Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1065/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh2, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: ilk tələb: “qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və yeni tikiləcək binada qeyri-yaşayış sahəsinin verilməsi”, qarşılıqlı tələb: “maddi və mənəvi zərərin ödənilməsi”) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İlk iddia üzrə İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndələri Nümayəndə1 və Nümayəndə2, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və onun nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İlk iddia üzrə İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və yeni tikiləcək binada qeyri-yaşayış sahəsinin verilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, İlk tələb:
1. İlk iddia üzrə İddiaçı Mənzil Tikinti Kooperativi cavabdehlər X10, X1, Cavabdeh3, X5, X11, X13 və X6 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X10 (ailə üzvləri X7, Cavabdeh3, X12, X14, X16 ilə birlikdə) məxsus ünvan 1 ünvanda olan 74 kv.m qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı MTKya təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsinin əvəzinə İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən ona həmin ərazidə, yeni tikiləcək binada 100 kv.m qeyri-yaşayış sahəsi verilməsi, X9 ona məxsus olan hazırki qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun itirilməsi, cavabdeh X6 məxsus ünvan 3 ünvanda olan 122 kv. m yararsız vəziyyətdə olan yarım zirzəminin boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi, həmin qeyriyaşayış sahəsinin əvəzinə İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən ona həmin ərazidə, yeni tikiləcək binada 122 kv.m qeyri-yaşayış sahəsi verilməsi, X4 ona məxsus olan hazırki qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlk iddia üzrə İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh3 münasibətdə iddia ərizəsinin geri qaytarılmasını və həmin hissədə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini; Cavabdeh2 məxsus ünvan 3 ünvanda olan 122 kv.m. yararsız vəziyyətdə olan zirzəminin boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi, həmin zirzəminin əvəzinə ona İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən həmin ərazidə inşa olunacaq 1 saylı binada 146 kv.m qeyri-yaşayış sahəsinin (zirzəmi sahəsinin) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra ilk iddia üzrə İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh2 məxsus ünvan 3 ünvanda olan 122 kv.m. yararsız vəziyyətdə olan zirzəminin boşaldılaraq İddiaçı MTK-nə təhvil verilməsi, həmin zirzəminin əvəzinə ona İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən həmin ərazidə inşa olunacaq 1 saylı binada 160 kv.m qeyri-yaşayış sahəsinin (zirzəmi sahəsinin) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İlk iddia ərizəsinin əsaslandırıldığı hallar:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 saylı sərəncamı ilə “Kursus-Nizami" Mənzil Tikinti Kooperativinin xx.xx.2021-ci il tarixli, 1/14 saylı müraciəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021-07818 saylı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021ci il tarixli, **********06 saylı rəyləri və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun xx.xx.2021-ci il tarixli, xx/xx-01239 saylı razılıq məktubu, eləcə də Azərbaycan Respublikasının Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı fərmanı ilə təsdiq olunmuş "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin və torpaq qanunvericiliyinin tələbləri nəzərə alınmaqla Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllədə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi şərti ilə yeni, çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "Kursus-Nizami” Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir. “Kursus-Nizami" Mənzil Tikinti Kooperativi həmin sərəncamların icrası ilə əlaqədar mühüm işlər görmüş, ərazidə yaşayan sakinlərin əksəriyyəti ilə razılıq əldə edərək onların yaşadığı istismar müddəti bitmiş, yaşayış üçün yararsız olan binaları sökərək yeni müasir tipli, yüksəkmərtəbəli binalar tikmiş, əvvəlki mənzillərdən daha artıq yaşayış sahəsi olan mənzilləri tam təmirli vəziyyətdə razılığa gəlmiş sakinlərin istifadəsinə vermişdir. Həmin işlər hal-hazırda davam etdirilir. Lakin binalar üzrə sakinlərin əksəriyyəti ilə müqavilələr bağlansa da tikinti işlərinə hələ də başlanmamışdır. Bunun səbəbləri cavabdehlər tərəfindən törənən maneələrdir. Belə ki, cavabdehlər istifadəsində olan qeyriyaşayış sahələrinin əvəzinə onlara 2-3 dəfə artıq qeyri-yaşayış və ya yaşayış sahəsi eləcə də dəyərindən 2-3 dəfə artıq Kompensasiya tələb edirlər. Əgər şirkət həmin tələbləri yerinə yetirərsə, nəinki gəlir əldə edə bilər, hətta ziyanla işləyər. Cavabdehlərin qanunazidd, qeyri-humanist, hüquqdan sui-istifadəyə uyğun hərəkətləri ilə əlaqədar MTK ilə razılığa gələn sakinlər getdikcə yaxın zamanda yeni mənzil əldə etmək ümidlərini itirirlər. Kooperativ onlarla bağlanmış müqavilələrin şərtlərinə müəyyən edilmiş müddət ərzində əməl etməzsə, külli miqdarda zərərlə üzləşə bilər. Belə olan halda, kooperativin məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmır. Xatırladır ki, X9 ünvan 1 ünvanda 74 kv.m qeyri-yaşayış sahəsi vardır. Baxmayaraq ki, heç bir şirkət qeyri-yaşayış sahəsini əvəzləşdirəndə artıq sahə təklif etmir. “Kursus-Nizami" MTK onun 74 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə 100 kv.m. qeyri-yaşayış təklif edir. Digər cavabdeh X4 tamamilə yararsız vəziyyətdə olan, uzun illər istifadəsiz qalmış 122 kv.m yarımzirzəmi qeyri-yaşayış sahəsi vardır. Onun əvəzinə “Kursus-Nizami" MTK cavabdehə həmin ölçüdə tam təmirli yarımzirzəmi təklif edir. Nəzərə alınsa ki, 1 kv.m qeyri-yaşayış sahəsinin təmir qiyməti 200 manatdan çoxdur, təklif etdikləri güzəşt təqribən 25000 manat dəyərindədir. "Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu münasibətləri tənzimləyən qərarı “Qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur” Həmin qərarda daha sonra qeyd olunur ki, "Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur" Göründüyü kimi ən yüksək məhkəmə instansiyası hesab edilən Azərbaycan Respublikasının Konstitusiyası bu cür mübahisələrdə hüquqdan sui-istifadə hallarına yol verilməməsi, bir və ya bir neçə şəxsin mənafeyinin çoxluğun mənafeyindən üstün tutulmasının aradan qaldırılması üçün konseptual mövqe müəyyən etmiş, eyni zamanda yeni normativ-hüquqi aktların qəbul olunmasının zəruriliyini əlaqədar dövlət orqanlarının nəzərinə çatdırmışdır. Lakin, bəzi hallarda aşağı məhkəmə instansiyalarında bu cür mübahisələrə baxılarkən hakimlər Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında müəyyən edilən tövsiyələrə etinasız yanaşırlar, mülkiyyət toxunulmazlığı prinsipini əsas tutaraq fərdlərin mənafeyinin toplumun mənafeyindən daha üstün tutan qərarlar qəbul edirlər. Bu da haqlı olaraq uzun illər davam edən məhkəmə çəkişmələrinə gətirib çıxarır. Bir və ya bir neçə şəxsin mənzil toxunulmazlığının qarşısı alınsa da çoxluğun daha abad, müasir, geniş mənzillərdə yaşamaq arzusu nəzərə alınmır. Hazırki mübahisə üzrə cavabdehlərə də sahib olduqları əmlakın əvəzinə taha geniş, abad əmlaklar təklif olunmuşdur. Lakin onlar hüquqdan sui-istifadə edərək daha çox sahəsi olan qeyri-yaşayış sahəsi və ya fantastik məbləğdə kompensasiya tələb edirlər.
Qarşılıqlı tələb:
5. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MTK-nın iddia ərizəsinin rədd edilməsi, ona vurulmuş 25150 manat məbləğində maddi zərərin, 20000 manat məbləğində əldən çıxmış faydanın və 30000 manat məbləğində mənəvi zərərin, cəmi 75150 manat məbləğin İddiaçı MTK tərəfindən ödənilməsi, ünvan 4 ünvanda yerləşən 280,2 kv.m qeyri yaşayış sahəsinin hər kvm-ni 3500 manat, cəmi 980700 manatdan qiymətləndirilməsinə razıdırlarsa, İddiaçı MTK ilə alqı-satqı müqaviləsinin bağlanmasına razılıq verməyi barədə, əks təqdirdə alqısatqı müqaviləsinin rədd edilməsi və dövlət rüsumu 316 manat məbləğin İddiaçı MTK hesabına ödənməsi barədə qətnamə, İddiaçı MTK tərəfindən ona məxsus olan qeyriyaşayış sahəsinin dağıdılması və əmlaklarının oğurlanması ilə əlaqədar cavabdehlər barəsində Azərbaycan Respublikası CM-nin 309.1-ci və 322-ci maddələri ilə cinayət işi başlanması üçün xüsusi qərardad qəbul edib istintaq orqanına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı MTK-nın iddia ərizəsinin rədd edilməsini, ona vurulmuş 25150 manat məbləğində maddi zərərin, 20000 manat məbləğində əldən çıxmış faydanın və 30000 manat məbləğində mənəvi zərərin, cəmi 75150 manat məbləğin İddiaçı MTK tərəfindən ödənilməsini, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 47/13 ünvanda yerləşən 280,2 kv.m qeyri-yaşayış sahəsinin hər kv.m-ni 5500 manat, cəmi ******* (bir milyon beş yüz qırx bir min yüz) manatdan qiymətləndirilməsinə razıdırlarsa, İddiaçı MTK ilə alqı-satqı müqaviləsinin bağlanmasına razılıq verməyi barədə, əks təqdirdə alqı-satqı müqaviləsinin rədd edilməsi və dövlət rüsumu 316 manat məbləğin İddiaçı MTK hesabına ödənməsi barədə qətnamə, İddiaçı MTK tərəfindən ona məxsus olan qeyri-yaşayış sahəsinin dağıdılması və əmlaklarının oğurlanması ilə əlaqədar cavabdehlər barəsində Azərbaycan Respublikası CM-nin 309.1-ci və 322-ci maddələri ilə cinayət işi başlanması üçün xüsusi qərardad qəbul edib istintaq orqanına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Qarşılıqlı iddia ərizəsinin əsaslandırıldığı hallar:
7. MTK-nın təqdim etdiyi iddia ərizəsi tamamilə qanunsuz və əsassız olmaqla mülkiprosessual qanunvericiliyinin tələblərinə uyğun tərtib edilməmişdir. Mübahisənin nədən ibarət olduğu iddia ərizəsində açıqlanmamışdır. İddianın məzmunundan görünür ki, əgər mənzil tikintisi haqqında Bakı şəhər İHB-nın qərarı oldusa, bina sakinləri yaşamaq hüququnu itirməlidir. MTK rəhbərliyi onların heç bir hüququna məhəl qoymamalıdır. İddianın əsası kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə istinad edilmişdir, hansı ki, Konstitusiyanın 148-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan belə bir normativ-hüquqi akt mövcud deyildir. Hesab edir ki, İddiaçı MTK-nın iddiası tamamilə qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Qarşılıqlı iddiasının mahiyyəti aşağıdakı kimidir: Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 47/13 ünvanda onun mülkiyyətində xx.xx.2020-ci il tarixli, ********** saylı ÇİXARİŞ əsasında 122,3 kv.m, sonradan 20 kv.m də əlavə edilmiş, faktiki olaraq MTK-nın nümayəndəsi ilə birgə ölçülmüş akt əsasında içəri hissədən 155,64 kv.m, çöl hissədən isə ümumi sahəsi 215,54 kvm təşkil edən qeyri-yaşayış sahəsi vardır. 2023-cü ilin noyabr ayında “Kursus- Nizami" MTK-nın sədri Elnur Hüseynov bildirdi ki, tikinti işləri aparmaq üçün obyektiniz sökülməlidir. Sahənin əvəzində 20% artıq ölçüdə mənzillə əvəz edilməsi təklif edilmişdir. Yaxud da burada yerləşən mənzil sahələrinin hər kv.m-nə 2000 manatdan pulunun ödənilməsi, razıdırsa onunla müqavilə bağlasınlar. O və etibarnamə ilə nümayəndəsi olan qardaşı Cahangir bildirdilər ki, onlar burada yaşamırlar, mənzilə də ehtiyacları yoxdur. Bu sahəni alqı-satqı yolu ilə sata bilərlər. Sahələri təmirlidir, içərisində fəaliyyət göstərmək üçün hər şəraiti var, onlardan əvvəl buranı toxucu sexi kimi hər ayı 1000 manatdan icarəyə vermişdilər. 2023cü ilin may ayında icarəçilər eşidəndə ki, buranı sökəcəklər başqa yer taparaq köçüb getmişlər. Bildirdi ki, sahəsinin hər kv.m-i üçün MTK 3500 manatdan ödəyərsə alqı-satqıya razıdır. Əsaslandırdı ki, qonşu ərazi olan Papanində sakinlər qeyri-yaşayış sahəsinin hər kv.m-ni 6000-7000 manatdan satmışlar. Bunu ATV kanalında çıxış edərkən özləri bildirmişlər. Bakının hər yerində qeyri-yaşayış sahələrinin dəyəri, mənzillərin dəyərindən 2 dəfə artıq olur, bəzi yerlərdə isə daha artıq məbləğ ödənilir. İnsafla və ədalətlə MTK-ya təklif edir ki, rəsmi “ÇİXARİŞ”ı olan qeyri-yaşayış sahəsinin hər kv.m-i üçün 3500 manat, yəni mənzil üçün ödədikləri məbləğdən 2 dəfədən də az məbləğ ödəsələr, onlarla razı olar. Lakin onlar razı olmadılar, dedilər ki, yeri zirzəmidir. İzah etdi ki, sahəni niyə dəyərdən salırsız, dövlətin rəsmi “ÇİXARİŞ”ı ilə bura normal təmir olunmuş və fəaliyyət göstərən obyektdir, ərazini sənədə uyğun adlandırmalıyıq. Sənədlə tikintinin altındakı torpaq sahəsi də 1869 saylı inventar nömrəsi ilə onun istifadəsindədir. Göstərdiyi şərtlər barəsində onlara 3 dəfə yazılı təklifini vermiş, onlar isə yalnız sahənin müqabilində mənzil və ya hər kv.m üçün 2000 manat pul təklif etmişlər. Sonuncu dəfə MTK-nın Anar müəllim adlı nümayəndəsi ilə söhbət edərkən ona bildirdi ki, son variant kimi qeyri-yaşayış sahəsini onlar nümayəndə ilə ölçsün içəridən içəriyə hansı ölçü olacaqsa ona 20% əlavə etməklə hər kv.m-nin dəyərini danışarıq. İzah etdi ki, o, sahə satır həmin sahənin içərisi və çöl divarına qədər olan bütün hissəsi onun mülkiyyətindədir. Ona görə hesablanmanı çöl divardan etməlidirlər. O, isə bildirdi ki, ölçünü aparın, qiyməti sonra danışarıq. Lakin ölçünü aparandan sonra danışığa gəlmədilər. Elnur Hüseynov onlarla qonşuluqda yaşayan və 70 kv.m qeyri-yaşayış sahəsi olan İmanov Mehman adlı şəxsə 245000 manat, yəni hər kv.m-i üçün 3500 manatdan pul təklif etmişdir və bu məbləği qardaşına göstərərək bildirmişdir ki, bura birinci mərtəbə olduğuna görə belə təklif edirlər. Həmin qeyri-yaşayış sahəsinin sahibi İmanov Mehman isə onlardan hər kv.m üçün 5500 manat tələb edir. Qardaşı da izah etmişdir ki, həmin ərazi onlara bina tikintisi üçün lazımdır və bizim yerlə, hər kv.m-ə 5500 manat tələb edən şəxsin sahəsi arasında qiymət baxımından heç bir fərq yoxdur, tikinti aparılarkən hər iki sahədən eyni məqsəd üçün eyni səviyyədə istifadə ediləcəkdir. Əgər oranı zirzəmi hesab edirlərsə, onda bünövrə də hazır vəziyyətdədir və əlavə olaraq qazılmağa 10-15 min manat xərc çəkməyəcəklər. Buna baxmayaraq, onunla razılaşmadan, ərazini özbaşına hasara aldılar və uzun müddət onun sahəsinə toxunmadılar. 2024-cü il dekabrın ortalarında sexin dəmir qapıları sökülmüş, sahəsində olan 8 ədəd toxucu dəzgahları özbaşına, MTK-nın əməkdaşları tərəfindən götürülmüş, sexin divarlarından lambirinlər sökülərək dağıdılmış, 4 ədəd dəmir seyflər, 4 ədəd dəmir qapılar, 5 ədəd plastik qapılar və 2 ədəd stollar götürülmüş, sexin içərisi tamamilə uçurularaq istifadəyə yararsız vəziyyətə gətirilmişdir. O, İddiaçı MTK-nın rəhbəri Elnur Hüseynovdan soruşduqda bildirdi ki, guya onların xəbəri yoxdur, yəqin tanımadığı şəxslər dəzgahları və seyfləri oğurlayıb aparmışlar. Bildirdi ki, buranı MTK hasarlamışdır və buranın mühafizəsinə də onlar cavab verirlər. Bundan bir neçə gün sonra Elnur Hüseynov bildirdi ki, söküntünü onlar aparmışlar və aktlaşdırmışlar. O, bildirdi ki, obyekti sökməyə heç bir səlahiyyətləri yoxdur, saxta akt tərtib etmişlər. Onların bu əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci vəzifə səlahiyyətini aşma və 322-ci özbaşınalıq cinayətinin əlamətləri vardır. Bu barədə dərhal qardaşı Cahangir Nizami rayon PŞ-nin 25ci PB-nə ərizə ilə rəsmi məlumat vermişdir. İddiaçı MTK-nın bu hərəkətləri ona məxsus olan qeyri-yaşayış sahəsinin onlara istədikləri qiymətə satmağa məcbur etmək xarakteri daşıyır və bu yolla onun sahəsini onlara sərf edən aşağı qiymətə satmağa məcbur edirlər. Ona məxsus olan qeyri-yaşayış sahəsindən hər birinin qiyməti 3500 manat, cəmi 7000 manat təşkil edən 2 ədəd, eni 3 metrlik dəmir toxucu dəzgahı, hər birini 1000 manata aldığı, cəmi 2000 manat təşkil edən eni 2 metrlik 2 ədəd dəmir toxucu dəzgahı, hər birini 500 manata, cəmi 2000 manata aldığı 4 ədəd, eni 1 metrlik toxucu dəzgahları, hər birini 500 manata, cəmi 2000 manata aldığı 4 ədəd dəmir seyflər, hər biri 200 manata, cəmi 1000 manata düzəldilmiş, 5 ədəd plastik qapılar, 200 manat dəyərində 1 ədəd stol və 150 manat dəyərində 1 ədəd plastik stol MTK-nın əməkdaşları tərəfindən özbaşına götürülmüş, sexin bütün divarlarının lambirinləri tamamilə uçurdulmuş, hər biri 200 manata düzəldilmiş, cəmi 800 manat dəyəri olan 4 ədəd dəmir qapılar çıxarılıb aparılmışdır. Nəticədə, ona toxucu dəzgahları, seyflər və digər avadanlıqlarla əlaqədar 15150 manat, lambirinlərin dağıdılması ilə əlaqədar 10000 manat, cəmi 25150 manat məbləğində maddi zərər dəymişdir. Bundan əlavə, İddiaçı MTK-nın binanı alması ilə əlaqədar o, həmin qeyriyaşayış sahəsini ayda 1000 manata icarəyə vermək imkanından məhrum olundu, bu minvalla 2023-cü ilin may ayından bu günədək olan 20 ay müddətində 20000 manat məbləğində (əldən çıxmış fayda) maddi qazancı əldən çıxmışdır. (Sexin dağıdılmazdan əvvəl və sonrakı şəkilləri və videogörüntüləri iddiaya əlavə edilir.) Bundan əlavə, qeyriyaşayış sahəsinin zorla, özbaşına uçurdulması nəticəsində, onun nüfuzuna mənəvi ziyan dəymiş, edilən zorakılıq onu sarsıtmış, ailəsi və tanışları yanında onun mənəvi durumuna ciddi xələl gətirmişdir. Bu minvalla ona 30000 manat mənəvi zərər dəymişdir. Beləliklə, ona 25150 manat maddi zərər, 30000 manat mənəvi ziyan və 20000 manat əldən çıxmış fayda, cəmi 75150 manat zərər dəymişdir. Ona dəymiş bu zərər mülki qanunvericiliyin tələblərinə əsasən İddiaçı MTK tərəfindən tam məbləğdə ödənməlidir. Bununla yanaşı İddiaçı MTK alqı-satqı barədə onun şərtlərinə razı deyilsə, həmin MTK ilə alqı-satqı müqaviləsi bağlamağı məqbul hesab etmir. Qanunvericiliyin bu tələblərinə əsasən onun qeyri-yaşayış sahəsinin ərazisi 30%, yəni 215,54x30%=64,6 kv.m əlavə olunaraq 280,2 kv.m hesablanmalıdır. Bunun da hər kv.m-i 3500 manatdan 980700 manat təşkil edir.
Tərəflərin izahatları:
8. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, işə baxılarkən Cavabdeh2 məhkəməyə qarşılıqlı iddia vermişdir. Aşağıda istinad edəcəyi arqumentlərə əsasən qarşılıqlı iddia ərizəsini əsassız hesab edir və rədd olunmasını xahiş edir. Qarşılıqlı iddiaçı qeyd etmişdir ki, onun əmlakının ümumi sahəsi 215,54 m2 təşkil edir. Halbuki, istənilən yaşayış və ya qeyri-yaşayış sahəsinin ölçüsü müvafiq icra hakimiyyəti tərəfindən rəsmi qaydada təsdiq edilmiş çıxarışla və bu çıxarışa əlavə olunmuş texniki pasportla müəyyən olunur. Cavabdeh2 özünün məhkəməyə təqdim etdiyi sənədlərdə əmlakın sahəsi 122,3 m2 göstərilmişdir. Bundan başqa Cavabdeh2 qeyd edir ki, guya ona hər m2 üçün 2000 manat təklif etmişlər. Bu da həqiqətə uyğun deyil. Hamıya məlumdur ki, Bakı şəhərində tikinti şirkətləri qeyri-yaşayış sahələri (xüsusilə də zirzəmilər) üçün əlavə sahə təklif etmirlər. Buna baxmayaraq İddiaçı Mənzil Tikinti Kooperativi ona 122,3 m2 əvəzinə 160 m2, yəni 37,7 m2 əlavə qeyri-yaşayış sahəsi təklif edir. 37,7 m2 əlavə qeyri-yaşayış sahəsi 30% -dən də çox edir. İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən ona maddi ziyan dəyməsi ilə bağlı qarşılıqlı iddiaçının dəlilləri də əsassızdır. Belə ki, Cavabdeh2 iddia ərizəsində özü qeyd edir ki, “2023-cü ilin may ayında icarəçilər eşidəndə ki, buranı sökəcəklər, onlar da başqa yer taparaq köçüb getmişlər”. Cavabdeh2 məhkəməyə təqdim etdiyi xx.xx.0217-ci il tarixli icarə müqaviləsindən görünür ki, X3 3 il müddətinə icarəyə verilmişdir. Hətta belə bir hal öz təsdiqini taparsa belə, qeyd etdiyi kimi icarəçilər özləri könüllü olaraq çıxıb gediblər. Bununla əlaqədar şirkət tərəfindən onlara təzyiq və ya zor tətbiq olunmamışdır. O ki, qaldı orada olan dəzgahların və ya avadanlıqların şirkət tərəfindən “mənimsənilməsi” bu fakt da yalandır.
9. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə2 ilk iddia tələbini müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddia tələbini qəbul etməyib rədd edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi Cavabdeh1 ilk iddianı qəbul etmədi və rədd olunmasını, qarşılıqlı iddianı isə müdafiə etdi və əlavə olaraq bildirdi ki, İddiaçı MTK tərəfindən sökülməli olan Nizami rayonu, K.Balakişiyev küçəsi 47/13 ünvanda olan qeyri-yaşayış sahəsi tam təmir olunmuş, döşəməsi metlax, bütün otaqların divarları və tavanı lambirin örtüklə işlənmiş, sanitar qovşağı tam təmir edilmiş abad obyekt idi. İddiaçı MTK tərəfindən obyekt özbaşına qəsdən sökülərək tam yararsız vəziyyətə salınmış və obyektin görkəmi onlar tərəfindən, qiyməti süni surətdə aşağı salmaq üçün dağıdılmış vəziyyətə gətirilmişdir. Sənədlə qeyri-yaşayış sahəsi olan Mehman İmanova məxsus obyektə görə sahibi tərəfindən İddiaçı MTK-dan hər m2-nə 5500 manat tələb edilir. Müqayisə edərkən bəlli olur ki, onun obyektinin vəziyyəti ilə İmanov Mehmanın obyekti arasında heç bir fərq yoxdur, əksinə onun qeyri-yaşayış sahəsində katlavan üçün zəruri olan qazıntı işləri aparılaraq, İddiaçı MTK-nın xeyrinə xeyli işlər görülmüş olur, bu da onların xərcini azaltmaqla onun obyektinin dəyərini daha da artırır. Eyni zamanda İddiaçı MTK tərəfindən obyektinin özbaşına dağıdılaraq qiymətdən salınması və onu onlara sərf edən şərtlərlə müqavilə bağlamağa vadar edilməsi ona mənəvi cəhətdən ciddi təsir etmişdir. Ona görə də hesab edir ki, ona məxsus olan qeyri-yaşayış sahəsinin də hər m2-nin dəyəri 3500 manat deyil, 5500 manatdan qiymətləndirilməlidir. Bu hesabla 280,2 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin alqı-satqı qiymətini 280,2x5500=1541100 manat dəyərləndirərək İddiaçı MTK ilə bu qiymətə alqı-satqı müqaviləsi bağlamağa razı olar. O, yeni bina tikilməsinə etiraz etmir sadəcə onun qeyri-yaşayış sahəsinin dəyərinin ödənilməsini istəyir. Hətta çöldənçölə olçülməklə 3500 manatdan versələr də razı olar. Əks halda Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 47/13 ünvanda yerləşən 280,2 m2 qeyri-yaşayış sahəsinin hər m2-ni 5500 manat, cəmi ******* manat verilməsini və dövlət rüsumu 316 manat məbləğin onlara ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilk iddia tələbini qəbul etmədiyini və rədd olunmasını, qarşılıqlı iddia tələbini müdafiə etdiyini və təmin olunmasını xahiş etdi.
İş materialları:
12. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********56-05101-083008 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 47/13 ünvanında yerləşən ümumi sahəsi 122,3 m2 olan qeyri-yaşayış sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Qeyri-yaşayış sahəsi onun adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.
13. Texniki paspaortdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 47/13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 122,3 m2-dir.
14. "xxxx" MMC-nin 16 dekabr 2024-cü il tarixli hesabatdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 47/13 ünvanında çoxmərtəbəli köhnə tikili yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 74 m2 qeyri-yaşayış sahəsinin bazar dəyəri 245000 manatdır.
15. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 saylı sərəncamından görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllədə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi şərti ilə yeni, çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "Kursus-Nizami” Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.
16. Azərbaycan Respublikası FHN Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə" Azərbaycan Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllədə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllədə yerləşən 39, 41, 43 və 47/13 saylı yaşayış binalarının texniki vəziyyəti barədə 19 sentyabr 2024-cü il tarixli rəydən görünür ki, həmin ünvanda yerləşən binalar qəzalı vəziyyətdədir.
17. İddiaçı MTK-nin Cavabdeh2 ünvanladığı 13 dekabr 2024-cü il tarixli məktubun surətindən görünür ki, ölkə başçısının tapşırıqlarını nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 338 nömrəli Sərəncamı əsasında, Bakı şəhəri, Nizami rayonu, Nəsimi və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən istismar müddəti bitmiş yaşayış binalarında yerləşən daşınmaz əmlak mülkiyyətçiləri ilə fərdi qaydada əvəzləşdirmə müqaviləsi bağlayaraq binaların söküntüsü və həmin ərazidə yeni yaşayış binalarının tikintisi "xxxx" MTK-ya həvalə edilmişdir. Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsindəki 47/13 saylı yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi ümumilikdə 122,3 m2 olan zirzəmi sahəsinə bir kvadratmetri üçün 20%-lik əlavə istədiyinizi qeyd edirsiniz. Hörmətli mülkiyyətçi, nəzərinizə çatdırmaq istəyirik ki, müraciətinizdə qeyd etdiyiniz hər kv.m üçün 20% əlavələr köhnə binaların təmir tikintisində zirzəmi və yarı zirzəmi tipli qeyri-yaşayış sahələrinə daxil edilmədiyinə görə sizin bu təklifinizi qəbul edə bilmirik. Daha öncə sizə bildirdiyimiz kimi çıxarışda qeyd edilən hər bir kv.m hesablanmaqla mənzil təklifimiz qüvvədədir və yaxud əlinizdə olan qeyri-yaşayış sahəsində ki, çıxarışa əsasən qeyriyaşayış sahənizin hər bir kv.m-nə 1000 manat təklifimizi qəbul edib, sizinlə aramızda danışıqların aparılması və razılıq müqaviləsi bağlanılması üçün Nizami rayonu, Kamil Balakişiyev 45 ünvanına dəvət edirik.
18. Cavabdeh2 ilə X8 arasında bağlanmış 01 iyul 2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X3 icarəyə verilmişdir. Müqavilə 3 il müddətinə bağlanmışdır. Aylıq icarə haqqı 1000 manatdır.
19. 27 dekabr 2024-cü il tarixli aktdan görünür ki, ünvan 8 ünvanında yerləşən binanın zirzəmisində baxış zamanı 1 ədəd şkaf, 2. xalça toxumaq üçün 3 ədəd dəzgah taxtadan (1 ədədi qırıq), 1 ədəd dəmir seyf, 5 ədəd toxuculuq üçün dəzgah (balaca) 1 ədəd dəmir vitrin, 30 kisə toxuculuq üçün istifadə olunan ip vardır.
20. 13 fevral 2025-ci il tarixli, 39127 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi və K.Balakişiyev küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyri-yaşayış binalarının söküntüsü üzrə layihə razılaşdırılır.
21. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 131 saylı sərəncamından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 saylı sərəncamının 1-ci bəndi aşağıdakı redaksiyada verilsin: “Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tərəfindən tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "Kursus-Nizami” Mənzil Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "Kursus-Nizami” Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilsin.”
İşin faktiki halları:
22. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tərəfindən tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "Kursus-Nizami” Mənzil Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "Kursus-Nizami” Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 47/13 ünvanında yerləşən ümumi sahəsi 122,3 m2 olan qeyri-yaşayış sahəsi ilk iddia üzrə Cavabdeh2 xüsusi mülkiyyətindədir. Qeyri-yaşayış sahəsi onun adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası FHN Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə" Azərbaycan Dövlət Baş Layihə İnstitutunun rəyinə əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 47/13 ünvanında yerləşən bina qəzalı vəziyyətdədir. Hazırda ilk iddia üzrə İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh2 məxsus ünvan 3 ünvanda olan 122 kv.m. yararsız vəziyyətdə olan zirzəminin boşaldılaraq İddiaçı MTK-nə təhvil verilməsi, həmin zirzəminin əvəzinə ona İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən həmin ərazidə inşa olunacaq 1 saylı binada 160 kv.m qeyri-yaşayış sahəsinin (zirzəmi sahəsinin) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı MTK-nın iddia ərizəsinin rədd edilməsini, ona vurulmuş 25150 manat məbləğində maddi zərərin, 20000 manat məbləğində əldən çıxmış faydanın və 30000 manat məbləğində mənəvi zərərin, cəmi 75150 manat məbləğin İddiaçı MTK tərəfindən ödənilməsini, ünvan 9 ünvanda yerləşən 280.2 kv.m qeyri-yaşayış sahəsinin hər kv.m-ni 5500 manat, cəmi ******* (bir milyon beş yüz qırx bir min yüz) manatdan qiymətləndirilməsinə razıdırlarsa, İddiaçı MTK ilə alqı-satqı müqaviləsinin bağlanmasına razılıq verməyi barədə, əks təqdirdə alqı-satqı müqaviləsinin rədd edilməsi və dövlət rüsumu 316 manat məbləğin İddiaçı MTK hesabına ödənməsi barədə qətnamə, İddiaçı MTK tərəfindən ona məxsus olan qeyri-yaşayış sahəsinin dağıdılması və əmlaklarının oğurlanması ilə əlaqədar cavabdehlər barəsində Azərbaycan Respublikası CM-nin 309.1-ci və 322-ci maddələri ilə cinayət işi başlanması üçün xüsusi qərardad qəbul edib istintaq orqanına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Konstitusiyası:
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
9. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:
2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.
25. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:
4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 4.2.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; 17.1. Bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. 17.2. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. 17.3. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir.
26. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında:
Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarı:
Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu hüquqi mövqeyin davamı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir.
28. Avropa İnsan Hüquqları Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarı:
1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmusdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdətutulmusdur, Dövlətlərin, digər məsələlərlə yanası, mülkiyyətdən ictimai maraga uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə baglıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər (bax: Kozacıoglu Türkiyəyə qarsı [BP], 2334/03, § 48, 19 fevral 2009-cu il, and Vistinš və Perepjolkins Latviyaya qarsı [BP], 71243/01, § 93, 25 oktyabr 2012-ci il). Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə yolverilməz hesab edilən yaşayış sahəsinin əvəzinə ona daha üstün şəraitli, təmirli yeni tikilmiş və bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir.
29. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar:
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı:
Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
31. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı:
Qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının:
8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
Məhkəmənin mövqeyi:
33. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi rədd edilməlidir.
34. Məhkəmə ilk iddia tələbinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası FHN Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə" Azərbaycan Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllədə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllədə yerləşən 47/13 saylı yaşayış binasının texniki vəziyyəti barədə 19 sentyabr 2024-cü il tarixli rəydən görünür ki, həmin ünvanda yerləşən binanın vəziyyətinin qeyri-qənaətbəxşdir, şəhərsalma və tikinti normalarına cavab vermir.
35. Göründüyü kimi tərəflər arasında sökülməli olan qeyri-yaşayış sahəsinin ölçüsü və əvəzində veriləcək qeyri-yaşayış sahəsinin ölçüsünə uyğun veriləcək kompensasiya məbləği barəsində mübahisə vardır.
36. Hazirki halda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********56-05101-083008 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 47/13 ünvanında yerləşən Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsinin ölçüsü 122,3 m2-dir. İddiaçı Mənzil Tikinti Kooperativi isə ona məxsus qeyri-yaşayış sahəsinin əvəzinə 160 m2 ölçüdə qeyri-yaşayış sahəsi təklif edir.
37. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Cavabdeh2 tərəfindən ona məxsus Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 47/13 ünvanda olan 122,3 m2 yararsız vəziyyətdə olan qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməli, qeyri-yaşayış sahəsinin əvəzinə ona İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən həmin ərazidə inşa olunacaq 1 saylı binada 160 m2 qeyri-yaşayış sahəsi verilməlidir.
38. Məhkəmə qarşılıqlı iddia tələbinin ünvan 9 ünvanda yerləşən 280,2 kv.m qeyriyaşayış sahəsinin hər kv.m-ni 5500 manat, cəmi ******* (bir milyon beş yüz qırx bir min yüz) manatdan qiymətləndirilməsinə razıdırlarsa, İddiaçı MTK ilə alqı-satqı müqaviləsinin bağlanmasına razılıq verməyi barədə, əks təqdirdə alqı-satqı müqaviləsinin rədd edilməsi hissəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi bu hissədə rədd edilməlidir. Göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********56-05101-083008 reyestr nömrəli çıxarışda Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsi 122,3 m2-dir. Lakin Cavabdeh2 tələbində qeyri-yaşayış sahəsinin ölçüsünü 280,2 m2 qeyd etmişdir və qeyri-yaşayış sahəsinin 1 m2-nə 5500 manat tələb edir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı tələbin bu hissəsini yetərincə əsaslandırmamış və məhkəməyə sübutlar təqdim etməmişdir.
39. Həmçinin İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək Cavabdeh2 mülkiyyətində olan 122,3 m2 qeyri-yaşayış sahəsinin əvəzinə 160 m2, yəni 37,7 m2 əlavə qeyri-yaşayış sahəsi təklif edir. Göründüyü kimi 37,7 m2 əlavə qeyri-yaşayış sahəsi Cavabdeh2 mülkiyyətində olan 122,3 m2 qeyri-yaşayış sahəsindən 30% -dən də çox təşkil edir.
40. Məhkəmə qarşılıqlı iddia tələbinin ona vurulmuş 25150 manat məbləğində maddi zərərin, 20000 manat məbləğində əldən çıxmış faydanın və 30000 manat məbləğində mənəvi zərərin, cəmi 75150 manat məbləğin İddiaçı MTK tərəfindən ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbinin bu hissəsini də sübut edə bilməmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir.
41. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı MTK tərəfindən ona məxsus olan qeyri-yaşayış sahəsinin dağıdılması və əmlaklarının oğurlanması ilə əlaqədar cavabdehlər barəsində Azərbaycan Respublikası CM-nin 309.1-ci və 322-ci maddələri ilə cinayət işi başlanması üçün xüsusi qərardad qəbul edib istintaq orqanına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
42. Tələbin bu hissənə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
43. Xüsusi qərardad işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir. Belə ki, məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi Cavabdeh1 bildirdi ki, 2024-cü il dekabrın ortalarında sexin dəmir qapıları sökülmüş, sahəsində olan 8 ədəd toxucu dəzgahları özbaşına MTK-nın əməkdaşları tərəfindən götürülmüş, sexin divarlarından lambirinlər sökülərək dağıdılmış, 4 ədəd dəmir seyflər, 4 ədəd dəmir qapılar, 5 ədəd plastik qapılar və 2 ədəd stollar götürülmüş, sexin içərisi tamamilə uçurularaq istifadəyə yararsız vəziyyətə gətirilmişdir. Bu barədə Bakı Şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə ərizə ilə rəsmi məlumat vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, artıq qeyd olunan məsələ ilə bağlı müvafiq araşdırma Polis Şöbəsində aparıldığından xüsusi qərardad çıxarılmasına zərurət yoxdur.
Məhkəmə baxışının hədləri:
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
45. İlk iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir.
Nəticə:
46. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, ilk iddia tələbi təmin edilməli, Cavabdeh2 tərəfindən ona məxsus Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 47/13 ünvanda olan 122,3 m2 yararsız vəziyyətdə olan qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməli, həmin qeyri-yaşayış sahəsinin əvəzinə ona İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən həmin ərazidə inşa olunacaq 1 saylı binada 160 m2 qeyriyaşayış sahəsi verilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir.
47. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İlk iddia təmin edilsin. Cavabdeh2 tərəfindən ona məxsus Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 47/13 ünvanda olan 122,3 m2 yararsız vəziyyətdə olan qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı MTK-ya təhvil verilsin, həmin qeyri-yaşayış sahəsinin əvəzinə ona İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən həmin ərazidə inşa olunacaq 1 saylı binada 160 m2 qeyriyaşayış sahəsi verilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Məhkəmə xərclərinə aid olan dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova