qərarının icrası ilə bağlı vəzifəsini yerinə yetirmək üçün qanunun ona verdiyi səlahiyyətdən istifadə edərək əmlakın qiymətləndirilməsi barədə sifariş verir, həyata keçirilən qiymətləndirmə isə məhkəmə qərarının icrasını təmin etməyə yönəldiyindən icra məmurunun həyata keçirdiyi hakimiyyət tədbirinin məzmununa aid edilir. Əgər icra sənədi üzrə borclu və ya tələbkar qiymətləndirmənin nəticəsindən narazıdırsa, bu narazılıq həmin şəxslə icra məmurunun arasında yaranmış mübahisə kimi qəbul olunmalıdır. Deməli, hazırkı mübahisə məhkəmə qərarının icrası zamanı şəxs (borclu) və icra məmuru arasında yaranmış mübahisədir. Bu iki şəxs arasında münasibətlər hakimiyyət-tabeçilik münasibətləri əsasında qurulmuşdur. Qiymətləndirmənin nəticəsindən narazı qalan borclu və ya tələbkar qiymətləndiricinin hesabatının nəzərə alınmaması, yenidən qiymətləndirmə həyata keçirilməsi və s. bu kimi məsələlərlə bağlı icra məmurunun qarşısında vəsatət qaldırmaq hüququna malikdirlər. Vəsatət təmin edilmədikdə isə borclu və ya tələbkar icra məmurunun qərarı, hərəkəti və ya hərəkətsizliyindən icra məmurunun olduğu yer üzrə məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında icraat çərçivəsində məhkəməyə şikayət verə bilərlər. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.3-cü maddəsinin tələblərinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı («xxxxxxxxxxxxxxx» ASC, Abşeron rayon icra və probasiya şöbəsi və «Respublika Xammal və X16 Mərkəzi» xxxxx MMC üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından mülki işin icraatına xitam verilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. İddiaçıya müvafiq məsələ ilə bağlı icra məmurunun qarşısında vəsatət qaldırmaq, icra məmurunun qərarından narazı qaldığı təqdirdə isə onun olduğu yer üzrə məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında icraat çərçivəsində məhkəməyə şikayət vermək hüququna malik olması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 262, 263, 264, 267, 268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı («xxxxxxxxxxxxxxx» ASC, Abşeron rayon icra və probasiya şöbəsi və «Respublika Xammal və X16 Mərkəzi» xxxxx MMC üçüncü şəxs qismində cəlb edilməklə cəlb edilməklə) “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, müvafiq məsələ ilə bağlı icra məmurunun qarşısında vəsatət qaldırmaq, icra məmurunun qərarından narazı qaldığı təqdirdə isə onun olduğu yer üzrə məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında icraat çərçivəsində məhkəməyə şikayət vermək hüququna malikdir. İddiaçıya həmçinin izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar