Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1123/2020 14.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və qeydiyyatdan çıxarılmaları” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və qeydiyyatdan çıxarılmaları tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hazırda mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 100 saylı evin 45 saylı mənzilindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 06.04.2019-cu il tarixli AN ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən hazırda mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 100 saylı evin 45 saylı mənzili Cavabdeh1 İddiaçı satmışdır. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX ******* saylı dövlət reyestrindən çıxarışa əsasən mübahisəli mənzil iddiaçının tam mülkiyyətindədir. Satıcı onun və digər şəxslərin mənzildən 06.09.2019-cu il tarixdə qeydiyyatdan çıxacaqlarını bildirsə də bu günə kimi qeydiyyatdan çıxmamışlar və mülkiyyətçi kimi onun bir sıra hüquqlarını pozurlar. Hazırda cavabdehlərin xarici dövlətdə yaşamaları barədə onlarda məlimat vardır. Qeyd edilənlərə əsasən cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzürlü olması haqqında sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Eləcə də, Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesabedirki, iddia tələbi qisməntəmin edilməlidir. Belə ki, iddia tələbi cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi hissəsində təmin edilməli onların mənzildən pasport qeydiyyatından çıxarılması hissəsində təmin edilməməlidir. İş materiallarında olan 06.04.2019-cu il tarixli AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 100 saylı evin 45 saylı mənzili Cavabdeh1 İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, № ******* nömrəli 16.04.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 100 saylı evin 45 saylı mənzili İddiaçı adına qeydiyyatdan keçirilmiş və həmin vaxtdan onun mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hazırda Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 100 saylı evin 45 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh2 və Cavabdeh3 notarial qaydada verilmiş razılıq ərizələrinin (**********505 və **********196 saylı) surətindən görünür ki, onlar onlar Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 100 saylı evin 45 saylı mənzilin satılmasına etiraz etmirlər. Cavabdeh2 həmin ərizədə mənzildən qeydiyyatdan çıxacağını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyatdan çıxarılır. İddia tələbinin cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmasına dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanı (bu halda AR Daxili işlər Nazirliyi) tərəfindən qeydiyyatdan çıxarılır. Göründüyü kimi məsələ məhkəmənin səlahiyyətinə aid olmadığından və qətnamə qanuni qüvvəyə mindikdən sonra və müvafiq icra hakimiyyəti tərəfindən həyata keçirilməli olduğundan iddianın qeydiyyatdan çıxarılmasına dair hissəsi təmin edilməməlidir. Beləliklə, iddiaçı müqavilənin predmeti olan mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdehlər mənzildə yaşamadığı üçün həmin evdə istifadə hüquqlarını itirmiş və o, həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və qeydiyyatdan çıxarılmaları”tələbinə dair iddiası qismən təmin edilməli cavabdehlərin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 100 saylı evin 45 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. tələbi qalan hissədə iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 100 saylı evin 45 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. İddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1123/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1123/2020
14.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver