Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1016/2022 20.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X11 Mirzəyevin sədrliyi, X6 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh və X4 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddaçının nümayəndəsi, X2 cavabdehlər sırasından çıxarılması və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, Azərbaycan Respublikası Nazirlər-Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarı əsasında müəyyən edilən sosial vəzifələrin həlli ilə əlaqədar "xxxx" MMC Bakı şəhərinin Nizami rayonu ərazisində istismar müddəti bitən, qəzalı vəziyyətdə olan yataqxana tipli iki mərtəbəli binaların sökülərək yerində müasir tələblərə cavab verən, çoxmərtəbəli binaların tikintisini həyata keçirir. Həmin qərara əsasən, Bakı şəhəri, Nizami rayonu ərazisində 1779 mənzildən ibarət 131 yaşayış binası, o cümlədən ünvan 1 ünvanda yerləşən iki mərtəbəli, qəzalı vəziyyətdə olan binanın sökülməsi nəzərdə tutulub. Bununla əlaqədar, həmin ünvanda istismar müddəti bitən binalara baxış keçirilib, müvafiq aktlar tərtib olunub, cavabdehin mənzili olan binanın yerləşdiyi torpaq sahəsi müvafiq sərəncamla iddiaçının istifadəsinə verilib ki, orada sözügedən bina sökülərək, yerində müasir tələblərə cavab verən tikinti işləri aparılsın. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli, 158 saylı və 12. 04. 2018-ci il tarixli, 181 saylı Sərəncamlarına əsasən Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospekti, Şirin Mirzəyev, Kamil Balakişiyev və Ə. Hacıyev küçələrinin kəsişməsindəki 2439 -cu məhəllədə mövcud yaşayış və qeyri-yaşayış binaları sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintisi nəzərdə tutulur. Bununla əlaqədar, həmin ərazidə yerləşən 3.2 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilib. Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsindəki 33 saylı binanın istismar müddətinin bitdiyi, texniki vəziyyətinin qeyri qənaətbəxş olduğu, divarların bəzi hissələrində çatlar olduğu, eyvan, karniz elementlərinin qəzalı vəziyyətdə olması, şəhərsalma və tikinti normalarına cavab vermədiyi barədə xx.xx.2016-cı il tarixli 11 dövlət qurumunu təmsil edən səlahiyyətli şəxslərinin imzaladığı müvafiq akt tərtib edilib. Cavabdeh X1 mülkiyyəində olan 155.9 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə ona 175 kv.m ölçüdə tam təmirli qeyri yaşayış sahəsi təklif edilsə də, o 200 kv.m qeyri-yaşayış sahəsinin verilməsini tələb edir. Cavabdehə bir neçə təklif olsa da, verilən təklifləri qəbul etmir. Həmin binada cavabdehdən başqa bütün sakinlər köçürülüb. Mövcud praktikaya görə, köçürülən sakinlərə mülkiyyəində olan mənzillərin sahələrinə 20 faiz əlavə olunmaqla yeni mənzillər verilir. Qanuni qüvvədə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020- ci il tarixli, 2(102)-2430/2020 saylı qərarına əsasən həmin ərazidə digər sökülən binalardan köçürülən sakinlərə yeni yaşayış binası tikilənədək müvəqqəti olaraq yaşadıqları əraziyə yaxın yerdə kirayədə yaşaması üçün hər ay 350 manat kirayə haqqı ödənilməklə ona tam təmirli, əvvəlki mənzilinin sahəsindən 20 faizdən artıq mənzil sahəsinin verilməsi və sakinlər köçürüləndən sonra qəzalı vəziyyətdə olan ikimərtəbəli yaşayış binalarının sökülməsi öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulub. Həmin məhkəmə qərarı artıq icra olunub. Həmin ünvanda yerləşən binada mövcud olan mülkiyyətçilərin əksəriyyəti ilə iddia tərəfi artıq müqavilə bağlayıb və həmin sakinlər, artıq