Məhkəmə qərarları › İş №2(007)-1104/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1104/2023

26.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1104/2023 26.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək 1931-ci il təvəllüdlü X4 xx xxxx 1971-ci il təvəllüdlü Ərizəçi əmisi olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi Ovcuyeviç xx.xx.1971-ci ildə Ermənistan SSSR, Kirovakan şəhərində anadan olmuşdur. X6, anası isə X9 olmuşdur. Mərhum əmisi X10 1931-ci il tarixde Ermənistan SSSR, Quqark rayonu, Hallavar kəndində anadan olmuşdur. 19 iyun 1999-cu ildə ürək çatmazlığı səbəbindən Bakı şəhərində vəfat etmişdir. Əmisi heç kimlə rəsmi nikahda olmamış və övladı olmamışdır. Əmisinin istifadəsində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi, ev 9/3 olmuş və orada onlarla birlikdə yaşamışdır. Onun rəhmətə getməsindən sonra vərəsəsi olaraq ərizəçi miras əmlakın qəbulu üçün Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Bu zaman müəyyən olmuşdur ki, onunla əmisi arasında qohumluq faktını müəyyən etmək üçün əmisinin doğum haqqında şəhadətnaməsi lazımdır. Əmisinin doğum haqqında şəhadətnaməsini tapmaq mümkün olmamışdır. Bu barədə şöbəyə müraciət etdikdə qohumluq faktını tanıya bilməyəcəyini, məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Bu səbəbdən mərhum əmisi ilə onun arasında qohumluq olması faktının, yəni onun ərizəçinin əmisi olması faktının müəyyən edilməsinə zərurət yaranmışdır ki, miras əmlakın qəbulu məsələsi həll edilsin. Əmisinin hərbi bileti, ölüm haqqında şəhadətnaməsindən də görünür ki, atasınn və əmisinin ata adları eynidir. Lakin atası doğularkən atasına atası X22 oglu atasının soyadını atası Rəfinin adı ilə əlaqədar Rəfiyev soyadı verilmisdir. Onun ərizəçinin əmisi olması faktını qohumları da təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib, onun məzmununa uyğun izahat verdi, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işin baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, Ərizəçi onun əmisi oğlu, X11 isə əmisidir. Atasıgil 4 qardaş, iki bacı olmuşlar. İsmayıl onların böyük babası, Rəfi isə babablarının atası olmuşdur. Nəsildə bəzilərinin soyadı İsmayılov, bəzilərinin soyadı isə Rəfiyevdir. Kamil əmi Telmanın doğma əmisidir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, Telman atasının əmisi oğludur. İsmayılov Kamil atasının əmisidir. Babasının soyadı Rəfiyev olmuşdur. Kamil əmi Telmanın doğma əmisidir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İ-3Ж seriyalı, 270624 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X2 09 avqust 1961-ci il tarixdə Kirovakan Şəhəri Qeydiyyat Şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 434 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Rəfiyeva” soyadını qəbul etmişdir. - V-ЖГ seriyalı, 349238 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 19 iyun 1999-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 524 nömrə ilə qeyd edilmişdir. - Vİ-CЛ seriyalı, 329017 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1971-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. Ata qrafasında X21, ana qrafasında X2 qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3-16-5/7-R-15-382/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Göstərilənlərlə bağlı X6 ilə əmisi X11 arasında qohumluq münasibətləri faktının müəyyən edilməsi ilə əlaqədar “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onlar arasında qohumluq münasibətlərini təsdiq edən məlumat aşkar edilməmişdir. Bununla əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 15 saylı Notariat Ofisinin 24 yanvar 2023-cü il tarixli, 69 nömrəli məktubundan görünür ki, miras qoyan əmisi ilə bağlı qohumluq münasibətini təsdiq edən sənəd olmadığı üçün və vərəsəliyin qəbul müddətini ötürdüyünə görə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək imkan xaricindədir. Bununla əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunur. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx xxxx 1971-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. Atası X21, anası X1r. X11 19 iyun 1999-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçinin müraciəti Maraqlı şəxsndə araşdırılmış, izah edilmişdir ki, X6 ilə əmisi X11 arasında qohumluq münasibətlərini təsdiq edən məlumat aşkar edilməmişdir. Buna görə məsələnin həlli mümkün deyildir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Beləliklə, şahidlər X3 və X5 ifadələri və iş materialları ilə X13 X11 ilə qardaş olmaları faktı təsdiq olunur. Həmçinin aydın olur ki, nəsildə iki soyad Rəfiyev və İsmayılov soyadları qəbul edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, nikah və doğum haqqında şəhadətnamələr Ermənistan Respublikasında verilmişdir. Bu səbəbdən ərizəçi qohumluq faktlarını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, X4 Ərizəçi əmisi olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə o, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 19 iyun 1999-cu ildə ölmüş 1931-ci il təvəllüdlü X4 xx xxxx 1971-ci il təvəllüdlü Ərizəçi əmisi olması barədə hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 19 iyun 1999-cu ildə ölmüş 1931-ci il təvəllüdlü X4 xx xxxx 1971-ci il təvəllüdlü Ərizəçi əmisi olması barədə hüquqi fakt müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar