Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1104/2020 16.06.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh, onun vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı“vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 məxsus olmuş Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 5 ünvanında yerləşmiş 60 saylı mənzildən ibarət miras əmlakla bağlı Cavabdeh xeyrinə miras payından imtina etməsi barədə ərizəsinin etibarsız hesab edilməsi, qanun üzrə vərəsə kimi tanınması və vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun atası X6 27 avqust 2019-cu il tarixdə Xaçmaz rayonunda onun yanında vəfat etmişdir. Mərhum atası Xaçmaz rayonunda dəfn edilmişdir və yas mərasimi onun tərəfindən təşkil olunmuşdur. Mərhum atasına məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi olmuşdur. Bacısı Cavabdeh 25 noyabr 2019-cu ildə Xaçmaz rayonun gəlib ona bildirmişdir ki, onun adına etibarnamə versin, hansısa sənədlərə imza edib. Sonra evi satıb onun payını da verəcəyini bildirmişdir. O, bacısı olduğundan ona inanmışdır və onların aralarında dil problemi də var. O, rus dilini yaxşı bilir, Azərbaycan dilini yaxşı başa düşmür. Bacısı isə əksinə rus dilini zəif bilir. Cavabdeh onu evindən götürərək Xaçmaz rayonunda yerləşən 1 saylı notariat ofisinə aparmışdır. Sadəcə ona bildirilmişdir ki, bir sənədə imza atmalıdır. Sənədin məzmununu oxumağa ona imkan verməmişdir. Daha sonra ona zəng edərək evi satmaqdan imtina etdiyini, onun da, heç bir payının olmadığını bildirmişdir. Bundan sonra cavabdehin onu aldatdığını başa düşmüşdür. Sonra Bakıya gəlmiş, bir hüquqşünasdan məsləhət almışdır. Daha sonra 3 saylı Bakı “Asan xidmət” mərkəzində yerləşən notariusa müraciət etmişdir. Ərizə verərək vərəsəlik işinin dayandırılmasını xahiş etmişdir. Hal-hazırda hesab edir ki, onun qanun üzrə atasının vərəsəsi kimi tanınmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh tərəfindən təklif olunmuş 10 000 manat məbləği ilə razı deyil. 30 000 manat verilsə cavabdehlə barışar. Ona görə də iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq göstərdi ki, mübahisəli mənzilin hazırki bazar dəyəri təxmini olaraq 20 000 manat təşkil edir. Barışıq üçün cavabdehə 10 000 manat təklif edir. Göstərdiklərinin nəzərə alınması və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi X5 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçının atası mərhum X3 27.08.2019-cıı il tarixində Xaçmazda vəfat etməsini qeyd etsə də ölüm hadisəsinin baş vermə təfərrüatlarına tam toxunmayıb. Mərhum ömrünün sonuna kimi Nizami rayonu, C.Naxçıvanski küçəsi 5, mənzil 60 ünvanında yaşamış, lakin avqust ayı Nabranda istirahət mərkəzlərinin birində olarkən dənizdə boğularaq dünyasını dəyişmişdir. İddiaçı tərəfindən Cavabdeh etibarnamə deyil, miras əmlakdan bacısının xeyrinə imtina edilməsi barədə notarial qaydada ərizə vermişdir. Tərəf bacısı ilə arasında dil problemi olduğunu bildirsə də bu fakt da həqiqəti əks etdirmir. Baxmayaraq ki, mirasdan imtina ərizəsi, eləcə də verilmiş iddia ərizəsi belə iddaçı tərəfindən şəxsən imzalanmışdır. Ümumiyyətlə, irəli sürülən iddia tələbinin əsas məğzini tam fəaliyyət qabiliyyətli iddiaçının atası mərhum X2 miras qalmış əmlakdan cavabdehin xeyrinə imtina edilməsindən gedir. 25.11.2019-cu il tarixində verilmiş həmin ərizə şəxsən iddiaçı tərəfindən imzalanmış və notariat orqanı tərəfindən təsdiq edilmişdir. Bununla da, İddiaçı Cavabdeh qarşı miras paydan imtina harada arizənin etibarsız hesab edilməsi, qanun üzrə vərəsə kimi tanınma vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Ona görə də, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs Xaçmaz rayonu 1 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 5, 60 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X3 adına 09 dekabr 2019-cu il tarixdə qeydə alınmışdır. - AZ-İİ 035003 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 27 avqust 2019-cu il tarixdə ölmüşdür. - 25 noyabr 2019-cu il tarixdə İddiaçı tərəfindən notarial qaydada yazılaraq təsdiq edilmiş ərizənin surətindən görünür ki, o, atası X3 27 avqust 2019-cu il tarixli vəfatından sonra miras qalmış bütün əmlaklarından Cavabdeh xeyrinə imtina etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 5, 60 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X4 məxsusdur. X6 27 avqust 2019-cu il tarixdə vəfat etmişdir. Mərhumun qızı olan hazırki İddiaçı, 25 noyabr 2019-cu il tarixdə notarial qaydada ərizə yazaraq, atası X3 27 avqust 2019-cu il tarixli vəfatından sonra miras qalmış bütün əmlaklarından Cavabdeh xeyrinə imtina etmişdir. Hazırda iddiaçı həmin ərizənin etibarsız sayılması, qanun üzrə vərəsə kimi tanınması və vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1257.2-ci maddəsinə əsasən, əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1268.1-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Məhkəmə qeyd edir ki, İddiaçı 25 noyabr 2019-cu il tarixdə notarial qaydada ərizə yazaraq, atası X3 27 avqust 2019-cu il tarixli vəfatından sonra miras qalmış bütün əmlaklarından Cavabdeh xeyrinə imtina etmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbindən çıxış edən məhkəmə hesab edir ki, həmin imtinanın etibarsız hesab edilməsi üçün heç bir əsas müəyyən olunmamışdır. Belə ki, ərizə yazılan zaman ərizəçinin şəxsiyyəti müəyyən edilmiş, hüquq və vəzifələri izah edilmiş, İddiaçı isə iradə ifadəsini öz hərəkətləri ilə nümayiş etdirərək sözügedən 25 noyabr 2019-cu il tarixli miras qalmış bütün əmlakdan imtina barədə ərizəni imzası ilə təsdiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında cavabdehin onu evindən götürərək Xaçmaz rayonunda yerləşən 1 saylı notariat ofisinə aparmasını, bir sənədə imza atmalı olduğunu bildirməsini, sənədin məzmununu oxumağa ona imkan verməməsini bildirsə də, məhkəməyə həmin hallarla bağlı heç bir mötəbər sübut növü təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddianın digər hissələri iddianın təmin olunmayan hissəsinə nisbətdə törəmə tələblər hesab olunur, iddianın əsasını təşkil edən hissə təmin edilmədiyi, əsassız olduğu halda törəmə tələblər də əsassız hesab edilərək təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı QuliyevaFainaSəfərqızı cavabdeh ƏliyevaArzuSəfərqızınaqarşı “mərhum atası X4 məxsus olmuş Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 5 ünvanında yerləşmiş 60 saylı mənzildən ibarət miras əmlakla bağlı Cavabdeh xeyrinə miras payından imtina etməsi barədə ərizəsinin etibarsız hesab edilməsi, qanun üzrə vərəsə kimi tanınması və vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mərhum atası X4 məxsus olmuş Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 5 ünvanında yerləşmiş 60 saylı mənzildən ibarət miras əmlakla bağlı Cavabdeh xeyrinə miras payından imtina etməsi barədə ərizəsinin etibarsız hesab edilməsi, qanun üzrə vərəsə kimi tanınması və vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1104/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1104/2020
16.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver