Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1136/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “doğum haqqında akt qeydinin ona məxsus olması faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “doğum haqqında akt qeydinin ona məxsus olması faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1986-cı ildə Saatlı şəhərində anadan olmuş, Ərizəçi doğumu haqqında Saatlı rayon qeydiyyat şöbəsində 04 yanvar 1987-ci il tarixdə tərtib edilmiş 01 nömrəli doğum akt qeydinin ona yəni, xx.xx.1986-cı ildə Saatlı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ona doğum haqqında şəhadətnamə Saatlı rayon qeydiyyat Şöbəsi tərəfindən 04 yanvar 1987-ci il tarixdə doğum haqqında şəhadətnamə verilmişdir. Lakin onun adına doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə soyad qrafasında soyadı Niftəliyeva qeyd edilmişdir. O, doğularkən atasının və anasının soyadı Niftəliyeva olduğundan, ona məxsus doğum haqqında şəhadətnamədə soyadı Niftəliyeva kimi qeyd edilmişdir. Lakin sonradan onun və bacı qardaşlarının soyadı dəyişdirilərək, Niftəliyeva əvəzinə Mirzeyeva kimi qeyd edilmişdir. Bacı və qardaşlarını Mirzəyeva soyadın Niftəliyeva ilə əvəz etsə də, o da soyadının valideynlərinin soyadına uyğun olaraq doğum haqqında şəhadətnamədə dəyişdirilməsi barədə Nizami rayon qeydiyyat şöbəsinə müraciət etsə də, müraciətin təmin olunmasından imtina olunmuşdur. Ona məxsus bütün sənədlərdə soyadı Mirzəyeva kimi göstərildiyindən, onun, yəni xx.xx.1986-cı ildə Saatlı şəhərində anadan olmuş, Ərizəçi doğumu haqqında Saatlı rayon qeydiyyat şöbəsində 04 yanvar 1987-ci il tarixdə tərtib edilmiş 01 nömrəli doğum akt qeydinin düzgün olmaması müəyyən edilməsi və doğum haqqında akt qeydləri kitabında dəyişiklik edilərək soyad qrafasında "Niftəliyeva" əvəzinə "Mİrzəyeva" qeyd edilməsi barədə ərizə ilə Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Nizami Rayon Məhkəməsində doğum akt qeydində dəyişilik edilməsin vəzifəsinin həvalə edilməsi barədə Şirvan İnzibati Məhkəməsinə müraciət etməli olduğu bildirilmişdir. O da Şirvan İnzibati Məhkəməsinə müraciət etdi, lakin Şirvan İnzibati Məhkəməsinin qərardadı ilə yenidən iddiasə qeyri-müəyyən hesab edilərək, rayon məhkəməsinə müraciət etməli olduğu bildirilmişdir. Nəzərə çatdırmaq istəyir ki, ona məxsus doğum haqqında şəhadətnamədə olan uyğunsuzluq səbəbindən, azyaşlı övladının doğum haqqında şəhadətnaməsində milliyyət qrafasında milliyəti qeyd edilməmişdir. Bu isə həm onu, həm də azyaşlı uşağının hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.1986-cı ildə Saatlı şəhərində anadan olmuş, Ərizəçi doğumu haqqında Saatlı rayon qeydiyyat şöbəsində 04 yanvar 1987-ci il tarixdə tərtib edilmiş 01 nömrəli doğum akt qeydinin ona yəni, xx.xx.1986-cı ildə Saatlı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraicət edərək, xx.xx.1986-cı ildə Saatlı şəhərində anadan olmuş, X1 doğumu haqqında Saatlı rayon qeydiyyat şöbəsində 04 yanvar 1987-ci il tarixdə tərtib edilmiş 01 nömrəli doğum akt qeydinin ona yəni, xx.xx.1986-cı ildə Saatlı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin ərizəsini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Saatlı rayon qeydiyyat şöbəsinin 26.05.2021-ci il tarixli 05/Q-272/69 saylı arayışından görünür ki, X3 xx xxxxxx 1986-cı ildə Saatlı şəhərində anadan olmuşdur. Bu barədə 04 yanvar 1987-ci il tarxidə Saatlı rayon qeydiyyat şöbəsində 01 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası X4r; - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1986-cı ildə Saatlı şəhərində anadan olmuşdur, ünvan 2 ünvanında qeydiyyata alınmışdır; - AZ-İİ seriyalı 070498 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 16 dekabr 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 dekabr 2020-ci il tarixdə 351 nömrəsi ilə qeyd edilmişdir; - AZ-İ seriyalı 196044 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 24 sentybar 1985-ci il tarixdə doğulmuşdur. X2, anası X4r; - Maraqlı şəxs 02.06.2021-ci il tarixli, 05Q-1053/15 nömrəli məktubundan görünür ki, doğum haqqında akt qeydinin bərpası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəaların” 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Qanunvericiliyə müvafiq olaqar doğum haqqında akt qeydində dəyişiklik edilməsinə dair zəruri sənədlər olmadığına görə Ərizəçi xahişi imkan xaricindədir; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 02.06.2021-ci il tarixdə verilmiş ******* nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 08.07.2021-ci il tarixli, 018-9936-1221 saylı məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Ərizəçi 21.06.2016-cı il tarixdən hal-hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil 13.01.2016-cı il tarixdə xüsusi mülkiyyət kimi tam payda X5 adına qeydiyyata alınmışdır; - X5 ərizəsinin surətindən görünür ki, o, Ərizəçi özünə məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilə dami qeydiyyata düşməsinə etiraz etməmişdir; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 05.07.2021-ci il tarixli, 05/2-6026/13 saylı məktubundan görünür ki, Mirzəyeva (Nifətəliyeva) Züleyxa Teyyub qızı xx xxxxxx 1986-cı ildə Saatlı şəhərində anadan olmuşdur. X2, anası X4r. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx xxxxxx 1986-cı ildə Saatlı şəhərində anadan olmuşdur. X2, anası X6 olmuşdur. Saatlı rayon qeydiyyat şöbəsində 04 yanvar 1987-ci il tarixdə tərtib edilmiş 01 nömrəli akt qeydində isə ərizəçinin soyadı “Niftəliyeva”, adı isə “Zileyxa” kimi qeyd olunmuşdur. Doğum haqqında akt qeydindən dəyişiklik edilməsi üçün müraciət etsə də, qeydiyyat şöbəsi zəruri sənədlər olmadığından doğum haqqında akt qeydində dəyişiklik edilməsindən imtina edilmişdir. Lakin ona məxsus bütün sənədlərdə adı Ərizəçi kimi qeyd olunmuşdur. Həmin düzəlişin edilməsi ilə bağlı Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bu səbəbdən hazırda məhkəmədə iddia qaldırmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Saatlı rayon qeydiyyat şöbəsində 04 yanvar 1987-ci il tarixdə tərtib edilmiş 01 nömrəli doğum akt qeydində Ərizəçi soyadı və adı uyğun olaraq “Niftəliyeva” və “Zileyxa” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də, Ərizəçi xx xxxxxx 1986-cı ildə Saatlı şəhərində anadan olmuşdur. X2, anası X4r. Onun doğumu 04 yanvar 1987-ci ildə Saatlı rayon qeydiyyat şöbəsində qeydə alınsa da, həmin akt qeydində onun soyadı “Mirzəyeva” əvəzinə “Niftəliyeva” kimi, adı isə “Züleyxa” əvəzinə “Zileyxa” kimi yazılmışdır. İşin hallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ərizəçiyə zəruri sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, xx xxxxxx 1986-cı ildə Saatlı şəhərində anadan olmuş, X1 doğumu haqqında Saatlı rayon qeydiyyat şöbəsində 04 yanvar 1987-ci il tarixdə tərtib edilmiş 01 nömrəli doğum akt qeydinin xx xxxxxx 1986-cı ildə Saatlı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1986-cı ildə Saatlı şəhərində anadan olmuş, X1 doğumu haqqında Saatlı rayon qeydiyyat şöbəsində 04 yanvar 1987-ci il tarixdə tərtib edilmiş 01 nömrəli doğum akt qeydinin xx xxxxxx 1986-cı ildə Saatlı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1136/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1136/2022
28.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver