Məhkəmə qərarları › İş №2(007)-1008/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1008/2025

26.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1008/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla (Açar sözlər: “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X7 23 oktyabr 1954-cü il tarixdə Ermənistan Respublikası Amasiya rayonunda doğulması, ata qrafasında X8, milliyyəti azərbaycanlı, ana qrafasında Abdullayeva (Fərzəliyeva) Xırdaxanım Hüseyn qızı, milliyyəti azərbaycanlı qeyd edilməklə akt qeydinin bərpa edilməsi faktı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X12 23 oktyabr 1954-cü il tarixdə Ermənistan Respublikası Amasiya rayonunda doğulmuşdur. O, anadan olanda Əli adlı babasının adına uyğun olaraq soyadı Əliyev kimi qeyd olunmuşdur. Onun X2 və anası Abdullayeva (Fərzəliyeva) Xırdaxanım Hüseyn qızı olmuşdur. Həyat yoldaşı X12 30 noyabr 2024-cü il tarixdə vəfat etmişdir. Həyat yoldaşının mülkiyyətində olan mənzilə dair vərəsəliyi qəbul etmək üçün notariat kontoruna müraciət etmişdir. Lakin nikah haqqında şəhadətnamədə həyat yoldaşı X7 doğum tarixi səhv olaraq 05 noyabr 1954-cü il göstərilmişdir, baxmayaraq ki ki, o, 23 oktyabr 1954-cü ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuşdur. Buna görə də ondan həyat yoldaşının doğum haqqında şəhadətnaməsini tələb edirlər. Doğum haqqında şəhadətnamə əldə etmək üçün Maraqlı şəxsnə müraciət etdi, lakin onlar imtina edərək məhkəməyə müraciət etməyini tövsiyə etdilər. Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib, onun məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işin baxılmasını mümkün hesab edir.

6. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, X7 qardaşıdır. Axırıncı doğum gününü bir yerdə qeyd ediblər. O, 23 oktyabr 1954-cü ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuşdur. Onun ata adı Muraxdan yazılıb, İlyasın ata adı isə səhvən Murad yazılıb. 2 uşağın, bir qardaş və bacısının soyadı Abdullayev yazılıb, qalanı isə Əliyev qeyd olunub. Əliyev babasının adını götürüb soyad kimi yazıblar. Anası Abdullayeva (Fərzəliyeva) Xırdaxanım Hüseyn qızıdır.

7. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, Əliyev İlyasın bacısıdır. İlyas 2 yaş ondan böyükdür. O, 23 oktyabr 1954-cü ildə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuşdur. X2, anası Abdullayeva (Fərzəliyeva) Xırdaxanım Hüseyn qızıdır.

İş materialları:

8. Maraqlı şəxs Ərizəçi ünvanlandığı 06 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs tərəfindən sizin nikah haqqında akt qeydində mərhum yoldaşınızın doğum tarixində “xx.xx.1954-cü il”-dən “xx.xx.1954-cü il”-ə dəyişiklik edilməsi ilə bağlı ərizənizə baxılmışdır. Sənədləri nəzərdən keçirərkən müəyyən edildi ki, Ermənistan Respublikasında tərtib edilmiş nikah haqqında şəhadətnamədə mərhum yoldaşınız X7 doğum tarixi “xx.xx.1954-cü il”, onun ölüm haqqında akt qeydində isə doğum tarixi “xx.xx.1954-cü il” qeyd edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı.xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarının” 1. bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Göstərilənlərlə bağlı nəzərinizə çatdırırıq ki, X7 doğumu barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində heç bir məlumat aşkar edilməmişdir. Həmçinin mərhumun doğumu və nikahınız Ermənistan Respublikasında qeydə alındığından və Azərbaycan Respublikasında bərpa edilmədiyindən və bununla da nikah haqqında akt qeydində mərhum yoldaşınızın doğum tarixinə düzəliş edilməsi ilə bağlı istinad edəcəyimiz kifayət qədər mənbə olmadığından ərizənizin qeydiyyat şöbəsində təmin edilməsi mümkün deyildir. Bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur.

9. 966013 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1956-cı ildə Ermənistan Respublikası Amasiya rayonu, Əzizbəyov kəndində anadan olub. Ata qrafasında X8, ana qrafasında X1 qeyd olunmuşdur.

10. AZ-İİ seriyalı 469012 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 1062 nömrə ilə qeyd edilmişdir.

11. AZE seriyalı 02277077 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuşdur.

12. İ-СЛ seriyali, 257270 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X4 arasında 23 iyul 1978-сi il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 6 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Əliyeva” soyadını qəbul etmişdir.

13. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

14. Məhkəmə iclasında müəyyən olundu ki, X12 Ermənistan Respublikası Amasiya rayonunda doğulmuşdur, milliyyəti azərbaycanlıdır. Maraqlı şəxs 06 yanvar 2025-ci il tarixli məktubundan da görünür ki, ərizəçi həyat yoldaşı X7 doğum haqqında akt qeydində dəyişiklik edilməsi üçün Qeydiyyat Şöbəsinə müraciət etmişdir, o da öz növbəsində məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

16. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarın: 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

18. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçilərin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə onlar, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur.

19. Göründüyü kimi ərizəçinin həyat yoldaşı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ərizəçi həyat yoldaçının mülkiyyətində olan mənzilə dair vərəsəliyi qəbul etmək üçün notariat kontoruna müraciət etmişdir. Lakin nikah haqqında şəhadətnamədə həyat yoldaşı X7 doğum tarixi səhv olaraq 05 noyabr 1954-cü il göstərilmişdir. Bu səbəbdən ərizəçi vərəsəliyi qəbul etmək üçün müraciət edə bilmir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında qeyd olunduğu kimi hüquqi fakt o zaman məhkəmə tərəfindən müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkün olsun. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 06 yanvar 2025-ci il tarixli məktubundan da görünür ki, ərizəçi həyat yoldaşı X7 doğum haqqında akt qeydində dəyişiklik edilməsi üçün Qeydiyyat Şöbəsinə müraciət etmişdir, o da öz növbəsində məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Göründüyü kimi ərizəçi həyat yoldaşı X7 doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, X7 doğulması faktı müəyyən edilməlidir.

Məhkəmə baxışının hədləri:

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

21. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

Nəticə:

22. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, ərizə təmin edilməli, X7 23 oktyabr 1954-cü il tarixdə Ermənistan Respublikası Amasiya rayonu, Əzizbəyov kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilməli, X7 təvəllüdü 23 oktyabr 1954-cü il, doğulduğu yer Ermənistan Respublikası Amasiya rayonu, Əzizbəyov kəndi, milliyyəti azərbaycanlı, X2, milliyyəti azərbaycanlı, anası Abdullayeva (Fərzəliyeva) Xırdaxanım Hüseyn qızı, milliyyəti azərbaycanlı kimi yazılmalı, doğum haqqında akt qeydi bərpa olunaraq X7 adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir.

23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

Ərizə təmin edilsin. X7 23 oktyabr 1954-cü il tarixdə Ermənistan Respublikası Amasiya rayonu, Əzizbəyov kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. X7 təvəllüdü 23 oktyabr 1954-cü il, doğulduğu yer Ermənistan Respublikası Amasiya rayonu, Əzizbəyov kəndi, milliyyəti azərbaycanlı, X2, milliyyəti azərbaycanlı, anası Abdullayeva (Fərzəliyeva) Xırdaxanım Hüseyn qızı, milliyyəti azərbaycanlı kimi yazılsın. Doğum haqqında akt qeydi bərpa olunaraq X7 adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Məhkəmə xərcləri ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar