Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1051/2024 05.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X2 doğum haqqında şəhadətnamədə soyadının, adının və ata adının qeydində yol verilmiş yanlışlığın aradan qaldırılması, ölüm haqqında şəhadətnamədə onun adının, soyadının və ata adının X1 qeyd olunması, onun doğum haqqında şəhadətnaməsində onun soyadının və adının qeydində yol verilmiş yanlışlığın aradan qaldırılması, adının və soyadının Alıyeva (Həsənova) Afilə kimi qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 307.2 və 307.2.5-ci maddələrinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. İlk öncə məhkəmə qeyd edir ki, ərizəçi öz xahişində Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulmuş qaydada şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olduğu halda, öz ərizəsində hüquq müəyyən edici sənədlərin həmin şəxsə məxsus olması barədə deyil, həmin hüquq müəyyənedici sənədlərdə olan yanlışlığın aradan qaldırılması barədə ərizə vermişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Bu yerdə məhkəmə qeyd edir ki, hətta qəbul edilsə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulmuş faktın məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün yuxarıda sadalanan şərtlərdən birinci və ikinci bənddə göstərilən hallar ərizəçinin xahişinə münasibətdə mövcuddur, lakin üçüncü bənddə göstərilmiş hal, yəni məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi barədə ərizəyə hər hansı sübut əlavə edilməmişdir. Bundan başqa, ərizəçi ərizəsində də lazımi sənədləri almaq üçün həmin orqanlara müraciət etməsini, lakin hansısa səbəbdən ala bilməməsinin mümkünsüzlüyü ilə bağlı məsələləri göstərməmiş və əsaslandırmamışdır. O cümlədən ərizəçi, ərizəsinə cavab verməli olan digər maraqlı şəxs qeydiyyat şöbəsini, onun adını, poçt ünvanını göstərməmişdir. Belə ki, ərizəçi qeyd olunan ərizədə maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etsə də, həmin maraqlı şəxsin onun müraciətinə imtina cavabı verməsini təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, ərizəçinin məhkəməyə sübut qismində təqdim etdiyi 6 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin 05/Q-664/15 saylı, xx.xx.2022-ci il tarixli imtina məktubundan isə görünür ki, həmin imtina hazırda ərizəçinin xahişində göstərdiyi hüquqmüəyyənedici sənədlərlə münasibətdə deyil, məhz onun “nikah haqqında akt qeydinin bərpa edilməsi”nə münasibətdə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, qeyd olunanlara əsasən ərizənin qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti orqana müraciət etmək hüququ ərizəçiyə izah olunmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 7931 nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. ("xxxx" ASC Neftçilər kart mərkəzi filialı, mədaxil qəbzi-7931, əməliyyat nömrəsi- 386722009, tarix: xx.xx.2024, saat 10:51). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi “Maraqlı şəxsnə qarşı mərhum həyat yoldaşı X2 doğum haqqında şəhadətnamədə soyadının, adının və ata adının qeydində yol verilmiş yanlışlığın aradan qaldırılması, ölüm haqqında şəhadətnamədə onun adının, soyadının və ata adının X1 qeyd olunması, onun doğum haqqında şəhadətnaməsində onun soyadının və adının qeydində yol verilmiş yanlışlığın aradan qaldırılması, adının və soyadının Alıyeva (Həsənova) Afilə kimi qeydə alınması” haqqında ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti orqana müraciət etmək hüququ ərizəçiyə izah olunsun. Ərizəçi tərəfindən ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu ("xxxx" ASC Neftçilər kart mərkəzi filialı, mədaxil qəbzi-7931, əməliyyat nömrəsi- 386722009, tarix: xx.xx.2024, saat 10:51) geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-1051/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1051/2024
05.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver