Məhkəmə qərarları › İş №2(007)-104/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-104/2022

06.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-104/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 qanuni nümayəndəsi, özü də cavabdeh olan Cavabdeh3, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh2 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh2 qarşı istifadə hüququnun olmayan hesab edilməsi,qeydiyyatdan çıxarılma üçün əsas hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki,hüquqlarını müdafiə etdiyi şəxs cavabdehlərdən biri olan Cavabdeh3 ilə 28 dekabr 2002-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurub, lakin bir müddət sonra münasibətləri pisləşdiyi üçün aralarında olan nikah qeydiyyatı məhkəmə qətnaməsi ilə pozulub.Cavabdehlə ailə qurduqdan sonra iddiaçının mülkiyyətində olan mənzildə yaşayıblar. Tərəflərin ailə münasibətləri pozulduğu gündən sonra iddiaçıya mülkiyyətində olan mənzildə yaşamasına cavabdehlər maneəçilik yradırlar. Faktiki olaraq iddiaçını evə buraxmırlar. Sözü gedən mənzil 27 aprel 1996-cı il tarixdən iddiaçının mülkiyyətinə keçib, bu səbəbdən də cavabhlərin həmin evin üzərində hər hansı formada payı mövcud deyildir. Mübahisəli mənzil iddiaçının mülkiyyətində olan zaman 25.09.2010-cu il tarixdə cavabdehlər həmin mənzilə qeydiyyayt alınıblar. Onlar həmin mənzilə qeydiyyaat alınsalar da, onların mənzilə üzərinə heç bir hüququ yoxdur. Buna baxmayaraq iddiaçının mülkiyyət hüququnu pozaraq, mənzildən istifadə etməsinə, mənzilə dair sərəncam verməsinə maneəçilik tbrədirlər. Bu isə iddiaçının mülkiyyət hüquqlarını pozur. Buna görə də, hesab edir ki, cavabdehlərin hər birinə 15000 manat kompensasiya verilməklə mənzilən dair istifadə hüquqlarına xitam verilməlidir.Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh3,X1 və Cavabdeh2 hər birinə 15000 manat verilməklə onların Bakı şəhəri,Nizami rayonu,B.Nuriyev küçəsindəki 75 saylı evin 159 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi,onların və digərilərinin həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 qanuni nümayəndəsi, özü də cavabdeh olan Cavabdeh3 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, onun himayəsində fəaliyyət qabiliyyəti olmayan övladı vardır. Onun yaşamağa başqa yeri yoxdur.Bundan əlavə digər cavabdeh olan Ayişə adlı qızı da streslərdən xəstəliyə tutulub. Gözünüzün önündədir, əlləri ayaqları əsir. İki uşağı ilə birlikdə həmin evdə yaşayır.Onlar 45000 kompensasiya alıb başqa yerdə yaşayış sahəsi ala bilməyəcəklər. Xəstə oğlu hərəkət edə bilmir, onu evdən çıxara bilməz.Bundan əlavə onların başqa bir iki otaqlı mənzili vardır. İddiaçı getsin həmin evdə yaşasın və ya həmin evi satmaq istəyirsə satsın, lakin onların yaşadığı evə dəyməsin. Xahiş edir ki, xəstə övaldlarını nəzərə alıb, iddia tələbinin rədd olunması barədə qətnamə çıxırılsın. Cavabdeh1 da oxşar məzmunlu izahat verərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: DƏDRX-dən 29 saylı Vəkil Bürosuna ünvanlanmış 11 mart 2021-ci il tarixli məktubun məzmunundan görünür ki, Bakı şəhəri,Nizami rayonu,B.Nuriyev küçəsindəki 75 saylı evin 159 saylı mənzili 02.06.1996-cı il tarixdən İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir.Bundan başqa,İddiaçı mülkiyyətrində Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi 7 saylı evin 74 saylı mənzil də var.(Qeydiyyat tarixi-05.02.1997-ci il) “Heba Consulting”MMC-nin 28 mart 2022-ci il tarixli qiymətləndirmə ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri,Nizami rayonu,B.Nuriyev küçəsindəki 75 saylı evin 159 saylı mənzilinin bazar dəyəri 98000 manat təşkil edir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-107 saylı iş üzrə qəbul etdiyi 14 mart 2017-ci il tarixli qətnaməsi ilə xx xxxx 1998-ci il təvəllüdlü Cavabdeh2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Torpağın mülkiyyətə verilməsi barədə JN081 A seriyalı,kod nömrəsi 61013068 olan şəhadətnamədən görünür ki, İddiaçı mülkiyyətində Bərdə rayonu Qayalı kəndində 0.08 ha.torpaq sahəsi 24 noyabr 2000-ci ildən mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh3 arasında nikah 11 iyul 1996-cı il tarixdə Bərdə rayonunda bağlanmış və 07 saylı nikah qeydi ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh3 arasında nikah 11 iyul 1996-cı il tarixdə bağlanmışdır.Mübahisəli mənzil isə 02.06.1996-cı il tarixdən iddiaçının mülkiyyətindədir. Lakin tərəflərin izahatından görünür ki, Cavabdeh3 ailə qurduqları 11 iyul 1996-cı il tarixdən həmin mənzildə yaşayır.Belə olan halda mənzildən istifadə ilə əlaqədar tərəflər arasında münasibətlərin 1996-cı ildən yaranması müəyyən olunur.Digər cavabdehlər- X2 və Cavabdeh2 isə tərəflərin birgə nikahdan olan övladlarıdır və tərəflər həmin mənzildə yaşayarkən doğulmuşlar,hal-hazırdad da mənzildə yaşamaqda davam edirlər. Ona görə də mübahisəyə 30 iyun 2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. 30 iyun 2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köşürmək ixtiyarına malikdirlər;digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Göründüyü kimi,cavabdehlərin mənzildən istifadə hüququ mülkiyyətçinin (iddiaçının) öz razılığı ilə onların həmin mənzilə köşdüyü və ya (həmin mənzildə doğulması anından) yaranmışdır. Qeyd olunan maddi-hüquq normalarının məzmunundan görünür ki, cavabdehlər mənzildən istifadə ilə bağlı mülkiyyətşi ilə eyni hüquqlara malikdirlər və eyni vəzifələr daşıyırlar. Bundan başqa,işdə oln sənədlərdən göründüyü kimi tərəflər birgə nikahda olarkən Bakı şəhəri,Nizami rayonu,Əli Vəliyev küçəsi 7 saylı evin 74 saylı mənzil(Qeydiyyat tarixi- 05.02.1997-ci il) və Bərdə rayonu Qayalı kəndində 0.08 ha.torpaq sahəsi 24 noyabr 2000ci ildə etmişlər.Hər iki əmlak hal-hazırda iddiaçının mülkiyyətində və istifadəsindədir. Cavabdeh3 birgə nikah vaxtı əldə olunan hər iki əmlakdan pay tələb etməmişdir və ddiaçıdan həmin iki əmlakın əvəzinə xəstə uşaqları ilə hazırkı mübahisəli mənzilin onlar verilməsini tələb edir.Lakin iddiaçı bununla razılaşmır. Məhkəmə birgə nikah vaxtı əldə olunmuş digər iki əmlakın iddiaçının mülkiyyətində və istifadəsində qaldığını,cavabdeh xx xxxx 1998-ci il təvəllüdlü Cəfərli Vasif Raqub oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməklə anasının himayəsində yaşamasını digər cavbdeh Cavabdeh1 da xəstə olduğunu nəzərə alaraq cavabdehlərin hər birinə15000 manat verilməklə onların məmzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə iddiaçının təklifini ədalətli hesab etmir. Ona görə də məhkəmə hesab edir ki,iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh2 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar