Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-995/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1969-cu il tarixdə Ermənistan Respublikası Vardenis rayonu Daşkənd kəndində anadan olmasının qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında akt qeydi bərpa edilməsini və doğum haqqında yeni şəhadətnamə verilməsini, doğum haqqında şəhadətnamədə daimi yaşadığı yerin Bakı şəhəri, milliyətinin azərbaycanlı, atasının X9, anasının isə X5 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsi onunla əsaslandırılmışdır ki, 13 iyun 2018-ci il tarixli yanğın haqqında akta əsasən Ərizəçi yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 08 iyun 2018-ci il tarixində yanğın baş vermişdir. Həmin yanğın nəticəsində ərizəçinin doğum haqqında şəhadətnaməsi də yanmışdır. Bununla bağlı Ərizəçi 2023-cü ilin sentyabr ayının təxminən əvvəllərində doğum haqqında akt qeydinin bərpası ilə bağlı 4 saylı Bakı “ASAN xidmət” X2 müraciət etmişdir. Həmin müraciətə verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqdan, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Hazırda ərizəçinin mərhum anasından qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə bağlı doğum haqqında şəhadətnamənin Bakı şəhəri 9 saylı notariat kontoruna təqdim olunmasına zərurət yaranmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Əvvəlki məhkəmə iclası keçirilən zaman Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzrlü səbəbi kimi iş həcminin çox olması göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Şahid izahatında bildirmişdir ki, o, ərizəçinin bacısıdır. 2018-ci ildə qardaşının evində yanğın olmuş və qardaşına məxsus olan doğum haqqında şəhadətnamə və digər sənədlər yanaraq məhv olmuşdur. Ermənistandan qaçqın olduqları üçün həmin sənədin yenidən əldə edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirmişdir ki, atasının adı X9, anasının adı X3r. Ailələrinin 6 qardaş, iki bacıdan ibarət olduğunu və qardaşlarının adlarının X11, X10, X12, X7, Ərizəçi, X15, bacısının adının isə X8 olduğunu və bacı-qardaşlarının hamısının yaşadığını ifadə etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş: - AA seriyalı, ******* saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu ildə Ermənistan Respublikasında doğulmuşdur. - X6 (ərizəçinin qardaşı) doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, o, xx.xx.1963-cü ildə Ermənistan Respublikası Vardenis rayonu Daşkənd kəndində doğulmuşdur, ata qrafasında X9, ana qrafasında isə X5 qeyd edilmişdir. - 13 iyun 2018-ci il tarixli Yanğın haqqında Aktdan görünür ki, 08 iyun 2018-ci il tarixində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yanğın baş vermişdir. - 06 avqust 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xəstəlik səbəbilə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. - RX seriyalı, ******* nömrəli Daşınmaz əmlakın dövlət reyestrinin çıxarışına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, X14 küçəsi, ev 25 ünavnında yerləşən 1 saylı mənzil X4 məxsusdur. - Notariat qaydasında təsdiq edilmiş ərizənin surətindən görünür ki, miras qalan əmlak Bakı şəhəri, Nəsimi rayonu, X14 küçəsi, ev 25 ünvanında yerləşən 1 saylı mənzildir. - AR Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli, 51/2-11598 saylı məktubdan görünür ki, bildirişdə adları qeyd olunan şəxslərin qeydiyyata alınması barədə əsas olan sənədlər “Din-in sistemində istifadə olunan sənədlərin saxlama yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə” Din-in xx.xx.2015-ci il tarixli Q36-001-15 nömrəli Qərarına əsasən 5 (beş) il arxivdə saxlanıldıqdan sonra yandırılaraq məhv edilmişdir. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/7-H-999/23 saylı məktubdan görünür ki, akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından ərizənin icrası tərəflərindən mümkün olmamış, Ərizəçi doğum haqqında akt qeydinin bərpası ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə qeyd edir ki, işin faktiki halları və şahid ifadəsi ilə müəyyən edilmişdir ki, Ərizəçi xx xxxx 1969-cu ildə Ermənistan Respublikası Vardenis rayonu Daşkənd kəndində doğulmuşdur. X1, anası isə X5 olmuşdur. Şahid ərizəçinin bacısıdır. Habelə iş materiallarına əlavə edilmiş Yanğın haqqında Aktdan görünür ki, 08 iyun 2018-ci il tarixində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yanğın baş vermişdir. Lakin ərizəçinin və şahidin bildirdiyinə görə ərizəçinin doğum haqqında şəhadətnaməsi həmin yanğın zamanı yanmış və ərizəçi məsələ ilə əlaqədar aidiyyəti üzrə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etsə də, müsbət nəticə əldə etməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; - 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı Qərarı ilə təsdiq edilmiş ”Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”-nın 14,15,16-cı bəndlərində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydləri qeydiyyat şöbələrində və konsulluq idarələrində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin arxivi və ya vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivi tərəfindən təsdiq edilir. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Göründüyü kimi, ərizəçi məlum səbəblərdən VVADQ şöbəsində doğumunun qeydə alınması ilə bağlı ilkin sənədləri əldə edə bilmir, itirilmiş sənədlərin bərpası hazırki vəziyyətdə qeyri-mümkündür. Məhkəmə hesab edir ki, ərizəçi müəyyən edilməsi xahiş olunan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, həmçinin itirilmiş sənədlərin bərpa olunması mümkün olmadığından, habelə ərizəçinin şəxsiyyət vəsiqəsində onun doğulduğu yer və tarix barədə məlumatlar əks olunduğundan, ərizəçinin doğumunun qeydə alınma faktı müəyyən edilməlidir. Ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin hallarını nəzərə alıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Ərizəçi ərizəsində doğum haqqında şəhadətnamədə daimi yaşadığı yerin Bakı şəhəri, milliyətinin azərbaycanlı qeyd edilməsini tələb etsə də, lakin doğum haqqında şəhadətnamədə həmin məlumatlar qeyd edilmir. Beləliklə yuxarıda qeyd edilənləri nəzərə alıb məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilməklə, doğumunun akt qeydi bərpa edilməli, bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “ermənistan SSR, Basarkeçər (keçmiş Vardenis) rayonu, Daşkənd kəndi”, doğum tarixi qrafasında “xx xxxx 1969”, atası qrafasında “X9”, atasının milliyəti qrafasında “azərbaycanlı”, anası qrafasında “X5”, anasının milliyyəti qrafasında “azərbaycanlı” göstərilməli, ərizə qalan hissədə təmin edilməməli, Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməli, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilməklə, doğumunun akt qeydi bərpa edilsin. Bununla bağlı doğum haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, doğum yeri qrafasında “ermənistan SSR, Basarkeçər (keçmiş Vardenis) rayonu, Daşkənd kəndi”, doğum tarixi qrafasında “xx xxxx 1969”, atası qrafasında “X9”, atasının milliyəti qrafasında “azərbaycanlı”, anası qrafasında “X5”, anasının milliyyəti qrafasında “azərbaycanlı” göstərilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-995/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-995/2024
07.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver