Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1097/2024 26.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Abşeron Rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb olunmaqla (Açar sözlər: “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X14 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Abşeron Rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. Ərizəçi Abşeron Rayon İcra Hakimiyyəti, Xəzər Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamında səhv olaraq X2 qeyd edilmiş soyadını, şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi olaraq düzəliş edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək maraqlı şəxs qismində Abşeron Rayon İcra Hakimiyyətinin saxlanılması, Xəzər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinin maraqlı şəxslər siyahısından çıxarılmasını, iddia ərizəsinin “xahiş edirəm” hissəsinin aşağıdakı kimi oxunmasını: “Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1999-cu il tarixli 096 nömrə ilə verilmiş sərəncamının ona, yəni Ərizəçi məxsus olmasının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
3. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1999cu il tarixli 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 hektar hesabı ilə 50 ailə üçün torpaq sahələri ayrılmışdır. Sözügedən sərəncam əsasında Ərizəçi 0.10 ha torpaq sahəsi verilmişdir (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) Buzovna qəsəbəsində yerləşən Tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivinin şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyun 1999-cu il tarixli 27/k nömrəli əmri nəzərə alınmışdır). Sözügedən torpaq sahəsində ev tikilmiş və daima istifadə edilir. Halhazırda orda ailəsi ilə birlikdə yaşayır. Tərəfindən sözügedən torpaq sahəsinin özəlləşdirilməsi istiqamətində tədbirlər görəndə, ona məlum olmuşdur ki, doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsində qeyd edilən soyadı Bediyeva, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamında səhv olaraq Verdiyevə kimi qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Təsərrüfatı X1 xx.xx.2023-cü il tarixli məktubunda da qeyd edilmişdir ki, şəxsiyyət vəsiqəsində Ərizəçi təqdim etdiyi sənədlərdə və arxivdə isə X6 qeyd olunması səbəbindən müvafiq arxiv arayışının verilməsi üçün soyadın eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır. Arxivdə isə X6 qeyd olunması səbəbindən müvafiq arxiv arayışının verilməsi üçün soyadın eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib ərizənin dəlillərinə uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir.
6. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
7. Abşeron Rayon İcra Hakimiyyətinin Ərizəçi ünvanlandığı məktubdan görünür ki, “ərizənizdə Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı Sərəncamında soyadınızın səhvə yol verilərək Verdiyeva kimi yazıldığını bildirir, müvafiq düzəliş edilərək soyadınızın Bediyeva kimi qeyd olunmasını xahiş edirsiniz. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin müdiri A.Muradverdiyevin müraciəti əsasında İdarənin nəzdində olan tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə hər ailə üçün 0,10 hektar hesabı ilə 50 ailəyə 5,0 hektar həyətyanı torpaq fondu Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin nəzdində olan tərəvəzçilik-südçülük sovxozuna ayrılmışdır. Fəhlə və mütəxəssislərə torpaq sahəsinin ayrılması isə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin direktorunun əmri ilə həyata keçirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq müraciətinizin təmin olunmasının səlahiyyətlərimiz çərçivəsində olmadığını bildirir, qaldırılan məsələnin həlli üçün məhkəməyə müraciət etməyinizi tövsiyə edirik”.
8. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilən 20 avqust 1999-cü il tarixli, 096 nömrəli Sərəncamından çıxarışdan görünür ki, vətəndaş X4 0.10 ha torpaq sahəsi verilməsi qərara alınmışdır.
9. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin direktoru tərəfindən imzalanmış 21 may 2003-cü il tarixli, 28 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, X4 0.10 ha torpaq sahəsi ayrılmışdır.
10. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 08 may 2023-cü il tarixli məktubundan görünür ki, şəxsiyyət vəsiqəsində Ərizəçi, təqdim edilən sənədlərdə, arxivdə isə X7 qeyd olunması səsəbindən müvafiq arxiv arayışının verilməsi üçün soyadın eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır.
11. AZ-İ seriyalı 502526 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Kəmərov Elşad ilə Ərizəçi 01 iyul 2009-cu il tarixdə Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 494 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Bediyeva” soyadında qalmışdır.
12. Vİ-TИ seriyalı 411072 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1985-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında X11, ana qrafasında X5 qeyd edilmişdir.
13. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamının surətindən görünür ki, Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 hektar hesabı ilə 50 ailə üçün torpaq sahələri ayrılmışdır.
14. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
15. Məhkəmə iclasında müəyyən olundu ki, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 hektar hesabı ilə 50 ailə üçün torpaq sahələri ayrılmışdır. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilən 20 avqust 1999-cü il tarixli, 096 nömrəli Sərəncamından çıxarışdan görünür ki, vətəndaş Ərizəçi 0.10 ha torpaq sahəsi verilməsi qərara alınmışdır. Ərizəçinin soyadı həmin sərəncamda “Verdiyeva” kimi qeyd edilmişdir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
17. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı:
1. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
Məhkəmə baxışının hədləri:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
20. Ərizəçi tərəfindən təqdim olunmuş iş materiallarında olan sənədlərdən müəyyən olur ki, Ərizəçi qının soyadı “Bediyeva”dir. Odur ki, həqiqətən də Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilən 20 avqust 1999-cu il tarixli, 096 nömrəli Sərəncamından çıxarışda Ərizəçi soyadı səhvən Verdiyeva kimi yazılmamışdır və ərizəçi həmin yanlışlığı başqa qaydada aradan qaldıra bilmir.
21. İşin hallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində düzgün qeydiyyata alınması üçün mühüm əhəmiyyət kəsb edir.
Məhkəmə xərcləri:
22. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir.
Nəticə:
23. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilən 20 avqust 1999-cu il tarixli, 096 nömrəli Sərəncamdan çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir.
24. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
Ərizə təmin edilsin. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilən 20 avqust 1999-cu il tarixli, 096 nömrəli Sərəncamdan çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova