Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1133/2020 03.06.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, X7katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkiliştirakı ilə, İddiaçı cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qzına qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qzına qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 8, 31 nomrəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X6 ilə onun arasında bağlanılmış və notarial qaydada təsdiq edilmiş AN-İ ******* saylı 28 iyun 2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 8, mənzil 31-i almışdır. Həmin müqavilə əsasında sözügedən mənzilə 17.07.2018-ci il tarixində mülkiyyət hüququ dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış və RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Həmin müqavilənin 13-cü bəndinə əsasən cavabdeh X6 28.08.2018-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Bundan əlavə, cavabdeh X6 ilə şifahi razılaşmalarına əsasən, onun ailə üzvləri - əri və qızı olan digər cavabdehlər - Cavabdeh2 cğlu və Cavabdeh3 da həmin tarixə qeydiyyatdan çıxmalı idilər. Lakin indiyədək onlar tərəfindən bu edilməmişdir. Həmin mənzildə cavabdehlər faktiki olaraq yaşamırlar. Şərh olunanlardan göründüyü kimi, cavabdehlər ona məxsus olan mənzildə faktiki olaraq yaşamadıqları, eləcə də qeydiyyatdan çıxmaları barədə öhdəlik götü düklərinə görə sözügedən mənzilə istifadə hüquqlarını artıq itirilmişlər. Belə olan halda, cavabdehlərin formal olaraq mənzildə istifadə hüququnun qalması onun mülkiyyət hüququnu məhdudlaşdırır, o bir mülkiyyətçi olaraq sərbəst və maneəsiz şəkildə mənzildən qanunla müəyyən olunmuş qaydada öz istəyinə uyğun olaıaq sahiblik, istifadə və sərəncam verə bilmir. Odur ki, cavabdehlərin həmin mənzildən istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlər formal olaraq həmin mənzildə qeydiyyatdadır. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 qzı məhkəmə iclaslarına gəlməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesabedirki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AN-İ ******* nömrəli, 28 iyun 2018-ci il tarixli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 özünə məxsus olan Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 8, 31 nomrəli mənzili İddiaçı satmışdır. Müqavilənin 8-ci bəndinə əsasən, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh2 və Cavabdeh3 qzı tərəfindən müvafiq olaraq 27 iyun 2018-ci il və 25 iyun 2018-ci il tarixdə yazılmış və notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, onlar Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 8, 31 nomrəli mənzilin satılmasına etiraz etməmiş, müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. İş materiallarında olan RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 8, 31 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 17 iyul 2018-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X5, Cavabdeh2 və Cavabdeh3 qzı Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 8, 31 nomrəli mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.1-ci maddəsinə əsasənmülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarında olan sənədlər cavabdehin qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, iddiaçı Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 8, 31 nomrəli mənzilinəqanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdehlər mənzildə yaşamadığı üçün həmin evdən istifadə hüquqlarını itirmiş və o,həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi təmin edilməli, cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 qzının Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 8, 31 nomrəli mənzilinə olan istifadə hüququna xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Bununla bağlı məhkəmə qeyd edir ki, qətnamə cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 qzının sözügedən mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qzının Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 8, 31 nomrəli mənzilinə olan istifadə hüququna xitam verilsin. X1, Cavabdeh2 və Cavabdeh3 qzının Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 8, 31 nomrəli mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1133/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1133/2020
03.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver