Məhkəmə qərarları › İş №2(007)-1086/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1086/2023

19.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1086/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, İddiaçı X6, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ”əmrin ləğv edilməsi, işə bərpa və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması, "Ovçular Ət və Ət Məhsulları” MMC-nin baş direktoru X8 onun işdən azad olunmağı barədə 29 noyabr 2022-ci il tarixli, 183 saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işdən çıxarılması ilə əlaqədar işləmədiyi işinə bərpa olunması, müddətin orta əmək haqqı və mənəvi ziyana görə 15000 manat, ödənilmiş dövlət rüsumuna görə 135 manat pulun cavabdehdən alınıb, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X8 İddiaçı işdən azad olunması barədə 29 noyabr 2022-ci il tarixli, 183 nömrəli əmrin ləğv edilməsi, qanuna zidd olaraq 70 “ç” bəndinin tətbiqinin ləğv edilməsi, yenidən əvvəlki işə bərpa edilməsi, işləmədiyi müddətin orta əmək haqqı və mənəvi ziyana görə 50000 manat və ödənilmiş dövlət rüsumuna görə 135 manat pulun cavabdehdən alınıb ona verilməsi, əvvəlcədən “whatsapp” vasitəsilə hədə-qorxu gəlməklə Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən cinayət törədən kadrlar şöbəsinin rəhbəri Fidan xanım tərəfindən əmək kitabçasında tətbiq edilən 70 “ç”-bəndinin ləğv edilməsi və cinayəti törətməkdə maddi sübutlarla cinayət törədilməsi təsdiq edilən şəxslərin qanunla cəzalanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı ildən 29 noyabr 2022-ci ilədək eyni vaxtda "xxxx" MMC-də laboratoriya müdiri, bakterioloq və baytar vəzifələrini aparmışdır. Bu müddət ərzində savadı, elmi əsaslı bilikləri, təcrübəsi bu vəzifələri normal icra etməsinə əsas vermişdir. 14-cu kateqoriyaya malikdir, kimya elmləri namizədidir. "xxxx" MMC-nin baş direktoru X8 29 noyabr 2022-ci il tarixli, 183 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuna görə) əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və o, laboratoriya müdiri, bakterioloq və baytar vəzifəsindən azad edilmişdir. Bu məqsədlə onun müraciəti əsasında cavabdeh "Ovçular Ət və Ət Məhsulları” MMC ilə əmək mübahisəsinin həlli üçün Mediasiya Təşkilatında mediator təyin edilmişdir. Mediasiya sessiyasında cavabdeh tərəf mediasiya prosesində iştirakdan imtina etməsi səbəbindən mediasiya prosesinə xitam verilmişdir. Bunu iddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 17 yanvar 2023-cü il tarixli, 1/50 saylı arayış təsdiq edir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi "Mühasibatlığa təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən işçi iş qabiliyyətini itirdiyinə görə 2022-ci ilin ilk 10 ayının 5 ayını (yanvar, iyul, avqust, sentyabr, oktyabr) işə çıxmalı olduğu halda üzürsüz iş buraxmış, ünvanına göndərilən bildirişlərə cavab verməmiş, telefonla əlaqə saxlayıb, işə dəvət olunsa da gəlməyəcəyini və ərizə yazmayacağını bildirmişdir. Üzürsüz səbəbdən iş buraxmaqla qayda pozuntusuna yol vermişdir və buna əsaslanaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir". Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması, qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, sınaq müddəti ərzində işçi özürui doğrultmadıqda və dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd edir ki, cavabdeh “Ovçular Ət və Ət Məhsulları" MMC-nin "Əmək müqaviləsinə xitam verilməsi barədə" xx.xx.2022-ci il tarixli Əmrdə müqaviləyə xitam verilməsinin səbəbləri kimi göstərdiyi dəlillər həqiqəti əks etdirmir. Belə ki, xx.xx.2022-ci il tarixdə bülletendən sonra işə çıxanda səbəbini demədən kadrlar şöbəsinin müdiri ondan işdən çıxmaq barədə ərizə yazmağını tələb etdi. Mühafizəçi ondan işə buraxılmağı üçün rəhbərliyin icazəsini almağını söylədi. Həmin gün kadrlar şöbəsinin müdiri ilə görüşdü və təhqir olunmuş vəziyyətdə işdən çıxıb getdi. Göründüyü kimi "Ovçular ət və ət məhsulları” MMC-nin baş direktoru X8 onun işdən azad olunmağı barədə 29 noyabr 2022-ci il tarixli, 183 saylı əmri əsassız olduğundan ləğv edilməli, o, əvvəlki işinə bərpa olunmalı, ona işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı və mənəvi ziyana görə 15000 manat, ödənilmiş dövlət rüsumuna görə 135 manat pulun cavabdeh tərəfindən ödənilməli və mənəvi olaraq ona dəymiş ziyan ödənilməlidir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə etiraz ərizəsi verərək 2(007)-1086/2023 saylı mülki iş üzrə Yasamal rayonu, S.Qurbanov küçəsi, ev 2, mənzil 11-də yaşayan iddiaçı X11 “İşə bərpa və ziyan tələbinə dair” iddia ərizəsində göstərmişdir ki, xx.xx.2016-cı il tarixdən 29 noyabr 2022-ci il tarixə kimi eyni vaxtda "xxxx" MMC-də laboratoriya müdiri, bakterioloq və baytar vəzifələrini aparmışdır. "xxxx" MMC-nin baş direktoru X8 xx.xx.2022-ci il tarixli, 183 saylı əmri ilə ARƏM-in 70-ci maddəsinin ”Ç” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuna görə) əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və o, laboratoriya müdiri, bakterioloq, baytar vəzifəsindən azad edilmişdir. Ona görə də iddia tələbinin təmin olunması "xxxx" MMC-nin baş direktoru X8 xx.xx.2022-ci il tarixli, 183 saylı əmri ilə ARƏM-nin 70-ci maddəsinin “Ç” bəndi ilə azad olunmağı barədə əmrin ləğv edilməsi, işinə bərpa edilməsi, işləmədiyi müddətin orta əmək haqqı və mənəvi ziyana görə 15000 manat, ödənilmiş dövlət rüsumuna görə 135 manat pulun cavabdehdən alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakılara əsasən tərəfin iddiası tam qanunsuz və əsassızdır, qanunsuz olmaqla həm də nağıldır. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallarla bağlı İddiaçı qanunsuz əməlləri barədə aşağıdakıları qeyd etməklə həmin iddia tələbinin tam qanunsuz və əsassız olduğunu qeyd edir: İddiaçı ilə “Ovçular Ət və Ət Məhsulları’’ MMC arasında 1 avqust 2016-cı il tarixdə 1 (bir) il müddətinə əmək müqaviləsi bağlanmışdır. Ondan sonra əmək müqaviləsi növbəti illərdə tərəflərin razılığı ilə yəni müqavilənin bitməsinə münasibət bildirmədiyinə görə qanunvericiliyin tələblərinə uyğun olaraq uzadılmışdır. İddiaçı müəssisədə əvvəlcə laboratoriya müdiri, bakterioloq və baytar vəzifəsində çalışmışdır. Həmin işin xarakteri müəssisənin normal fəaliyyətini tənzimləyən əsas sahələrdən biridir. İddiaçı gözlənilmədən 01 dekabr 2021-ci ildə müəssisəyə heç bir xəbər vermədən işə çıxmadı və bu barədə heç kimə heç bir məlumat vermədi. Xəbər göndərdi ki, Gəncədən ona taksi ilə xəstəlik vərəqəsi göndərəcəklər və o, da müəssisəyə verəcəkdir. Onlar müvəqqəti işlərinin ahənginin pozulmaması üçün onun işini başqa əməkdaşa müvəqqəti tapşırmalı oldular. İddiaçı xəstəlik vərəqəsi onlara göndərilən zaman Gəncə şəhər, Z.Məmmədov adına X1 nevropatoloqu X9 tərəfindən ona 01 dekabr 2021-ci ildən 01 fevral 2022-ci il tarixə qədər xəstəlik vərəqəsi verildiyini müəyyən etdilər. Amma bu müddətdə də arada işçilərin yanına gəlib gedirdi. O, işə çıxan zaman onlar tibb sahəsində nəzəri biliyə malik olmadıqları üçün həmin xəstəlik vərəqələrinin qanuni və ya qanunsuz olduğunu müəyyən edə bilmədilər. Ondan sonra həmin xəstəlik vərəqi əsasında ona ödənişlər aparılmışdır. Bundan bir neçə ay sonra İddiaçı yenə də təkrar olaraq 01 iyul 2022-ci il tarixdə yenə də onlara heç bir məlumat vermədən üzürlü səbəb demədən işə çıxmamağa başladı. Baxmayaraq ki, hər həftə iş yerinə gəlib işçilərlə söhbət edirdi. Xəstəlik vərəqəsinin açdırdığını bildirirdi. Bu dəfə də bildirirdi ki, Gəncədən ona xəstəlik vərəqəsi göndərəcəklər ona görə işə çıxmır. 1 ay tamam oldu işə çıxmadı, xəstəlik vərəqəsi təqdim etmədi, baxmayaraq ki, dəfələrlə telefonla əlaqə saxlayaraq işlərinin ahənginin pozulduğunu laboratoriyasız işlərinin mümkünsüz, çətin olduğunu onun diqqətinə çatdırdılar. İşə çıxmasını xahiş etdilər, lakin yenə də işə çıxmadı. Onlar xəstəlik vərəqəsini təqdim edəcəyini gözləməli oldular. 4 ay fasiləsiz olaraq xəstəlik vərəqəsini onlara göndərərək yaşa görə işdən çıxarmağını tələb etməyə başladı. Onlar dəfələrlə onun əmək intizamını pozaraq, üzürsüz səbəbdən iş buraxması ilə bağlı aktlar tərtib edir və bu barədə rəhbərliyə məruzə edirdilər. Müəssisənin hüquqşünası təqdim olunmuş xəstəlik vərəqələrinin qanunsuzluğundan şübhələnərək 02 noyabr 2022-ci il tarixdə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X25 icraçı direktoru cənab Vüqar Qurbanova həmin xəstəlik vərəqələrini də göndərməklə onların qanuni olubolmaması barədə onlara məlumat verilməsini xahiş etmişdir. Bundan sonra 23 noyabr 2022-ci ildə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X29 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X25 direktoru Nazim Əhmədov tərəfindən Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə və onlara verilmiş 23 noyabr 2022-ci il tarixli, PHŞ/6.37-2-2022-364 saylı cavab məktubunda göstərilmişdir: “X7 verilmiş müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin araşdırılması barədə” Gəncə şəhər Birləşmiş Xəstəxanası” X29, xx.xx.2022-ci il tarixli, X7 verilmiş müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin araşdırılması ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müraciəti ilə əlaqədar PHŞ/6-2-2022-11215 nömrəli məktuba cavab olaraq aşağıdakıları nəzərə çatdırır. Müraciətlə bağlı araşdırma aparılmış, Z.Məmmədov adına X1 HMK-nın sədri X3, həkim nevropatoloqu X5 izahatları alınmışdır. Müəyyən edilmişdir ki, ünvan 1 ünvanda qeydiyyatda olan X11 xx.xx.2022-ci il tarixdə həkim nevropatoloq S.Ç.Hacıyevaya bel oma nahiyyəsində ağrı, hərəkət məhdudluğu şikayətləri ilə müraciət etmişdir. Xəstə S.Ç.Hacıyeva tərəfindən müayinə edilmiş, təyinat verilmiş, "L4-L5 fəqərələrin kompression sınığı” diaqnozu ilə xx.xx.2022ci il tarixdən hər dəfə 3 gün olmaqla 6 günlük əmək qabiliyətinin müvəqqəti olmaması vərəqi açılmış və "Əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqələrinin qeydiyyatı" kitabında müvafiq qeydlər aparılmışdır. Əmək qabiliyətinin müvəqqəti olmaması vərəqi 6 gündən sonra HMK-na təqdim edilmədən xx.xx.2021-ci ilədək davam etdirilmişdir. Eyni vəziyyət avqust və sentyabr aylarında da təkrarlanmışdır. Xəstə HMK-na təqdim edilmədiyindən poliklinikanın HMK-nın jurnalında S.T.Qazıyevanın əmək qabiliyyətinin artırılması barədə heç bir qeydiyyat aparılmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı X7 verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin verilməsində yol verdiyi ciddi çatmazlıqlara görə Z.Məmmədov adına X1 nevropatoloqu S.G.X21 Birləşmiş Xəstəxananın PHS-nın xx.xx.2022- ci il tarixli, 1551/K saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci “a ” bəndinə əsasən töhmət verilmişdir, Z.Məmmədov adına X1 HMK-nın sədri X4 Azerbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən xəbərdarlıq verilmişdir.” Yoxlama zamanı müəyyən etdilər ki, İddiaçı nəinki hazırda təqdim etdiyi sənədləri, həmçinin 01 dekabr 2021-ci il tarixindən 01 levral 2022-ci ilədək təqdim etdiyi xəstəlik vərəqələrini eyni həkim tərəfindən eyni qanunsuzluqlarla əldə etmişdir. Təkrar müraciətə verilmiş cavab məktubunda da göstərilmişdir ki, “Ovçular Ət və Ət Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı X7 verilmiş "əmək qabiliyyətinin olmaması vərəqəsi"nin verilməsində yol verdiyi ciddi çatmazlıqlara görə Z. Məmmədov adına X1 nevropatoloqu S. G. Hacıyevaya Gəncə şəhər Birləşmiş Xəstəxananın PHŞ-nın xx.xx.2022-ci il tarixli, 155/K saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci "a" bəndinə əsasən töhmət verilmişdir, Z.Məmmədov adına X1 HMK-nın sədri X4 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən xəbərdarlıq verilişdir. Bundan başqa "xxxx" MMC-nin Rəhbərlyi tərəfindən 25 oktabr 2022-ci il tarixində İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsini “Ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi təqdimatla "xxxx" MMC-nin Həmkarlar təşkilatına müraciət olunmuşdur və həmkarlar təşkilatı rəsmi sifarişli poçt bildirişi ilə onu araşdırmalar aparılmasında izahat vermək üçün həmkarlar təşkilatının iclasına dəvət etsə də o, iclasda iştirak etməkdən imtina etmişdir. Hətta 02 noyabr 2022-ci il tarixli, 56/2 saylı akta əsasən müəssisənin kadrlar üzrə mütəxəssisi İddiaçı işlətdiyi 055 *** ** ** nömrəsi ilə əlaqə saxlasa da o işə gəlməyəcəyini bildirmiş və onu yaşa görə pensiyaya çıxartmaqlarını tələb etmişdir. 01oktyabr 2022-ci ildən 01 noyabr 2022-ci il tarixədək işə çıxmaması ilə bağlı heç bir üzürlü sənəd təqdim etmədiyindən onu işə çıxmaqla bağlı telefonla əlaqə saxlanan zaman 02 noyabr 2022-ci il tarixində İddiaçı müəssisəyə yaxınlaşıb bildirmişdir ki, xəstəlik vərəqəsi Gəncədədir, tapşırıb Bakıya gələn maşın olanda göndərəcəklər. Kadrlar üzrə mütəxəssis bu məsələ ilə bağlı izahat yazmasını ondan xahiş etsə də qarşı tərəf buna etiraz edərək müəssisəni tərk etmişdir. 03 noyabr 2022-ci il tarixli, 58/1 saylı akta əsasən 03 noyabr 2022-ci il tarixində yenidən müəssisənin kadrlar üzrə mütəxəssisi İddiaçı işlətdiyi 055 *** ** ** nömrəsi ilə əlaqə saxlayaraq işə çıxmasını xahiş etsə də İddiaçı işə gəlməyəcəyini və işdən çıxma ərizəsini yazmayacağını bildirmişdir. 04 noyabr 2022-ci il tarixində naməlum taksi sürücüsü müəssisəyə yaxınlaşaraq, mühafizə xidmətinin rəisinə onun xəstəlik vərəqəsini təqdim etmişdir. Xəstəlik vərəqəsinə nəzər saldıqda göstərilmişdir ki, İddiaçı 01 noyabr 2022-ci il tarixində işə başlamalıdır. 04 noyabr 2022-ci il tarixli, 59/1 saylı akta əsasən təkrar olaraq müəssisənin kadrlar üzrə mütəxəssisi İddiaçı ilə əlaqə saxlayaraq işə gəlməsini xahiş etsə də əvvəlki kimi o işə gəlməyəcəyini bildirib ona yaşa görə təqaüdə göndərməyi ona demişdir. Lakin İddiaçı keçən 4 (dörd) gün ərzində üzürsüz səbəbdən iş buraxır və işə çıxmamaqda davam edirdi. Telefonla əməkdaşları onunla danışıq zamanı da qətiyyətlə işə çıxmayacağını və ərizə yazmayacağını bildirərək hədə-qorxular gəlməyə başlamışdır. Onunla əmək intizamını kobud surətdə pozmaqda davam etdiyindən, üzürsüz olaraq iş buraxması ilə bağlı həmkarlar təşkilatına müraciət olunduğundan 04 noyabr 2022-ci il tarixli, 60 saylı akta əsasən kadr üzrə mütəxəssis X2 Sevinc Tofiq qızına zəng edərək, onun üzürsüz səbəbdən iş buraxması ilə bağlı Həmkarlar təşkilatının iclasına dəvət etsə də İddiaçı heç bir iclasda iştirak etməyəcəyini, həmçinin işdən çıxmaqla bağlı da ərizə yazmayacağını, nə istəyirsiniz edin dəyərək telefonu söndürmüşdür. 06 noyabr 2022-ci il tarixli, 61 saylı Həmkarlar təşkilatının protokoluna əsasən verilmiş təqdimata Həmkarlar təşkilatının iclasında baxılmış, İddiaçı əmək intizamını dəfələrlə kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. Lakin ümid edirlər ki, bəlkə səhvini etiraf edər və işə başlayar, bir az gözləsinlər, çünki onların laboratoriyada işlər ahəngini pozmaq üzrə idi. 15 noyabr 2022-ci il tarixli, 62 saylı akta əsasən kadrlar üzrə mütəxəssisi İddiaçı ilə təkrarən əlaqə saxlayan zaman bildirmişdir ki, 07 noyabr 2022ci il tarixində Covid-19 testinin pozitivliyini təsdiq edən sənədi “Whatsapp” vasitəsilə göndərmişdir. Onun göndərdiyi sənədlərin qanunsuzluqlarında şübhələri olduğu üçün Etəbibin qaynar xətti ilə əlaqə saxlamışlar, oradan bildirdilər ki 14 noyabr 2022-ci il tarixində saat 12:36-dan onun karantin müddəti bitmişdir. Yenidən əlaqə saxlayıb işə dəvət etsələr də, təkidlə bildirmişdir ki, o, işə çıxmayacaq və işdən çıxma ərizəsi də yazmayacaqdır. “Nə bilirsiz edin, məndə sizdən şikayət edəcəyəm” deyərək telefonu söndürmüşdür. 16 noyabr 2022-ci il tarixli 63 saylı akta əsasən təkrar olaraq İddiaçı ilə əlaqə saxlayıb, karantin müddətinin bitdiyini ona bildirib, işə çıxmağa dəvət etmişlər. Xəstəliklə bağlı sənədi varsa, təqdim etməyi təklif etmişlər, lakin qarşı tərəf işə gəlməyəcəyini bildirmiş, nə istəyirsiniz edin deyərək bu dəfə də kobud şəkildə telefonu söndürmüşdür.18 noyabr 2022-ci il tarixli, 64 saylı bildirişə əsasən İddiaçı 02 noyabr 2022-ci il tarixindən üzürsüz səbəbdən işə çıxmadığına görə rəsmi olaraq faktiki yaşadığı (ünvan 2 ünvana bildiriş məktubu göndərilmişdir. 22 noyabr 2022-ci il tarixli, 65 saylı bildirişə əsasən İddiaçı 02 noyabr 2022ci il tarixindən üzürsüz səbəbdən işə çıxmadığına görə qeydiyyatda olduğu (ünvan 3 ünvana bildiriş məktubu göndərilmişdir, lakin Bakıda yaşadığı qeyd olunaraq Poçt tərəfindən geri göndərilmişdir. Bütün yuxarıda sadalanan rəsmi sənədlər əsasında İddiaçı əmək müqaviləsinə Həmkarlar Təşkilatının razılığı alınmaqla qanuni olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilmişdir. Həmin gündə də əmək kitabçası və işdən çıxarılması ilə bağlı əmrin surəti rəsmi sifarişli poçtla ünvanına göndərilmiş və son haqq-hesabı hesablanaraq bank hesabına köçürülmüşdür. Bundan sonra X11 onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilməsinin dəyişdirilməsinə kömək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X15 Xidməti Bakı şəhəri İdarəsinə müraciət etmişdir. Aparılmış yoxlama nəticəsində onun barəsində tam qanuni əsaslarla əmək müqaviləsinə xitam verildiyindən heç bir köməklik göstərilməmişdir. Ərizəsində göstərmişdir ki, guya işə gəlmək istəmiş və onlar onu işə buraxmamışlar. Ərizəsində göstərilən bu faktlar yalan və uydurmadır. Əgər onlar işə buraxmamışlarsa, niyə aidiyyatı qurumlara şikayət etməmişdir? Onların işi laboratoriyasız mümkün olmadığı halda X11 üzürüsüz səbəbdən işə çıxmayaraq Bakıda ola-ola gedib Gəncədə 6 aylıq qanunsuz xəstəlik vərəqəsi açdırmış və həmin qanunsuzluğa görə də ona xəstəlik vərəqəsi verən həkim və həkim komissiyasının sədri cəzalandırılmışdır. Sadalanan bütün rəsmi sənədlərin surətlərini təqdim edərək, bir daha bəyan edirlər ki, İddiaçı əmək müqaviləsinə “Ovçular Ət və Ət Məhsulları" MMC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilməsinin ləğv edilməsi ilə bağlı “İşə bərpa və ziyan tələbinə dair" iddiası tam qanunsuz və əsassızdır. İddia ərizəsi rədd edilməlidir. 29 gün heç bir üzürlü səbəb göstərmədən və heç bir rəsmi sənəd təqdim etmədən dəfələrlə müraciətlərinə məhəl qoymadan isə çıxmayan şəxs barəsində hansı tədbir görülməliydi? Onun barəsində qanunvericiliyin tələblərinə tam əməl edilməklə əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmişdir. Bu barədə onun müraciəti əsasında əmək müfəttişliyində də aparılmış araşdırma zamanı onunla bağlanmış müqaviləyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilməsində heç bir pozuntuya yol verilmədiyi üçün bu fakt üzrə heç bir tədbir görülməmişdir. Ona görə də İddiaçı əmək müqaviləsinə “Ovçular Ət və Ət Məhsulları" MMC -nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilməsinin ləğv edilməsi ilə bağlı “İşə bərpa və ziyan tələbinə dair" iddiası tam qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, cavabadehin nümayəndəsi iddia edir ki, bülletenlər saxtadır. Həmin bülletenlər səhiyyə işçiləri tərəfindən verilmişdir və o, həmin vaxt yıxılmışdır. L4-L5 fəqərələrin kompression sınığı diaqnozu qoyulmuşdur. O, rəhbərliyə bildirdi ki, “belə halda işə çıxması mümkünsüzdür, amma sağalan kimi gəlib işlərini bitirəcək”. Onlar isə “bəs necə olacaq, sənin işlərini kim görəcək” deyə bildirmişlər. Ona bülleten verən həkimlərə zəng vurub onları prokurorluğa verəcəklərini deyiblər. O, isə heç bir günahının olmadığını və heç onların da hər hansı qəbahətlərinin olmadığını bildirmişdir. Bundan əlavə Covid virusu olmuşdur. Bununla bağlı rəhbərliyə bülleten təqdim etmişdir. Həmin bülletendə texniki səhv vardı və həkim o səhvi düzəldəcəyini bildirmişdir. Lakin Cavid müəllim həmin bülleteni bu günədək ona təqdim etməyib ki, düzəliş olunsun. Covidlə bağlı bülleten Cavid müəllimin özündədir. Onu niyə işdən çıxardıqlarını bilmir. Cavid müəllim ərizəni yazıb işdən çıxmağını demişdir. Bununla bağlı səs yazısı da var. O, isə ərizə yazmayacağını çıxardırlarsa özləri çıxartsın demişdir. Onlar onun işə gəlmədiyini deyirlər, amma bu belə deyil. Xəstə olsa da işə gedib kömək edirdi, o, 3 işi birdən görürdü. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə etiraz ərizəsində göstərilənləri qeyd edərək bildirmişdir ki, iddiaçının əmri 29 noyabr 2022-ci ildə verilmişdir. İddiaçı Covid virusuna yoluxduğunu və bülleten təqdim etdiyini iddia edir. Lakin iddiaçının həmin bülleteni də saxtadı tarix səhv yazılıb. Həmçinin bildirmişdir ki, iddiaçının iddiası tam əsassız olmaqla qanunsuzdur. Dəfələrlə zəng olunub işə çıxması xahiş olunub, lakin Sevinc xanım özü Bakıda ola-ola xx.xx.2022 - xx.xx.2022 tarixli xəstəlik vərəqəsi Gəncədən göndərilib. Həmin həkim barəsində saxta bületten verdiyi üçün tədbir görülüb şiddətli töhmət verilib. Həkim komissiyasının sədrinə isə sonuncu xəbədarlıq olunub. Sevinc xanımı xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək işə dəvət etmişlər, lakin həmin dövr ərzində nə işdən çıxmışdır nə də işə gəlməmişdir. Həmkarlar İttifaqının iclasına dəvət olunub ora da gəlməmişdir. Son haqq hesabı iki dəfə hesablanıb və tam ödənilib. Bundan başqa iddiaçının iddiasının əssassız olmağını təsdiq edən sübutları və etirazını məhkəməyə təqdim etmişdir. Eyni zamanda 19 aprel 2023-cü il tarixdə “Eleketron məhkəmə” informasiya sistemi vasitəsilə iddia müddətinin tətbiqi barədə vəsatət verdiyini bildirdi. Vəsatəti müdafiə etdi və ona uyğun bildirdi ki, iddiaçı X11 qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini də ötürmüşdür. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşin müəyyən edilmiş hallarına görə də cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surəti və əmək kitabçası ekspress poçt vasitəsilə xx.xx.2022-ci il tarixində yaşadığı ünvana göndərilmiş, evdə olmadıqları üçün 01 dekabr 2022-ci il tarixində, saat 13:30 radələrində çatdırılmış və imza etməklə şəxsən qəbul etmişdir. İddia müddətinin axımı 01 dekabr 2022-ci il tarixindən başlanmış və 01 yanvar 2023-cü il tarixində iddia vermək müddəti bitmişdir. İddiaçının digər orqanlara müraciəti iddia axımını dayandırmır. Bu faktı iddiaçı özü də məhkəmə iclasında vermiş olduğu ifadəsində təsdiq etmişdir. Bununla bağlı iddiaçı Əmək Müfəttişliyinə xx.xx.2022-ci il tarixində müraciət edəndə də hüququnun pozulmuş olduğu barədə məlumatlı olmuş, bununla da əmək mübahisələrinin həll olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin axımı həmin tarixdən başlanmışdır. Həmçinin iddiaçı qeyd edilən müddətin üzrlü səbəblərdən buraxdığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının xx.xx.2023-cü il tarixində iddia vermək hüququ ilə bağlı iddia müddəti bitsə də iddiaçı 17 fevral 2023-cü il tarixində məhkəməyə müraciət etməklə 1 ay 17 gün iddia müddətini buraxmışdır. Bu səbəbdən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 avqust 2016-cı il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “Ovçular Ət və Ət Məhsulları" Məsuliyyətli Cəmiyyətində” laboratoriya müdiri və baytar” vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi 1 il müddətinə bağlanmışdır. - Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən “Ovçular Ət və Ət Məhsulları" Məsuliyyətli Cəmiyyətində “məşğulluq təsnifatı üzrə: müdir, laboratoriya, əmək müqaviləsi üzrə: laboratoriya müdiri və bakterioloq, baytarlıq” vəzifəsinə qəbul edilmiş və əmək müqaviləsi müddətsizdir. - “Ovçular Ət və Ət Məhsulları" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 183 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətindən görünür ki, "Mühasibatlığa təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən işçi iş qabiliyyətini itirdiyinə görə 2022-ci ilin ilk 10 ayının 5 ayını (yanvar, iyul, avqust, sentyabr, oktyabr) işə çıxmalı olduğu halda üzrsüz iş buraxmış, ünvanına göndərilən bildirişlərə cavab verməmiş, telefonla əlaqə saxlayıb, işə dəvət olunsa da gəlməyəcəyini və ərizə yazmayacağını bildirmişdir. Üzrsüz səbəbdən iş buraxmaqla qayda pozuntusuna yol vermişdir və buna əsaslanaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir". - “Ovçular Ət və Ət Məhsulları" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 183 nömrəli işdən azad olunma barədə əmrin surətindən görünür ki, "xxxx" MMC-nin laboratoriya müdiri və baytarlıq vəzifəsində çalışan X11 ilə bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduduğuna görə onunla baglanmış əmək müqaviləsi ləğv edilmişdir. 2021-ci ilin avqust ayından 2022-ci ilin noyabr ayına qədər istifadə etmədiyi əmək məzuniyyətinə görə 35 təqvim günü üçün pul əvəzi verilmişdir. