Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1066/2020 17.06.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Ərizəçi 31 dekabr 2017-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X3 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, onun X1 07 may 1941-ci ildə Ağcabədi rayonunda anadan olmuş və 31 dekabr 2017-ci ildə Bakı şəhərində ölmüşdür. X1 07 noyabr 1963-cü ildə anası X7 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahlarından 4 uşaqları anadan olmuşdur. O, Ağamirova Lətifə xx xxx 1968-ci ildə anadan olmuşdur. X2 20 iyul 2017-ci il tarixdə ölmüşdür. ünvan 1 ünvanında yerləşən mənzil atasının mülkiyyətindədir. Onun X1 31 dekabr 2017-ci ildə vəfat etdiyindən miras qalan əmlak ünvan 1 ünvanında yerləşən mənzilin miras əmlak kimi qəbul edilməsi üçün ünvan 2tariat Ofisinə müraciət edərək, qanun üzrə vərəsəlik işinin açılmasını xahiş etsə də, Notariat Kontoru 24 yanvar 2020-ci il tarixli 76 saylı məktubla mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Atasının qanun üzrə birinci növbəli vərəsələri anası X9, qızları o və digər bacıları arasında miras əmlakla bağlı heç bir mübahisə yoxdur. Hüquqi savadları olmadığından atasının vəfatından sonra 6 ay müddətində notariat kontoruna müraciət etməli olması barədə məlumatı olmamış, bu səbəbdən müddəti üzürlü səbəbdən buraxmışdır. Məhkəmə iclasında iddiaçı Ərizəçi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri 15 saylı Notariat Ofisinin Ərizəçi ünvanlanmış 24 yanvar 2020-ci il tarixli məktubundan görünür ki, 31 dekabr 2017-ci il tarixdə vəfat etmiş X1nun adına olan miras əmlakın qəbul müddətini ötürdüyü bildirilmişdir. - AZ-İ 919080 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 31 dekabr 2017-ci il tarixdə ölmüşdür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən, ünvan 1. Yeni qaydalarla Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 39, M2, m1 saylı mənzil X4 adına 19 dekabr 2014-cü il tarixdə qeydə alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə iddiaçı Ərizəçi nın X1na məxsusdur. X6 31 dekabr 2017-ci il tarixdə vəfat etmişdir. Ərizəçi mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürmüş, hazırda həmin müddətin uzadılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən, isə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mübahisənin müəyyən olunmuş hallarına qiymət verməklə məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarından da göründüyü kimi, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul edə bilərdilər. Lakin, mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş həmin hərəkətlərin iddiaçı tərəfindən edildiyi təsdiq edilmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında hüquqi savadları olmadığından atasının vəfatından sonra 6 ay müddətində notariat kontoruna müraciət etməli olması barədə məlumatı olmadığını, bu səbəbdən müddəti üzürlü səbəbdən buraxdığını bildirmişdir. Məhkəmə iddiaçının həmin dəlillərini əsassız sayaraq qeyd edir ki, Ərizəçi göstərdiyi səbəblər mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması üçün üzürlü səbəblər hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı Ərizəçi cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “Ərizəçi 31 dekabr 2017-ci ildə Bakı şəhərində vəfat etmiş X3 qalmış mirasın qəbul edilməsi üçün üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ərizəçi cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “Ərizəçi 31 dekabr 2017-ci ildə Bakı şəhərində vəfat etmiş X3 qalmış mirasın qəbul edilməsi üçün üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1066/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1066/2020
17.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver