Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-110/2022 15.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 Mirzəyevin sədrliyi, Ramil Firudin oğlu Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İnqilab qızına qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İnqilab qızına qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən İddiaçı ASC iddia tələbinin artırılması barədə ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, 2014-cü il 18 sentyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 “Nikoyl" İKB ASC-nin 2 saylı filialından illik 25%-lə 60 ay müddətinə 40 000 manat məbləğində kredit götürüb. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 65.2 kv.m ümumi, 39.7 kv.m yaşayış sahəsi, 25.5 kv.m yardımçı sahədən ibarət mənzili 2014-cü il 18 sentyabr tarixli ipoteka müqaviləsilə yüklü edilib. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilib, dövlət reyestrində qeydə alınıb. 2014-cü il 18 sentyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilən cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1,14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilən məbləğə illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir.İddia ərizəsi ilə məhkəməyə 26.02.2021-ci il tarixdə müraciət edilmiş və 15.02.2021-ci il tarixə olan vorc tələb edilmişdir.Hazırda uzun müddət keçdiyindən cavabdehin borcu artmışdır. Hazırda cavabdeh Cavabdeh2 18.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 10121.15 manat əsas, 4220.8 manat faiz, 2560.02 manat cərimə borcu və illik 5 faizlə hesablanmış 999,95 manat olmaqla ümumilikdə cəmi 17901.92 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilib. Eyni zamanda reyestr orqanına ərizə göndərilib. Ərizə bu orqanda qeydə alınıb. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. 18 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməyib. Bu səbəbdən də cavabdeh tərəfindən götürülən kreditə görə hesablanan faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borcalanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulan digər zərər Banka dəyən və ödənilməli olan zərər kimi göstərilib.Qeyd edilənlərə əsasən Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 18 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10121.15 manat əsas, 4220.8 manat faiz, 2560.02 manat cərimə,və illik 5 faizlə hesablanmış 999,95 manat olmaqla ümumilikdə cəmi 17901.92 manat borcun və və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 İnqilab qızının mülkiyyətində bazar dəyəri 84000 manat, likvid dəyəri 80000 manat olan ünvan 2 ünvanında yerləşən, 3 otaqlı, 65.2 kv.m ümumi, 39,7 kv.m yaşayış sahəsi, 25.5 kv.m yardımçı sahədən ibarət mənzilə yönəldilməsi,həmin mənzilin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun İddiaçı ASC-nə ödənilməsi,satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi,mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 İnqilab qızının həmn mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 İnqilab qızının mənzildən çıxarılması,həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İnqilab qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə işdə iştirak edən Yelo Bank” ASC-nin nümayəndəsi Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan; İddiaçı ASC ilə Cavabdeh2 araında bağlanmış 18 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə İddiaçı ASC-dən illik 25 faizlə 60 ay müddətinə 40000 manat kredit verilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur. İddiaçı ASC ilə Cavabdeh1 İnqilab qızı arasında bağlanmış 18 sentyabr 2014-cü il 2- GZ-1-0-709-14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 İnqilab qızının mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 65.2 kv.m ümumi, 39.7 kv.m yaşayış sahədən, 25.5 kv.m yardımçı sahədən ibarət mənzili borcun təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 19.09.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 40000 manat nəğd şəkildə ödənilmişdir. 26 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki,15 fevral 2021-ci il tarixinə Cavabdeh2 18 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcu 10121.15 manat,faiz borcu 4220.8 manat,cərimə borcu 1827.2 manat, əldən çıxmış fayda üzrə (5%lə) 667.95 manat təşkil edir. 13 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki,12 oktyabr 2021-ci il tarixinə Cavabdeh2 18 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcu 10121.15 manat,faiz borcu 4220.8 manat,cərimə borcu 2560.02 manat,əldən çıxmış fayda üzrə (5%lə) 999.95 manat təşkil edir. DƏDRX-dən verilmiş RX sertiyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 65.2 kv.m ümumi, 39.7 kv.m yaşayış sahədən, 25.5 kv.m yardımçı sahədən ibarət mənzili Cavabdeh1 İnqilab qızının mülkiyyətində olmaqla "xxxx"İKB ASC-nin 2 saylı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə 09.02.2021-ci il tarixli ərizədən görünür ki, ipotekasaxlayan İddiaçıASC ipoteka predmetinə tutma yönəldilməsinə dair DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə müraciət etmişdir, bununla əlaqədar 30 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09.09.2021-ci tarixli ekspert rəyindən görünür ki, Cavabdeh2 18 sentyabr 2019-cu il (bitdiyi tarixə) tarixə əsas borc üzrə 9510,91 manat, faiz borcu üzrə 3311,60 manat, 03 sentyabr 2017-ci il tarixə (məhkəmədə iddia qaldırılan tarixə) əsas borc üzrə 9510,91 manat, faiz borcu üzrə 3995,86 manat, 15 mart 2021-ci il (ekspert rəyi təqdim edilən tarixə) 9510,91 manat, faiz borcu üzrə 4252,81 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 dekabr 2021-ci tarixli ekspert rəyindən görünür ki, Cavabdeh2 24.12.2021-ci il tarixinə əsas borc üzrə 9510,91 manat, faiz borcu üzrə 10552.43 manat,faiz borcu üzrə 4336.90 manat borcu vardır. "xxxx" MMC-nin 14 fevral 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 65.2 kv.m ümumi, 39.7 kv.m yaşayış sahədən, 25.5 kv.m yardımçı sahədən ibarət mənzili bazar dəyəri 84000 manat,likvid dəyəri 80000 manat təşkil edir. Mədaxil qəbzindən görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh2 göndərilmiş 18.05.2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb olunmuş əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır.İddiaçı ASC müqavilə öhdəliklərinə əməl edərək razılaşdırılmış məbləğdə kredit vəsaitinin Cavabdeh2 versə də,sonuncu müqavilənin şərtlərinə əməl etməmiş, öz öhdəliklərini tam və layiqincə yerinə yetirməmişdir. Nəticədə Cavabdeh2nın banka 17901.92 manat borcu qalmışdır. Borcun təminatı olaraq digər Cavabdeh1 İnqilab qızının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 1 otaqlı, 28.06 kv.m ümumi sahədən ibarət 37 saylı evin 93 saylı mənzili 2014-cü il 15 iyul tarixli ipoteka müqaviləsi ilə bank qarşısında yüklü edilmişdir. Qeyd olunanla əsasən məhkəmə borcun və məhkəmə xərclərinin tutulması, tutmanın ipoteka predmeti olan mənziə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına borcun ödənilməsi, hərracdan əldə olunan vəsait borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun ümumi qaydada cavabdehdən tutulması,mənzil satıldıqdan sonra cavabdehin mənzilə olan hüquqlarının itirilməsi və mənzilin boşaldılması hissəsində iddia tələblərini əsaslı hesab edir. Mənzilin boşaldılıb banka təhvil verilməsi hissəsində məhkəmə iddianı əsaslı hesab etmir. Belə ki, qanunun tələbinə görə mənzil hərracda qalib gələn şəxsə təhvil verilməlidir. Məhkəmə 2560.02 manat cərimənin azaldılaraq 250 manat məbləğində müəyyən olunmasını məqsədəuyğun hesab edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 15 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10121.15 manat əsas, 4220.8 manat faiz, 250 manat,və illik 5 faizlə hesablanmış 999,95 manat olmaqla ümumilikdə cəmi 15591.9 manat borcu 30 manat dövlət rüsumu,bildirişin qeyd alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı tutulmalıdır. Tutma ipoteka predmeti olan mənzilə yönəldilməli, ipoteka predmetinin qiyməti likvid dəyəri 80000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmalı, əldə olunan vəsait hesabına cavabdehin banka olan borcu ödənilməlidir. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissəsi ümumi qaydada icra edilməlidir. Mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra ipoteka qoyan Cavabdeh1 İnqilab qızının mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməli,cavabdeh mənzili tərk etmədikdə,yaşayış sahəsindən çıxmadıqda mənzildən məcburi qaydada çıxarılmalı və mənzil boşaldılmalıdır. Qalan hissədə iddia təmin olunmamalıdır. Ekspertixa tədqiqatının dəyəri olan 245(145 manat ilkin ekspertizaya görə,100 manat təkrar ekspertizaya görə) Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Mütəxəssis arşdırmasının dəyəri olan 300 Cavabdeh2 alınaraq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 15 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10121.15 manat əsas, 4220.8 manat faiz, 250 manat, və illik 5 faizlə hesablanmış 999,95 manat olmaqla ümumilikdə cəmi 15591.9 manat borc, 30 manat dövlət rüsumu, bildirişin qeyd alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı tutulsun. Tutma ipoteka predmeti olan mənzilə yönəldilsin, ipoteka predmetinin likvid dəyəri 80000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın, əldə olunan vəsait hesabına cavabdehin banka olan borcu ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissəsi ümumi qaydada icra edilsin. Mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra ipoteka qoyan Cavabdeh1 İnqilab qızının mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin,cavabdeh mənzili tərk etmədikdə,yaşayış sahəsindən çıxmadıqda mənzildən məcburi qaydada çıxarılsın və mənzil boşaldılsın. Qalan hissədə iddia təmin olunmasın. Ekspertixa tədqiqatının dəyəri olan 245 (145 manat ilkin ekspertizaya görə,100 manat təkrar ekspertizaya görə) Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Mütəxəssis arşdırmasının dəyəri olan 300 Cavabdeh2 alınaraq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-110/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-110/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver