Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1026/2024 18.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli 2(007)- 1026/2024 saylı qərardadından İddiaçı tərəfindən verilən ərizəyə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “payın tanınması və mülkiyyətçi kimi cavabdehlə müqavilə bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsində 3 otaqlı 124 m2 sahəsi olan mənzilə dair cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə ½ payının tanınması və ½ hissənin mülkiyyətçisi kimi cavabdehlə aralarında müqavilə bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 11 nömrəli mənzilə ½ hissədə payının əvəzinə ona müvafiq qaydada kompensasiya ödənilməsi barədə cavabdehlə aralarında müqavilə bağlanması vəzifəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İşin halları:
3. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli 2(007)- 1026/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kompensasiya ödənilməsi barədə müqavilə bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.
Tərəflərin şikayəti:
4. İddiaçı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli 2(007)-1026/2024 nömrəli qərardadından şikayət verərək qərardadının ləğv edilməsini xahiş etmişdir.
İşdə iştirak edən tərəflər:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı şiakyəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 şikayətin təmin olunmasına etiraz etmədi.
Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
52.3-cü mаddəsində göstərilir ki, tərəflər məhkəmə işini bаrışıq sаzişi bаğlаmаqlа qurtаrа bilərlər. 52.5-cü mаddəsinin mənаsındаn görünür ki, tərəflərin bаrışıq sаzişi qаnunаzidd dеyilsə və yа hər hаnsı bir şəхsin hüquqlаrını və qаnunlа qоrunаn mənаfеyini pоzmursа, məhkəmə bеlə hərəkətləri qəbul еdir. 191.2-ci mаddəsinin mаhiyyətindən görünür ki, işə bахаn məhkəmə tərəflərin bаrışıq sаzişini təsdiq еtdikdə, həmin sаzişin şərtləri göstərilməklə qərаrdаd çıхаrаrаq, bu qərаrdаdlа еyni zаmаndа iş üzrə icrааtа хitаm vеrir. 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir.
Məhkəmənin mövqeyi:
8. Məhkəmə tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır.
9. Belə ki, şikayətə əlavə olunmuş İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 13 mart 2024-cü il tarixli barışıq sazişinin 6-cı bəndinə əsasən bu saziş məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və tərəflər üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirənədək qüvvədədir.
10. Göründüyü kimi barışıq sazişində məhkəmə tərəfindən təsdiq edilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli 2(007)-1026/2024 nömrəli qərardadı ləğv edilməli və 13 mart 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilməlidir:
1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı sabiq həyat yoldaşı Əfsuridə Ərşad qızı arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli müqavilədə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki 65 saylı evin 11 nömrəli mənzilin əvəzinə K.Balakişiyev küçəsində tikilməsi planlaşdırılmış 3 saylı binanın 12-ci mərtəbəsindəki 83 saylı təmirsiz mənzilin Əfsuridə Ərşad qızına verilməsinin nəzərdə tutulduğunu, lakin 3 saylı binanın tikintisinə dövlət qurumları tərəfindən icazə verilmədiyindən müqavilədə qeyd olunan mənzilin gələcəkdə tikilib təhvil verilməsinin mümkün olmadığını nəzərə alaraq İddiaçı Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki 65 saylı evin 11 nömrəli mənzilindəki ½ hissədə payına görə "Rahatlığın Məkanı” MMC-dən 40000 (qırx min) manat məbləğində kompensasiya almağa razılığını bildirir.
2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barışıq sazişinin qüvvəyə mindiyi gündən sonrakı üç iş günü ərzində Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki 65 saylı evin 11 nömrəli mənzilindəki ½ hissədə payına görə İddiaçı 40000 (qırx min) manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürür.
3. İddiaçı "xxxx" MMC-yə qarşı iddia tələbindən imtina edir, heç bir iddiasının, tələbinin, yaxud pretenziyasının, habelə hər hansı digər maddi və qeyri-maddi tələbinin olmadığını, bundan sonra da olmayacağını bildirir.
4. Bu sazişi imzalamaqla, Tərəflər barışıq sazişinin bağlanmasının prosessual nəticələri barədə tam məlumatlı olduqlarını təsdiq edirlər.
5. Tərəflər bu barışıq sazişinin şərtlərinin qanunvericiliyin tələblərinə zidd olmadığını və üçüncü şəxslərin heç bir hüququnu pozmadığını təsdiq və qəbul edirlər.
6. Bu saziş məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və tərəflər üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirənədək qüvvədədir.
11. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli 2(007)-1026/2024 nömrəli qərardadı ləğv olunmalı, bаrışıq sаzişi məhkəmə tərəfindən qəbul еdilməli və şərtləri təsdiq еdilərək iş üzrə icrааtа хitаm vеrilməlidir.
12. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157- 159; 163, 263-264; 266-269-cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Şikayət təmin olunsun. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli 2(007)- 1026/2024 nömrəli qərardadı ləğv olunsun. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kompensasiya ödənilməsi barədə müqavilə bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiа ərizəsi üzrə tərəflərin bаrışıq sаzişi аşаğıdаkı şərtlər ilə təsdiq еdilsin:
1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı sabiq həyat yoldaşı Əfsuridə Ərşad qızı arasında bağlanmış 10 yanvar 2018-ci il tarixli müqavilədə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki 65 saylı evin 11 nömrəli mənzilin əvəzinə K.Balakişiyev küçəsində tikilməsi planlaşdırılmış 3 saylı binanın 12-ci mərtəbəsindəki 83 saylı təmirsiz mənzilin Əfsuridə Ərşad qızına verilməsinin nəzərdə tutulduğunu, lakin 3 saylı binanın tikintisinə dövlət qurumları tərəfindən icazə verilmədiyindən müqavilədə qeyd olunan mənzilin gələcəkdə tikilib təhvil verilməsinin mümkün olmadığını nəzərə alaraq İddiaçı Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki 65 saylı evin 11 nömrəli mənzilindəki ½ hissədə payına görə "Rahatlığın Məkanı” MMC-dən 40000 (qırx min) manat məbləğində kompensasiya almağa razılığını bildirir.
2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barışıq sazişinin qüvvəyə mindiyi gündən sonrakı üç iş günü ərzində Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki 65 saylı evin 11 nömrəli mənzilindəki ½ hissədə payına görə İddiaçı 40000 (qırx min) manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürür.
3. İddiaçı "xxxx" MMC-yə qarşı iddia tələbindən imtina edir, heç bir iddiasının, tələbinin, yaxud pretenziyasının, habelə hər hansı digər maddi və qeyri-maddi tələbinin olmadığını, bundan sonra da olmayacağını bildirir.
4. Bu sazişi imzalamaqla, Tərəflər barışıq sazişinin bağlanmasının prosessual nəticələri barədə tam məlumatlı olduqlarını təsdiq edirlər.
5. Tərəflər bu barışıq sazişinin şərtlərinin qanunvericiliyin tələblərinə zidd olmadığını və üçüncü şəxslərin heç bir hüququnu pozmadığını təsdiq və qəbul edirlər.
6. Bu saziş məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və tərəflər üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirənədək qüvvədədir. 2(007)-1026/2024 nömrəli mülki iş üzrə icrааtа хitаm vеrilsin. İddiaçı və cavabdehə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ülkər Yusifova