yaşadıqları mənzillərdən köçürülüb. Həmin binalar söküldükdən sonra yerində abadlıq işləri görülməlidir. Lakin cavabdehin köçürülməsi yubandığından bu işlərin görülməsi mümkün olmur və nəticədə həmin ərazidə artıq tikintisi başa çatdırılan 4 və 5 saylı yaşayış binasında mənzil alan sakinlərin hüquqları pozulur. Həmin binalarda 250-dən artıq mənzil mülkiyyətçisi var. Mənzil mülkiyyətçilərinin bir qismi artıq öz yeni mənzillərində yaşayırlar. Cavabdehin yaşadığı qəzalı binanın sökülüb yerində abadlıq işlərinin aparılmaması səbəbindən həmin binaların həyətində antisanitariya vəziyyəti qalmaqda davam edir. Şübhəsiz ki, bu da ətrafda yaşayan sakinlərə mənfi təsir göstərməkdədir.Bu halda, cavabdehin mülkiyyət hüququndan suiistifadəsi nəticəsində qonşu binada yaşayan sakinlər narahatlıq keçirir. "xxxx" MMC cavabdehə artıq istismara qəbul edilən 2 saylı binanın 3-cü mərtəbəsində tam təmirli, sahəsi 75 kv.m olan mənzil təklif edib. Cavabdeh həmin mənzili heç bir səbəb göstərmədən qəbul etməkdən imtina edir. Ona tikintisi başa çatan 4 saylı binadan iki otaqlı mənzil təklif edildikdə bu təklifi qəbul etdi. Sonradan bildirdi ki, anası hesab edir ki, həmin mənzilin mərtəbəsi onlara uyğun deyil. Cavabdeh özü birinci mərtəbədə yaşasa da, 5 saylı binanın 2-ci mərtəbəsində ona təklif olunan mənzillərdən də mərtəbəni uyğun saymadığından imtina edir. Göstərilənlərə əsasən cavabdeh X1 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 33 saylı evin 1 ci mərtəbəsində mülkiyyətində olan 155.9 kv.m qeyri-yaşayış sahəsindən çıxarılması, ünvan 2 ünvanda "xxxx" MMC tərəfindən inşa edilən 5 saylı binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 175 kvm., tam təmirli qeyriyaşayış sahəsi "xxxx" MMC tərəfindən bir ay müddətinə ona təhvil verilməsi, və cavabdeh yeni qeyri-yaşayış sahəsinə köçdükdən sonra Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 33 saylı binanın sökülməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsalar da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli, 158 saylı və 12. 04. 2018-ci il tarixli, 181 saylı Sərəncamlarının məzmunundan görünür ki:
1. "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli 03 saylı müraciəti nəzərə alınmış, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə Kamil Balakişiyev küçələrinin kəsişməsindəki 2439 -cu məhəllədə mövcud yaşayış və qeyri-yaşayış binaları sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi məqsədi ilə 3.20 ha. torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmiş; 1.1.Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən "xxxx" MMC-MTK-nə həvalə edilmiş; 2.Sifarişçiyə tapşırılmışdır ki, 2.1.Ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etsin, həmin sənədlərin Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etsin. 2.2.Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. 2.3.Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirsin. 2.4.Ərazinin və obyektin memarlıq planlaşdırmasının həllini layihələndirmə ərəfəsiı Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırsın. Layihələndirmə başa çatdıqdan sonra layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin. 2.5.Layihə təşkilatı, layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə Baş plan işlənməzdən əwəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın. 2.6.Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üç əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilsin. 2.7, Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır.
3. Azərbaycan Respublikası «Torpaq Məcəlləsi»nin 66, 67 və 68-ci maddələrinə uyğun olan Bakı Şəhər İcra Hakimiyyəti nəzdində «İnterservis» müdiriyyəti sifarişçi ilə torpağın icarə müqaviləsinin bağlanmasını və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində icarə hüququnun qeydiyyata alınmasım təmin etsin. 4.Layihə sənədləri, mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməlidir. 5.Yuxanda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. PX seriyalı,0004864 saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən 155.9.kvm. sahəsi olan qeyri-yaşayış sahəsinə X1 mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdən dövlət qeydiyyatından keçmişdir. 10 fevral 2016-cı il aktın məzmunundan görünür ki,Bakı Şəhər icra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Departamenti, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Mənzil-Kommunal Siyasəti şöbəsinin, Nizami rayon İcra Hakimiyyətinin və Nizami rayon MKTD-nin nümayəndələrinin iştirakı ilə ünvan 3 saylı binaya həmin ttarixdə texniki baxış keçirilib.Baxış zamanı müəyyən olunub ki, yuxarıda göstərilən bina 1955-ci ildə inşa olunub,iki mərtəbəli,4 mənzillidir,bəzi hissələrdə çatlar var,yükdaşıyıcı konstruksiyalarda aşınmalar var, qəzalı vəziyyətdədir,istismar müddəti bitib, texniki vəziyyəti qeyri-qənaətbəxşdir, şəhərsalma və tikinti normalarına cavab vermir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X7 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. İşin hallarından görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli, 158 saylı və 12. 04. 2018-ci il tarixli, 181 saylı Sərəncamlarına və Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli 03 saylı müraciəti nəzərə alınmış, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi ilə Kamil Balakişiyev küçələrinin kəsişməsindəki 2439 -cu məhəllədə mövcud yaşayış və qeyri-yaşayış binaları sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi məqsədi ilə 3.20 ha. torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Həmin sərəncamlara əsasən 1955-ci ildə inşa edilən, istismar müddətini başa vuran, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binanın sökülərək onun yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.Cavabdeh X5 həmin məhəllədə,ünvan 3 ünvanda yerləşən 155.9.kvm. sahəsi olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir.Onun qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdən dövlət qeydiyyatından keçmişdir.İddiaçı 1955-ci ildə tikilmiş,hal-hazırda qəzalı vəziyyətdə olan binadakı cavabdeh məxsus 155.9 kvm.qeyri-yaşayış sahəsinin əvəzinə cavabdehə həmin ünvanda tikiləcək çoxmərtəbəli binada 175 kvm.tam təmirli qeyri-yaşayış sahəsi təklif edir. Bundan başqa,iddiaçı yeni sahənin bir ay müddətinə cavabdehə təhvil verilməsi və yalnız cavabdeh yeni qeyri-yaşayış sahəsinə köçdükdən sonra evin sökülməsini təklif edir. Buna baxmayaraq cavabdeh həmin təklifi qəbul etmir. Yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi "xxxx" MMC-nə həvalə edilmişdir. Binada yaşayan digər mülkiyyətçilərdən fərqli olaraq hazırkı cavabdeh X5 özünə məxsus olan 155.9 kvm. qeyriyaşayış sahəsinin əvəzinə iddiaçının təklif etdiyi 175 kvm. qeyri-yaşayış sahəsindən daha çöx sahə tələb edir. Bu hal cavabdehin hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Hazırkı halda müəyyən edilir ki, cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir.Cavabdeh öz hüquqlarından iddiaçıya ziyan vuran şəkildə sui-istifadə edir.Ona görə də cavabdehin hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki,iddia əsaslıdır. Beləliklə,məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,iddia əsaslı olduğundan təmin olunmalı,"xxxx" MMC tərəfindən bir ay müddətinə X3, ünvan 2 ünvanda iddiaçı tərəfindən inşa edilən 5 saylı binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 175 kvm, tam təmirli qeyri - yaşayış verilməklə,cavabdeh Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 33 saylı evin 1 ci mərtəbəsində mülkiyyətində olan 155.9 kv.m qeyri-yaşayış sahəsindən çıxarılmalı,X5 yeni qeyri-yaşayış sahəsinə köçdükdən sonra Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 33 saylı binanın sökülməsi öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. "xxxx" MMC tərəfindən X3 bir ay müddətinə ünvan 2 ünvanda iddiaçı tərəfindən inşa edilən 5 saylı binanın 1-ci mərtəbəsində sahəsi 175 kvm.olan tam təmirli qeyriyaşayış sahəsi verilməklə, X5 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 33 saylı evin 1 ci mərtəbəsində mülkiyyətində olan 155.9 kv.m qeyri-yaşayış sahəsindən çıxarılsın. X5 yeni qeyri-yaşayış sahəsinə köçdükdən sonra Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 33 saylı binanın sökülməsi öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Fikrət Mirzəyev