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 1/050 saylı, 17 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, “Ovçular Ət və Ət Məhsulları" MMC ilkin mediasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci X11 ödənilmişdir. - “İnzibati tənbeh vermə haqqında” 19 yanvar 2023-cü il tarixli, ******* nömrəli qərarın surətindən görünür ki, “Ovçular Ət və Ət Məhsulları" MMC-nin baş direktoru X17 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən 1000 manat məbləğində inzibati cərimə edilmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(007)-5158/2023 nömrəli qərarının surətindən görünür ki, X8 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin 19 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 3(103)-499/2023 saylı, xx.xx.2023-cü il nömrəli qərarının surətindən görünür ki, şikayətçi X10 şikayəti təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(007)-515/2023 saylı qərarı ləğv edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı Şəhər İdarəsinin 19 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. - 000506 nömrəli qaimənin surətindən görünür ki, əmək kitabçası, xx.xx.2022-ci il tarixli, 183 nömrəli əmrin surəti xx.xx.2022-ci il tarixdə, saat 13:30-da X11 tərəfindən imza etməklə təhvil alınmışdır. - “Əmək qabiliyyətinin olmaması barədə” vərəqələrinin surətindən görünür ki, ******* nömrəli vərəqəyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək, ******* nömrəli vərəqəyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək, ******* nömrəli vərəqəyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək, ******* nömrəli vərəqəyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək, ******* nömrəli vərəqəyə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci tarixədək, ******* nömrəli vərəqəyə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək, işdən azad edilmişdir. - 12 dekabr 2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı X15 Xidmətinə müraciət etmişdir. - X15 Xidməti Bakı şəhər idarəsinin 16 dekabr 2022-ci il tarixli, **********9 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə ünvanladığı müraciətinə Xidmətin Bakı şəhər İdarəsində baxılır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq İddiaçı aid olan sənədlərin 7 (yeddi) iş günü müddətinə X15 Xidmətinin Bakı şəhər İdarəsinə (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi 87A, ***-***-**-**, daxili 60-64) təqdim edilməsi xahiş olunur. - X15 Xidməti Bakı şəhər idarəsinin 03 fevral 2023-cü il tarixli, 3-17-5/2-Q-3009 nömrəli məktubunun surətindən görünür ki, araşdırma zamanı "xxxx" MMC-nin rəhbərliyi tərəfindən X15 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş məktub sənədlərdə xx.xx.2022-ci il tarixdən heç bir üzrlü səbəb olmadan işə gəlmədiyi, bununla bağlı ayrı-ayrı günlərdə aktlar tərtib edildiyi, müəssisə Həmkarlar İttifaqı Komitəsinin razılığı ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən əmək müqavilənizə xx.xx.2022-ci il tarixində xitam verildiyi bildirilmişdir. Bildirilir ki, cəmiyyətin işəgötürəni tərəfindən son haqq-hesabı ödənilərkən Əmək Məcəlləsinin 140-cı (məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası ödənilməsi) maddəsinin tələblərinin pozulduğu məlum olmuşdur. Nəzərə çatdırılır ki, aşkar olunmuş pozuntulara əsasən tərəflərindən cəmiyyətin işəgötürəni barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, MN1292292 nömrəli inzibati tənbehvermə haqqında Qərar qəbul edilmiş və İddiaçı son haqq-hesabı yenidən hesablanaraq 437.91 manat əlavə olaraq ödənilmişdir. Eyni zamanda 10.11,2022-ci il tarixdən 18.11,2022-ci il tarixədək olan dövr üçün əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsində olan yanlışlıq aradan qaldırıldıqda sonra yenidən müavinəti ödənilməsi üçün xəstəlik vərəqəsini müəssisəyə təqdim etməsi məqsədəuyğundur. - “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X29 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X20 23 noyabr 2022-ci il tarixli, PHŞ/6.37-2-2022-364 nömrəli məktubunun surətindən görünür ki, X7 verilmiş müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin araşdırılması barədə” Gəncə şəhər Birləşmiş Xəstəxanası” X29, xx.xx.2022-ci il tarixli, X7 verilmiş müvəqqəti əmək qabiliyyətinin olmaması vərəqəsinin araşdırılması ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müraciəti ilə əlaqədar PHŞ/6-2-2022-11215 nömrəli məktuba cavab olaraq aşağıdakıları nəzərə çatdırır. Müraciətlə bağlı araşdırma aparılmış, Z.Məmmədov adına X1 HMK-nın sədri X3, həkim nevropatoloqu X5 izahatları alınmışdır. Müəyyən edilmişdir ki, ünvan 1 ünvanda qeydiyyatda olan X11 01 07.2022-ci il tarixdə həkim nevropatoloq S.Ç.Hacıyevaya bel oma nahiyyəsində ağrı, hərəkət məhdudluğu şikayətləri ilə müraciət etmişdir. Xəstə S.Ç.Hacıyeva tərəfindən müayinə edilmiş, təyinat verilmiş, "L4-L5 fəqərələrin kompression sınığı” diaqnozu ilə xx.xx.2022ci il tarixdən hər dəfə 3 gün olmaqla 6 günlük əmək qabiliyətinin müvəqqəti olmaması vərəqi açılmış və "Əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqələrinin qeydiyyatı" kitabında müvafiq qeydlər aparılmışdır. Əmək qabiliyətinin müvəqqəti olmaması vərəqi 6 gündən sonra HMKna təqdim edilmədən xx.xx.2021-ci ilədək davam etdirilmişdir. Eyni vəziyyət avqust və sentyabr aylarında da təkrarlanmışdır. Xəstə HMK-na təqdim edilmədiyindən poliklinikanın HMK-nın jurnalında S.T.Qazıyevanın əmək qabiliyyətinin artırılması barədə heç bir qeydiyyat aparılmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı X7 verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin verilməsində yol verdiyi ciddi çatmamazlıqlara görə Z.Məmmədov adına X1 nevropatoloqu S.G.X21 Birləşmiş Xəstəxananın PHS-nın xx.xx.2022-ci il tarixli, 1551/K saylı əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci “a” bəndinə əsasən töhmət verilmişdir, Z.Məmmədov adına X1 HMK-nın sədri X4 Azerbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən xəbərdarlıq verilmişdir.” - “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X29 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X20 24 yanvar 2022-ci il tarixli, PHŞ/6.37/2-26/2023 nömrəli məktubunun surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı X7 Z.Məmmədov adına X1 nevropatoloqu S.G.Hacıyevava tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin verilməsində yol verdiyi ciddi çatmazlıqlara görə Z.Məmmədov adına X1 nevropatoloqu S.G.X21 Birləşmiş Xəstəxananın PHS-nın xx.xx.2022- ci il tarixli, 1551/K saylı əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci “a” bəndinə əsasən töhmət verilmişdir, Z.Məmmədov adına X1 HMK-nın sədri X4 Azerbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən xəbərdarlıq verilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 noyabr 2022-ci il tarixli, 56/2 nömrəli aktının surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kadr işləri üzrə inspektor X16 tərəfindən 055 308 00 36 nömrəsindən İddiaçı işlətdiyi 055 *** ** ** nömrəsi ilə əlaqə saxlanılsa da o işə gəlməyəcəyini bildirmişdir. 01 oktyabr 2022-ci ildən 01 noyabr 2022-ci il tarixədək işə çıxmaması ilə bağlı heç bir üzürlü sənəd təqdim etməmişdir. Xəstəlik vərəqəsində xəstəlik davam edir göstərilsə də müəssisəyə sənədi təqdim etməmişdir. 01 noyabr 2022-ci il tarixində İddiaçı müəssisəyə yaxınlaşıb bildirmişdir ki. xəstəlik vərəqəsi Gəncədədir, tapşırıb Bakıya gələn maşın olanda göndərəcəklər. Kadrlar üzrə mütəxəssis X16 bu məsələ ilə bağlı izahat yazmasını bildirmişdir və qarşı tərəf buna etiraz edərək izahat yazmamışdır. Özünüz nə bilirsiniz edin deyərək müəssisəni tərk etmişdir. Bundan sonra dəfələrlə danışıqlar aparılmışdır, lakin bir daha izahat yazmayacağını bildirmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 03 noyabr 2022-ci il tarixli, 58/1 nömrəli aktının surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kadr işləri üzrə inspektor X16 tərəfindən 055 308 00 36 nömrəsindən İddiaçı işlətdiyi 055 *** ** ** nömrəsi ilə əlaqə saxlanılsa da o, işə gəlməyəcəyini bildirmişdir. 01 oktyabr 2022-ci ildən 01 noyabr 2022-ci il tarixədək işə çıxmaması ilə bağlı heç bir üzürlü sənəd təqdim etməmişdir. Xəstəlik vərəqəsində xəstəlik davam edir göstərilsə də müəssisəyə sənədi təqdim etməmişdir. 01 noyabr 2022-ci il tarixində İddiaçı müəssisəyə yaxınlaşıb bildirmişdir ki. xəstəlik vərəqəsi Gəncədədir, tapşırıb Bakıya gələn maşın olanda göndərəcəklər. 03 noyabr 2022-ci il tarixi daxil olmaqla xəstəlik vərəqəsi hələ də təqdim olunmamışdır. Dəfələrlə telefon danışıqları aparılıb, sənəd hələ Bakıya gələn maşın yoxdur deyə gecikdiyini bildirib, tez bir zamanda sənəd göndəriləcək desə də artıq 3 iş günüdür ki, sənəd müəssisəyə təqdim olunmayıb. Bildirmişdir ki, xx.xx.2022-ci ilə qədər xəstəlik vərəqəsi var, o sənədi də göndərəcək və bir daha işə çıxmayacaqdır. İşdən xaric olma ilə bağlı ərizə də yazmayacaqdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 04 noyabr 2022-ci il tarixli, 60 nömrəli aktının surətindən görünür ki, 04 noyabr 2022-ci il tarixdə kadr işləri üzrə inspektor X2 Sevinc Tofiq qızına zəng edərək onun üzürsüz səbəbdən işburaxması ilə bağlı Həmkarlar Təşkilatının iclaısna dəvət etdi. İddiaçı iştitak etməyəcəyini və heç bir ərizə yazmayacağını bildirib. Nə istəyirsiniz edin deyərək telefonu söndürmüşdür. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 04 noyabr 2022-ci il tarixli, 59/1 nömrəli aktının surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kadr işləri üzrə inspektor X16 tərəfindən 055 308 00 36 nömrəsindən İddiaçı işlətdiyi 055 *** ** ** nömrəsi ilə əlaqə saxlanılsa da o, işə gəlməyəcəyini və işdən azad olunma ərizəsini yazmayacağını bildirmişdir. 01 oktyabr 2022-ci ildən 01 noyabr 2022-ci il tarixədək işə çıxmaması ilə bağlı heç bir üzürlü sənəd təqdim etməmişdir. Xəstəlik vərəqəsində xəstəlik davam edir göstərilsə də müəssisəyə sənədi təqdim etməmişdir. 01 noyabr 2022-ci il tarixində İddiaçı müəssisəyə yaxınlaşıb bildirmişdir ki. xəstəlik vərəqəsi Gəncədədir, tapşırıb Bakıya gələn maşın olanda göndərəcəklər. 03 noyabr 2022-ci il tarixi daxil olmaqla xəstəlik vərəqəsi hələ də təqdim olunmamışdır. Dəfələrlə telefon danışıqları aparılıb, sənəd hələ Bakıya gələn maşın yoxdur deyə gecikdiyini bildirib, tez bir zamanda sənəd göndəriləcək deyə bildirmişdir. 04 noyabr 2022-ci il tarixində saat 17:00-17:30 aralığında naməlum taksi sürücüsü müəssisəyə yaxınlaşaraq, mühafizə xidmətinin rəisi Əhmədov Rüstəmə onun xəstəlik vərəqəsini təqdim etmişdir. Xəstəlik vərəqəsinə nəzər saldıqda 01 noyabr 2022-ci il tarixiə kimidir. Telefonlar danışıq zamanı işə çıxmayacağını və onu yaşa görə çıxartmalarını deyərək, ərizə yazmayacağını təkidlə bildirmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 noyabr 2022-ci il tarixli, 62 nömrəli aktının surətindən görünür ki, 01-07 noyabr 2022-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kadr işləri üzrə inspektor X16 tərəfindən 055 308 00 36 nömrəsindən İddiaçı işlətdiyi 055 *** ** ** nömrəsi ilə əlaqə saxlanılsa da o işə gəlməyəcəyini və işdən azad olunma ərizəsini yazmayacağını bildirmişdir. 07 noyabr 2022-ci il tarixində kadr işləri üzrə inspektor X23-19 testinin pozitvliyini təsdiq edən sənədi Whatsapp ilə göndərmişdir. X16 14 noyabr 2022-ci il tarixində X11 ilə əlaqə saxlayıb, ondan Covid-19 ilə bağlı verdiyi analizin neqativİiyini təsdiq edən sənədi göndərməyini xahiş edib, X11 buna məhəl qoymayıb ancaq şər böhtanlar ataraq hədə qorxu gəlib və sənədi göndərməyib. Kadrlar üzrə mütəxəssis X16 E-təbibin qaynar xətt nömrəsi ilə əlaqə saxlayıb, ordan cavab almışdır ki, X6 14 noyabr 2022-ci il tarixində saat 12:36 -dan karantin müddəti bitmişdir. X11 üzürsüz səbəbdən işə gəlməməkdə və izahat yazmamaqda davam edir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 noyabr 2022-ci il tarixli, 63 nömrəli aktının surətindən görünür ki, 01-07 noyabr 2022-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kadr işləri üzrə inspektor X16 tərəfindən 055 308 00 36 nömrəsindən İddiaçı işlətdiyi 055 *** ** ** nömrəsi ilə əlaqə saxlanılsa da o, işə gəlməyəcəyini və işdən azad olunma ərizəsini yazmayacağını bildirmişdir. 07 noyabr 2022-ci il tarixində kadr işləri üzrə inspektor X23-19 testinin pozitvliyini təsdiq edən sənədi Whatsapp ilə göndərmişdir. X16 14 noyabr 2022-ci il tarixində X11 ilə əlaqə saxlayıb, ondan Covid-19 ilə bağlı verdiyi analizin neqativİiyini təsdiq edən sənədi göndərməyini xahiş edib, X11 buna məhəl qoymayıb ancaq şər böhtanlar ataraq hədə qorxu gəlib və sənədi göndərməyib. Kadrlar üzrə mütəxəssis X16 E-təbibin qaynar xətt nömrəsi ilə əlaqə saxlayıb, ordan cavab almışdır ki. X6 14 noyabr 2022-ci il tarixində saat 12:36-dan karantin müddəti bitmişdir. X11 üzürsüz səbəbdən işə gəlməməkdə və izahat yazmamaqda davam edir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 noyabr 2022-ci il tarixli, 64 saylı bildirişə əsasən İddiaçı 02 noyabr 2022-ci il tarixindən üzürsüz səbəbdən işə çıxmadığına görə rəsmi olaraq faktiki yaşadığı (ünvan 2 ünvana BİLDİRİŞ məktubu göndərilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 22 noyabr 2022-ci il tarixli, 65 saylı bildirişə əsasən İddiaçı 02 noyabr 2022-ci il tarixindən üzürsüz səbəbdən işə çıxmadığına görə qeydiyyatda olduğu (ünvan 3 ünvana BİLDİRİŞ məktubu göndərilmişdir, lakin Bakıda yaşadığı qeyd olunaraq Poçt tərəfindən geri göndərilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin son haqq-hesabın hesablanmasından görünür ki, İddiaçı işlədiyi sentyabr, oktyabr, noyabr, fevral, mart, aprel, may, iyun ayları üçün 1700 manat məbləğində əmək haqqı hesablanmışdır. Dekabr, yanvar, iyul, avqust, sentyabr, oktyabr ayları işə çıxmamışdır. - TQS 027 nömrəli ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı Covid-19 virusu pozitiv çıxmışdır. Müşahidəyə götürülmüş və müalicə təyin olunmuşdur. xx.xx.2022ci il tarixdə evə yazılmışdır. - 30 noyabr 2022-ci il tarixli, 1639 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 583.88 manat pul ödənilmişdir. - 05 yanvar 2023-cü il tarixli, 02 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 437.91 manat pul ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 avqust 2016-cı il tarixli Əmək müqaviləsinə əsasən İddiaçı “Ovçular Ət və Ət Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyətində laboratoriya müdiri, baytar vəzifəsinə qəbul edilmişdir. 11 noyabr 2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən “Ovçular Ət və Ət Məhsulları" Məsuliyyətli Cəmiyyətində “məşğulluq təsnifatı üzrə: müdir, laboratoriya, əmək müqaviləsi üzrə: laboratoriya müdiri və bakterioloq, baytarlıq” vəzifəsinə qəbul edilmişdir, əmək müqaviləsi müddətsiz bağlanmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək işə gəlməmiş və “Əmək qabiliyyətinin olmaması barədə” vərəqələri təqdim etmişdir. Əmək intizamını kobud surətdə pozmağa davam etdiyindən, üzürsüz olaraq iş buraxması ilə bağlı həmkarlar təşkilatına müraciət olunmuş 04 noyabr 2022-ci il tarixli, 60 saylı akta əsasən kadr üzrə mütəxəssis X2 Sevinc Tofiq qızına zəng edərək, onun üzürsüz səbəbdən iş buraxması ilə bağlı Həmkarlar təşkilatının iclasına dəvət etsə də İddiaçı heç bir iclasda iştirak etməyəcəyini bildirmidir. 06 noyabr 2022-ci il tarixli, 61 saylı Həmkarlar təşkilatının protokoluna əsasən verilmiş təqdimata Həmkarlar təşkilatının iclasında baxılmışdır. “Ovçular Ət və Ət Məhsulları" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 183 nömrəli əmrə əsasən mühasibatlığa təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən işçi iş qabiliyyətini itirdiyinə görə 2022-ci ilin ilk 10 ayının 5 ayını (yanvar, iyul, avqust, sentyabr, oktyabr) işə çıxmalı olduğu halda üzrsüz iş buraxmış, ünvanına göndərilən bildirişlərə cavab verməmiş, telefonla əlaqə saxlayıb, işə dəvət olunsa da gəlməyəcəyini və ərizə yazmayacağını bildirmişdir. Üzrsüz səbəbdən iş buraxmaqla qayda pozuntusuna yol verməsi müəyyən olunmuş və buna əsaslanaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X29 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X20 23 noyabr 2022-ci il və 24 yanvar 2022-ci tarixli məktublarından görünür ki, X7 Z.Məmmədov adına X1 nevropatoloqu S.G.Hacıyevaya tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin verilməsində yol verdiyi ciddi çatmamazlıqlara görə Z.Məmmədov adına X1 nevropatoloqu S.G.Hacıyevavaya töhmət verilmişdir, Z.Məmmədov adına X1 HMK-nın sədri X4 xəbərdarlıq verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 avqust 2016-cı il tarixli Əmək müqaviləsinə əsasən İddiaçı “Ovçular Ət və Ət Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyətinə laboratoriya müdiri, baytar vəzifəsinə qəbul edilmişdir. 11 noyabr 2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən “Ovçular Ət və Ət Məhsulları" MMC-də məşğulluq təsnifatı üzrə: müdir, laboratoriya, əmək müqaviləsi üzrə: laboratoriya müdiri və bakterioloq, baytarlıq vəzifəsinə qəbul edilmiş və əmək müqaviləsi müddətsiz bağlanmışdır. İşçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək kimi hüquqları olan “İşəgötürən”in “İşçi” ilə arasında olan həmin müqavilənin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilməsi nəzərdə tutulmuşdur. Məhkəmə İddiaçı iddia tələbinin "xxxx" MMC-nin baş direktoru X8 İddiaçı işdən azad olunması barədə “29 noyabr 2022-ci il tarixli, 183 nömrəli əmrin ləğv edilməsi, qanuna zidd olaraq 70 “ç” bəndinin tətbiqinin ləğv edilməsi” hissəsini əsassız sayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, İddiaçı əmək vəzifələrini kobud şəkildə pozmuş, onunla dəfələrlə əlaqə saxlayaraq işə üzürlü səbəblərdən dolayı işə gəlməməsi ilə bağlı xəstəlik vərəqəsini müəssisəyə təqdim etməsinin zəruri olduğu bildirilsə də o, buna məhəl qoymayaraq, xəstəlik vərəqəsini təqdim etməyi gecikdirmişdir. Bu barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müxtəlif tarixlərdə aktlar tərtib edilmiş və İddiaçı ilə əlaqə saxlanılmış işə gəlməsi, müəssisənin fəaliyyətinin zəifləməsi ilə əlaqədar ona müəssisədə ehtiyac olduğu bildirilmiş, gəlməyəcəyi təqdirdə işdən azad olunma ilə bağlı ərizə yazmağı təklif edilmişdir, lakin o, işə gəlməyəcəyini və ərizə yazmayacağını bildirmişdir. İş materiallarında olan “whatsapp” yazışmalarından da məlum olur ki, iddiaçı müəssisə tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, həmçinin ona kömək məqsədi ilə təkliflər edilmişdir. Həmçinin Həmkarlar təşkilatının iclasına dəvət olunmuş lakin, İddiaçı iclasda iştirak etməyəcəyini dəyərək telefonu söndürmüşdür. İddiaçı xəstəlik vərəqəsi müəssisəyə göndərilən zaman Gəncə şəhər, Z.Məmmədov adına X1 nevropatoloqu X9 tərəfindən ona 01 dekabr 2021-ci ildən 01 fevral 2022-ci il tarixə qədər xəstəlik vərəqəsi verildiyi müəyyən edilmişdir. Bununla yanaşı, həmin xəstəlik vərəqi əsasında ona ödənişlər edilmişdir. Qeyd edilən xəstəlik vərəqələrinin qanuniliyini yoxlamaq məqsədilə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X29 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X24 müraciət olunmuşdur. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X29 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X20 23 noyabr 2022-ci il tarixli, PHŞ/6.37-2-2022-364 saylı cavab məktubundan aydın olur ki, müraciətlə bağlı araşdırma aparılmış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı X7 verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin verilməsində yol verdiyi ciddi çatmamazlıqlara görə Z.Məmmədov adına X1 nevropatoloqu S.G.X21 Birləşmiş Xəstəxananın PHS-nın xx.xx.2022-ci il tarixli, 1551/K saylı əmri ilə töhmət verilmişdir, Z.Məmmədov adına X1 HMK-nın sədri X4 xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş aktlardan görünür ki, müəssisə tərəfindən iddiaçı ilə lazımi qaydada əlaqə saxlanımış və xəbərdarlıq edilmişdir, nəticədə xx.xx.2022-ci il tarixli, 183 nömrəli əmrlə İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 avqust 2016-cı il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliyin tələbini pozaraq üzürsüz səbəbdən iş buraxdığı üçün və təqdim etdiyi xəstəlik vərəqələri düzgün verilmədikləri üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X8 İddiaçı işdən azad olunması barədə “29 noyabr 2022-ci il tarixli, 183 nömrəli əmrin ləğv edilməsi, qanuna zidd olaraq 70 “ç” bəndinin tətbiqinin ləğv edilməsi” tələbi təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, sübut etmək yükü təkzib edənin üzərinə düşmüş cavabdeh qəbul edilmiş əmrin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Məhkəmə tələbin “29 noyabr 2022-ci il tarixli, 183 nömrəli əmrin ləğv edilməsi, qanuna zidd olaraq 70 “ç” bəndinin tətbiqinin ləğv edilməsi” hissəsi təmin edilmədiyindən, “işləmədiyi müddətin orta əmək haqqı və mənəvi ziyana görə 50000 manat məbləğin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələbin qeyd olunan hissəsi törəmə tələb olduğundan təmin edilməməlidir. Həmçinin iddiaçı qeyd edilən mübahisə ilə bağlı ona dəyən mənəvi ziyanı sübut edəcək heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi və bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə aparılmış araşdırma cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı mənəvi ziyan vurulmasına gətirib çıxaran hər hansı qanunsuz hərəkətin və ya hərəkətsizliyin yol verilməsi müəyyən olunmamışdır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 4 nömrəli qərarının 6-cı bəndinə əsasən iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində qeyd etdiyi mənəvi ziyanın ona dəyməsi barədə məhkəməyə sübut təqdim etməmiş, istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən mənəvi ziyana görə 50000 manat pulun alınması tələbi təmin edilməməlidir. Qeyd olunanlarla bərabər cavabdehin nümayəndəsi hazırki tələb üzrə iddia müddətinin ötürüldüyünü bildirmişdir və iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Bununla belə, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı X11 xx.xx.2022-ci il tarixli əmrlə işdən azad edildikdən sonra əmək kitabçasını və işdən azad edilməsi barədə əmri xx.xx.2022-ci il tarixdə əldə etdikdən sonra fərdi əmək mübahisəsinin həll edilməsi üçün xx.xx.2022-ci il tarixində Əmək Müfəttişliyinə müraciət etmişdir. Buradan məlum olur ki, iddiaçı Əmək Müfəttişliyinə müraicət edəndə hüququnun pozulduğunu düşünmüşdür. Əmək mübahisəsinin məhkəmədən kənar qaydada həll edilməsi üçün 17 yanvar 2023-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, 1/050 saylı, 17 yanvar 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən həmin tarixdə ona məhkəməyə müraciət etmək hüququ izah edilmiş və 20 fevral 2023-cü il tarixdə o, ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddia müddətinin ötürülməsi barədə göstərdiklərinin hüquqi əsası vardır. İddiaçı tərəfindən iddia müddəti ötürülmüş hesab edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən iddiaçı məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 1 ay müddətini ötürmüşdür. Belə ki, iddiaçı 29 noyabr 2022-ci il tarixli əmri və əmək kitabçasını 01 dekabr 2022-ci il tarixdə alsa da, 17 yanvar 2023-cü il tarixdə mediasiya təşkilatına 20 fevral 2023-cü il tarixdə isə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının “ödənilmiş dövlət rüsumuna görə 135 manat pulun cavabdehdən alınıb, ona verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Lakin iddiaçı iş materiallarına dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etmədən “ödənilmiş 135 manat pulun cavabdehdən tutulması”nı tələb edir. Qeyd edilənlərə əsasən iddiaçı qeyd etdiyi tələbini sübut edəcək heç bir sənəd təqdim etmədiyindən iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə, tələbin “whatsapp” vasitəsilə hədə-qorxu gəlməklə Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən cinayət törədən kadrlar şöbəsinin rəhbəri Fidan xanım tərəfindən əmək kitabçasında tətbiq edilən 70 “ç” bəndinin ləğv edilməsi və cinayəti törətməkdə maddi sübutlarla cinayət törədilməsi təsdiq edilən şəxslərin qanunla cəzalanması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı hüquqi nəticə etibarı ilə kadrlar şöbəsinin rəhbərinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Lakin bu məsələ tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə xüsusi qərardad çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd olunan məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırki məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab edir və iddiaçının tələblərinin mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X8 İddiaçı işdən azad olunması barədə 29 noyabr 2022-ci il tarixli, 183 nömrəli əmrin ləğv edilməsi, qanuna zidd olaraq 70 “ç” bəndinin tətbiqinin ləğv edilməsi, yenidən əvvəlki işə bərpa edilməsi, işləmədiyi müddətin orta əmək haqqı və mənəvi ziyana görə 50000 manat və ödənilmiş dövlət rüsumuna görə 135 manat pulun cavabdehdən alınıb, ona verilməsi, əvvəlcədən whatsapp vasitəsilə hədə-qorxu gəlməklə Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən cinayət törədən kadrlar şöbəsinin rəhbəri Fidan xanım tərəfindən əmək kitabçasında tətbiq edilən 70 “ç” ləğv edilməsi, maddi sübutlarla cinayət törədilməsi təsdiq edilən şəxslərin qanunla cəzalanmasına dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, tələb isə təmin edilməmişdir, cavabdehə aid edilə bilməz, ona görə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X8 İddiaçı işdən azad olunması barədə 29 noyabr 2022-ci il tarixli, 183 nömrəli əmrin ləğv edilməsi, qanuna zidd olaraq 70 “ç” bəndinin tətbiqinin ləğv edilməsi, yenidən əvvəlki işə bərpa edilməsi, işləmədiyi müddətin orta əmək haqqı və mənəvi ziyana görə 50000 manat və ödənilmiş dövlət rüsumuna görə 135 manat pulun cavabdehdən alınıb, ona verilməsi, əvvəlcədən whatsapp vasitəsilə hədə-qorxu gəlməklə Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən cinayət törədən kadrlar şöbəsinin rəhbəri Fidan xanım tərəfindən əmək kitabçasında tətbiq edilən 70 “ç” ləğv edilməsi, maddi sübutlarla cinayət törədilməsi təsdiq edilən şəxslərin qanunla cəzalanmasına dair iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar