Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1017/2022 05.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X11 Mirzəyevin sədrliyi, X5 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı MTK-nın Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin torpaq sahəsindən köçürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MTK-nın Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin torpaq sahəsindən köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilən, istismar müddətini başa vuran, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 164 saylı 15 Aprel 2014-cü il tarixli sərəncamı və həmin sərəncamda qismən dəyişiklik edilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 76 saylı 26 Fevral 2016-cı il tarixli sərəncamına əsasən Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti, İ.Əliyev, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2451-ci məhəllənin torpaq sahəsi İddiaçı MTKnın istifadəsinə verilib. Sərəncamların icrası ilə əlaqədar iddiaçı tərəfindən həmin ünvanda yaşayan 104 mənzil üzrə sakinlərin qəzalı vəziyyətdə olan evlərindən köçrürülmələr, onlara yeni tikilən binalardan yeni mənzillərlə təmin olunmaları işlərini yekunlaşdırıb. Hazırda isə iddiaçı tərəfindən həmin ünvanda inşası tamam olan binaların həyətində yenidənqurma və tamamlama işlərini aparır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə iddiaçıya ayrılan torpaq sahəsində, yəni həmin ünvanda inşa olunan 1 saylı binanın yaxınlığında 3 ədəd qaraj olub. Həmin qarajlar müvəqqəti istifadə olunması üçün digər şəxslərə, o cümlədən cavabdehə verilib. İddiaçı həmin qarajların köçrülməsi ilə bağlı sakinlərə müraciət edib. Hüseynov Teymur və Abbasov Həbib adlı şəxslər qarajın köçrülməsinə, sökülməsinə razılıq verib və həmin qarajlar sökülərək köçrülüb. Cavabdehin atası Nümayəndə1 heç bir hüququ olmadığı halda MTK-dan qaraja görə ya 24 kv.m qeyriyaşayış sahəsi,və ya 4 ədəd qaraj, ya da 40 000 manat pul tələb edib. İddiaçı 2021-ci ilin aprel ayından başlayaraq ona ayrılan torpaq sahəsində yerləşən və müvəqqəti istifadə edilməsi üçün sakinlərə verilən qarajların köçrülməsi ilə əlaqədar Bakı Şəhər Nizami Rayon İcra Hakimiyyətinə müraciətlər edib. Sonuncu dəfə isə iddiaçı 06 yanvar 2022-ci il tarixli 10 nömrəli məktubla Bakı Şəhər Nizami Rayon İcra Hakimiyyətinə müraciət edilərək mübahisəli qarajın köçrülməsi və onun yerləşdiyi ərazinin təmizlənərək İddiaçı MTK-ya təhvil verilməsinin təmin edilməsi xahiş edlib. Bundan sonra məlum olub ki, əslində həmin qaraj cavabdehə məxsus olmayıb, 16.12.2021-ci il tarixli ******* AN-İ nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X2 tərəfindən guya 40 000 manata cavabdehə satılıb. Alqı-satqı müqaviləsində göstərilən məbləğ simvolik olaraq yazılıb. Əslində həmin qarajın heç 5 000 manat dəyəri yoxdur. Həmin əqd yalnız qarajın guya 40 000 manat dəyər təşkil etməsi və həmin pulun iddiaçıdan alınmasına cəhd üçün bağlanıb. Bundan sonra mübahisəli qaraj cavabdeh tərəfindən 17.12.2021-ci il tarixdə bir il müddətinə sığortalanıb və cavabdehə bu barədə daşınmaz əmlakın icbari sığorta Şəhadətnaməsi verilib. Daha sonra 12.01.2022-ci il tarixdə mübahisəli qaraj Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsində 04/1292 inventar nömrəsi ilə qaraj kimi qeydə alınıb və cavabdehə texnik pasport verilib. Nəticədə iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 164 saylı 15 Aprel 2014-cü il tarixli sərəncamı və həmin sərəncamda qismən dəyişiklik edilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 76 saylı 26 Fevral 2016-cı il tarixli sərəncamın icrasını həyata keçirə bilmir. Yəni 2451 saylı məhəllə ünvanda inşası tamam olmuş binaların həyətində yenidənqurma və tamamlama işlərini apara bilmir. Bu isə İddiaçı MTK tərəfindən inşa edilmiş kompleksdəki payçıların haqlı etiraz və narazılığına səbəb olub. Mübahisəli qaraj və həmin ərazidəki digər qarajlar Nizami Bələdiyyəsinin qərarına əsasən sakinlərin adma sənədləşdirilib. Mübahisəli qaraj X4 adına sənədləşdirilib. Bələdiyyə qərarlarında göstərilib ki, qarajın yerləşdiyi torpaq sahəsi tikinti və ya abadlıq işləri üçün lazım olarsa Nizami Bələdiyyəsinin tələbi ilə azad edilməlidir.Qeyd olunanları nəzərə alıb xahiş edir ki, ünvan 1 ünvanda yerləşən cavabdehə Cavabdeh məxsus 18 kv.m sahəsi olan qeyri-yaşayış binası qarajın 6000 manat dəyəri cavabdehə ödənilməklə həmin qarajın sökülməsi barədə qətnamə çıxarılsın. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, sözügedən qaraja dair dövlət qeydiyyatı idarəsindən onlara texniki pasport verilib. Həmin texniki pasportun surətini məhkəməyə təqdim etmişdir. Mülkiyyətlərində olan əmlakı 6000 manat dəyərində qiyəmətləndirməkləri onların mülkiyyət hüquqlarını pozur. Qarajın dəyəri 2 otaqlı mənzilinin dəyərinə bərabərdir, buna görə də, 40000 manat tələb etmişlər.Hesab edir ki,iddia tamailə əsassızdır. Vətəndaşın mülkiyyət hüquqlarını toxunulmazdır və qanunla qorunur. Onlar da qanunun aliliyinə sığınıb məhkəməyə gəlmişlər. Odur ki, qeyd olunanları nəzərə alıb, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 164 saylı 15.04.2014-cü il tarixli sərancamına əsasən: 1.İddiaçı Mənzil Tikinti Kooperativinin 04.03.2014-cü il tarixli, 06 saylı müraciəti nəzərə alınaraq, Nizami rayonu,Q.Qarayev prospekti,Ə.Hacıyev,T.Abbasov və A.Manafov küçələrinin kəsişməsindəki 2453-ci məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Koopera istifadəsinə verilmiş; 1.1.Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən İddiaçı MTK-nə həvalə edilmiş; 2.Sifarişçiyə tapşırılmışdır ki, 2.1.Ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etsin, həmin sənədlərin Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etsin. 2.2.Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. 2.3.Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirsin. 2.4.Ərazinin və obyektin memarlıq planlaşdırmasının həllini layihələndirmə ərəfəsiı Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırsın. Layihələndirmə başa çatdıqdan sonra layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin. 2.5.Layihə təşkilatı, layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə Baş plan işlənməzdən əwəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın. 2.6.Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üç əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilsin. 2.7, Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır.
3. Azərbaycan Respublikası «Torpaq Məcəlləsi»nin 66, 67 və 68-ci maddələrinə uyğun olan Bakı Şəhər İcra Hakimiyyəti nəzdində «İnterservis» müdiriyyəti sifarişçi ilə torpağın icarə müqaviləsinin bağlanmasını və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində icarə hüququnun qeydiyyata alınmasım təmin etsin. 4.Layihə sənədləri, mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasındaməşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməlidir. 5.Yuxanda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. 6.Torpaq sahəsi üzərində hüquqlara xitam verilməsinin müddəti Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 73-cü maddəsi ilə tənzimlənir. Həmin Sərəncam üzrə tərtib olunmuş istifadəyə verilən torpaq sahəsinin Ayrıc aktından görünür ki,mübahisələndirilən qaraj iddiaçının istifadəsinə verilən torpaq sahəsinin hüdudları daxilindədir. İddiaçı MTK tərəfindən Bakı Şəhər Nizami Rayon İcra hakimiyyətinə ünvanlanmış 20 aprel 2021-ci il tarixli,06 iyul 2021-ci il tarixli,26 iyul 2021-ci il tarixli,06 yanvar 2022-ci il tarixli və Nizami Rayon Bələdiyyəsinə ünvanlanmış 30 aprel 2021-ci il tarixli məktubların məzmunundan görünür ki,iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 164 saylı 15.04.2014-cü il tarixli sərancamın icrası ilə əlaqədar həmin ünvandakı Teymur və Nümayəndə1 verilmiş qarajlar üzrə müqavilələrin ləğv olunması və qarajların yerləşdiyi ərazilərin təmizlənərək İddiaçı MTK-nə verilməsi xahiş olunmuşdur. 16 dekabr 2021-ci il tarixli AN seriyalı,0955223 nömrəli alqı-satqı müqaviləsindən görünür ki,X2 Bakı şəhəri,Nizami rayonu.T.Abbasov küçəsində yerləşən 8 saylı binanın önündəki sahəsi 18.kv.m olan qarajı 40000 Cavabdeh satmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh verilmiş qeyri-yaşayış sahəsi olan qarajın texniki posportundan görünür ki 22.12.2021-ci il tarixdən həmin qaraj Cavabdeh istifadəsindədir. Əmlak Eksperty Mərkəzinin 01.03.2022-ci il tarixli ƏEM/M 11-184/22 saylı rəyindən görünür ki, İddiaçı MTK-nin sifarişi ilə həmin əmlak qiymətləndirilmiş və dəyəri 6000 manat müəyyən edilmişdir. Cavabdeh həmin qiymətlə razılaşmasa da əmlakın yenidən qiymətləndirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X7 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. İşin hallarından görünür ki,Bakı Şəhər İcra Hakimiyyəti başçısının 15 aprel 2014-cü il tarixli 164 saylı sərəncamına əsasən Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti, İ.Əliyev, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2451-ci məhəllənin torpaq sahəsi İddiaçı MTK-nın istifadəsinə verilib. Sərəncamın icrası ilə əlaqədar iddiaçı Bakı şəhəri,Nizami rayonu.T.Abbasov küçəsində yüksək mərtəbəli yaşayış binası inşa etmişdir.Lakin 8 saylı binanın önündə cavabdehə məxsus 18 kv.m.qeyri-yaşayış sahəsi olan qaraj tikilmiş yaşayış banasının ətrafını abadlaşdırmağa imkan vermir.İddiaçı cavabdehə həmin qarajaın sökülməsi müqabilində dəyəri ekspert rəyi ilə müəyyən olunan 6000 manat təklif edir.Lakin cavabdeh qarajı sökməkdən imtina edir iddiaçıdan 40000 manat tələb edir. Yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi İddiaçı MTK-nə həvalə edilmişdir.Ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehin özünə məxsus olan qaraja görə dəyrindən dəfələrlə artıq pul tələb etməsi cavabdehin hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə cavabdehin əmlaka görə MTK-dan əsassız olaraq real olmayan qiymət tələb etməsind və ya şərtlər irəli sürməsində və sair hərəkətlərdə ifadə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Hazırkı halda müəyyən edilir ki, cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir. Cavabdeh iddiaçı öz hüquqlarından MTK-ya ziyan vuran şəkildə sui-istifadə edir.Ona görə də cavabdehin hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki,iddia əsaslıdır.Belə ki, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış,tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır.Ona görə də iddia təmin olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı hesab edir. Beləliklə,məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh İddiaçı MTK tərəfindən 6000 manat verilməklə ünvan 4 ünvanda yerləşən Cavabdeh məxsus 18 kv.m sahəsi olan qaraj sökülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT E T D İ:
İddia təmin edilsin. Cavabdeh İddiaçı MTK tərəfindən 6000 manat verilməklə ünvan 4 ünvanda yerləşən Cavabdeh məxsus 18 kv.m sahəsi olan qaraj sökülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Fikrət Mirzəyev