Məhkəmə qərarları › İş №2(007)-1044/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1044/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1044/2023 10.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1000 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində vəsaitin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər ilə dəmir qapı düzəltmək adı ilə ondan 1000 manat pul almışdırlar. Lakin, verdikləri vədi yerinə yetirməmiş və onlara ödənilmiş 1000 manat məbləğindəki vəsaiti geri qaytarmamışdırlar. Bununla əlaqədar, cavabdehlər barəsində Xətai RPİ-nin 37-ci polis şöbəsinə şikayət ərizəsi verilmişdir. Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısının xx.xx.2023-cü il tarixli "Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" qərarından göründüyü kimi, cavabdehlər ondan 1000 manat məbləğində vəsaiti aldıqlarını və aldıqları vəsait müqabilində vəd etdikləri işi görmədiklərini etiraf etmişdirlər. Həmin qərarla, iddiaçıya mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikasının MPM-nin 258-ci maddəsinin tələblərinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdehlər vəsaiti xx.xx.2023-cü il tarixinədək qaytaracaqlarını, ödəyəcəklərini bildirsələr də, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq bu günə kimi borcu qaytarmamışdırlar və müxtəlif bəhanələrlə vəsaiti qaytarmaqdan imtina edirlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etdiyini, maddi vəziyyət ilə bağlı iddiaçının pulunu ödəyə bilmədiklərini, iddiaçının polisə də müraciət etdiyini və onları polis şöbəsinə dəvət etdiklərini bildirmiş və məhkəmədən pulun ödənilməsi üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etdiyini, maddi vəziyyət ilə bağlı, həmçinin iddiaçı məhkəmədə iddia qaldırdığı üçün iddiaçının pulunu ödəyə bilmədiklərini bildirərək məhkəmədən pulun ödənilməsi üçün mart ayının axırına kimi vaxt verilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, onları polis şöbəsinə yanvar ayının 3-də dəvət etmişlər və onlara 3 gün, yəni yanvar ayının 6-na kimi pulu ödəmələri ilə bağlı vaxt vermişlər, lakin bayram vaxtları olduğu və işləri olmadığı üçün 3 gün ərzində pulu ödəyə bilməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı dəmir qapı düzəltmək adı ilə ondan ümumilikdə 1000 manat pul almışlar. Lakin cavabdehlər vədinə əməl etməyərək qapını düzəltməmiş və 1000 manat pulu iddiaçıya qaytarmamışdır. Bundan sonra İddiaçı DİN-nin 102 xidmətinə zəng etmiş, onun müraciətinə Bakı şəhəri. Xətai RPİ-nin 37-ci PŞ-də baxılaraq xx.xx.2023-cü il tarixdə "Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" qərar qəbul edilmiş,qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi, vətəndaş İddiaçı tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Həmin qərar ilə müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 adlı şəxslərin izahatı alınmış və onlar hadisəni təsdiq etmiş, lakin pulları olmadıqları üçün hal-hazırda ödəyə bilmədiklərini və yaxın zamanlarda ödəyəcəklərini bildirmişdir. Bundan əlavə Cavabdeh1 və Cavabdeh2 adlı şəxslər pulu xx.xx.2023-cü il tarixdə ödəyəcəklərini bildirsələr də həmin izahatda yazdıqları vədə əməl etməmişlər. Dəfələrlə onlarla əlaqə saxlanılsa da bu günə qədər verməli olduqları 1000 manat pulu iddiaçıya ödəməkdən boyun qaçırmışlar. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehlər 1000 manat vəsaiti qəbul etdiklərini və ödəyəcəklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə iddia tələbinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar üzrə 1000 manat vəsaitin cavabdehlər tərəfindən dəmir qapı düzəltmək məqəsdilə alındığı, lakin cavabdehlər tərəfindən qaytarılacağı bildirilsə də qaytarılmadığı, həmin məbləğin onlar tərəfindən mənimsədildiyinin etiraf edildiyi müəyyən olmuşdur. Beləliklə, məhkəmə eyni zamanda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər dəmir qapını düzəldəcəklərini bildirərək iddiaçı qarşısında öhdəlik götürdüklərindən, öhdəliyi yerinə yetirmədikləri üçün 1000 manat vəsaiti iddiaçıya qaytarmalı olduğundan, cavabdehlər iddia tələbini qəbul etdiyindən hesab edir ki, qeyd olunan məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə 1000 (bir min) manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə 1000 (bir min) manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar